VERMƏK

f.
1. Bir şeyi öz əlindən çıxarıb başqasına ötürmək, təslim etmək, çatdırmaq; tapşırmaq. Pul vermək. Onu mənə ver. Hazır materialları redaktora verdim. Əldən-ələ vermək.
– Feldşerin verdiyi təmiz xalat ona çox gözəl yaraşırdı. M.Hüseyn.

2. İstifadə üçün ayırıb birinin sərəncamına tapşırmaq, ixtiyarına vermək. Klub üçün bina vermək. Yeni binada ona üçotaqlı mənzil verdilər.
3. Bağışlamaq, hədiyyə etmək, mükafatlandırmaq. Mükafat vermək. Pay vermək.
4. Sərf etmək, yönəltmək, sövq etmək. Bütün fikrini işə vermək.
5. Ödəmək, əta etmək, qaytarmaq. Aldığı şeyin pulunu vermək. Haqqını vermək. Borcunu vermək istəmir.
6. Pulla ödəmək, müəyyən qiymətə almaq. Paltoya yüz manat vermişəm. Kitaba nə verdin?
7. Hasil etmək, hüsula gətirmək. Qazanc vermək. Bar vermək. Müəssisə çoxlu gəlir verir. Ağac çoxlu meyvə verir. Bu quyu daha neft vermir.
8. Düzəltmək, təşkil etmək, tərtib etmək. Ziyafət vermək. Tamaşa vermək. Konsert vermək.
9. Nəşr etmək, elan etmək. Qəzetdə elan vermək. Qanun vermək.
10. Bildirmək, demək. Telefonunun nömrəsini vermək. Ünvan vermək.
11. Yaşını təyin etmək (üzdən, zahirdən). Ona 40 yaşdan artıq vermək olmaz.
12. Tapşırmaq, təyin etmək, həvalə etmək. Şagirdə məsələ vermək. Çətin iş vermək.
13. Ərə getməsinə icazə vermək, yaxud məcbur etmək. Qızı oğlana verdilər. Atası qızını verməkdən boyun qaçırdı.
// Qovuşmasına, birləşməsinə imkan vermək.
Vermədi Fərhadə çərxi-bivəfa Şirinini, Hadiya. M.Hadi.

14. “Özünü” sözü ilə bərabər – getmək, yönəlmək, bir tərəfə üz tutmaq. Özünü bulvara verdi.
[Salmanov:] Danışma, özünü ver dağ yoluna, ayrı əlac yoxdur. S.Rəhman.

// Gizlənmək mənasında. Özünü ağacın dalına verdi (ağacın dalında gizləndi).
15. Bir sıra isimlərlə birləşdirilərək, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: cavab vermək, əmr vermək, icazə vermək, yol vermək, ad vermək, can vermək.

Синонимы

  • VERMƏK ödəmək — qaytarmaq
  • VERMƏK yönəltmək
  • VERMƏK bağışlamaq — mükafatlandırmaq
  • VERMƏK çatdırmaq — tapşırmaq
VERMƏ
VERMİŞÉL
OBASTAN VİKİ
Sitat vermək hüququ
Sitat vermək hüququ (ing. Right to quote) — müəllif hüquqları ilə qorunan materialdan icazəsiz müəyyən məhdudiyyətlər daxilində sitat gətirmək hüququnu ifadə edir. Bu hüquq əsasən ədalətli istifadə (ing. fair use) və ya ədalətli rəftar (ing. fair dealing) prinsipləri çərçivəsində tətbiq olunur. Sitat vermək hüququ, elmi, tədqiqat və ya tənqidi əsərlərdə mənbə materiallarından sitat gətirməyə imkan verir, eyni zamanda orijinal müəllifin hüquqlarını qorumaq üçün bəzi qaydalara əməl edilməsini tələb edir. == Əsas xüsusiyyətləri == Sitat vermək hüququ müəllif hüquqları ilə qorunan materialın kiçik hissələrinin istifadə olunmasına icazə verir. Məqalələrdə, kitablar və ya tədqiqat işlərində mənbələrin dəqiq şəkildə göstərilməsini təmin etmək məqsədi daşıyır. Sitatın ölçüsü və miqyası, istifadə olunan mətnin məqsədinə uyğun olmalıdır və əsərin əsas məzmununu kopyalamaq məqsədini daşımamalıdır. Sitat vermək hüququndan istifadə edərkən, istifadə olunan mətnin orijinal müəllifi və mənbə dəqiq şəkildə göstərilməlidir.

Значение слова в других словарях