ƏYİLMƏK

f.
1. Əyri hala düşmək. Dəmir əyildi. Məftil əyilib.
2. Təzyiq, ağırlıq altında aşağıya doğru meyil etmək; sallanmaq. Ağacın budaqları əyilib. – Ev köhnə evə oxşayır.
Çünki tirlərin çoxusu əyilibdir. C.Məmmədquluzadə.

3. Belini əymək, aşağı qatlanmaq. Əyilib daşı yerdən qaldırdı.
– Südabə əyilib [anasının] alnından öpərək çəkilib getdi. M.İbrahimov.
Əyilib yeri nə qədər diqqətlə yoxladımsa da, heç bir iz görmədim. M.Rzaquluzadə.

4. məc. Sitayiş etmək, səcdə etmək, baş əymək.
[Şeyx Sənan:] Gəlməz əldən əyilməmək… Əlbət; Səndə var çünki başqa ülviyyət. H.Cavid.
Ey gənc! Səadəti bir xəyal bilmə; Nə olursa olsun, ancaq əyilmə! S.Vurğun.
[Leyla:] De ki, üz döndərib məhəbbətimdən; Ucuz şöhrətlərə əyilmərəm mən! B.Vahabzadə.

5. məc. İncimək, küsmək.
Nə deməkdir dost dostundan əyilmək? M.P.Vaqif.

6. Etina etmək, meyil göstərmək, fikir vermək.
Gözlərini bir kərə silməzdi el; Qəzetəyə, jurnala əyilməzdi el… M.Ə.Sabir.

7. Batmağa doğru meyil etmək (Günəş haqqında).
Dağ başını qar alar; Gün əyilər, saralar; İgid ölər, ad qoyar; Müxənnətdən nə qalar? (Bayatı).
O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn.
Gün əyiləndən sonra sahənin üzərində dəstə-dəstə dolaşa uçuşurdu. İ.Hüseynov.
Şahmar evlərinə çatanda gün lap əyilmişdi. B.Bayramov.

Синонимы

  • ƏYİLMƏK 1. ƏYİLMƏK Əyilib yeri nə qədər diqqətlə yoxladımsa da, heç bir iz görmədim (M.Rzaquluzadə); SİNMƏK (dan
  • ƏYİLMƏK sallanmaq
  • ƏYİLMƏK qatlanmaq
  • ƏYİLMƏK batmaq — yaxmaq (günəş)
  • ƏYİLMƏK incimək — küsmək

Антонимы

  • ƏYİLMƏK ƏYİLMƏK – DURMAQ Masa ətrafında dörd nəfər də əyilmişdi (H.Nəzərli); Bir sutka ayaq üstündə durdum (Mir Cəlal)
ƏYİLMƏ
ƏYİLTMƏ

Значение слова в других словарях

бочкообра́зно в пути́ гражда́нственный да́о наблошня́ть хря́скать засто́порка кришнаи́зм нерви́чески расквартиро́вывать свя́зывание сде́льные торго́вый чулейдать avionic bitter brand image clangour snowberry swingover unflappable washstand недоплатить плодородный поразительный