Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yenilməz armada
Məğlubedilməz armada (isp. Armada Invencible) yaxud Möhtəşəm və şərəfli armada (isp. Grande y Felicísima Armada) — ingilis-ispan (1587-1604) müharibəsi zamanı, ispanlar tərəfindən toplanan (130 gəmidən ibarət) nəhəng hərbi donanma. Armadanın yürüşü 1588 ilin may-sentyabr aylarında, Alonso Peres de Qusman, Medina-Sidoniya hersoqunun komandanlığı altında baş tutub. Məğlubedilməz armada, Çarlz Hovardın komandanlığı altında, kiçik holland və ingilis gəmilərindən ibarət donanma tərəfindən, Qravelin döyüşü ilə bitən bir neçə toqquşmada yüngülcə şilküt edilib. Bu döyüşlərdə seçilən “Yelizavetanın piratları”ndan biri - Frensis Dreyk idi. Döyüş iki həftə davam etdi. Armada yenidən qruplaşa bilməyərək, döyüşdən vaz keçərək, şimala tərəf getdi, bununla belə ingilis donanması, İngiltərənin şərq sahili boyunca məsafə saxlayaraq onu izləməyə davam edirdi. Ispaniya qayıdış ağır idi: Armada şimali Atlantika ilə getdi, İrlandiyanın qərb sahili boyunca. Güclü boran və ştormlar nəticəsində gəmilər bu adanın şimal və qərb sahilinə çırpıldı.
Yenilməz batalyon
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film. == Məzmun == Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. == Film haqqında == Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir. Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir. Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər. Film Şəkidə çəkilib. == Səhvlər == Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
Yeyilən doqquzdon
Yeyilən molyusklar
Yeyilən molyusklar-molyusk sözü latınca mollis - yumşaq sözündən gəlir. Molyusklar bir taylı, yəni bir balıqqulağılı, ikitaylı, yəni iki balıqqulağılı və ümumiyyətlə balıqqulağısız olur. Onlar çox müxtəlifdir.Molyuskların şirin suda və quruda yaşayan növləri yeyilsə də onları məhz dəniz yeməyi kimi qəbul edilir. == Yeyilməsi məşhur olan molyusklar == === Oyster - stridiya (rusca устрица) === Molyusklar içində ən populyarıdır. Lap qədimlərdən yeyilir. Bəziləri bişirilir, digərləri çiy yeyilir. Bir sıra oysterlər mirvarisinə görə yığılır. === Clam - molyusk (моллюск) === İngiliscə bir çox yeyilən ikitaylı molyusklara verilmiş "danışıq" adıdır. Azərbaycanca tərcüməsi - alternativi yoxdur. Daha çox Şimali Amerikada istifadə olunur və müxtəlif molyusklar nəzərdə tutula bilər.
Yeyilən qanqal
Yeyilən qanqal (lat. Cirsium esculentum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Yeyilən şabalıd
Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa) - şabalıd cinsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, ortada isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir.
Yenilməz batalyon (film, 1965)
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film. == Məzmun == Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. == Film haqqında == Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir. Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir. Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər. Film Şəkidə çəkilib. == Səhvlər == Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
Yenilməz Batalyon (Teymurun Mahnısı) (mahnı)
Yenilməz Batalyon (Teymurun Mahnısı) - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri Qılman İlkinə, bəstə Cahangir Cahangirova, aranjemanı isə Qara Dərvişə aiddir.
Görüş yerini dəyişmək olmaz (film, 1979)
"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. == Məzmun == Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir.