ƏSƏBİLƏŞMƏK

f. Əsəbləri qıcıqlanmaq, əsəbilik halına gəlmək, əsəblərə təsir edən bir şey nəticəsində həyəcanlanmaq, darıxmaq, ya hirslənmək; sinirlənmək. Adam hər şeydən ötrü əsəbiləşməz. Əsəbiləşmək cana zərərdir.
– Şəngül bəzi vaxt, ələlxüsus Tağı əmi gecikdikdə əsəbiləşərək ovu iznsiz qaldırardı. S.S.Axundov.
Zeynal üçüncü kərə ona faytona oturmağı təklif etdikdə Mehriban əsəbiləşdi. S.Hüseyn.
Eldar bu hərəkətimdən, mənim əsəbiləşdiyimi başa düşdü. M.Rzaquluzadə.

Синонимы

  • ƏSƏBİLƏŞMƏK ƏSƏBİLƏŞMƏK [Zinyət:] Veysəl yanıma gəlmişdi, danışığından narazı qaldım, lap əsəbiləşdim (B.Bayramov); HÖVSƏLƏDƏN ÇIXMAQ Ay küçük! – deyə kişi hövsəl
  • ƏSƏBİLƏŞMƏK hirslənmək — sinirlənmək — həyəcanlanmaq

Антонимы

  • ƏSƏBİLƏŞMƏK ƏSƏBİLƏŞMƏK – SAKİTLƏŞMƏK Cahandar ağa yenidən əsəbiləşdi (İ.Şıxlı); Aralıq bir az sakitləşmişdi ki, mən şalı boynumdan açdım (Mir Cəlal)
ƏSƏBİLƏŞMƏ
ƏSƏBİLİK

Значение слова в других словарях

вскри́кнуть имажини́стка исстре́ливание кровопуска́тельный неудо́бь неучёный охо́тничий поба́ска поднаве́сный расче́сть воркота́нье меня́ моря́чка berm exocannibalism fish-bellied illegibility impearl pick-me-up thirl unbridled афронт заразительный застичь эдикт