Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yarımaçıq dərə
Yarımaçıq dərə (rus. полуоткрытая долина, ing. half open valley) — yamacların aşağı hissəsi birləşən, yuxarı hissədə başqa dərəyə keçən dərə.
Yarımçıq xatirələr
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur. == Məzmun == Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır. == Film haqqında == Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Yarımçıq əlyazma (roman)
Yarımçıq əlyazma (ing. the incomplete manuscript)— Kamal Abdulla tərəfindən 2004 cü ildə nəşr edilmiş roman. == Haqqında == Kitab Londonda "Pikadili the Fifth View Waterstone Flagman" mağazasındada AAC-nin təşkilatçılığı ilə keçirilmiş tədbirdə təqdim olunub. Tədbirdə həm Azərbaycan, həm də kosmopolit Londondan 100-ə yaxın kitabsevər iştirak edib. Bu kitab Dədə Qorqud adlı bir ozan tərəfindən Oğuz elindəki xainlərin iç üzünün ifşa olunması ilə bağlı aparılan tədqiqatın hesabatı xarakterini daşıyır. Bu isə , öz növbəsində, XVI əsrdə mövcud olan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə aid başqa bir hekayə ilə sıx əlaqədardır. Bu iki istiqaməti özündə birləşdirən "Yarımçıq əlyazma" romanı ingilis, fransız, italyan, türk, rus, polyak, ərəb, yapon, portuqal, alman və qazax dillərində nəşr olunub.
Yarımçıq xatirələr (film, 2015)
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur. == Məzmun == Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır. == Film haqqında == Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Yarımçıq qalmış mahnı (film, 1979)
== Məzmun == Kinolent özfəaliyyət vokal-instrumental ansamblı, onun Krım və Qara dəniz sahillərinə uğurlu qastrol səfərləri haqqında danışır. Ansamblın solisti Mikayıl Məmmədbəyli (Fərhad Yusifov) Moskvada Böyük Teatrda təcrübə keçmək üçün dəvətnamə alır, lakin yaradıcılıq əməkdaşlığına sadiq qalaraq bu dəvətdən istifadə etmir. == Film haqqında == Filmdə Müslüm Maqomayevin "Vesenniy kray", "Prisnivshayasya pesenka", "Yesli v mire yest lyubov", "Mı dlya pesni rojdenı", "Moya lyubov" mahnıları səslənir. Filmdəki bütün mahnıları Müslüm Maqomayev ifa edir. Burada eyni zamanda gənc və istedadlı müğənninin yaradıcılıq yolunun başlanğıcından söhbət gedir. Film yazıçı Maqsud İbrahimbəyovun "Baritonla Orkestr üçün Konsert" povesti əsasında ekranlaşdırılmışdır. Film aktrisa Nataliya Tağıyevanın kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Maqsud İbrahimbəyov Quruluşçu operatorlar: Valeri Kərimov, Vladimir Dmitriyevski Bəstəkar: Müslüm Maqomayev Quruluşçu rəssam: Elbəy Rzaquliyev Səs operatoru: Kamal Seyidov Rejissor: Rafiq Dadaşov Geyim üzrə rəssam: Mahmud Aslanov Qrim edən: L. Kuznetsova Montajçılar: Tamara Nərimanbəyova, Nelli Mahmudova Operatorlar: Rəşid Nağıyev, Vaqif Muradov Rejissor assistentləri: Yusif Əlizadə (Yusif Əliyev kimi), Yusif Şeyxov Operator assistentləri: R. Səfərəliyev, R. Umudov Rəssam assistenti: E. Muradova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: Nadejda İsmayılova Musiqi redaktoru: Rauf Əliyev (R. Əliyev kimi) Çalır: Mərkəzi Televiziyanın Ümumittifaq Radiosunun Estrada-Simfonik Orkestri Dirijor : A. Mixaylov Mahnı ifa edənlər: Müslüm Maqomayev, "Samotsvetı" Vokal Ansamblı, "Qaya" Vokal Kvarteti Musiqilərindən istifadə edilən bəstəkarlar: Domeniko Modunyo, T. Babayev, Polad Bülbüloğlu, B. Çezare Filmin direktoru: Aydın Dadaşov, Semyon Qaragedov === Rollarda === Müslüm Maqomayev — artist Fərhad Yusifov — Mikayıl Svetlana Toma — Məryəm Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Xədicə Vladimir Tatosov — Tağıyev Rəfael Dadaşov-Adil Elçin Məmmədov — Seymur Yaşar Nuri (Yaşar Nuriyev kimi) — musiqiçi İdris Zeynalov — musiqiçi Mayak Kərimov — musiqiçi Aleksandr Nisanov — musiqiçi Anatoli Falkoviç — Nikolay Məlik Dadaşov — Filarmoniyanın direktoru Aleksandr Şarovski — ofisiant Muxtar Maniyev — Xədicənin qardaşı Hacımurad Yegizarov (Murad Yegizarov kimi) — kapitan Rafiq Əliyev (II) — kontor müdiri Yuri Mnatsakanov (Y. Mnatsakanov kimi) A. Kərimov Aleksandr Kşinovloqer Cahangir Aslanoğlu — küçədəki adam (titrlərdə yoxdur) Yusif Əlizadə-Zavod işçisi (titrlərdə yoxdur) Filmi səsləndirənlər: Rasim Balayev - Mikayıl (Fərhad Yusifov) )(titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinooperator, rejissor və ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Rasim İsmayılovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Səma ilə görüş", "Dağ meşəsindən keçərkən", "Yenilməz batalyon", "Sevil", "Yeddi oğul istərəm...", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud", "Sevinc buxtası", "Babək", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Sizi dünyalar qədər sevirdim" filmlərinin, eləcə də "Danışan işıqlar" cizgi filminin kadrlarından istifadə edilmişdir.
Yarışçı Spidi
Yarışçı Spidi Mach GoGoGo (マッハGoGoGo, Mahha QoQoQo) — avtoidman mövzusunda olan anime franşiza. Azərbaycanda Mədəniyyət TV kanalında yayımlanıb. == Məzmun == Spidinin atası keçmişdə guləş uzrə çempion olub və "Mach 5" adlı xüsusi bir avtomobil quraşdırıb. Bu avtomobilin koməyi ilə Spidi cinayətkarlarla və rəqibləri ilə mübarizə aparır. == Xarici kecidlər == Mach GoGoGo Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Tokyo MX-da (Yapon dilində) web.archive.org/web/20110526005221/http://www.speedracer.com/ — Yarışçı Spidinin rəsmi saytı arxivləşdirilib Rəsmi rəqəmsal manqanın saytı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Mach Go Go Go — Internet Movie Database saytında.
Bob Anderson (yarışçı)
Bob Anderson (ing. Robert Hugh Fearon "Bob" Anderson; 19 may 1931, Hendon[d], Böyük London – 14 avqust 1967) — ingilis motosiklet və avtomobil yarışçısı, 29 Qran-pri Formula 1-də iştirak etmişdir. Karyerasına 1953-cü ildə moto yarışlarda iştirak edərək başlamış, 7 ildə iki dəfə North West 200 qalibi olmuş, müntəzəm olaraq xal qazanmışdır. Lakin, 1960-cı ildə iştirak etdiyi yarışda zədə aldı. Formula Junior –da və 5 il 1963-67 illərdə Formula 1-də iştirak etdi. 1967- ci ildə Silverstone Circuit –də test zamanı qəzaya düşdü. == Bioqrafiya == Anderson, 1931-ci ildə Britaniyada anadan olub. Karyerasına 50-ci illərdə moto yarışlarda iştirak edərək başladı. 1960-cı ildə aldığı zədə nəticəsində motosiklet yarışlarına son qoydu və öz imkanlarını qiymətləndirmək üçün, Anderson, Formula Junior-da çıxış etməyə başlayır. Daha sonra Lotus komandasında yarışlara qatılır.
Kabus yarışçı (film, 2007)
Kabus yarışçı (ing. Ghost Rider) — 2007-ci ildə çəkilən ABŞ filmidir. == Məzmun == Con Bleyz atası ilə birlikdə motosiklet şoularında iştirak edən gənc oğlandır. Atasının xərçəng xəstəlindən əziyyət çəkdiyi örəndiyi müddətdə qəribə adamla rastlaşır. Həmin naməlum adam ona deyir ki, əgər ruhunu ona versə, qarşılığında atasınıı xəstəlikdən xilas edəcəkdir. Con bu sənədi oxumadan, əlindən damlanan qan ilə bu müqaviləni imzalamış sayılır. Həmin adam isə şeytan Mepistophelesdir. Mepistopheles Amerikada bir çox insan ruhunu bu vasitə ilə həp etmişdir... == İstinadlar == == Xarici keçidlər == Kabus yarışçı — Internet Movie Database saytında.
Kabus yarışçı 2: İntiqam atəşi (film, 2012)
Kabus yarışçı 2: İntiqam atəşi (ing. Ghost Rider: Spirit of Vengeance) — Mark Neveldayn və Brayan Teylor tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Şərqi Avropada gizlənən Conni Bleyz gecələr onu kabusa çevirən lənətdən qurtulmağa çalışır. Lakin kilsənin gizli bir sektası tərəfindən köməyə çağırıldıqda kabus yarşçı həvəssiz olsa da, bu işə razılıq verir. İndi o, kiçik bir oğlanın bədənindən istifadə edərək insan forması almaq istəyən şeytani qüvvə ilə mübarizə aparmalı olacaq. Bu yolda Bleyz həm də onu narahat edən öz lənətindən də qurtula bilər... == Xarici keçidlər == Kabus Sürücü 2: İntiqam atəşi — Internet Movie Database saytında.
Saracıq
Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi olub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Molla Səfi əfəndi oğlu idi. Onun vəfatından sonra oğlu Həmzə bəy mahala başçılıq etdi.
Yaylacıq (Duzluca)
Yaylacıq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində ermənicə “tandır ocağı” mənasını verən Tendürek kimi qeyd olunur.
Baracıq (Urmiya)
Baracıq (fars. باراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 386 nəfər yaşayır (68 ailə).
Barıcıq (Xoy)
Barıcıq (fars. برژوك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (54 ailə).
Saracıq (Urmiya)
Saracıq (fars. ساراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (30 ailə).