Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Özünə qaytarmaq (proqram)
Özünə qaytarmaq (en. recover)– xətadan sonra dayanıqlı duruma dönmək; məsələn, proqramın xətadan sonra özünə qayıtması, yəni insanın müdaxiləsi olmadan öz-özünə sabitləşməsi və yerinə yetirilməsi. Özünə qaytarma proqramları korlanmış informasiyaları axtarıb tapmağa və onların qurtarılmasına kömək edir. Xətadan sonra verilənlər bazasının özünə qaytarılması zamanı onun əvvəlki stabil durumuna qayıdılır. Düzəldiləbilən xəta (en.recoverable error)– proqramın özünün uğurla düzəldə bildiyi (məsələn, ədədin yerinə hərf daxil edildikdə) xətadır.
Yaxınını sev (roman)
Yaxınını sev Alman yazıçısı Erix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark‎) tərəfindən 1939-cu ildə yazılmış roman. Roman Avropada I dünya müharibəsindən sonrakı dövrdən, Almaniyada NSAFP-nin hakimiyyətə gəlməsindən, "üçüncü növ" millət sayılan yəhudilərin ağır və faciəli həyatından bəhs edir. Əsərdə yəhudilərin gündəlik qayğıları, onlara qarşı münasibət, işdən azad edilmələri, hüquqlarının pozulması, sənədlərinin əllərindən alıb ölkədən çıxarılması kimi tarixi hadisələr bədi şəkildə təsvir edilmişdir. Böyük bir mühacir ordusu ölkəni tərk etmiş olur. Tezliklə emiqrant dalğası bütün Avropanı bürümüş olur. İnsanlar bir ölkədən digər bir ölkəyə qeyri qanuni yollarla, saxta sənədlərlə qaçmağa məcburdurlar. Romanda müəllif bütün bu ağılasığmaz hadisələr fonunda həmin dövrün insanlarının ağır talelərinə baxmayaraq həyatı sevmək əzmində olduqlarını göstərmişdir. Yazıçı Fransaya və oradan da ABŞ-yə səyahət edərkən romanı nəşr elətdirir. Alman dilində ilk nəşr 1941-ci ilin sentyabrında işıq üzü görür.
Kuzmanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Yaşasın Azərbaycan artistləri (film, 1938)
== Məzmun == Kinooçerk Azərbaycan artistlərinin Moskvadan Ədəbiyyat və İncəsənət Ongünlüyündən qayıtmalarına həsr olunmuşdur.
Yaşasın Las-Veqas (film, 1964)
"Yaşasın Las-Veqas" (ing. Viva Las Vegas) — rejissor Corc Sidninin filmi. == Məzmun == Lakki Cekson öz avtomobilinə yeni mühərrik almağa pul tapmaq məqsədilə Las-Veqasa gedir. Əyləncə şəhərinə gəlib çatanda o, ofisiant kimi işə düzəlir. Tezliklə isə restoranın daimi müştərilərindən olan yerli gözəlçə Rusti Martinə aşiq olur. Onda özünə məhəbbət yatamaq istəyən Lakki mahnı və musiqi ifa etməyə başlayır. == Film haqqında == Filmin çəkilişləri 15 iyul 1963-cü ildə başlamış və sentyabrın 16-da başa çatmışdır. Filmin çəkiliş adları belə idi: "Mənimlə evlənin, cənab", "Xanım məni sevir", "Şəhərdə yeganə oyun", "Şəhərdə yeganə qız", "Bu ecazkar münasibət". == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Selli Benson Rejissor : Corc Sidni Operator : Cozef Birok Rəssamlar : Corc Devis, Edvard Karfano Bəstəkar : Corc Stoll Prodüserlər : Cek Kamminqs, Corc Sidni === Rollarda === Elvis Presli – Lakki Cekson Enn-Marqret – Rusti Martin Çezare Danova – Kaunt Elmo Mançini Uilyam Demarest – cənab Martin Nikki Bler – Şorti Vansfort The Jubilee Four – özü Robert Aiken – sürücü Holli Beyn – kişi Larri Barton Con Bernsayd Karl Karlson Rut Karlson Recina Keroll – qonaq Cek Karter == Filmin musiqiləri == == İstinadlar == == Ədəbiyyat == Jorgensen, Ernst. Elvis Presley A Life in Music: The Complete Recording Sessions.
I Abbasın Qeşm adasını ələ keçirməsi
I Abbasın Qeşm adasını ələ keçirməsi — Səfəvi imperiyasının İran körfəzindəki portuqaliyalı qüvvələri məğlub etməsi nəzərdə tutulur. == Zəmin == I Abbas hakimiyyətə keçdiyi dövrdən İran körfəzində Portuqaliya-İspan hegomonluğuna son qoymaq barədə düşünürdü. Buna 1602-ci ildə başlanılsa da, sonradan Osmanlı ilə müharibələrə görə dayandırıldı. Abbas Osmanlıya qarşı Portuqaliya ilə ittifaq bağlamaq, ipək ticarətini onlar vasitəsiylə etmək barədə düşündüyü üçün onlarla uzun müddət elçilər vasitəsiylə danışıqlar apardı. İsfahana iki dəfə gələnkeşiş Fiqueroa bu danışıqlarda qarşı tərəfi təmsil edən şəxs idi. Lakin uzun danışıqlardan sonra heç bir nəticə əldə edilmədi. Abbasın körfəzi ələ keçirmək üçün ilk hücum etdiyi yerlərdən biri də Qeşm adası oldu. == Döyüş == Avqustun sonlarında Fiqueroa İsfahandan Hörmüzə yola düşdü. O, yolda ispan kralının məktubunu daşıyan çaparla qarşılaşdı və məktubu qəbul etdi. Bu məktuba iki imperiya arasında razılaşmanın qaralama versiyası da var idi.
Yaxşıların ən yaxşısı (film, 1976)
== Məzmun == Film Azərbaycan KP XXIX qurultayına həsr olunmuşdur. Kinolentin qəhrəmanları istehsalat qabaqcılları, beşilliyin ən yaxşı əməkçiləridir. Kinolentdə IX beşillikdə respublikamızda xalq təsərrüfatının bütün nailiyyətlərindən söhbət açılır.
Ən yaxşısı Sola zəng et
Ən yaxşısı Sola zəng et (ing. Better Call Saul) — Vins Qilliqan və Piter Quld(en) tərəfindən yaradılmış amerikan cinayət–drama teleserialı. Qilliqanın yaradıcısı olduğu əvvəlki işi "Bədbəxt"in (2008–2013) spin-offudur. "Ən yaxşısı Sola zəng et" AMC telekanalında 8 fevral 2015-ci ildən 15 avqust 2022-ci ilə qədər altı mövsüm 63 seriya yayımlanaraq sona çatmışdır. Hadisələr 2000-ci illərin əvvəllərində, "Bədbəxt"dən illər öncə Albukerkedə cərəyan edir. Serial ağır cinayətləri örtbastır edən vəkil – hazırda Sol Qudman(en) kimi fəaliyyət göstərən keçmiş dələduz Cimmi MakQilldən (Bob Odenkirk(en)) bəhs edir. Serialın digər önəmli personajları arasında narkotik tacirləri ilə əməkdaşlıq edən korrupsiyoner polis məmuru Mayk Ermantraut(en) (Conatan Benks(en)), Cimminin sevdiyi həmkarı Kim Veksler(en) (Rey Sihorn(en)), öz doğma qardaşı və düşməni Çak MakQill(en) (Maykl Makkin(en)), Çakın hüquqşünası Hovard Hemlin(en) (Patrik Fabian(en)), narkotik satıcısı Naço Varqa(en) (Maykl Mendo(en)), narkobaron Qus Frinq(en) (Cankarlo Ezpozito(en)) və kartel rəhbəri Lalo Salamanka(en) (Toni Dalton(en)) var. Serialda həmçinin Solun narkobaron Volter Vayt (Brayan Krenston) ilə tərəfdaşlığı da işıqlandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == amc.com/shows/better-call-saul--1002228 — Ən yaxşısı Sola zəng et rəsmi saytı Ən yaxşısı Sola zəng et Netflix-də Ən yaxşısı Sola zəng et — Internet Movie Database saytında.
Qardaşımdan yaxşısı yox idi (film, 2010)
Qardaşımdan yaxşısı yox idi — 2010-cu il Azərbaycan, Bolqarıstan və Rusiya istehsalı film. Film "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" üzrə Nika mükafatına namizəd olmuşdur.