Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səfərdərə dağı
Səfərdərə dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3826,4 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Qapıcıq və Yağlıdərə dağlarının arasında, Parağaçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, mansodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. SƏPƏRDƏRƏ DAĞI – Ordubad rayonu ərazisində Səfərdərə dağının əhali arasında işlədilən başqa adı.