ZEYTUN

I
сущ. олива, маслина:
1. вечнозелёное дерево из сем. маслиновых
2. плод этого дерева
II
прил. маслиновый, оливковый:
1. относящийся к оливе. Zeytun ağacı оливковое дерево, zeytun çiyidi оливковая косточка
2. добываемый из оливок. Zeytun yağı оливковое масло
ZEYL
ZEYTUNÇİÇƏKLİLƏR
OBASTAN VİKİ
Zeytun
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Armudu zeytun
Armudu zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Hündürlüyü 7,0 m-ə çatır. Çətirin diametri 7,5 m-dir. Dağınıq çətirə malikdir. Budaqları bir qədər yuxarı qalxmış vəziyyətdədir. Yarpaqları tünd yaşıl rəngdədir. Yaıpağm orta ölçüsü (sm); saplağm uzunluğu 0,6; eni 1,1. Meyvələri tünd bənövşəyi rənglidir. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir.
Qara zeytun
Qara zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Şarşəkilli, bir qədər dağmıq çətirə malikdir. Meyvələri tam yetişdikdə qara rəngli olur. Oval formalıdır, qeyri-simmetrikdir. Budaqda tək-tək yerləşirlər. Meyvələr saplağa mölıkəm birləşmişdir. Meyvənin qabığı nazikdir, lakin bərkdir. Meyvənin ləti açıq mirvari rə- ngdədir. Lət meyvənin 86-87% -ni təşkil edir.
Xallı zeytun
Bitki təbii halda əsasən Aralıq dənizi ölkələrində, Asiya, Hindistan, Avstraliya, Afrika, Pakistan, Hindistan, Himalay və s. ölkələrdə subtropik, enliyarpaqlı meşələrdə bitir. Hündürlüyü 15 m-ə çatan həmişəyaşıl koldur. Budaqları və onun üzərində olan tək-tək tikanları qara xallıdır. Ellips formalı, nisbətən kiçik və gümüşü rəngli yarpaqlara malikdir. Yarpaqları əks, düz bucaq altında kəsişən və bütöv, uzunluğu 3-dən 7 sm-dək və eni 0,8-dən 2,5 sm-dir; apeksi iti, kiçik nöqtəli, bünövrəsi klinşəkillidir. Yarpağın kənarı bütöv və əyilmiş, yuxarı tərəfi boz-yaşıl, aşağı tərəfi möhkəm üzlü, gümüşü, qızılı və ya qonur pulcuqludur. Saplağının uzunluğu 10 mm-dir. Kasacığı dörd pərli, uzunluğu təxminən 1 mm-dir. Çiçək tacı yaşılımtıl-ağ və ya açıq sarıdır; borucuğun uzunluğu 1-dən 2 mm-dək; qulaqcıqların uzunluğu təxminən 3 mm-dir.
Yaşıl zeytun
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Zeytun (1987)
Zeytun (fəsilə)
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.
Zeytun ağacı
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Zeytun ballıcası
Zeytun ballıcası (lat. Euphyllura olivina) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ballıcalar fəsiləsinə aid olan növ. Yetkin fərdin bədəni tünd sarı, sürfəninki narıncı, nimfanınkı isə yaşıldır. Yetkin dişi fərdin uzunluğu 2–2,5 mm-dir. Yumurtası uzunsov ovaldır, əvvəlcə ağ, sürfənin çıxma ərəfəsində isə narıncı rəngdə olur. Qışlama noyabrın sonu, dekabrın əvvəllərində, havanın orta gündəlik temperaturu 100C-dən aşağı olduqda başlayır. Qışlamadan çıxma aprelin ortalarında temperatur 10,5–110C-dən yuxarı olduqda başlayır. Qışlamadan çıxdıqdan təxminən iki həftə sonra dişilərin daxilində yumurtalar yetişir. Yumurtalarını budaqlar üzərinbə qoyurlar. Hər bir dişi fərd orta hesabla 350 yumurta qoyur.
Zeytun budağı
Zeytun budağı — Qədim Yunanıstanda sülh və zəfərə işarə edən simvol.
Zeytun dağı
Zeytun dağı (ərəb. جبل الزيتون; Cebel ez-Zeytūn‎, ivr. ‏הר הזיתים, Har ha Setim‏‎, ing. Mount of Olives, alm. Ölberg‎) — İsrailin Yerusəlim şəhərinin şərqində yerləşən və hündürlüyü 826 metr olan dağ. Dağ dini əhəmiyyətə malikdir. Burda bəzi tanınmış şəxslər də daxil olmaqla 150.000 nəfərin məzarı yerləşir. Zeytun dağı 3 böyük dində —islam, xristianlıq və yəhudilikdə əhəmiyyətli yer tutur. Qiyamət günündə Yəhudi mətnlərinə əsasən qurtarıcı Messiya Zeytun dağı üzərindən Yerusəlimə gələcəyi inanılır. Buna görə dağın yamacında Zekeriya və Abşalom da daxil 150.000 nəfərin məzarı yerləşir.
Zeytun rəngi
Zeytun rəngi – sarı boya və ya bir qədər qara rəng qarışdıraraq əldə edilə bilər. Zeytun rəngi silahlı qüvvələrdə, xüsusilə də İkinci Dünya Müharibəsi dövründə ABŞ Ordusu tərəfindən uniforma və avadanlıq üçün kamuflyaj rəngləri kimi istifadə edilmişdir.İkinci Dünya müharibəsi dövründə ABŞ Silahlı Qüvvələri və hərbi nəqliyyat vasitələri üçün standart döyüş forması rəngli zeytun rəngi idi. İlk dəfə olaraq, 1892-ci ildən başlayaraq İngilislər zeytun rəngi adını istifadə etməyə başlayıblar. Möhkəm rəng olaraq, hətta hələ də ABŞ hərbi birləşmələri rəngləmə və aksesuarlar üçün istifadə olunur olsa da, birdən çox rəngli kamuflyaj sistemi kimi kamuflyaj üçün effektiv deyil (məs., ABŞ Ordusu Mübarizə Uniforması, Tigerstripe, MARPAT, Multicam və s.). İsrail, Hindistan, Kuba, Venesuela və Avstriyanın qoşunları bərk rəngli zeytun paltarları geyirlər.
Zeytun turşusu
Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və saf-çürük edilir. Acılığı yox etmək üçün qələvi məhluluna (10 litr suya 175-200 qram natrium, ya da kalium qələvisi) qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərtilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifadə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır. Turşuma 15-20 gün çəkir.
Zeytun yağı
Zeytun yağı — Olea europaea (zeytun) bitkisinin meyvələrindən əldə edilən maye yağ. Zeytun yağı dünyada ildə 1,6–2,6 milyon ton həcmində istehsal edilir və bunun 75–80% qədəri istehsalçı ölkələr tərəfindən istehlak edilir. Geri qalan 20–25%-lik qismi isə, dünya bazarlarına ixrac edilir. Zeytun yağı, zeytunun əzilib sıxılması və qara su adlanan hissəsinin ayrılması ilə əldə edilir. Zeytun yağı tamamilə fiziki üsullarla əldə edilir və burada heç bir kimyəvi metoddan istifadə edilmir.[mənbə göstərin] Zeytun yağının üç əsas növü var: Təbii zeytun yağı, çiy yeyilə bilən ən keyfiyyətli zeytun yağıdır. Daha çox salat və souslarda istifadə olunur. 2. Rafinə zeytun yağı; fiziki üsullarla rafinə edilərək, ləzzəti artırılan və turşuluq nisbəti aşağı salınan yağ növüdür. Rafinə zeytun yağı daha çox, bişirilən yeməklərdə istifadə olunur. Bundan başqa Rusiya və Amerika kimi zeytun yağı dadına alışmamış ölkələrdə istifadə edilir.
Şirin zeytun
Şirin zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu tərəfındən Bakı şəhəri ətrafmda olan köhnə əkinlər içərisindən seçilmişdir. Ağacı iridir, piramidalı şarşəkilli çətirə malikdir. Çətiri dağmıqdır. Meyvələri tam yetişdikdə qara rəngli olur, parlaqdır. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir. Budaqda tək- tək, ııadir halda iki-iki, üç-üç yerləşir. Meyvə saplağa kifayət qədər möhkəm birləşməyib, ona görə də tam yetişdikdə meyvələr tökülür, xüsusən külək olduqda daha çox tökülür. Meyvənin qabığı bərkdir. Lət meyvənin 87 - 89 %-ni təşkil edir.
Fələstində zeytun istehsalı
Zeytun (film, 1987)
Zeytun budağı əməliyyatı
Zeytun budağı əməliyyatı və ya Əfrin əməliyyatı, Əfrin hərəkatı və ya əməliyyatın şifrələnmiş adı ilə Zeytun budağı hərəkatı (türk. Zeytin Dalı Harekâtı) — 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Əfrin bölgəsinə doğru başladılmış hərəkat. Türkiyə və Azad Suriya Ordusunun əsas məqsədi ərazidəki PYD, YPG və PKK hökmranlığını aradan qaldırmaq və bölgəni təhdid edən "terrorçu" ünsürləri məğlub etməkdir. İraq Şam İslam Dövlətinin bölgədən uzaqlaşdırılması da, qarşıya qoyulan hədəflər arasındadır. Türkiyə Respublikasının prezidenti, Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı gün etdiyi çıxışında Əfrindən sonrakı hədəfin Mənbic olduğunu açıqlamışdır. Suriya vətəndaş müharibəsinin gedişində, 2012-ci ilin yazında Suriya Ordusunun geri çəkilməsi nəticəsində Hələb mühafəzəsinda yerləşən Əfrin şəhəri PYD-nin nəzarəti altına keçdi. 2014-cü ilin yanvar ayında YPG Əfrin bölgəsində tək tərəfli müstəqillik elan etdi. 2016-cı ilin əvvəlində isə Şimali Hələbdə yerləşən Tel Rıfatı ələ keçirdi. Buna qarşı olaraq Türkiyə hökuməti YPG mövqelərinə artilleriya zərbələri endirmək barədə qərar qəbul etdi. Türkiyə tərəfindən 2016-2017-ci illərdə həyata keçirilən Fərat Qalxanı əməliyyatı nəticəsində Suriya sərhədindəki IŞİD hakimiyyəti sona çatdı.
Zeytun üsyanı (1780)
Zeytun üsyanı — Türkiyənin Qəhrəmanmaraş ilində 1780-cı ildə ermənilər tərəfindən təşkil olunmuş üsyan. Üsyanın başlanmasının səbəbi vergilər olmuşdur. Zeytun erməniləri IV Murad tərəfindən verilən fərmana əsasən 1774-cü ildən etibarən vergi ödəyirdilər. Ərazidə yaşayan ermənilər belə bir fərmanın olmadığını və vergilərin sultandan xəbərsiz toplandıqını iddia etməyə başladılar. Sultanın verdiyi fərmanla bağlı, hər hansısa məlumatın əldə olunmaması, ermənilər etirazılarına səbəb olmuşdur. Ermənilərlə danışıq aparmaq məqsədilə Maraş vilayətinə gəlmiş Ömər Paşanın ermənilər tərəfindən öldürülməsi, vəziyyəti gərginləşdirmişdir. Bu hadisədən sonra zeytun ermənilərinin yaşadıqları bir neçə kənddə 7 ay davam edəcək, ciddi rejim tətbiq olunmuşdur. Zeytun üsyanı Osmanlı imperiyasında yaşayan Osmanlı ermənilərinin ilk üsyanı hesab olunur.
Baba zeytun
Duza qoyulmuş zeytun
Duza qoyulmuş zeytun - Azərbaycan mətbəxində istifadə olunan, zeytunun duza qoyulub emaldan keçirilən formasıdır. == Lazım olan ərzaqlar == Zeytun Qələvi Duz Fenolftaein (apteklərdə satılan purgen dərmanı da olar) == Hazırlanma qaydası == Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və təmizlənir. Acılığı yox etmək üçün qələvi məhluluna qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. Bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərti ilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifadə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır.
Baba zeytun diyarında (film, 1992)
Baba zeytun diyarında filmi rejissor Nicat Feyzullayev tərəfindən 1992-ci ildə çəkilmişdir. "Mozalan" Studiyasında istehsal edilmişdir. Qiymətli bitki-zeytuna həsr olunmuş bu film kəskin problemlər qaldırır. == Məzmun == Qiymətli bitki-zeytuna həsr olunmuş bu film kəskin problemlər qaldrır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nicat Feyzullayev Rejissor: Nicat Feyzullayev Operator: Nemət Rzayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Avropa zeytunu
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Zeytunburnu
Zeytunburnu (türk. Zeytinburnu) — İstanbulun bir ilçəsi. 1 sentyabr 1957-ci ildə ilçə statusu qazanmışdır. Frakiyanın cənub-şərqində, Paşaeli yarımadasının, Mərmərə dənizinə baxan yamacların bu dənizlə görüşdüyü yerdədir. Tarixi yarımadadan və şəhər divarlarından, E-5 şosesi və hava limanından 15-20 dəqiqəlik məsafədə yerləşir. Bu səbəblə İstanbulun açılan vacib bir pəncərəsidir. Şərqdə Fateh, şimal-şərqdə Əyyubsultan, şimalda Bayrampaşa, qərbdə Güngörən, şimal-qərbdə Əsənlər və cənubda Mərmərə dənizi ilə əhatə olunmuşdur. Zeytunburnunun adının tarixi yarımadanın Mərmərə sahillərindən şərqə baxarkən coğrafi baxımdan bir burun kimi göründüyü və bu bölgədəki zeytun bağları üçün düzəldilən "Zeytin Burnu" adının gəldiyi güman edilir. Bakırköyün qonşu mahalındakı Zeytinlik məhəlləsi yaxınlığındakı qədim zeytun varlığının başqa bir sübutudur. İstanbul Ticarət Palatasının dəstəyi ilə 1962-ci ildə HART tərəfindən hazırlanan "Zeytunburnu: Kasıb bölgə" adlı əsərdə yerli əhalinin 51,8% -i xaric kökənli olduğu görülmüşdür.
Zeytuni təlxə
Zeytuni təlxə (lat. Platyceps najadum) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Zeytuni təlxələr 80–90 sm uzunluğa malik (maksimal 1,08 m) olurlar. Başları öndən yumrudur. Zeytuni təlxə Balkan yarımadası, Kiçik Asiya, İraq və Qafqazda (Azərbaycan, Gürcüstan, Ermənistan) yayılmışlar. Dağıstan, Çeçenistan, İnquşetiya, Stavropol və Krasnodar ərazilərində bir yarımnöv yayılmışdır. Azərbaycanın cənub-şərqində C. n. albitemporalis (Darevsky et Orlov, 1994) yarımnövü, Türkmənistanda isə Atayev təlxəsi (Coluber najadum atayevi Tuniyev et Shammakov, 1993) adı ilə tanınan yarımnövü yayılmışdır. Onlara daşlı yarımsəhralarda, arid çöllərdə, hündürlüyü 2200 mm yüksəkliyə maliyə ərazilərdə yayıla bilir. Onlar daşın altlarında və gəmiriçilərin yuvalarında dinçəlirlər.
Zeytunkimilər
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.
Zeytunyarpaq gəvən
Zeytunyarpaq gəvən (lat. Astragalus oleifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Bu bitki ilk dəfə Azərbaycanın şərq hissəsində təsvir edilmişdir. 10 sm hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları 3–3,5 sm uzunluqda olub, 8–14 cüt yarpaqcıqdan ibarətdir. Orta dağ qurşaqlarında, daşlıqlarda, bəzən az və ya çox rütubətli yamaclarda yayılmışdır. Naxçıvan MR-da dağətəyi zonalarda yayılmışdır. Tərkibində qatran vardır. Dekorativ əhəmiyyətlidir.
Zeytunçiçəklilər
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.

Значение слова в других словарях