YARIŞ

is. Bir işdə üstün gəlmək, birinciliyi qazanmaq üçün bir-birini keçməyə çalışma.
Nəcəflə yarışda da söz yox ki, Qaraş çalışırdı qalib çıxsın. M.İbrahimov.

// İdmanın hər hansı bir növü üzrə birinciliyi qazanmaq üçün yarışma. Yarış meydanı. İdman yarışı. Üzgüçülük yarışı. Beynəlxalq yarış.
◊ Sosializm yarışı köhn. – sosialist təsərrüfatında: qabaqcılların təcrübəsini geniş yaymaq məqsədi daşıyan və əmək məhsuldarlığının ümumi yüksəlişinə nail olmağı nəzərdə tutan iş üsulu.

Синонимы

  • YARIŞ ötüş — qaçış
YARISƏRXOŞ
YARIŞÇI
OBASTAN VİKİ
Kosmik yarış
Kosmik yarış — SSRİ və ABŞ arasında 1957–1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur. Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradırdı. "Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlanmışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas "kosmik gücünə" çevrildilər. Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələbəsi ilə başa çatdı. 1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-yə texniki və ideoloji zərbə endirdi.
Yarış durumu
Yarış durumu (ing. race condition) – çoxaxınlı sistem və ya tətbiqi proqramın düzgün layihələndirilməməsi nəticəsində yaranan xətadır. Belə ki, sistemin, yaxud tətbiqi proqramın işi kodun hissələrinin hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olur. Məsələn, Java dilindəki aşağıdakı kod nümunəsinə baxaq: int x; // Axın 1: while (!stop) { x++; … } // Axın 2: while (!stop) { if (x%2 == 0) System.out.println("x=" + x); … } Tutaq ki, x = 0. Fərz edək ki, proqramın icrası bu ardıcıllıqla baş verir: 1. Axın 2-də if operatoru x-in cüt olub-olmamasını yoxlayır. 2. Axın 1-də x++ operatoru x-i bir vahid artırır. 3. Axın 2-də çıxış operatoru çıxışa "x=1" verir, baxmayaraq ki, cütlük yoxlamasından keçdiyindən çıxış tək ədəd olmamalı idi. Belə vəziyyətdən çıxmağın ən sadə yolu x dəyişənini başqa bir lokal dəyişənə köçürməkdir. // Axın 2: while (!stop) { int cached_x = x; if (cached_x%2 == 0) System.out.println("x=" + cached_x); … } İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Karam, G.M.; Buhr, R.J.A. (August 1990).
Mən Azərbaycanlıyam (yarış)
Yarış video oyunu
Yarış videooyunu (ing. Racing video game) — oyunçunun birinci və ya üçüncü şəxs perspektivindən quru, su, hava və ya kosmos üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrindən istifadə edərək yarış müsabiqəsində iştirak etdiyi videooyun janrı. Bu müsabiqələr real həyatdakı yarış turnirlərinə və ya tamamilə uydurma mövzulara əsaslana bilərlər. Ümumi olaraq, onlar hardkor simulyasiyalar və ya daha sadə arkada yarış oyunları ola bilərlər. Yarış videooyunları idman videooyunları kateqoriyasına daxildirlər.
George Russell (yarış sürücüsü)
Corc Uilyam Russell (ing. George Russell; 15 fevral 1998) — Britaniyalı Formula 1 sürücüsüdür. 2017-ci ildə GP3 və 2018-ci ildə Formula 2 çempionu olduqdan sonra 2019-cu ildə Williams komandası ilə Formula 1 yarışlarına başladı. O, 2022 mövsümündə Mercedes komandası üçün yarışacaq . Russell Norfolk ştatının King's Lynn şəhərində atası Stiv və anası Alisonun iki bacısı ilə birlikdə ən kiçiyi olub: bacısı Cara və böyük qardaşı Benjy. Russel 7 yaşında kartinqlə məşğul olub, vaxtının çox hissəsini kartinq treklərində və həm də rəqabətli kartinqlə məşğul olan qardaşı Benji ətrafında keçirib. Wisbech, Cambridgeshire-də böyüyən Russell, yarış komandalarına daha yaxın olmaq üçün 18 yaşında Milton Keynsə köçməzdən əvvəl Wisbech Grammar School-da təhsil almışdır. Atası kimi o da Wolverhampton Wanderers Futbol Klubunun azarkeşidir.
Le-Man (yarış pisti)
Le-Man — Fransanın Le Mans şəhərində yerləşən avtomobil yarışlarının yarış pistidir. Pist xüsusilə Le Mans 24 Saat yarışları ilə tanınır.
Azərbaycanda təşkil edilən intellektual yarışların siyahısı
Aşağıdakı siyahıda Azərbaycanda təşkil edilən intellektual yarışlar verilib.
Bob Anderson (yarışçı)
Bob Anderson (ing. Robert Hugh Fearon "Bob" Anderson; 19 may 1931, Hendon[d], Böyük London – 14 avqust 1967) — ingilis motosiklet və avtomobil yarışçısı, 29 Qran-pri Formula 1-də iştirak etmişdir. Karyerasına 1953-cü ildə moto yarışlarda iştirak edərək başlamış, 7 ildə iki dəfə North West 200 qalibi olmuş, müntəzəm olaraq xal qazanmışdır. Lakin, 1960-cı ildə iştirak etdiyi yarışda zədə aldı. Formula Junior –da və 5 il 1963-67 illərdə Formula 1-də iştirak etdi. 1967- ci ildə Silverstone Circuit –də test zamanı qəzaya düşdü. Anderson, 1931-ci ildə Britaniyada anadan olub. Karyerasına 50-ci illərdə moto yarışlarda iştirak edərək başladı. 1960-cı ildə aldığı zədə nəticəsində motosiklet yarışlarına son qoydu və öz imkanlarını qiymətləndirmək üçün, Anderson, Formula Junior-da çıxış etməyə başlayır. Daha sonra Lotus komandasında yarışlara qatılır.
Donuz yarışı
Donuz yarışı — donuzların yarışdırılması ilə həyata keçirilən müsabiqə növü. Avstraliyanın Melburn şəhərində keçirilən ənənəvi Kral şousunun ayrılmaz hissələrindən biri də donuz yarışlarıdır. Şou 1848-ci ildən etibarən, ənənəvi olaraq keçirilir. O, ilin ən nəhəng əyləncə tədbirlərindən biridir. Yarışan donuzlar yalnız qaçmaqda deyil, suyun üzərindən, həmçinin uzunluğa və hündürlüyə tullanmada da "güclərini sınayır".
Dırmaşma yarışı
Dırmaşma yarışı, zamana qarşı müəyyən bir yamaca qalxmağa əsaslanan motorsport növüdür. Ən qədim motorsport növlərindən biridir. İlk dəfə 31 yanvar 1897-ci ildə Fransanın Nice şəhəri yaxınlığındakı La Turbiedə təşkil edilmişdir. İngiltərədəki Worcestershire, Shelsley Walshdə keçirilən dırmaşma yarışları, 1905-ci ildən bəri keçirilən ən qədim yarışlardan biridir. Dırmaşma yarışlarının olduqca fərqli bir növü, çox dik təpələrə off-road motosikllər ilə dırmaşma yarışıdır. Yarışın qalibi ən yüksək zirvəyə çata bilən və ya birdən çox çıxan olarsa, onların onların içərisində ən sürətli çıxanıdır. Bu tip motorsport növü həm cəsarət, həm də bacarıq tələb edir və ABŞ-də çoxdan bəri ənənəvi hala gəlmişdir və 1980-ci illərdən bəri Fransa və Avstriyada məşhurdur.
Kabus yarışçı (film, 2007)
Kabus yarışçı (ing. Ghost Rider) — 2007-ci ildə çəkilən ABŞ filmidir. Con Bleyz atası ilə birlikdə motosiklet şoularında iştirak edən gənc oğlandır. Atasının xərçəng xəstəlindən əziyyət çəkdiyi örəndiyi müddətdə qəribə adamla rastlaşır. Həmin naməlum adam ona deyir ki, əgər ruhunu ona versə, qarşılığında atasınıı xəstəlikdən xilas edəcəkdir. Con bu sənədi oxumadan, əlindən damlanan qan ilə bu müqaviləni imzalamış sayılır. Həmin adam isə şeytan Mepistophelesdir. Mepistopheles Amerikada bir çox insan ruhunu bu vasitə ilə həp etmişdir... Kabus yarışçı — Internet Movie Database saytında.
Kabus yarışçı 2: İntiqam atəşi (film, 2012)
Kabus yarışçı 2: İntiqam atəşi (ing. Ghost Rider: Spirit of Vengeance) — Mark Neveldayn və Brayan Teylor tərəfindən çəkilən ABŞ filmidir. Şərqi Avropada gizlənən Conni Bleyz gecələr onu kabusa çevirən lənətdən qurtulmağa çalışır. Lakin kilsənin gizli bir sektası tərəfindən köməyə çağırıldıqda kabus yarşçı həvəssiz olsa da, bu işə razılıq verir. İndi o, kiçik bir oğlanın bədənindən istifadə edərək insan forması almaq istəyən şeytani qüvvə ilə mübarizə aparmalı olacaq. Bu yolda Bleyz həm də onu narahat edən öz lənətindən də qurtula bilər... Kabus Sürücü 2: İntiqam atəşi — Internet Movie Database saytında.
Miss Azərbaycan Gözəllik yarışması
Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımını seçim məqsədi ilə keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib. “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. “Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır.
Motosiklet Yarışı (1937)
Kinolent Azərbaycan SSR-də Bakı avtoklubu üzvləri arasında keçirilən motosiklet yarışları haqqındadır.
Motosiklet yarışı (film, 1937)
Kinolent Azərbaycan SSR-də Bakı avtoklubu üzvləri arasında keçirilən motosiklet yarışları haqqındadır.
Qarabağ FK Avropa yarışlarında
Qarabağ FK Avropa yarışlarında — Azərbaycan Premyer Liqasında çıxış edən və 1993-cü ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Ağdam şəhərini təmsil edən Azərbaycanın futbol klubu. "Qarabağ"ın Avropa yarışlarındakı ev oyunları əsasən Tofiq Bəhramov Stadionunda və qismən Bakı Olimpiya Stadionunda baş tutur. 2012-ci ildə yenidən qurulan Tofiq Bəhramov Stadionunun tutumu 31.200 nəfərdir. "Qarabağ"ın heyətində UEFA yarışlarında ən çox meydana çıxan futbolçu Maksim Medvedev (121), ən çox qol vuran futbolçu isə Zubirdir (14). "Qarabağ" UEFA səviyyəsində birinci yarışına, 1996/1997-ci illər mövsümündə UEFA Kuboklar Kuboku turniri çərçivəsində qatıldı. Avqustun 8-də Tofiq Bəhramov Stadionunda Finlandiyanın "MyuPa" futbolçularına qarşı baş tutan birinci görüşdə "Qarabağ", 83-cü dəqiqədə buraxdığı qolla rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Avqustun 22-də baş tutan cavab görüşündə, "Qarabağ" 1:0 hesabı ilə qalib gəldi. Komandanın yeganə qolunu, 27-ci dəqiqədə Bəxtiyar Musayev vurdu. Əlavə vaxtda isə "Qarabağ", 119-cu dəqiqədə buraxdığı qolla, ümumi nəticədə "MyuPa" futbolçulara 1:2 hesabı ilə məğlub oldu və yarışlarda mübarizəni dayandırdı. 1997/1998-ci illər mövsümündə "Qarabağ", UEFA Kuboku turnirində mübarizə apardı.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Silahlanma yarışı
Silahlanma yarışı — iki və ya daha çox tərəf arasında ən yaxşı silahlı qüvvələrə sahib olma yarışı.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Təbriz karikatura yarışı
Təbriz Cizgi filmi Muzeyi (fars. موزه کارتون تبریز‎) — Təbriz şəhərində yerləşən muzey. 2002-ci ildən Təbriz şəhərində keçirilən illik karikatura müsabiqəsi bu muzeydə keçirilir. Təbriz Cizgi Filmi Muzeyi İranın ilk və tək cizgi filmi və karikatura muzeyidir. Bu karikatura və cizgi filmi muzeyindən rəsmi olaraq dünyada cəmi 5 ədəd mövcuddur. Bolqarıstanın Qabrovo şəhərində yerləşən Yumor və Satira Evindən sonra dünyada yerləşən ikinci ən geniş muzeydir. Bu muzey dünya karikatura və cizgi filmi muzeyləri rəhbərlərinin illik ikinci toplantılarını ev sahibliyi edir. Bu toplantılara İtaliya, Fransa, Türkiyə, Azərbaycan, Suriya və Belçikadan nümayəndələr qatılır. Muzey 2007-ci ilin mart ayında Təbriz İncəsənət Mərkəzinin qərb hissəsində yaradılmışdır. Mədəniyyət departamentliyinə tabe olsa da, illik müdcəyə malik deyildir.
Yarışlı gölü
Yarışlı gölü — Burdurun Yaşılova vilayətində göl. Sahəsi 16 km2 olan karstik göl Harmanlı, Yarışlı, Kocapınar, Sazaq və Düğer kəndləri arasında yerləşir. Göl içində balaca ada da var. Göl natrium fosfat, natrium xlorid və natrium sulfatla zəngin olduğundan suları şordur. Kümbet, Yarışlı, Kilsə bulaqları, Qadınca suyu, Başquyu çayı və yağıntılarla qidalanır. Qidalanma mənbələri zəif olan göl xaricə çıxışı olmayan Buldur gölündən alçaq təpələrlə ayrılır. Axarların gölə qarışdığı sahələrdə bitki örtüyü inkişaf etmişdir. Göl bioloji müxtəliflik baxımından kasıbdır. Dərə ağızlarında ancaq dişi sazan balığı yaşayır. Göl suları yayda quruyaraq duzlu bataqlığa çevrilir.
Yarışçı Spidi
Yarışçı Spidi Mach GoGoGo (マッハGoGoGo, Mahha QoQoQo) — avtoidman mövzusunda olan anime franşiza. Azərbaycanda Mədəniyyət TV kanalında yayımlanıb. Spidinin atası keçmişdə guləş uzrə çempion olub və "Mach 5" adlı xüsusi bir avtomobil quraşdırıb. Bu avtomobilin koməyi ilə Spidi cinayətkarlarla və rəqibləri ilə mübarizə aparır. Mach GoGoGo Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Tokyo MX-da (Yapon dilində) web.archive.org/web/20110526005221/http://www.speedracer.com/ — Yarışçı Spidinin rəsmi saytı arxivləşdirilib Rəsmi rəqəmsal manqanın saytı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Mach Go Go Go — Internet Movie Database saytında.
Yük maşını yarışı
Yük maşını yarışları — yük maşınları ilə həyata keçirilən bir motorsport növüdür. Avropa Yük Maşınları Yarışı Çempionatı (EHRC) Almaniyanın Nürburgring və Fransanın Le Mans kimi dünyanın ən məşhur motorsport dövrələrində keçirilir. ABŞ-də Craftsman Yük Maşınları Seriyası Yarışları, 400 millik yarışları izləmək üçün ölkənin hər yerindən izdiham yığır. Avropa yük maşını yarışları 1980-ci illərdə başladığında, normalda yollarda işləyən nəqliyyat vasitələrindən istifadə edilmişdir. Craftsman Yük Maşınları Seriyası Yarışları, 1995-ci ildən başlanmışdır. Yarış üçün nəzərdə tutulmuş yük maşınları 161 km/saat sürətə Porsche 911 idman avtomobilindən daha sürətli çatır. Bir yük maşını üçün minimum çəki 5500 kq-dır. Təhlükəsizliyə görə 161 km/saat sürət həddi mövcuddur.
Neftçi PFK Avropa yarışlarında
Neftçi PFK UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin hamısında, ümumilikdə 22 dəfə iştirak edib. Mənbə: uefa.comSon yenilənmə: 31 dekabr 2023 ilə olan məlumat. İlk dəfə Çempionlar Liqasında oynayan klub: Neftçi — Lodz Vidzev (Polşa) 0:2 (1997/98 Çempionlar Liqası, I m. 23.07.1997 Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu) İlk qazanılan xal: Neftçi — APOEL (Cənubi Kipr) 0:0 (1995/96 UEFA Kuboku, I m. 22.08.1995 Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu) İlk qazanılan qələbə: Neftçi — Lokomotiv Sofiya (Bolqarıstan) 2:1 (1996/97 UEFA Kuboku, I m. 17.07.1996 Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu) İlk dəfə bir mövsümdə 2 mərhələ keçən klub: Neftçi (2008 İntertoto Kuboku I–II m.) İlk dəfə qrup mərhələsinə vəsiqə qazanan klub: Neftçi (2012/13 Avropa Liqası) Qrup mərhələsində ilk oyun: Partizan (Serbiya) — Neftçi 0:0 (2012/13 Avropa Liqası 20.09.2012 H qrupu I tur. Belqrad.
Qəbələ FK Avropa yarışlarında
Qəbələ FK Avropa yarışlarında ilk dəfə 2014-15 mövsümündə iştirak etməyə başlamışdır. Qəbələ FK 2014–2015 mövsümündə Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın adlı-sanlı Panatinaykos klubunu iki oyunun nəticəsinə görə məğlub edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
Maska (yarışma)
Maska — Munhwa Broadcasting Corporation-a məxsus beynəlxalq Masked Singer formatının Azərbaycan versiyası. Layihə çərçivəsində müxtəlif məşhurlar kimliklərini gizlədərək qeyri-adi geyimlərdə çıxış edirlər. Məşhurlar, münsiflər heyəti və tamaşaçılar qarşısına şəxsiyyətlərini tamamilə gizlədən müxtəlif maskalar altında çıxırlar. Müsabiqə iştirakçılarının əsl səsi yalnız mahnıların ifası zamanı və əsl simasını üzə çıxan zaman eşidilir. Qalan vaxtlarda onların səsləri təhrif edilmiş formada səslənir. Çıxışdan əvvəl sirli iştirakçının öz imicindən danışdığı, real şəxsiyyəti ilə bağlı ipuçlarını paylaşdığı video nümayiş etdirilir. Çıxışlardan sonra tamaşaçılar arasında səsvermə keçirilir və bir maska gözləmə zalına göndərilir. Hər buraxılışın sonunda bir məşhur öz maskasını açır. Layihədə finala 4 məşhur qalana qədər hər buraxılışda bir iştirakçı yarışmanı tərk edir. Yarışmanın Azərbaycan versiyası İctimai Televiziya tərəfindən istehsal olunub.

Значение слова в других словарях