ZƏNGİN

sif.
1. Çoxlu mal-dövləti, sərvəti, maddi vəsaiti olan, çox varlı. Zəngin ölkə.
– Bu kənd böyük, zəngin bir kənd idi. N.Nərimanov.

// Eyni mənada adam haqqında.
Heç zənn etməm özgənin mali; Bizi zəngin qılıb edə ali. M.Ə.Sabir.

2. Çox bol, çoxlu, bollu, çox geniş. Zəngin dil (söz ehtiyatı və ifadə vasitələri çox bol olan inkişaf etmiş dil). Zəngin kitabxana. Zəngin neft yataqları. Əsəri yazmaq üçün zəngin material toplanmışdır. Zəngin imkanlardan istifadə etmək.
3. Çox qəşəng, çox gözəl, möhtəşəm, dəbdəbəli, təmtəraqlı, cah-calallı.
O yerdə ki quşlar oxur, söylənilən türkülər; Andırır ki, o torpağın zəngin təbiəti var. S.Vurğun.

Синонимы

  • ZƏNGİN zəngin bax 1. varlı; 2. çox
  • ZƏNGİN varlı — dövlətli — qəni
  • ZƏNGİN geniş — bol
  • ZƏNGİN dəbdəbəli — təmtəraqlı — cah-cəlallı

Антонимы

  • ZƏNGİN ZƏNGİN – KASIB Mən Girdmanın zəngin adamlarını köməyə çağırmışam (M.Hüseyn); Aləmə dediklərindən mənə də, bu kasıb toxucuya da danış (Mir Cəlal)
ZƏNGİ
ZƏNGİNLƏŞDİRİCİ
OBASTAN VİKİ
Tolqa Zəngin
Tolqa Zəngin (d. 10 oktyabr 1983, Türkiyə) — Beşiktaş PFK-da forma geyinən Türkiyəli qapıçı.
Sefa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. == Həyatı == 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa Zəngin

Zəngin mətn formatı
Zəngin mətn formatı (ing. Rich Text Format RTF) — əksər mətn redaktorlarının dəstəklədiyi fayl formatı. Müxtəlif platformalarda (məsələn, Apple Macintosh və IBM-uyumlu kompüterlərdə) işlədiyindən formatlanmış mətn sənədlərini tətbiqi proqramlar arasında ötürmək üçün bu formatdan istifadə edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kim zəngin olmaq istəyir? Milyonların Şousu (televeriliş, 2002)
Kim zəngin olmaq istəyir? Milyonların Şousu — "Kim Milyoner Olmaq İstəyir?" (ing. Who Wants To Be A Millionaire?) verilişinin Azərbaycan versiyasıdır. DJ Fatehin aparıcı olduğu bu veriliş 3 oktyabr 2021-ci ildən yayınlamağa başladı. İlk azərbaycandilli versiyası Milyonçu. Dövlətili olmaq istərdinmi? 9 avqust 2002-ci ildə yayınlamağa başlanmışdır və aparıcıları İlhamiyyə Rzayeva və Azər Axşam olmuşdur. Milyonçu. Dövlətili olmaq istərdinmi? verlişi efirdən çıxana qədər 5 il yayınlandı.
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.

Значение слова в других словарях

гелиогеофизи́ческий за́водь игри́стое недопроизвести́ подче́рчивать поне́жить расша́танный стабу́нить шкерт эстра́да злово́нный кобыз кодиро́вка мане́рно партбюро́ роксола́нка предприятие electromagnetism nyctalope repple-depple uncurb нацело омещаниваться уберегаться хлороформ