QURTARMAQ

1. QURTARMAQ ..Qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı (M.İbrahimov); AXIRA ÇATDIRMAQ [Azər:] Çünki sən, axı, başqasının işini axıra çatdırmısan (Ə.Kərim); BAŞA VURMAQ ..yenicə başa vurduğu elmi əsərin taleyini xəbər aldı (Ə.Babayeva); BİTİRMƏK Hacı.. yeməyini bitirdikdən sonra yenə öz otağına çəkilər, qapını içəridən bağlardı (A.Şaiq); TAMAM ETMƏK Nurəddin nağılı tamam edib Rəhimdən təvəqqe elədi ki, evlərinə, Baharın yanına göndərsin (S.S.Axundov); TAMAMLAMAQ Kosaoğlu səsini uzadıb sözünü mənalı bir tərzdə tamamladı (İ.Şıxlı); SONA YETİRMƏK (ÇATDIRMAQ) Hər kəs öz işini sona yetirdi; Kimsə bu dünyada arzu qoymadı (M.Müşfiq); YEKUN VURMAQ Bəxtiyar ..söhbətinə yekun vurdu (A.Şaiq).

2. QURTARMAQ [Qulu:] ..dəxi işin qurtardı; bəxtin çəkdi.. (N.Vəzirov); BAŞA ÇATMAQ Mühəndis Haqverdizadənin bütün hazırlıq işləri başa çatmışdı (S.Rəhimov); BİTMƏK Orucluq müvəffəqiyyətlə bitmişdi) (S.Hüseyn); SONA YETMƏK Məclis sona yetdi (B.Bayramov); BİTİRİLMƏK, SONA YETİRİLMƏK, TAMAM OLMAQ, TAMAMLANMAQ.

3. qurtarmaq bax qurtulmaq

QURŞAQTUTAN
QURTULMAQ

Значение слова в других словарях