Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anqqun
Anqqun (Анҝҝун) (آنگگون) — İndoneziya əsilli Fransa müğənnisi. Hələ 12 yaşında ikən İndoneziyada məşhurluq qazanmışdı. 20 yaşında Fransaya köçmüşdür. Daha sonra Avropada da tanınmağa başlamışdır. Anggun ilk asiyalı müğənnidir ki, 1997-ci ildə "Snow on the Sahara" adlı beynəlxalq albom buraxmışdır. Anggun Çipta Sasmi (Indonesian pronunciation: [aŋɡun] ahng-kundakçı; Aprel 1974 29 il təvəllüdlü) Fransız dilli İndoneziya müğənnisi. Cakartada, İndoneziyada anadan olmuşdur, yeddi yaşında ikən səhə həyatına başlayıb və iki il sonra uşaq albomu buraxmışdır. Şöhrətli İndoneziya istehsalçısı Ian Antononun köməyi ilə 1986-cı ildə Anggun ilk rok janrında albom-Dünya Akü Punya buraxmışdır. Buraxdığı "Mimpi" (1990) singlıyla daha da məşhurlaşan Anggunun bu mahnısı 2009-cu ildə İndoneziyanın bütün dövrlərinin 150 ən yaxşı musiqisi siyahısına düşmüşdür. Beynəlxalq karyerasını davam etdirmək üçün Anggun 1994-cü ildə İndoneziyanı tərk etdi.
Rəqqan
Rəqqan və ya Zaviyyət-Rəqqan (ərəb. رقان‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Rəqqan dairəsinin inzibati mərkəzidir. == Tarixi == Fransa müstəmləkəçiliyi dövründə şəhərin cənub ətraflarında dörd nüvə silahı sınağı (1960-cı ildə üç, 1961-ci ildə bir) həyata keçirilmişdir. İlk dəfə 13 fevral 1960-cı ildə fransızlar tərəfindən 70 kiloton trotil tutumu olan "Mavi ərəbdovşanı" kod adlı nüvə partlayışı həyata keçirmişdir. == İqlimi == Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 7 mm). Orta illik temperatur 26,7 °C-dir. == Əhali == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 21,723 nəfər idi. Əhalinin 51,24%-i kişilərdən, müvafiq olaraq 48,76%-i qadınlardan ibarət idi.
Zərqan
Zərgan və ya Zərqan - İranın Fars ostanının Şiraz şəhristanının Zərgan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,861 nəfər və 5,127 ailədən ibarət idi.
Anggun
Anqqun (Анҝҝун) (آنگگون) — İndoneziya əsilli Fransa müğənnisi. Hələ 12 yaşında ikən İndoneziyada məşhurluq qazanmışdı. 20 yaşında Fransaya köçmüşdür. Daha sonra Avropada da tanınmağa başlamışdır. Anggun ilk asiyalı müğənnidir ki, 1997-ci ildə "Snow on the Sahara" adlı beynəlxalq albom buraxmışdır. Anggun Çipta Sasmi (Indonesian pronunciation: [aŋɡun] ahng-kundakçı; Aprel 1974 29 il təvəllüdlü) Fransız dilli İndoneziya müğənnisi. Cakartada, İndoneziyada anadan olmuşdur, yeddi yaşında ikən səhə həyatına başlayıb və iki il sonra uşaq albomu buraxmışdır. Şöhrətli İndoneziya istehsalçısı Ian Antononun köməyi ilə 1986-cı ildə Anggun ilk rok janrında albom-Dünya Akü Punya buraxmışdır. Buraxdığı "Mimpi" (1990) singlıyla daha da məşhurlaşan Anggunun bu mahnısı 2009-cu ildə İndoneziyanın bütün dövrlərinin 150 ən yaxşı musiqisi siyahısına düşmüşdür. Beynəlxalq karyerasını davam etdirmək üçün Anggun 1994-cü ildə İndoneziyanı tərk etdi.
Bergün
Bergün (alm. Bergün‎) — İsveçrədə kənd. Kənd "çox gözəl olduğu üçün və sosial şəbəkələrdə paylaşılan şəkilləri kənddə olmayan insanları pis hiss etdirdiyi üçün" turistlərin kənddə şəkil çəkdirməsi qadağan olunub.. Kəndin fotosunu çəkənləri 5 avro miqdarında cərimə gözləyir.
Zeytun
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Zərgan
Zərgan və ya Zərqan - İranın Fars ostanının Şiraz şəhristanının Zərgan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,861 nəfər və 5,127 ailədən ibarət idi.
Çətgün
Çətgün — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Çətgün oyk, sadə. Qusar r-nunun Zindanmuruq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Quba qəzasının Qrız icmasına məxsus oba kimi yaranmış, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir. Çetkün avar dilində "birəli" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır.
Zərqan döyüşü (1729)
Zərqan döyüşü Əşrəf xanın dövlət xadimi kimi iştirak etdiyi sonuncu döyüşdür. Mehmandost və Murçe-Xort döyüşlərindən başqa digər toqquşmalarda da Nadirə məulub olan Əşrəf xan İsfahandan geri çəkilərək Şirazda yeni ordu qurmaq fikrində idi. Burada bəzi yerli tayfaların dəstəyini təmin edə bilsə də, son nəticədə ağır şəkildə məğlub edildi. Bundan sonra da tarixdən silindi. Onun hansı şəraitdə və necə yoxa çıxması və ya ölməsi hələ də dəqiq olaraq bilinmir. == Döyüş == Nadir xan cənuba yönələrək Əşrəf xanla sonuncu mübarizəyə başlamamışdan əvvəl paytaxtda 40 gün müddətinə qalaraq bəzi məsələləri həll etdi. Bu məsələlərin əksəriyyəti siyasi məsələlər idi. Nadir xan Şirazın təxminən 30 km şimalında ona qarşı döyüş düzülüşünə keçən Əşrəf xanın qoşunları ilə qarşılaşdı. Səfəvi tüfəngçiləri son dövrlərdə dəfələrlə əfqan süvariləri ilə qarşılaşmışdı. Tüfəngçilər onlara qarşı bu döyüşlərdə xüsusi strategiya müəyyənləşdirmişdi.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Məhəmməd ibn Şüeyb Zərkun
Məhəmməd ibn Şüeyb Zərkun Bəlluti, həmçinin Bizans mənbələrində Zerkun (yun. Ζερκουνῆς) — təqribən 895–910-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq ikinci əmir Şüeybin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Ömərdən sonra hakimiyyətə gəldiyi, təxminən 895-ci ildən 910-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta qardaşı oğlu Yusif ibn Ömər ibn Şüeyb çıxmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).
Qara zeytun
Qara zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Şarşəkilli, bir qədər dağmıq çətirə malikdir. Meyvələri tam yetişdikdə qara rəngli olur. Oval formalıdır, qeyri-simmetrikdir. Budaqda tək-tək yerləşirlər. Meyvələr saplağa mölıkəm birləşmişdir. Meyvənin qabığı nazikdir, lakin bərkdir. Meyvənin ləti açıq mirvari rə- ngdədir. Lət meyvənin 86-87% -ni təşkil edir.
Səd Zəğlul
Sə’d Zəğlul (ərəb. سعد زغلول‎; iyul 1858 və ya 1 iyul 1859, Mutubis[d], Kəfr əş-Şeyx mühafəzəsi[d] – 23 avqust 1927, Qahirə) — Misir dövlət xadimi, 1924-cü ildə Misirin baş naziri.
Tolqa Zəngin
Tolqa Zəngin (d. 10 oktyabr 1983, Türkiyə) — Beşiktaş PFK-da forma geyinən Türkiyəli qapıçı.
Xallı zeytun
== Təbii yayılması: == Bitki təbii halda əsasən Aralıq dənizi ölkələrində, Asiya, Hindistan, Avstraliya, Afrika, Pakistan, Hindistan, Himalay və s. ölkələrdə subtropik, enliyarpaqlı meşələrdə bitir. == Botaniki təsviri: == Hündürlüyü 15 m-ə çatan həmişəyaşıl koldur. Budaqları və onun üzərində olan tək-tək tikanları qara xallıdır. Ellips formalı, nisbətən kiçik və gümüşü rəngli yarpaqlara malikdir. Yarpaqları əks, düz bucaq altında kəsişən və bütöv, uzunluğu 3-dən 7 sm-dək və eni 0,8-dən 2,5 sm-dir; apeksi iti, kiçik nöqtəli, bünövrəsi klinşəkillidir. Yarpağın kənarı bütöv və əyilmiş, yuxarı tərəfi boz-yaşıl, aşağı tərəfi möhkəm üzlü, gümüşü, qızılı və ya qonur pulcuqludur. Saplağının uzunluğu 10 mm-dir. Kasacığı dörd pərli, uzunluğu təxminən 1 mm-dir. Çiçək tacı yaşılımtıl-ağ və ya açıq sarıdır; borucuğun uzunluğu 1-dən 2 mm-dək; qulaqcıqların uzunluğu təxminən 3 mm-dir.
Yaşıl zeytun
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Zeytun (1987)
Zeytun (fəsilə)
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. == Sinonimləri == Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.
Zeytun ağacı
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Zeytun ballıcası
Zeytun ballıcası (lat. Euphyllura olivina) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ballıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin fərdin bədəni tünd sarı, sürfəninki narıncı, nimfanınkı isə yaşıldır. Yetkin dişi fərdin uzunluğu 2–2,5 mm-dir. Yumurtası uzunsov ovaldır, əvvəlcə ağ, sürfənin çıxma ərəfəsində isə narıncı rəngdə olur. Qışlama noyabrın sonu, dekabrın əvvəllərində, havanın orta gündəlik temperaturu 100C-dən aşağı olduqda başlayır. Qışlamadan çıxma aprelin ortalarında temperatur 10,5–110C-dən yuxarı olduqda başlayır. == Həyat tərzi == Qışlamadan çıxdıqdan təxminən iki həftə sonra dişilərin daxilində yumurtalar yetişir. Yumurtalarını budaqlar üzərinbə qoyurlar. Hər bir dişi fərd orta hesabla 350 yumurta qoyur.
Zeytun budağı
Zeytun budağı — Qədim Yunanıstanda sülh və zəfərə işarə edən simvol.
Zeytun dağı
Zeytun dağı (ərəb. جبل الزيتون; Cebel ez-Zeytūn‎, ivr. ‏הר הזיתים, Har ha Setim‏‎, ing. Mount of Olives, alm. Ölberg‎) — İsrailin Yerusəlim şəhərinin şərqində yerləşən və hündürlüyü 826 metr olan dağ. Dağ dini əhəmiyyətə malikdir. Burda bəzi tanınmış şəxslər də daxil olmaqla 150.000 nəfərin məzarı yerləşir. == Dini əhəmiyyəti == Zeytun dağı 3 böyük dində —islam, xristianlıq və yəhudilikdə əhəmiyyətli yer tutur. === Yəhudilik === Qiyamət günündə Yəhudi mətnlərinə əsasən qurtarıcı Messiya Zeytun dağı üzərindən Yerusəlimə gələcəyi inanılır. Buna görə dağın yamacında Zekeriya və Abşalom da daxil 150.000 nəfərin məzarı yerləşir.
Zeytun rəngi
Zeytun rəngi – sarı boya və ya bir qədər qara rəng qarışdıraraq əldə edilə bilər. Zeytun rəngi silahlı qüvvələrdə, xüsusilə də İkinci Dünya Müharibəsi dövründə ABŞ Ordusu tərəfindən uniforma və avadanlıq üçün kamuflyaj rəngləri kimi istifadə edilmişdir.İkinci Dünya müharibəsi dövründə ABŞ Silahlı Qüvvələri və hərbi nəqliyyat vasitələri üçün standart döyüş forması rəngli zeytun rəngi idi. İlk dəfə olaraq, 1892-ci ildən başlayaraq İngilislər zeytun rəngi adını istifadə etməyə başlayıblar. Möhkəm rəng olaraq, hətta hələ də ABŞ hərbi birləşmələri rəngləmə və aksesuarlar üçün istifadə olunur olsa da, birdən çox rəngli kamuflyaj sistemi kimi kamuflyaj üçün effektiv deyil (məs., ABŞ Ordusu Mübarizə Uniforması, Tigerstripe, MARPAT, Multicam və s.). İsrail, Hindistan, Kuba, Venesuela və Avstriyanın qoşunları bərk rəngli zeytun paltarları geyirlər.
Zeytun turşusu
== Hazırlanma qaydası == Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və saf-çürük edilir. Acılığı yox etmək üçün qələvi məhluluna (10 litr suya 175-200 qram natrium, ya da kalium qələvisi) qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərtilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifadə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır. Turşuma 15-20 gün çəkir.
Zeytun yağı
Zeytun yağı — Olea europaea (zeytun) bitkisinin meyvələrindən əldə edilən maye yağ. == İstehsalı == Zeytun yağı dünyada ildə 1,6–2,6 milyon ton həcmində istehsal edilir və bunun 75–80% qədəri istehsalçı ölkələr tərəfindən istehlak edilir. Geri qalan 20–25%-lik qismi isə, dünya bazarlarına ixrac edilir. Zeytun yağı, zeytunun əzilib sıxılması və qara su adlanan hissəsinin ayrılması ilə əldə edilir. Zeytun yağı tamamilə fiziki üsullarla əldə edilir və burada heç bir kimyəvi metoddan istifadə edilmir.[mənbə göstərin] == Növləri == Zeytun yağının üç əsas növü var: Təbii zeytun yağı, çiy yeyilə bilən ən keyfiyyətli zeytun yağıdır. Daha çox salat və souslarda istifadə olunur. 2. Rafinə zeytun yağı; fiziki üsullarla rafinə edilərək, ləzzəti artırılan və turşuluq nisbəti aşağı salınan yağ növüdür. Rafinə zeytun yağı daha çox, bişirilən yeməklərdə istifadə olunur. Bundan başqa Rusiya və Amerika kimi zeytun yağı dadına alışmamış ölkələrdə istifadə edilir.
Zərgan döyüşü
Zərqan döyüşü Əşrəf xanın dövlət xadimi kimi iştirak etdiyi sonuncu döyüşdür. Mehmandost və Murçe-Xort döyüşlərindən başqa digər toqquşmalarda da Nadirə məulub olan Əşrəf xan İsfahandan geri çəkilərək Şirazda yeni ordu qurmaq fikrində idi. Burada bəzi yerli tayfaların dəstəyini təmin edə bilsə də, son nəticədə ağır şəkildə məğlub edildi. Bundan sonra da tarixdən silindi. Onun hansı şəraitdə və necə yoxa çıxması və ya ölməsi hələ də dəqiq olaraq bilinmir. == Döyüş == Nadir xan cənuba yönələrək Əşrəf xanla sonuncu mübarizəyə başlamamışdan əvvəl paytaxtda 40 gün müddətinə qalaraq bəzi məsələləri həll etdi. Bu məsələlərin əksəriyyəti siyasi məsələlər idi. Nadir xan Şirazın təxminən 30 km şimalında ona qarşı döyüş düzülüşünə keçən Əşrəf xanın qoşunları ilə qarşılaşdı. Səfəvi tüfəngçiləri son dövrlərdə dəfələrlə əfqan süvariləri ilə qarşılaşmışdı. Tüfəngçilər onlara qarşı bu döyüşlərdə xüsusi strategiya müəyyənləşdirmişdi.
Şirin zeytun
Şirin zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu tərəfındən Bakı şəhəri ətrafmda olan köhnə əkinlər içərisindən seçilmişdir. Ağacı iridir, piramidalı şarşəkilli çətirə malikdir. Çətiri dağmıqdır. Meyvələri tam yetişdikdə qara rəngli olur, parlaqdır. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir. Budaqda tək- tək, ııadir halda iki-iki, üç-üç yerləşir. Meyvə saplağa kifayət qədər möhkəm birləşməyib, ona görə də tam yetişdikdə meyvələr tökülür, xüsusən külək olduqda daha çox tökülür. Meyvənin qabığı bərkdir. Lət meyvənin 87 - 89 %-ni təşkil edir.