Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əziz Mahmud Xudayi
Əziz Mahmud Xudayi (1541, Şərəfliqoçhisar, Ankara ili – 1628, Konstantinopol) — 948-ci ildə (1541) Şərəfliqoçhisarda anadan olub. Qanuninin nəvəsi Mehrimah Sultandan olan nəvəsi Aişə Sultan(ö. 1598) ilə də evləndiyi rəvayət edilən Əziz Mahmud Xudayi hicri Səfər ayı 1038-ci ildə (Oktyabr 1628) vəfat edib. Altısı qız olmaqla on bir övladı var idi və nəsli qızları Ümmügülsüm (ö. 1641), Zeynəb(ö. 1642) və Fatma Zəhra (ö. 1675) vasitəsilə davam edib. Əsl adı Mahmuddur. "Xudayi" adı və "Əziz" sifəti ona sonradan ona verilib. Cüneyd əl-Bağdadinin nəslindən olub "Seyyid"dir.
Xurayi Moreyra Junior
Xurayi Moreyra Junior (2 may 1979, Kuritiba) — Braziliyanı təmsil edən triatlonçu. Xurayi Moreyra Junior Braziliyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 22-ci pillədə başa vurdu. Daha sonra Xurayi Moreyra Junior Braziliyanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 41-ci pillədə başa vurdu. Növbəti dəfə Xurayi Moreyra Junior Braziliyanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 26-cı pillədə başa vurdu.
Mahmud Hüdayi
Mahmud Hüdayi Həzrətləri (d. 1541, Şərəfliqoçhisar - ö. oktyabr 1628, İstanbul) — Anadoluda yetişən böyük sufilərdən biri, Sufi İslam təriqətinin bir alt qrupuna aid Bayrami təriqətinin davamı olan Cəlvəti təriqətinin də qurucusudur. 1598-ci ildə Üsküdarda öz adına məscid və dərgah inşa etdirmişdir. Əsl adı Mahmuddur, Hüdayi adını isə sonradan almışdır. == Həyatı == Mahmud Əfəndi Həzrətləri 1541-ci ildə Ankaranın Şərəfliqoçhisar bölgəsində dünyaya gəlmişdir. Atasının adının Fəzlullah ibn Mahmud olduğu bilinir. Uşaqlıq illərini Əskişəhərin Sivrihisar bölgəsində keçirdi. İlk dini təhsilini də məhz burada almağa başladı. Ardından İstanbula gələrək Kiçik Ayasofya mədrəsəsində təhsilini davam etdirdi.
Dərya Hüdayı
Dərya Hüdayı (fars. دريا هدائى‎, ing. Darya Hodaei, 21 sentyabr 1989, İran) amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. İran Azərbaycanının Təbriz şəhərində doğulub boya-başa çatmışdır. 9 yaşından etibarən qısa hekayələr yazmağa başlayan Dərya daha sonra Təbriz milli univeristesindən əczaçılıq üzrə elmər doktoru dərəcəsi almışdır. 26 yaşında ABŞ-yə köçmüş və əczaçılıq peşəsini inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda Dərya Hüdayı uşaq ədəbiyyatına və ana dilinə öz yaradıcılığında diqqət ayıraraq Amerikada uşaq kitabları müəllifi oldu. Kitab nəşri ilə yanaşı hazırda Florida ştatının Mayami şəhərində yaşayan Dərya Hüdayı özünün "EnglishAzerbaijani" platformasında baş direktor vəzifəsində çalışır. Dərya Hüdayı Azərbaycan türklərinin mədəni adət-ənənələri haqqında videolar və məzmunlar hazırlayır. Onun "Jirtdan’s Halloween" ("Cırtdanın Helloini") kitabı mediada geniş işıqlandırılmış və Amazon satış platformasının "ən çox satılanlar" siyahısına daxil olmuşdur.
Xətayi
Xətai — Azərbaycanda daha çox işlədilən ad. Bu təxəllüsü olan tanınmış insanlar Şah İsmayıl Xətai — I İsmayıl Səfəvinin ədəbi təxəllüsü. Bu adı olan tanınmış insanlar Xətai Təbrizi — Azərbaycan yazıçısı. Xətai Quliyev — Yaşayış məntəqələri Xətai rayonu — Bakıda rayon. Xətai — Azərbaycanın Ağstafa rayonunda kənd. Xətai — Azərbaycanın Xocavənd rayonunda kənd. Xətai — Azərbaycanın Şərur rayonunda kənd. Xətai (Soyuqbulaq) — Xətai (Naxçıvan) Digər Xətai metrostansiyası — Bakı metropolitenində metrostansiyalardan biri. Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Riştə Xətayi — Təbrizdə hazırlanan ‏Ramazan ayına aid şirniyyat və desert.
Xudat
Xudat — Azərbaycan Respublikasının şimalında Xaçmaz inzibati rayonunun tərkibində şəhər. 1950-ci ildə rayon tabeli şəhər statusu almışdır. Xudat 1943-cü ildə yaradılmış Xudat inzibati rayonunun mərkəzi olmuşdur. Bu rayon 1959-cu ildə ləğv edillmiş və Xudat daha əvvəllər aid olduğu Xaçmaz rayonunun inzibati idarəsinə verilmişdir. Belə ki, rayonun Xudat şəhəri, Müqtədir qəsəbəsi, Nabran, Yalama, Qusarçay, Ləcət və Susayqışlaq kənd sovetləri Xaçmaza, Şirvanovka kənd sovetliyi isə Qusar rayonuna verilmişdir. 1963-cü ildə ləğv edilən Xaçmaz rayonunun ərazisi Quba və Qusar rayonlarına verilmiş, Xudat bu dəfə Qusar rayonunun inzibati idarəsinə daxil olmuşdur. 1965-ci ildə bu strukturun da ləğvindən sonra Xudat təkrar bərpa edilmiş Xaçmaz rayonunun inzibati tərkibinə qatılmışdır. Oykonim türk dilindəki xod/xud (tərəvəz) və at (yer) komponentlərindən düzəlib, bostan yeri mənasındadır. 1920-ci ilin 28 aprelində Xudat Bakını işğal etməyə gedən Qızıl ordu tərəfindən tutulmuşdur. Bu stansiyada Bakıya doğru yol alan 4 zirehli qatar ilə bunu Bakıdan qarşılamağa gələn 2 zirehli qatar arasında artilleriya döyüşü olmuşdur.
Xuray
Xuray (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Xuray (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Buday
Buday (ərəb. بوداي‎, ing. Bodai) — Cəbəl-Lübnanın ətəyində Litani çayının qərbində yerləşən Bəəlbək qubernatorluğunun tabeliyində olan Livan şəhəridir. Buday qədim Bəəlbək şəhərindən 15 km (9 mil) şimal-qərbdə və Livanın cənubundan 26 km (16 mil) məsafədə yerləşir və Beyrutun paytaxtından 90 kilometr (55.926 mil) uzaqdadır. Livan dağ silsiləsinin ətəklərində yerləşən Buday, Beqaa vadisi boyunca Bəəlbək şəhərinə və Livanı Suriyadan ayıran Livan silsiləsinə baxır.
Gədayi (Maku)
Gədayi (fars. گدائي‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (12 ailə).
Rafiq Xudayev
Rafiq Aslanoviç Xudayev (20 fevral 1978, Marneuli) — Kunq-fu üzrə 3 qat dünya çempionu, Kikboksinq və Kunq-fu üzre "Sarvan" klublarının prezidenti, "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası","Azərbaycan Respublikasının Əməkdar Məşqçisi", ədliyyə polkovniki. Rafiq Aslanoviç Xudayev 20 fevral 1978-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində anadan olmuşdur. 1985-ci ildən idmanın sambo növü ilə məşğul olmaqa başlamışdır; 1993-cü ildən kyokşin karate uşu ilə məşğul olur; 1996-cı ildə idmanın kikboksinq növü; 2010-cu ildə isə kunq-fu idman növü ilə məşğul olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bakalavr dərəcəsini bitirmişdir; 2011-ci İldə Gürcüstan Dövlət Universitetinin Hüquq fakültəsini bitirir; 2014-cü ilin iyun ayında İtaliyanın Sardiniya adasında kunq-fu üzrə keçirilən dünya cempionatında dünya çempionu adına; 2015-ci ilin may ayında Lihnano Sabbiadoro şəhərində keçirilən dünya cempionatında dünya cempionu adına layiq görülmüşdür; 2016-cı ilin iyun ayında İtaliyanın Friulli Venezia Giulia şəhərində keçirilmiş dünya cempionatında (veteran idmançılar arasında) dünya cempionu olmuşdur. 2017-ci ildə Ukraynanın Kiyev şəhərində Personalın İdarə olunması üzrə Beynəlxalq Akademiyasında Maliyyə və kredit fakültəsində maliyyəci ixtisası üzrə magistr dərəcəsi almışdır; 2014-cü ildə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə texniki yardım göstərən "Alyans-Ukrayna Konsaltansı" Regional Mərkəzi tərəfindən Kiyev şəhərində tibbi məhsulların satınalma prosesinin və təchizatı sisteminin idarə edilməsinin əsas prinsipləri və qabaqcıl təşəbbüsləri mövzusunda təlim kursu; 2011-ci ildə QİÇS, İsveçrənin Cenevrə şəhərində təsis edilmiş vərəm və malyariya ilə mübarizə üzrə qlobal fondun 9-cu qrant layihələrinin şərqi Avropa və Mərkəzi Asiya üzrə əsas Resipiyent nümayəndələri üçün satınalma üzrə təlim kursu, 2011-ci ildə İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının (OON) Beynəlxalq Treninq Mərkəzində Beynəlxalq maliyyə hesabatlarınin aparılması, maliyyə və satınalmaların idarə olunması mövzusunda treninq; 2010-cu ildə QİÇS, İsveçrənin Cenevrə şəhərində təsis edilmiş vərəm və malyariya ilə mübarizə üzrə qlobal fondun 9-cu qrant layihələrinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əsas Resipiyent nümayəndələri üçün maliyyə və satınalma üzrə təlim kursu, 2005–2019-cu illərdə qlobal fondun Azərbaycanda həyata keçirdiyi HİV/QİÇS və Vərəm layihələrində, maliyyə və satınalma üzrə mütəxəssis və işçi qrupunun üzvü kimi fəaliyyət göstərmişdir. Ailəlidir, 3 övladı var. 2017-ci ilin fevral ayının 27-də "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi"; 2018-ci ilin noyabr ayının 28-də isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ""Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adlarına layiq görülmüşdür.
Riştə Xətayi
Riştə Xətai (fars. رشته ختایی‎) ‏ — Təbrizdə hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Xotayi (Xudafərin)
Xotayi (fars. خطاي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (35 ailə).
Xudayar Yusifzadə
Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir. Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi. Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir.
Xudayar təsnifi
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Xudayar xan
Xudayar xan Xudayari (17 oktyabr 1873, İran – 28 yanvar 1950, Tehran) — Qacar ordusunun generalı, Rza şah dövründə Poçt-Teleqraf naziri Xudayar xan 1873-cü ildə anadan olmuşdu.1892-ci ildə Qacar dövründə təşkil edilmiş İran Kazak briqadasında xidmətə başlamışdı. 1906-cı ildə mayor, 1917-ci ildə polkovnik, 1921-ci ildə briqada generalı idi. Xudayar xan Xudayari Rza şah Pəhləvinin dövründə Qəzvinin valisi olmuşdu. Şah onu Poçt-Teleqraf naziri təyin etmişdi. 1929–1930-cu illərdə Sepah bankın direktoru vəzifəsində çalışmışdı. Xudayar xan böyük mülkədar idi. Qum-Dizabad yolu boyunca mülkü vardı. O, 1950-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Xudayar xan Xudayari: Qacarın can düşməni, "Soy" dərgisi, 1 (34), 2010, səh.43.
Xudayət Orucov
Xudayət Vilayət oğlu Orucov (4 sentyabr 1987; Ağstafa rayonu, Azərbaycan SSR — 4 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xudayət Orucov 1987-ci il sentyabrın 4-də Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. 1994-2005-ci illərdə Ş. Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. Xudayət Orucov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdə artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xudayət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayət Orucov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Yaşar Xudayev
Xudayət Əsgərov
Xudayat Əsgərov (tam adı: Xudayət Məmməd oğlu Əsgərov) — Azərbaycanlı aktyor və rejissor,kuklaçı, Gəncə Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti (2013),Prezident mükafatçısı(2006) Əsgərov Xudayət Məmməd oğlu 1960-cı il fevralın 14-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Gəncə şəhər Baza İnşaat Texnikomunu bitirib.İbtidai musiqi məktəbinin tar sinfini bitirib. Təhsil aldığı illərdə Gəncə şəhəri İnşaatçılar mədəniyyət sarayının “Gənclik” xalq teatrında həvəskar aktyor kimi fəaliyyət göstərib. 1981-ci ildən C.Cabbarlı adına Gəncə Dövlət Dram teatrında əmək fəaliyyətinə başlayıb. 1987-ci ildən isə Gəncə Dövlət Kukla teatrında aktyor kimi işə qəbul olunub.Bu illər ərzində Kukla teatrının səhnəsində yüzdən artıq tamaşalarda baş rolları ifa edib. Oynadığı rollarla kiçik tamaşaçıların rəğbətini qazanıb. Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”-da Əhməd, “Meşə çaqqalsız olmaz”-da tülkü, N.Gəncəvinin “Xeyir və Şər”-də Xeyir, Ə.Orucun “Zınqırovlu pişik”-də Ambardar,A.Linqrendin “Uşaq və Karlıson”-da Ata ,R.Səməndərin “Çətin məsələ”-də Canavar, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də Kral ,Xalq nağılı“Şəngülüm,Şüngülüm,Məngülüm”-də Canavar və s. bu kimi yadda qalan obrazlar yaratmışdır. Aktyorluğu ilə yanaşı Xudayət Əsgərv teatrda bir çox tamaşalara rejissoir kimi quruluş vermişdir.Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, K.Kollodinin “Pinokkionun sərgüzəştləri, K.Ağaqızının “Tənbəl Əhməd”, O,Abdullayevin “Xoruzun hikkəsi”, R.Əlizadənin “Dəli Domrul” A.Əlizadənin “Şeytanın dostu” və s. bu kimi tamaşalara uğurlu quruluş vermişdir.
Xucabi monastırı
Xuçap (erm. Խուճապ) və ya Xucabi monastırı (gürc. ხუჯაბი) — İvironlu Məryən Anaya həsr olunmuş monastır. Gürcüstan-Ermənistan sərhədinin yaxınlığında yerləşir. Coğrafi şəraitinə baxmayaraq, Gürcüstan hakimiyyəti monastırın Marneuli bələdiyyəsinin Axkerpi kəndi yaxınlığında yerləşdiyini iddia edir. Monastır əsas kilsədən başqa qavit və bir neçə xaraba tikilidən ibarətdir.
Xətayi Əzizov
Xətayi Kamal oğlu Əzizov (12 mart 1963, Qalınçaq, İsmayıllı rayonu) – Azərbaycanlı jurnalist, Gürcüstanın əməkdar jurnalisti, Tərəqqi medalı və "Qızıl qələm" mükafatı laureatı. 1963-cü il martın 12-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 1970–1980-ci illərdə Qalınçaq kənd orta məktəbində oxuyub. 1981–83-cü illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olub. 1983-cü ildə Bakı Yeyinti Sənayesi Texnikumuna qəbul olub və 1986-cı ildə həmin məktəbi texnik-texnoloq ixtisası üzrə bitirib. 1986–87-ci illərdə Rusiyanın Kuybışev şəhərində Yağ-Piy Kombinatında müxtəlif vəzifələrdə işləyib. 1987-ci ilin sonlarından 1989-cu ilin avqust ayına qədər İsmayıllı rayonunda Yağ-Pendir Zavodunda çalışıb. 1989-cu ildə seçki yolu ilə Qalınçaq kənd azad komsomol komitə katibi seçilib və 1991-ci ilədək azad komsomol katibi işləyib. 1991-ci ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna daxil olub və 1996-cı ildə institutu "Politoloq, ali və orta ixtisas məktəblərində humanitar fənlər müəllimi" ixtisası üzrə bitirib. Eyni zamanda, 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ döyüşlərində iştirak edib.
Xuda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Köhnə Xudat
Köhnə Xudat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Saman xudat
Saman xudat (VIII əsr, Bəlx vilayəti)—Samanilər sülaləsi əmirlərinin ulu babası. Saman xudat bin Hamidan Bəlxdə yaşamışdı. Sülalənin banisi Saman-xudat (Saman-ata) ilk dəfə siyasi arenada VIII əsrin birinci rübündə peyda olur. Mənbələrə görə, bu dövrdə Saman –xudat Bəlxdən Xorasanın ərəb valisi Əsəd İbn Abdullah Əl Kəsrinin (və ya Əl Kuşairinin ) yanına, Mərvə gəlib onun vasitəsilə islamı qəbul etmiş və onun şərəfinə öz oğluna Əsəd adı vermişdir. Sonra o, öz oğlu ilə birlikdə Xorasanda Əbu Müslümün Əhli-Beyt hərəkatında iştirak etmişdir. Sonradan onun oğlu Əsəd, görünür ikinci dəfə İslamı, Mərvdə olduğu zaman Xəlifə Əl Məmnunun öz əlindən qəbul etmişdir. Saman-xudatın nəvələri, yəni Əsədin oğulları Nuh, Əhməd, Yəhya və İlyas Xəlifə tərəfinə keçərək Rəfi İbn Əl Leysin Orta Asiyadakı Əhli-Beyt hərəkatının ikinci üsyanının yatırılmasında iştirak etmişdilər. Xidmətlərinə görə, Mərvdən Bağdada getməzdən əvvəl Xəlifə Əl-Məmnun onları Maverənnəhrdəki şəhərlərə hakim təyin etmişdi. Samanilər sülaləsinin soyadı əcdad Saman-xudatın adı ilə bağlıdır. Mənbələrə görə o, Bəlx vilayətində yerləşmiş Saman məskəninin yaradıcısı və sahibi idi.
Xudat bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xudat rayonu
Xudat rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1943–1959-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Xudat olmuşdur. Xudat rayonu 8 oktyabr 1943-cü ildə yaradılmışdır. Xudat rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir. Xudat rayonu 4 dekabr 1959-cu il tarixində ləğv edilmiş, Şirvan kənd sovetliyi istisna olmaqla ərazisi (Xudat şəhər, Müqtədir qəsəbə soveti, Dədəli, Qusarçay, Ləcət, Nabran, Susayqışlaq və Yalama kənd sovetləri) Xaçmaz rayonuna birləşdirilmişdir. Şirvanovka kənd sovetliyi isə Qusar rayonuna verilmişdir. Rayon ərazisində "Xudat kolxozçusu" qəzeti nəşr edilmişdir.
Xuray (Qusar)
Xuray — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Xuray kəndi Qusar rayonundan 16 km cənub qərbdə, Şahdağının ətəyində, Qusar çayın sağ sahilində, dəniz səviyyəsindən 1200 m hündürlükdə, Əniğ dərəsi adlanan yerdə yerləşir. Qusar maili düzənliyində tez-tez təsadüf olunan arxeoloji tapıntılar Əniğ dərəsindəki 9 kəndin: Əniğ, Zindanmuruq, Kuzun, Yuxarı Ləgər, Suvacal, Xuray, Cağar, Çətkün və Ləzənin (Onlardan yalnız üç kənd azərbaycanlı kəndidir. Xuray, Ləgər, Suvacal) qədim zamanlardan mövcudluğunu təsdiq edir. Bu zonada ilk yaşayış məskənləri Əniğ Və Xuray olduğu kənd ağsaqqallarının yekdil fikridir. Kəndin qədimliyini onun dörd tərəfdən əhatə edən köhnə qəbiristanlıqlar sübut edir. Xuray kəndi hazırda yerləşdiyi yerindən bir az yüksəklikdə olub. Qədim dövrlərdə "Cıraqlar", "Marl yurd" kimi yurd yerlərində məskən salmış yerli əhali təxminən 500 il əvvəl – təbii fəlakətdən, yadelli basqınlardan qurtulmaq üçün qədim məskənlərini yeni yurd yeri – bərəkətli torpaqları və bol sulu bulaqları olan yamaca – Qusarçayın hövzəsinə tərəf enmişdilər. Beləliklə, orada "Xuray"ın yeni təməli qoyulur. 1996-cı ildə Xurayın "Bağlar" adlanan ərazisində, ora yaxın digər yerlərdə əkin işləri aparılarkən qədim dövrlərə aid nizə başlıqları, silaha oxşar alətlər tapılır.
Xurmayı
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Fransa Sudanı
Fransa Sudanı (fr. Soudan français; ərəb. السودان الفرنسي, as-Sūdān al-Faransī‎) — Qərbi Afrikada keçmiş Fransa müstəmləkəsi, Qərbi Sudan bölgəsinin bir hissəsi. Niger və Seneqal çaylarının yuxarı və orta axını boyunca ərazi olmuş, indi Mali dövlətinin ərazisini əhatə etmişdir. == Tarixi == 9 sentyabr 1880-ci ildə Niger və Seneqal çaylarının yuxarı və orta axınında yerləşən Fransa mülkləri əsasında Yuxarı Seneqal müstəmləkəsi yaradılmışdır. 18 avqust 1890-cı ildə bura Fransa Sudanı ərazisi adlandırılmışdır. Onun paytaxtı Kayes olmuşdur. 11 oktyabr 1899-cu ildə Fransa Sudanı bölünmüşdür. 11 cənub əyaləti Fransa Qvineyası, Kot-d'İvuar və Dahomeya müstəmləkələrinə verilmişdir. Növbəti il 2 əyalət geri verilmişdir.
Zeytun budağı
Zeytun budağı — Qədim Yunanıstanda sülh və zəfərə işarə edən simvol.
Qüvayi-milliyə
Qüvayi-milliyə (osman. قواى مليه ; hərf. "Milli Qüvvələr" və ya "Milliyyətçi Qüvvələr") – Türkiyə Qurtuluş Savaşının erkən dövründə fəaliyyət göstərən nizamsız türk milis qüvvələri. Bu qüvvələr Mudros barışıq müqaviləsinə uyğun olaraq Türkiyənin bəzi hissələri Müttəfiq qüvvələr tərəfindən işğal edildikdən sonra ortaya çıxdı. Daha sonra Qüvayi-milliyə Böyük Millət Məclisinin nizami ordusuna (Qüvayi-Nizamiyə) birləşdirildi. Bəzi tarixçilər Türkiyə Qurtuluş Savaşının bu dövrünü (1918–20) "Qüvayi-milliyə mərhələsi" adlandırırlar. Mudros barışıq müqaviləsində Osmanlı İmperiyası müttəfiqlər arasında bölündü, burada Yunanlar qərbi, ingilislər paytaxtı və cənub-şərqi, italyanlar və fransızlar ölkənin cənubunu işğal etdilər. Anadolu və Rumelidə türklərin və müsəlmanların hüquqlarını müdafiə edən ilk silahlı dəstələr Qüvayi-milliyə idi. Qüvayi-milliyə Osmanlı ordusunun fərari zabitləri və milislərindən ibarət idi. Yunanlar İzmiri işğal etdikləri zaman Qüvay-milliyə fəallaşdı.