Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yağdan
Yağdan (erm. Յաղդան) — Ermənistan Respublikasının Loru mərzində kənd. Kənd 1818–1821–ci illərdə Osmanlı İmperiyasından köçürülmüş yunanlar tərəfindən salınıb. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Yağdan bələdiyyəsi"ni (erm. Յաղդան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de-yure) daimi əhalisi 233 nəfərdir.
İnsan kəlləsi diaqramı (yandan)
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. == Kəllənin əmələgəlmə mərhələləri == Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. == Kəllənin şöbələri == Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. === Üz şöbəsi === İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər === Beyin şöbəsi === İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.
Yaşadan, yaşayan Yaşar
Dastan
Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. == Azərbaycan dastanları == Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir. Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır.
Davdan
Davdan Pain (Xudafərin)
NASDAQ
NASDAQ (National Association of Securities Dealers Automated Quotations) — rəsmi bir redaksiyası olmayan dəzgah üstü birjalarda (OTC) əməliyyat görən qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır. 8 fevral 1971-ci ildə NASDAQ fond birjasının əsası qoyulmuşdur. Dünyanın texnoloji birjası olaraq qəbul edilir. == NASDAQ indeksləri == NASDAQ birjasında təkcə yüksək texnologiyalı şirkətlərin səhmləri siyahıya alınmır və buna görə də hər biri iqtisadiyyatın müvafiq sektorundakı vəziyyəti əks etdirən indekslərin bütöv bir sistem yaranıb. Hazırda NASDAQ birjasının elektron sistemində ticarət edilən qiymətli kağızların cari qiymətləri (kotirovkalara) əsasında on üç indeks mövcuddur. === Nasdaq Kompozit (ümumi fond indeksi) === Nasdaq Kompozit indeksi NASDAQ birjasında bütün siyahıya alınmış şirkətlərin səhmləri daxildir (ümumi sayı 5000-dən çox). Bazar dəyərin hesablama üsulu: şirkətin səhmlərinin ümumi sayı bir səhmin cari bazar dəyərinə vurulur. === Nasdaq-100 (fond indeksi) === Nasdaq-100 fond indeksi kapitallaşma üzrə və səhmləri NASDAQ birjasında satılan 100 ən böyük şirkəti əhatə edir. İndeksə maliyyə sektorundakı şirkətlər daxil deyil. 2021-ci ilə olan məlumata görə, Nasdaq-100 fond indeksin ümumi siyahısının 57%-i texnologiya şirkətləridir.
Qaslan
Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Aminabad-i Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Raqdan
Raqdan — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində Qəbələ və Dağıstan ərazisində yerləşir. Hündürlüyü 4020 metrdir.
Razdan
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Vaddan
Vaddan — Liviyanın cənub-qərbindəki şimal-şərqdəki Fezzan bölgəsində, Böyük Səhrada bir vahə şəhəridir. Cufra rayonunda yerləşir. == Tarixi == Liviya Vətəndaş müharibəsi zamanı NATO qüvvələri qəsəbədəki silah-sursat anbarını bombaladı. 8 sentyabr 2011-ci ildə şəhərin Milli Keçid Şurası ilə müttəfiq olan qüvvələrin nəzarəti altında olduğu bildirildi.
Xaldan
Xaldan — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Xaldan Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Keçmiş adı Ərəş (qədim Ərəş şəhərinin xarabalığı Xaldan yaxınlığındadır) olmuşdur. Ərəş oykonimi ərəb dilindəki "qala, tikili" mənalı Ərəş sözündən hesab edilir. Xaldan adı ilk dəfə XIX əsrin 20-ci illərində çəkilir. Mənbələrin məlumatına görə, 1827-ci ildə Cənubi Azərbaycanın Urmiya mahalından köçüb gəlmiş və özlərini xalde adlandıran aysor ailələrindən bir qismi burada məskunlaşdıqdan sonra Ərəş həm də Xaldan adlanmağa başladı. Oykonim xald etnonimindən, cəmlik və məkan bildirən -an şəkilçisindən düzəlib, "xaldlar yaşayan yer" deməkdir. == Təhsil == 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilmişdir.
Xandan
Xandan — Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xandan qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yerli əhali arasında Seyid Xəndan adı ilə tanınır. Qəsəbə vaxtilə mövcud olmuş Seyid Xəndan obası adlı yaşayış məntəqəsi əsasında yarandığına görə həmin obanın ixtisar olunmuş adını daşıyır. Fars. xəndan "gülən, şad" deməkdir.
Yaddaş
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Yalman
Yalman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Yalman oyk, sadə. Göyçay r-nunun Ləkçılpaq i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə kəndindən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1024 nəfər əhali yaşayır.
Yarğan
Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur. Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Yarğan – mənfi xətti relyef forması, dar, dik yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır.
Yasmin Hamdan
Yasmin Hamdan (ərəb. ياسمين حمدان‎‎; 1976, Beyrut) Livanlı müğənni, bəstəkar, mahnı müəllifi və aktrisadır.Hələ Livanın Beyrut şəhərində yaşayarkən Zeid Hamdan (qohumluq əlaqəsi yoxdur) ilə qurduğu "Soapkills" qrupu ilə məşhurlaşdı.Soapkills tərəfindən çıxarılan ilk albom "Bater" (1999) oldu. Soapkills, Yaxın Şərqdəki ilk müstəqil elektronik qruplardan biri idi.Yasmin Hamdan hələ bu günə qədər də ərəb dünyasının yeraltı musiqinin ikonası sayılır. == Haqqında == Parisə köçdükdən sonra Yasmin Hamdan CocoRosie ilə əməkdaşlıq etdi.Daha sonra Mirwais(80-ci illərdə Fransız elektron yeni dalğa qrupu olan Taxi Girl-in bir üzvü və Madonnanın bəzi albomlarını hazırlayıb) ilə birləşdi.Və Y.A.S. ilə birlikdə Arabology (2008) adlı albom çıxartdı. Yasmin Hamdan daha sonra Mark Kollin (Nouvelle Vague qrupundan) ilə birlikdə 2012-ci ildə ilk solo albomunu yazmaq və hazırlamaq üçün güclərini birləşdirdi və 2013-cü ildə Crammed Discs tərəfindən Ya Nass adı altında hazırlanaraq beynəlxalq səviyyədə yayımlandı.Əl-Əxbar qəzetinə görə pop, xalq və elektronik səsləri müxtəlif Orta-Şərq ənənələrindən ilham alaraq melodiya və sözlərlə qarışdıran bu albomda Hamdan "ərəb musiqi irsinin təsdiqlənməsi və yenidən yazılması vəzifəsini öz üzərinə götürmüşdü". Şəxsi həyatı (Livan, Küveyt, Əbu-Dabi, Yunanıstan və Fransada yaşamışdı) və Hamdanın əsas marağı Livan, Küveyt, Fələstin, Misir və Bədəvi dilləri arasında ərəb dilindəki müxtəlif ləhcələri oynaqcasına dəyişərək istifadə etməkdən ibarət idi. Bu Yaxın Şərq yumoru üçün xarakterik olan kod dəyişdirmə idi. Hamdan daha sonra Cim Carmuşun Yalnız Sevgililər Sağ Qalır filmində Tilda Suinton və Tom Hiddlstonun yanında kameo kimi çıxış etdi.
Abel Tasman
Abel Tasman (ing. Abel Janszoon Tasman) - Avstraliya və Okeaniya ərazilərini tam dövrə vurmuş və Yeni Zelandiyaya gəlmiş ilk avropalı səyyah. Abel Tasman Yeni Zelandiyanı 1642-ci ilin 15 aprel tarixində kəşf etmişdir. Avstraliyanın cənubunda yerləşən Tasmaniya adası, Tasmaniya dənizi, səyyahın şərəfinə adlandırılmışdır.
Artırılmış yaddaş
Artırılmış yaddaş – Intel firmasının 80286/386/486 mikroprosessorlarının olduğu kompüterlərdə 1 Mbayt ın üstündə yerləşən operativ yaddaş. Bu yaddaşa ancaq prosessor təhlükəsiz (386/486 prosessorlarında virtual) rejimdə işləyən zaman müraciət mümkün olur. Ardırılmış yaddaş adi MS-DOS proqramları üçün əlçatmazdır, ancaq OS/2 və Windows proqramlarına açıqdır; ancaq prosessoru lazım olan müddətdə qorunmuş rejimə keçirən proqram təminatının köməyilə həmin yaddaşı MS-DOS proqramları üçün də əlçatan etmək olar.
Atropatena (dastan)
"Atropatena dastanı" — Vahid Məmmədlinin müəllifi olduğu Azərbaycanın ilk fentezi trilogiyası. «Koroğlu», «Dədə Qorqud» kimi Azərbaycan dastanlarından sonra XXI əsrdə yazılmış dastan, epos. Azərbaycan tarixinin Alban və Atropat dövrünün dastanı. Magiyalar və sehrlərlə, fantastik qəhrəmanlarla, detektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan bir kitabda toplanmış üç kitab. Trilogiya 11 ölkədə çap olunub. == Məzmun == === Birinci kitab === Trilogiyanın birinci kitabı «Albaner» adlanır. «Zaman o zaman idi ki, Qafqaz Albaniyası çarlığı Kiçik Midiya dövlətinin tərkibində idi. Çar Vaçaqan ölkədə xristianlığı qəbul etdirmək istədiyindən sehrbaz kahinlərin əli ilə öldürüldükdən sonra, Qüdsdən gələn müqəddəs Yelisey, Vaçaqanın oğlu Albaneri də özü ilə götürərək Paytakaran yaxınlığındakı gözdən- könüldən uzaq kəndlərin birindəki kilsədə gizlənmişdi. Kənd əhalisini daim müalicə edib onlara şəfa verən müqəddəs Yelisey, kəndlilərin sevimlisinə çevrilmiş, Çar oğlu Albaneri də əsl cəngavər kimi tərbiyə edib böyütmüşdü. Yeni Çar Vaçe, ölkədə sayı günü-gündən artan sehrbazları və cadugərləri, bütpərəst kahinləri, habelə, murdar sənəmlərə sitayiş edənləri sarayın həndəvərinə buraxmasa da belə, onların qəzəbindən qorxaraq müqəddəs Yeliseyi saraydan uzaqlaşdırmışdı.
Aytaç Yalman
Aytaç Yalman (29 iyul 1940, İstanbul – 15 mart 2020, İstanbul) — Türkiyə generalı. Türkiyə Quru Qoşunları komandanı. == Həyatı == 27 iyul 1940-cı ildə İstanbulda doğulub. 16 mart 2020-ci ildə koronavirus xəstəliyindən İstanbulda vəfat edib.
Bardan (Sərdəşt)
Bardan (fars. بردان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (7 ailə).
Can Yanyan
Can Yanyan (çin.
Cyperus haspan
Cyperus haspan (lat. Cyperus haspan) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Dardan Şervaşidze
Dardan Şervaşidze — XIII əsr Abxaziya knyazı. Səlcuq sultanı II Key Xosrovla birlikdə Monqollara qarşı baş vermiş Kösedağ döyüşündə öldürülmüşdür. Dardan Şervaşidze 3000 gürcü əsgərinə sərkərdəlik edirdi.
Daşdan Keçən Kağız (1987)
== Məzmun == Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Daşdan keçən kağız (film, 1987)
== Məzmun == Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Yaşadan, yaşayan Yaşar (film, 2012)
Maşxan
Maşxan — Azərbaycan Respublikasının Astara rayonunun Təngərud kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad Maxşeyxan adının təhrif formasıdır. Talış dilindəki max "dayanacaq", "düşər-gə", Şeyx dini rütbə və "an" məkan bildirən şəkilçidir. Köhnə adı Kazeyran olmuşdur. == Tanınmış şəxslər == Azər Maşxanlı — ifaçı. === Şəhidləri === Faiq Qəhrəmanov (1973–1992). İlqar Bəşirov (1973–1993). Nizami Abdullayev (1970–1994). Rasim Axundov (1970–1994). Azər Əsədullayev (1967–1997).
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.
Ercan Yazgan
Ercan Yazgan (4 aprel 1946, Sinop – 8 mart 2018, İstanbul) ― Türk teatr, kino və serial aktyorudur.
Genişləndirilmiş yaddaş
1. Genişləndirilmiş yaddaş spesifikasiyası IBM PC sistemlərində yaddaşın genişləndirilməsi üsulunun təsviri; bəzən LIM EMS kimi göstərilir, çünki bu üsul Lotus/Intel/Microsoft triumviratı tərəfindən işlənib hazırlanıb. Intel şirkətinin 80x86 prosessorlarının “real rejim” arxitekturası kompüterin erişiləbilən yaddaşının maksimal həcmini 1 Mbaytla məhdudlaşdırır. IBM PC’nin arxitekturası isə bu fəzanı (sahəni) daha da daraldaraq 640 Kbayt edir. EMS spesifikasiyası bu məhdudiyyətlərdən yayınmağa imkan verir: o, bir neçə 16-kilobaytlıq operativ yaddaş banklarından ibarət olan yaddaş lövhələri (kartları) ilə işləyə bilir ki, onları da proqram yolu ilə qoşmaq və ya açmaq mümkündür. Mərkəzi prosessor belə kartlarda yaddaşı adi yolla ünvanlaya bilmir, ancaq hər bir bankı (və ya səhifəni) prosessorun ünvan fəzasında göstərmək olur. Tut: CONVENTIONAL MEMORY, EXTENDED MEMORY. 2. Genişləndirilmiş mesaj xidməti məlumatların ötürülməsi üçün Samsung, Ericsson, Motorola, Siemens, Alcatel və bir neçə başqa şirkət tərəfindən qəbul edilmiş standart. GSM, TDMA və CDMA standartında işləyən mobil telefonlar üçün SMS standartının genişlənməsidir. EMS texnologiyası SMS və MMS arasında aralıq texnologiyadır, hazırda tamamilə MMS ilə əvəz olunub.