Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarıbaş
Sarıbaş (Qax) — Azərbaycanın Qax rayonunun inzibati ərazi vahidində kənd. Sarıbaş (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında,indiki Ərtik rayonunda kənd. Sarıbaş (Krım) — Krımda kənd. Sarıbaş rəqsi — Azərbaycanın milli rəqsi. Sarıbaş (bitki) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Sarıbaş (Krım)
Sarıbaş — Krımda kənd.
Sarıbaş (Qax)
Sarıbaş — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Sarıbaş kəndi XIV əsrdə yaşayış məskəni kimi formalaşmışdır. Cəlairlər Sarıbaş kəndinin ilk daimi sakinləri olmuşdur. Kənd XVI əsrin ortalarında (1556) yerli azərbaycanlıların (türklər) və Dağıstandan köçüb gələn saxur ailələrin məskunlaşması nəticəsində daha da böyümüşdür. İlisu sultanlığı zamanı Sarıbaş mövcud 3 qrup kəndlər qrupundan Qaradolaq (İlisu) qrupuna daxil idi. Məhz Qaradolaq qrupuna türk mənşəli kəndlər daxil idi. (Sarıbaş, İlisu, Ağçay, Qaşqaçay, Yuxarı Malax, Aşağı Malax, Əmbərçay). Regionda mövcud olan islamın şafiilik və hənəfilik məzhəblərinə zidd qeyri mühafizəkar dünyagörüşünə malik əhali qrupuna malikdir. Yerli əhalinin dünya görüşündə daha cox atəşpərəstlik və xristianlıqla bağlı elementlərin çoxluğu maraq doğurur. == Toponimikası == Sarıbaş oykonimi, sadə.
Sarıbaş (rəqs)
Sarıbaş — Azərbaycanın milli rəqsi. Sarıbaş cəld tempdə ifa olunan qədim rəqsdir. Qax rayonunda çox məşhurdur. Burada onu həm kişilər, həm də qadınlar ifa edirlər. Rəqs öz hərəkət düzümü cəhətdən mürəkkəb deyildir, ona görə də onu cavanlar da, qocalar da oynayırlar.
Sarıbaş (Şörəyel)
Sarıbaş — İrəvan quberniyasının Aleksandropol qəzasında,indiki Ərtik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim sarıbaş türk etnonimi əsasında əmələ gəlmişdir. N. A. Aristov göstərir ki, XIII əsrdə Qırğız çöllərinin şimalşərq hissəsinə gəlmiş türkmonqol tayfaları içərisində sarıbaş nəsli olmuşdur. Deməli Sarıbaş kəndinin adı da monqolların tərkibində Zaqafqaziyaya, o cümlədən indi Ermənistan adlanan əraziyə gəlmiş sarıbaş türk etnonimi ilə bağlıdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.
Sarıbaş bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıbaş rəqsi
Sarıbaş — Azərbaycanın milli rəqsi. Sarıbaş cəld tempdə ifa olunan qədim rəqsdir. Qax rayonunda çox məşhurdur. Burada onu həm kişilər, həm də qadınlar ifa edirlər. Rəqs öz hərəkət düzümü cəhətdən mürəkkəb deyildir, ona görə də onu cavanlar da, qocalar da oynayırlar.
Yarpaqlı sarıbaş
Yarpaqlı sarıbaş (lat. Kalidium foliatum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Qafqazda, Qərbi Monqolustanda, Altayda, Avropada, Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Nazik, birillik zoğları olan, alçaq, möhkəm çinli kolcuqdur. Yarpaqları xırda, xətvari, oraqvari əyilmiş, göyümtül, çılpaq, sulu, alt tərəfi qabarıq, ucu əyilmiş, oturaqdır. Sünbülləri uzunsov-silindrikdir. Meyvələrində çiçəkyanlığı qalxanvari, 4-5 bucaqlı, sarımtıl və ya qırmızı, kənarları yuxarıya burulmuş və mərkəzində kiçik qabarcıqlı qalxan əmələ gətirir. Toxumları şaquli, yumru, diametri təxminən 1 mm-dir. == Ekologiyası == Şoran torpaqlarda bitir. İstiyə, quraqlığa davamlıdır.
Sarıbaş (bitki)
Sarıbaş (bitki) (lat. Kalidium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Dmitro Yaroş
Dmitro Yaroş (ukr. Дмитро Ярош) — Sağ Sektor Partiyası lideri. == Həyatı == === Siyasi fəaliyyəti === 2014-cü il Ukrayna prezident seçkilərində Sağ Sektor tərəfindən prezidentliyə namizədliyi elan edilmiş və rəsmi nəticələrinə görə 21 namizəd arasında 0.70% səs toplayaraq 11-ci yeri tutmuşdur. 21 yanvar 2015-ci ildə Donbassda gedən döyüşlərdə yaralanıb. === Şəxsi həyatı === Ailəlidir. Üç övladı vardır.
Dmıtro Yaroş
Dmitro Yaroş (ukr. Дмитро Ярош) — Sağ Sektor Partiyası lideri. == Həyatı == === Siyasi fəaliyyəti === 2014-cü il Ukrayna prezident seçkilərində Sağ Sektor tərəfindən prezidentliyə namizədliyi elan edilmiş və rəsmi nəticələrinə görə 21 namizəd arasında 0.70% səs toplayaraq 11-ci yeri tutmuşdur. 21 yanvar 2015-ci ildə Donbassda gedən döyüşlərdə yaralanıb. === Şəxsi həyatı === Ailəlidir. Üç övladı vardır.
Kosmik yarış
Kosmik yarış — SSRİ və ABŞ arasında 1957–1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur. Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradırdı. "Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlanmışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas "kosmik gücünə" çevrildilər. Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələbəsi ilə başa çatdı. 1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-yə texniki və ideoloji zərbə endirdi.
Miro Yaroş
Miro Yaroş ( 14 mart 1978, Jilina) - slovakiyalı müğənni. == Həyatı == Miro uşaqlığını Tepliçke nad Vahom şəhərində keçirib. Məktəbi bitirdikdən sonra, o İngiltərəyə köçərək 2 ildən artıq müddət ərzində işləyir və ingilis dilini öyrənir. Slovakiyaya qayıtdıqdan sonra, On the way adlı musiqi proektini yaradır. Onun ifasında sinqllar yerli radioda səsləndirilməsinə baxmayaraq, yayımcılar onun mahnılarını uzun müddət qəbul etmirdilər. 2001-ci ildə albomunu yaratmaq məqsədilə Miro İsrailə pul qazanmağa gedir. O Təl Əvivdə 4 il yaşayır. Pul qazanmaq üçün o həmçinin model kimi çalışaraq What a wonderful place adlı israil serialında qısa rollarda da çəkilmişdi. O həmçinin orada yerli əhaliyə xırda konsertlər verir. Burada o prodüser Cerri Vlodavski ilə tanış olur.
Yarış durumu
Yarış durumu (ing. race condition) – çoxaxınlı sistem və ya tətbiqi proqramın düzgün layihələndirilməməsi nəticəsində yaranan xətadır. Belə ki, sistemin, yaxud tətbiqi proqramın işi kodun hissələrinin hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olur. Məsələn, Java dilindəki aşağıdakı kod nümunəsinə baxaq: int x; // Axın 1: while (!stop) { x++; … } // Axın 2: while (!stop) { if (x%2 == 0) System.out.println("x=" + x); … } Tutaq ki, x = 0. Fərz edək ki, proqramın icrası bu ardıcıllıqla baş verir: 1. Axın 2-də if operatoru x-in cüt olub-olmamasını yoxlayır. 2. Axın 1-də x++ operatoru x-i bir vahid artırır. 3. Axın 2-də çıxış operatoru çıxışa "x=1" verir, baxmayaraq ki, cütlük yoxlamasından keçdiyindən çıxış tək ədəd olmamalı idi. Belə vəziyyətdən çıxmağın ən sadə yolu x dəyişənini başqa bir lokal dəyişənə köçürməkdir. // Axın 2: while (!stop) { int cached_x = x; if (cached_x%2 == 0) System.out.println("x=" + cached_x); … } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Karam, G.M.; Buhr, R.J.A. (August 1990).
Mən Azərbaycanlıyam (yarış)
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. == Məzmun == Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Yarış video oyunu
Yarış videooyunu (ing. Racing video game) — oyunçunun birinci və ya üçüncü şəxs perspektivindən quru, su, hava və ya kosmos üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrindən istifadə edərək yarış müsabiqəsində iştirak etdiyi videooyun janrı. Bu müsabiqələr real həyatdakı yarış turnirlərinə və ya tamamilə uydurma mövzulara əsaslana bilərlər. Ümumi olaraq, onlar hardkor simulyasiyalar və ya daha sadə arkada yarış oyunları ola bilərlər. Yarış videooyunları idman videooyunları kateqoriyasına daxildirlər.
George Russell (yarış sürücüsü)
Corc Uilyam Russell (ing. George Russell; 15 fevral 1998) — Britaniyalı Formula 1 sürücüsüdür. 2017-ci ildə GP3 və 2018-ci ildə Formula 2 çempionu olduqdan sonra 2019-cu ildə Williams komandası ilə Formula 1 yarışlarına başladı. O, 2022 mövsümündə Mercedes komandası üçün yarışacaq . == Həyatı == Russell Norfolk ştatının King's Lynn şəhərində atası Stiv və anası Alisonun iki bacısı ilə birlikdə ən kiçiyi olub: bacısı Cara və böyük qardaşı Benjy. Russel 7 yaşında kartinqlə məşğul olub, vaxtının çox hissəsini kartinq treklərində və həm də rəqabətli kartinqlə məşğul olan qardaşı Benji ətrafında keçirib. Wisbech, Cambridgeshire-də böyüyən Russell, yarış komandalarına daha yaxın olmaq üçün 18 yaşında Milton Keynsə köçməzdən əvvəl Wisbech Grammar School-da təhsil almışdır. Atası kimi o da Wolverhampton Wanderers Futbol Klubunun azarkeşidir.
Le-Man (yarış pisti)
Le-Man — Fransanın Le Mans şəhərində yerləşən avtomobil yarışlarının yarış pistidir. Pist xüsusilə Le Mans 24 Saat yarışları ilə tanınır.
Maribor
Maribor (sloven. Maribor; alm. Marburg an der Drau‎) - 95,500 nəfərlik əhalisi ilə Sloveniyanın ən böyük ikinci şəhəridir. Avstriyanın Qraz şəhərindən 50 km məsafədə yerləşir. Şərqi Avropa memarlığının ən diqqət çəkici xüsusiyyətlərinə bu şəhərdə rast gəlinir. Şəhərin ilk adı Marburq-an-der-Drau olmuşdur. Maribor tarixə uğursuz fəth cəhdləri ilə düşmüşdür. Məsələn, 1480 və 1481-ci illərdə Mattias Korvinusun başçılığı altındakı macarlar tərəfindən və 1532 və 1683-cü illərdə isə Osmanlı İmperiyası tərəfindən şəhərə uğursuz fəth cəhdləri baş tutmuşdur. == Tarixi == Orta əsrlərə aid tarixi mənbələrdə Markburh olaraq adlanan bu şəhərin adına ilk dəfə 1164-cü ildə rast gəlinmişdir. İlk dövrlərdə Dvar qraflığının mərkəzi olan şəhər sonradan Ştiriya qraflığının tərkibinə qatılmışdı.
Maribor FK
Maribor – Sloveniyanın futbol klubu.
Maribor Universiteti
Maribor Universiteti (sloven. Univerza v Mariboru) — Sloveniyanın Maribor şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Maribor Universitetinin əsası 1975-ci ildə qoyulmuşdur.
Maribor sinaqoqu
Maribor Sinaqoqu (sloven. Sinagoga Maribor) Sloveniyanın Maribor şəhərində hal-hazırda muzey kimi fəaliyyət göstərən sinaqoq. Orta əsrlərdə Maribordakı gettoda Židovska ulica ("Yəhudi küçəsi")-nın mərkəzində yerləşən, Avropanın ən qədim qorunan sinaqoqlarından biridir və Sloveniyada yerləşən iki sinoqoqdan biridir (digəri isə Lendava Sinaqoqudur (sloven. Sinagoga Lendava). Bir zamanlar Alpların şərqində ən görkəmli yerlərdən biri olan Maribordakı orta əsr yəhudi icmasının mərkəzi kimi fəaliyyət göstərirdi. == Tarixi == İlk olaraq 1354-cü ilə aid mənbələrdə xatırlanan sinaqoqun 13-cü əsrin sonlarında tikildiyi düşünülür. Bina şəhər divarlarının yanında yerləşən yəhudi qəbiristanlığı, iqamətgah və Talmud məktəbini özündə birləşdirən kompleksin bir hissəsi idi. Yaxınlığındakı qala Židovski stolp ("Yəhudi qalası") olaraq tanınırdı və binanın divarları Drava çayının sahillərinə dayanırdı. 1785-ci ildə II İosifin antiklerik islahatları zamanı sinaqoq müsadirə edildi və hərbi anbara çevrildi. Ticarət anbarı, şərab zirzəmisi, sənət studiyası və 1811-ci illərə qədər qaldığı bir yaşayış evi kimi istifadəyə verildikdən sonra 1980-ci ilə qədər bu həcmdə xidmət etdi.
NK Maribor
Maribor – Sloveniyanın futbol klubu.
Ceteris paribus
Ceteris paribus (və ya caeteris paribus; (Latınca tələffüz: [ˈse.tɛ.ris ˈpa.ri.bus]) — latın sözüdür, "digər şərtlər sabit qalarsa" deməkdir, ifadənin "bütün başqa şeylər bərabərdir", "digər şeylər sabitdir", "qalan hər şey dəyişməzdir" və "qalan hər şey eynidir" kimi tərcümələri də mövcuddur. İki vəziyyət arasında səbəbli, empirik və ya məntiqi münasibətə dair bir ifadə. Münasibətin gözlənilən şərtlərdə ümumiyyətlə doğru olmasına baxmayaraq, müdaxilə edən amillər səbəbindən uğursuz ola biləcəyi və ya əlaqənin məhv ola biləcəyi qəbul edilərsə, ceteris paribusdur. Ceteris paribus — tez-tez təhlil və sintez prosesində istifadə olunur, yəni "(əvvəllər) qeyd olunanlardan başqa bütün digər şərtlərin eyni qaldığını fərz etmək" ("ceteris paribus" üçün qısa). Bu o deməkdir ki, yalnız tədqiq olunan hadisələr və münasibətlər dəyişir, bütün digər hadisələr və münasibətlər isə dəyişməz qəbul edilir. == Tərifi == Məlumata görə, K.R. Makkonnell və S.L. Bryu ceteris paribus, digər parametrlərin sabit və ya dəyişməz qaldığı qəbul edilmiş fərziyyədir. == İqtisadiyyat == "Bütün başqa şeylər bərabərdir" bəndinin ən çox istifadə edildiyi fənlərdən biri iqtisadiyyatdır: bənd iqtisadi təsir və nəticələrin tərtibini və təsvirini sadələşdirmək üçün istifadə olunur.
Marios Andreou
Marios Andreu (yun. Μάριος Ανδρέου; 26 avqust 1998-ci ildə anadan olub) — Kipr Birinci Diviziya təmsilçilərindən olan Apollon Limassol klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kipr futbolçusudur. == Klub karyerası == Andreou öz peşəkar karyerasında debütünü 19 fevral 2017-ci ildə Karmiotissa klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Aleks da Silvanı əvəz etmişdir. Həmin görüşdə Apollon rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.