1. İp və başqa materiallar vasitəsilə şeyləri bir-birinə rəbt etmək. Atları axura bağlamaq. Qayığı körpüyə bağlamaq. Toyuğun ayaqlarını bağlamaq.
// İp və s. ilə bir şeyi başqasına və ya bir neçə şeyi bir yerə rəbt etmək, tərtib etmək, düzəltmək. Gül dəstəsi bağlamaq. Şələ bağlamaq. Dərz bağlamaq.
// Boğça etmək, boğça halına gətirmək. Paltarlarını bağlamaq. Şeylərini bağlamaq.
2. Sarımaq, sarğı keçirmək, sarğı ilə sarımaq. Yaranı bağlamaq. Başına yaylıq bağlamaq. – [Rüstəm bəy:] Yara gərək bağlana, bağlanmasa olmaz.
3. Taxmaq, asmaq, qurşanmaq. Belinə qurşaq bağlamaq. Xəncər bağlamaq. Tapança bağlamaq.
4. Qapamaq, qıfıllamaq, kilidləmək. Qapıları bağlamaq. Dükanları bağlamaq.
5. Düymələmək, ilməkləmək, keçirmək. Paltonun yaxasını bağlamaq.
6. Yapışdırmaq. Paketin ağzını bağlamaq.
7. Kəsmək, qabağını almaq, mane olmaq. Yolu bağlamaq. Suyu bağlamaq. Qazı bağlamaq.
8. məc. Məğlub etmək, üstün gəlmək (deyişmədə). Zərnişan onunla [aşıqla] deyişmişdi.
9. Qurmaq, düzəltmək, qayırmaq, quraşdırmaq, tikmək. Kərdi bağlamaq. Qundaq bağlamaq. Körpü bağlamaq.
10. İsnad vermək, üzərinə atmaq, əlaqədar etmək. İşin axırını gətirib ona bağladılar.
11. məc. Birləşdirmək, yaxınlaşdırmaq, əlaqələndirmək, rəbt etmək.
12. məc. Rəbt etmək, quraşdırmaq, bir araya gətirmək. Cümlələri bir-birinə bağlamaq. Bu adam iki sözü bir-birinə bağlaya bilmir.
13. Bənd etmək, aşıq etmək.
14. Yazmaq, tərtib etmək, qoşmaq, düzəltmək. Kitab bağlamaq. Akt bağlamaq. Dastan bağlamaq.
15. məc. Ləğv etmək, təsviyə etmək, yığışdırmaq, aradan qaldırmaq, rəsmən qadağan etmək.
16. Bir şeyin gedişini dayandırmaq, nəhayət vermək. İclası bağlamaq. Konfransı bağlamaq. Sərgini bağlamaq.
17. Üz tutmaq, örtülmək. Qaymaq bağlamaq. Köz bağlamaq (yara). Qabar bağlamaq. Piy bağlamaq. His bağlamaq. Qartmaq bağlamaq. Kif bağlamaq.
18. Hasil etmək, zahir etmək, əmələ gətirmək. Toxum bağlamaq. Rişə bağlamaq. Qabıq bağlamaq. Daş bağlamaq.
19. Təşkil etmək, düzəltmək. Sıra bağlamaq. Səf bağlamaq.
20. Bir məsələ və ya təəhhüd haqqında birisi ilə rəsmi olaraq müəyyən qaydada razılaşmaq, şərtləşmək; qəbul etmək, imzalamaq. Sülh bağlamaq. Müqavilə bağlamaq. Şərt bağlamaq.
21. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: bel bağlamaq, könül bağlamaq, ümid bağlamaq.