YARAŞIQ

is. Bəzək, zinət. Ehtiyat igidin yaraşığıdır. ( Ata. sözü ).
// Qəşənglik, gözəllik.
Yan durun, aşıq gəldi; Elə yaraşıq gəldi; Yel vurub sinən açdı; Gözümə işıq gəldi. (Bayatı).
Arvadın yaraşığı saçdır. Qantəmir.

□ Yaraşığa mindirmək – yaraşıqlı etmək, bəzək vermək, zinət vermək.
Yaraşıq vermək – bəzək vermək, zinət vermək. Özünə yaraşıq vermək.
– Rəhimənin qıyıq gözlərindən silinməyən təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov.

Yaraşıqdan düşmək – yaraşığını itirmək, görkəmsiz olmaq, gözəlliyini itirmək.
Yaraşıqdan salmaq – yaraşıqdan, bəzəkdən, gözəllikdən məhrum etmək, görkəmsiz etmək.
// Yaraşma, uyğunluq, tutma. Heç bir yaraşığı yoxdur.
Yaraşıqdan yad olmaq – yaraşığı, gözəlliyi itmək, yox olmaq.

Синонимы

  • YARAŞIQ bəzək — zinət
  • YARAŞIQ yaraşıq bax gözəllik

Этимология

  • YARAŞIQ Mənbələrdə yar, yaru (светиться) feili, yaruq (свет), yarun (заря, işıqlan­dırma) sözləri mövcuddur. “Yaraşıqlı gözəl, bəzəkli” deməkdir, “işıqlı”, “p
YARAŞDIRMAQ
YARAŞIQLANMA
OBASTAN VİKİ
Yaraşıqlı kəkilli qartal
Yaraşıqlı kəkilli qartal (lat. Spizaetus ornatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli qartal cinsinə aid heyvan növü.

Значение слова в других словарях