Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərəfşan
Zərəfşan — (Özbəkcə:Zarafshon/Зарафшон, Farsa :زرافشان) -Özbəkistanın Nəvai vilayətinin mərkəzində şəhərdir. İnzibati cəhətdən şəhər tipli Muruntau qəsəbəsini əhatə edən rayon səviyyəli şəhərdir. 20 km² (7,7 kv mi) ərazisi və 85,100 əhalisi var (2021). Qızılqum səhrasında yerləşən o, suyu 220 km-lik kəmərlə Amudəryadan alır. == İqtisadi səciyyəsi == Zərəfşanı "Özbəkistanın qızıl paytaxtı" adlandırırlar. Bu, yaxınlarda Muruntau açıq mədənindən qızıl hasilatı və emalı ilə məşğul olan Nəvai Mədən və Metallurgiya Kombinatının Mərkəzi Mədən İdarəsinin evidir. 1995–2006-cı illər arasında Muruntau qızıl hasilatı və emalı əməliyyatı Kolorado ştatının Denver şəhərindəki Newmont Mining Corporation tərəfindən birbaşa xarici sərmayə olan Zərəfşan-Nyumont Birgə Müəssisəsi tərəfindən idarə olunurdu (o vaxt Özbəkistanda ABŞ-nin ən böyük sərmayədarı idi — o, həm də ilk iri sərmayədar idi. Özbəkistan 2006-cı ildə şirkətin aktivlərini müsadirə etdi və 2007-ci ilə qədər mədənə tam sahiblik etdi. Zərəfşan Hava Limanı (IATA: AFS) Özbəkistan Hava Yolları tərəfindən Daşkəndə və Daşkənddən gündəlik birbaşa uçuşlar həyata keçirir.
Zərəvşan
Zərəvşan (lat. Zeravschania) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Azşüalı zərəvşan
Azşüalı zərəvşan (lat. Zeravschania pauciradiata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zərəvşan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir endemik bitki növüdür. == Təbii yayılması == == Botaniki təsviri == Çoxillik, çılpaq, göyümtül bitkidir, hündürlüyü 60–120 sm-dir. Kökətrafı yarpaqları üçər bölümlüdür, son ayaları ayrılmış lələklidir, yumurtavari və ya uzunsovdur, uzunluğu 1 sm-ə yaxındır. Gövdə yarpaqlarının ayaları çox kiçikdir, qalanları lansetvari qın formasındadır, ayasızdır. Çətirlərdə 3–6 ədəd, uzunluğu 1–2,5 sm olan müxtəlif şüaları vardır. Ləçəkləri açıq-sarıdır. Meyvələri 4 mm uzunluğundadır, ellipsvaridir.
Aşıq Zərnişan
Aşıq Zərnişan- Aşıq Zərnişan Cabbarqızı (1852-1906) – Xızıda doğulmuş və gənc yaşlarından Bakıda – İçərişəhərdə yaşamış aşıq-şairədir. Cəfər Cabbarlı, Aşıq Zərnişan, Xızı aşıqları, aşıq sənəti, şahmat. Dahi dramaturq Cəfər Cabbarlı bir sıra yaddaqalan musiqilər bəstələyib: Azad bir quşdum, Gərək günəş dağları aşıb sönməyəydi..., Mən bir solmaz yarpağam ki, Hicrindən oldu, ey gözəl, Sənə nə olub, zalım yar, Sənin dərdindən, Saranın mahnısı, Marş irəli, əsgərim!, Yaşasın Azərbaycan, On dördü (yaxud Nuru Paşa) rəqsi və s. == Həyatı == Aşıq Zərnişan Cabbarqızı (1852-1906) – Xızıda doğulmuş və gənc yaşlarından Bakıda – İçərişəhərdə yaşamış aşıq-şairədir. Aşıq Zərnişan Xızıda tanınmış Cəlilli nəslinin bir nümayəndəsi olub. Bu nəslin nümayəndələrinin demək olar ki, hər birinin bədahətən şeir demək, söz qoşmaq, yaxud gözəl rəqs etmək bacarığı var. Uşaq yaşlarında Zərnişan Xızı mədrəsəsində təhsil alıb, şeirə, musiqiyə böyük həvəs göstərib, bədahətən şeirlər söyləməklə ətrafdakıları heyrətləndirərdi. Zərnişan 16 yaşında ikən öz doğmaca əmisi oğlu Hacı Əliəkbərlə ailə həyatı qurmuşdur. Gənc ailə Bakıda, İçərişəhərdə yaşayıb. Hacı Əliəkbər şəhərin çox zəngin, varlı tacirlərindən biri idi.
Zərnişan Azayeva
Zərnişan Azayeva (d.9 avqust 1959, Şamaxı r.) — şair-publisist, ssenari müəllifi, kino redaktoru, Əməkdar jurnalist. == Həyatı == Azayeva Zərnişan İnqilab qızı 9 avqust 1959-cu ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. Hələ orta məktəb illərindən Samaxıda fəaliyyət göstərən "Gənc Sabirçilər" ədəbi dərnəyinin üzvü olmuş, 9-cu sinifdə oxuyarkən "Dəniz və qız" adlı ilk şeirlər kitabı "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Elcə də o dövrün "Azərbaycan gəncləri", "Sovet kəndi"….qəzetləri, "Ulduz", "Müxbir", "Göyərçin", "Azərbaycan" jurnallarında məqalələr, resenziyalar, şeirlərlə çıxış etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olan Zərnişan İnqilab qızı təhsil illərində tələbə elmi cəmiyyətinin üzvü olmaqla respublika mətbuatı-qəzet və jurnallarla fəal əməkdaşlq edib, radio-televiziya üçün verilişlər hazırlayıb. 1989-cu ildə " fərqlənmə diplomu" ilə Universiteti bitirən Zərnişan Azayeva elə həmin ildən Dövlət Radio-Televiziyasında radio-televiziya şərhçisi kimi işə qəbul olunur. == Əmək fəaliyyəti == Dövrün məşhur mətbuat xadimi Leonid Tahirovun iki illik jurnalistika kursunda yüksək göstəricilərlə təhsil almış, Kiyevdə, Moskvada xüsusi təcrübə dərsləri keçməklə Ümumittifaq Radiosunun ştatdankənar müxbiri kimi fəaliyyət göstərmişdir. Vaxtilə radionun "Bulaq" ,"Şəbəkə" verilişlərinin ssenari müəlliflərindən olan Z. Azayevanın hazırladığı proqramlardan televiziyanın "Tariximiz-soykökümüz", "Söz araşdırıcılarimiz", "Dostun evi könüllərdir","İrəvanda xan qalmadı", "İmza", "Dünya yaxşılarındır", "Vətən qürbətə qalmaz", "Bizim ellər yerindəmi", "Turan" kimi hər sayı televiziyanın "qızıl fondu"na daxil edilməklə qorunmaqdadır. Zərnişan İnqilabqızı (Turan) Azərbaycantelefilmin istehsali olan iyirmi səkkiz sənədli filmin ssenari müəllifi və eləcə də digər qurumlarla birgə işlədiyi on səkkiz sənədli, iki bədii-sənədli filmin ssenari müəllifi və rejissorudur. Bu filmlər respublika daxili festivallarla yanaşı, ölkəmizdən kənarda keçirilən sənədli film yarışmalarında da qalib yerlər tutmuş, xüsusi mükafatlara layiq görulmüşdür.
Zərnişan İnqilabqızı

Böyük Çeremşan
Böyük Çeremşan — Rusiya Federasiyasının Tatarıstan Respublikasında, Samara və Ulyanovsk vilayətlərində çay. Volqanın sol qolu. Uzunluğu 336 km, hövzəsinin sahəsi isə 11,5 min km2-dir. Buqulma-Belebey yüksəkliyindən başlanır, Kuybışev su anbarına tökülür. Əsas qolları Böyük Sulça və sağdan Kiçik Çeremşandır. Əsasən, qar suları ilə qidalanır. Mənsəbində ortaillik su sərfi 36,1 m3/san-dir. Noyabrın axırlarından aprelin ortalarınadək donmuş olur. Volqa üzərində SES-in tikilməsi ilə əlaqədar aşağı axını Dimitrovqrad şəhərinədək su altında qalmışdır.