Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yağdan
Yağdan (erm. Յաղդան) — Ermənistan Respublikasının Loru mərzində kənd. Kənd 1818–1821–ci illərdə Osmanlı İmperiyasından köçürülmüş yunanlar tərəfindən salınıb. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Yağdan bələdiyyəsi"ni (erm. Յաղդան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de-yure) daimi əhalisi 233 nəfərdir.
İnsan kəlləsi diaqramı (yandan)
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.
Yaşadan, yaşayan Yaşar
Dastan
Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. == Azərbaycan dastanları == Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir. Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır.
Davdan
Davdan Pain (Xudafərin)
NASDAQ
NASDAQ (National Association of Securities Dealers Automated Quotations) — rəsmi bir redaksiyası olmayan dəzgah üstü birjalarda (OTC) əməliyyat görən qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır. 8 fevral 1971-ci ildə NASDAQ fond birjasının əsası qoyulmuşdur. Dünyanın texnoloji birjası olaraq qəbul edilir. NASDAQ birjasında təkcə yüksək texnologiyalı şirkətlərin səhmləri siyahıya alınmır və buna görə də hər biri iqtisadiyyatın müvafiq sektorundakı vəziyyəti əks etdirən indekslərin bütöv bir sistem yaranıb. Hazırda NASDAQ birjasının elektron sistemində ticarət edilən qiymətli kağızların cari qiymətləri (kotirovkalara) əsasında on üç indeks mövcuddur. Nasdaq Kompozit indeksi NASDAQ birjasında bütün siyahıya alınmış şirkətlərin səhmləri daxildir (ümumi sayı 5000-dən çox). Bazar dəyərin hesablama üsulu: şirkətin səhmlərinin ümumi sayı bir səhmin cari bazar dəyərinə vurulur. Nasdaq-100 fond indeksi kapitallaşma üzrə və səhmləri NASDAQ birjasında satılan 100 ən böyük şirkəti əhatə edir. İndeksə maliyyə sektorundakı şirkətlər daxil deyil. 2021-ci ilə olan məlumata görə, Nasdaq-100 fond indeksin ümumi siyahısının 57%-i texnologiya şirkətləridir.
Qaslan
Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Aminabad-i Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Raqdan
Raqdan — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində Qəbələ və Dağıstan ərazisində yerləşir. Hündürlüyü 4020 metrdir.
Razdan
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Vaddan
Vaddan — Liviyanın cənub-qərbindəki şimal-şərqdəki Fezzan bölgəsində, Böyük Səhrada bir vahə şəhəridir. Cufra rayonunda yerləşir. Liviya Vətəndaş müharibəsi zamanı NATO qüvvələri qəsəbədəki silah-sursat anbarını bombaladı. 8 sentyabr 2011-ci ildə şəhərin Milli Keçid Şurası ilə müttəfiq olan qüvvələrin nəzarəti altında olduğu bildirildi.
Xaldan
Xaldan — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Xaldan Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Keçmiş adı Ərəş (qədim Ərəş şəhərinin xarabalığı Xaldan yaxınlığındadır) olmuşdur. Ərəş oykonimi ərəb dilindəki "qala, tikili" mənalı Ərəş sözündən hesab edilir. Xaldan adı ilk dəfə XIX əsrin 20-ci illərində çəkilir. Mənbələrin məlumatına görə, 1827-ci ildə Cənubi Azərbaycanın Urmiya mahalından köçüb gəlmiş və özlərini xalde adlandıran aysor ailələrindən bir qismi burada məskunlaşdıqdan sonra Ərəş həm də Xaldan adlanmağa başladı. Oykonim xald etnonimindən, cəmlik və məkan bildirən -an şəkilçisindən düzəlib, "xaldlar yaşayan yer" deməkdir. 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilmişdir.
Xandan
Xandan — Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xandan qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Yerli əhali arasında Seyid Xəndan adı ilə tanınır. Qəsəbə vaxtilə mövcud olmuş Seyid Xəndan obası adlı yaşayış məntəqəsi əsasında yarandığına görə həmin obanın ixtisar olunmuş adını daşıyır. Fars. xəndan "gülən, şad" deməkdir.
Yaddaş
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Yalman
Yalman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Yalman oyk, sadə. Göyçay r-nunun Ləkçılpaq i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə kəndindən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1024 nəfər əhali yaşayır.
Yarğan
Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur. Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Yarğan – mənfi xətti relyef forması, dar, dik yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır.
Yasmin Hamdan
Yasmin Hamdan (ərəb. ياسمين حمدان‎‎; 1976, Beyrut) Livanlı müğənni, bəstəkar, mahnı müəllifi və aktrisadır.Hələ Livanın Beyrut şəhərində yaşayarkən Zeid Hamdan (qohumluq əlaqəsi yoxdur) ilə qurduğu "Soapkills" qrupu ilə məşhurlaşdı.Soapkills tərəfindən çıxarılan ilk albom "Bater" (1999) oldu. Soapkills, Yaxın Şərqdəki ilk müstəqil elektronik qruplardan biri idi.Yasmin Hamdan hələ bu günə qədər də ərəb dünyasının yeraltı musiqinin ikonası sayılır. Parisə köçdükdən sonra Yasmin Hamdan CocoRosie ilə əməkdaşlıq etdi.Daha sonra Mirwais(80-ci illərdə Fransız elektron yeni dalğa qrupu olan Taxi Girl-in bir üzvü və Madonnanın bəzi albomlarını hazırlayıb) ilə birləşdi.Və Y.A.S. ilə birlikdə Arabology (2008) adlı albom çıxartdı. Yasmin Hamdan daha sonra Mark Kollin (Nouvelle Vague qrupundan) ilə birlikdə 2012-ci ildə ilk solo albomunu yazmaq və hazırlamaq üçün güclərini birləşdirdi və 2013-cü ildə Crammed Discs tərəfindən Ya Nass adı altında hazırlanaraq beynəlxalq səviyyədə yayımlandı.Əl-Əxbar qəzetinə görə pop, xalq və elektronik səsləri müxtəlif Orta-Şərq ənənələrindən ilham alaraq melodiya və sözlərlə qarışdıran bu albomda Hamdan "ərəb musiqi irsinin təsdiqlənməsi və yenidən yazılması vəzifəsini öz üzərinə götürmüşdü". Şəxsi həyatı (Livan, Küveyt, Əbu-Dabi, Yunanıstan və Fransada yaşamışdı) və Hamdanın əsas marağı Livan, Küveyt, Fələstin, Misir və Bədəvi dilləri arasında ərəb dilindəki müxtəlif ləhcələri oynaqcasına dəyişərək istifadə etməkdən ibarət idi. Bu Yaxın Şərq yumoru üçün xarakterik olan kod dəyişdirmə idi. Hamdan daha sonra Cim Carmuşun Yalnız Sevgililər Sağ Qalır filmində Tilda Suinton və Tom Hiddlstonun yanında kameo kimi çıxış etdi.
Genişləndirilmiş yaddaş
1. Genişləndirilmiş yaddaş spesifikasiyası IBM PC sistemlərində yaddaşın genişləndirilməsi üsulunun təsviri; bəzən LIM EMS kimi göstərilir, çünki bu üsul Lotus/Intel/Microsoft triumviratı tərəfindən işlənib hazırlanıb. Intel şirkətinin 80x86 prosessorlarının “real rejim” arxitekturası kompüterin erişiləbilən yaddaşının maksimal həcmini 1 Mbaytla məhdudlaşdırır. IBM PC’nin arxitekturası isə bu fəzanı (sahəni) daha da daraldaraq 640 Kbayt edir. EMS spesifikasiyası bu məhdudiyyətlərdən yayınmağa imkan verir: o, bir neçə 16-kilobaytlıq operativ yaddaş banklarından ibarət olan yaddaş lövhələri (kartları) ilə işləyə bilir ki, onları da proqram yolu ilə qoşmaq və ya açmaq mümkündür. Mərkəzi prosessor belə kartlarda yaddaşı adi yolla ünvanlaya bilmir, ancaq hər bir bankı (və ya səhifəni) prosessorun ünvan fəzasında göstərmək olur. Tut: CONVENTIONAL MEMORY, EXTENDED MEMORY. 2. Genişləndirilmiş mesaj xidməti məlumatların ötürülməsi üçün Samsung, Ericsson, Motorola, Siemens, Alcatel və bir neçə başqa şirkət tərəfindən qəbul edilmiş standart. GSM, TDMA və CDMA standartında işləyən mobil telefonlar üçün SMS standartının genişlənməsidir. EMS texnologiyası SMS və MMS arasında aralıq texnologiyadır, hazırda tamamilə MMS ilə əvəz olunub.
Hamdan Bayusuf
Hamdan Bayusuf (29 sentyabr 1994) — Keniyalı üzgüçü. Hamdan Bayusuf Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamdan Bayusuf birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.28 saniyəlik nəticəsi ilə 38-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Handan Sultan
Xəndan Sultan (1565, Osmanlı imperiyası – 9 noyabr 1605, Konstantinopol) — 13. Osmanlı sultanı III Mehmedin xanımı və I Əhmədin anası, Validə sultan. == Saraya daxil olmağı == Xəndan Sultan , son araşdırılan Balyos Raporları'na görə Boşnak əsilli və Cərrah Mehmed Paşanın cariyələrindən olan bir qız idi. Gözəlliyindən görə o dövrdə Manisa bayraq bəyi olan III Mehmedə hədiyyə edilmiştir. Yəni qısaca Xəndan Sultan 1583-cü ilin ikinci yarısında hareme girmişdir. Harama addım atmasından sonra Səfiyyə Sultanın ilk gəlini Halime Sultanın anlaşılmazlıqları nəticəsində III . Mehmed'e şəxsən Səfiyyə Sultan tərəfindən təqdim edildiyi aydın olur. 1589-cu ilin ətrafında III Mehmedin yoldaşı olduğu düşünülməkdədir. Daha sonra özünə ''gülər'' ya da ''şən'' mənasına gələn ''Xəndan'' adı verilmişdir . Təmiz əxlaqı ilə özünü hər kəsə sevdirən Xəndan Sultan yaşadığı müddət boyunca oğlu Şahzadə Əhmədin tərbiyəsi ilə maraqlandı.
Hassan Niknafs
Hassan Niknafs — Xəzər Universitetinin əvvəlki rektorudur.
II Vardan
II Vardan (Qafqaz Albaniyası çarı) — Qafqaz Albaniyasının XIII çarı. II Vardan (Parfiya çarı) — Parfiya hökmdarı.
Jassan-Riotye
Korvesya (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Kasyan-Arıta
Kasyan-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Şərqində Kyorsyase-Tyebyoleqe şimalında isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Cənubunda Kuqun-Arıta, cənub-şərqində isə Oinniqes-Arı adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir. Mərkəzindən iki axar axaraq adanı iki hissəyə bölür.
Keş yaddaş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Daşdan Keçən Kağız (1987)
== Məzmun == Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Daşdan keçən kağız (film, 1987)
== Məzmun == Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Yaşadan, yaşayan Yaşar (film, 2012)
Maşxan
Maşxan — Azərbaycan Respublikasının Astara rayonunun Təngərud kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad Maxşeyxan adının təhrif formasıdır. Talış dilindəki max "dayanacaq", "düşər-gə", Şeyx dini rütbə və "an" məkan bildirən şəkilçidir. Köhnə adı Kazeyran olmuşdur. == Tanınmış şəxslər == Əli Rəhimzadə (1997–) — güləşçi. Azər Maşxanlı — ifaçı. === Şəhidləri === Faiq Qəhrəmanov (1973–1992). İlqar Bəşirov (1973–1993). Nizami Abdullayev (1970–1994). Rasim Axundov (1970–1994).
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.
Ercan Yazgan
Ercan Yazgan (4 aprel 1946, Sinop – 8 mart 2018, İstanbul) ― Türk teatr, kino və serial aktyorudur.
Kasyan-Bettimete
Kasyan-Bettimete — Olenok körfəzində yerləşən ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Xobuox-Arıta adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-qərbdən cənub-şərqə uzanmışdır. Üzəri qumla örtülüdür. Kiçik göllərə sahibdir.