Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zar
Zar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Zar (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Zar (Kəlbəcər)
Zar (digər tarixi adı Şəhrizər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zar kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020- ci il Noyabr ayının 25-də işğaldan azad edilmişdir. Zar kəndi Qarabağ yaylasının ətəyindədir. İlk dəfə XIII əsrə aid mənbədə adı çəkilir. 1590-ci il sənədinə görə, şamr qəzasında Zar nahiyyəsi olmuşdur. XIX əsrdə Tiflis quberniyasında Zar kəndi, Qars vilayətində Zaruşad kəndi və çayı qeydə alınmişdir. Ermənistanda Zar, Cənubi Azərbaycanda isə Kəlbəzar kəndləri mövcuddur. Favst Buzandın (V əsr) əsərində və VII əsr mənbələrində Cənubi Azərbaycanda Zaravand, Zarişat (Türkiyənin indiki Zaruşt ərazisində) yaşayış məntəqəlarinin adı çəkilir. Mənbələrdə zar tayfa adı kimi qeyd olunur və onların fars vilayətinin cənubunda, Fars körfəzin sahillarindən Kirməna qədər olan ərazidə yaşadiqları göstarilir.
Zar (Qırxbulaq)
Zar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «yarğan» mənasında işlənən car sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Kənddə 1831-ci ildə 89 nəfər, 1873 - cü ildə 490 nəfər, 1886-cı ildə 634 nəfər, 1897-ci ildə 757 nəfər, 1914 - cü ildə 1250 nəfər, 1918-ci ilin yanvarında 706 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Türkiyədən köçürülən ermənilər 1918-1919 - cu illərdə burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərdən başqa 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdır.
Zar mağarası
Zar mağara düşərgəsi — Paleolit dövrünə aid, ölkə əhəmiyyətli abidə. Kəlbəcər rayonunun Zar kəndinin qərb tərəfində yerləşən mağara. Zar mağarası Üst Paleolit dövründə insanlıqdan əvvəlki yaşayış yerinin arxeoloji yeridir. Мağara, xəzinə axtaranlar tərəfindən dağıdılmışdır. Dağıdılmış sahədə М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşkar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır. Мağaranın cənub qurtaracağında aparılan kəşfiyyat qazıntısı zamanı, kəsikdə çınqıl və çaydaşı qarışıq gilli torpaqdan yaranmış altı təbəqənin olduğu müəyyən edilmişdir. Bir-birini əvəz edən bu təbəqələrin yalnız dördündə maddi mədəniyyət qalıqlarının olduğu müəyyən edilmiş, mədəni təbəqələrdən ona yaxın əmək aləti aşkar olunmuşdur.
Zar nahiyəsi
Zar nahiyəsi — Naxçıvan ərazisində nahiyə. Zar nahiyəsi 25 kənd və 1 məzrəədən ibarət idi.
Qalxan-dilaltı zar
Qalxan-dilaltı zar, Dilaltı-qalxan zar (lat. membrana thyrohyoidea, membrana hyothyreoidea) — insanın qırtlaq aparatına aid zar. Qalxan-dilaltı zar dilaltı sümüyündən başlayıb və qalxanabənzər qığırdağa bağlanır və yaxud əksinə qalxanabənzər qığırdaqdan başlayıb, dilaltı sümüyünə bağlanır. Tərkibi elastiki birləşdirici toxumadan ibarətdir.
Zar mağara düşərgəsi
Zar mağara düşərgəsi — Paleolit dövrünə aid, ölkə əhəmiyyətli abidə. Kəlbəcər rayonunun Zar kəndinin qərb tərəfində yerləşən mağara. Zar mağarası Üst Paleolit dövründə insanlıqdan əvvəlki yaşayış yerinin arxeoloji yeridir. Мağara, xəzinə axtaranlar tərəfindən dağıdılmışdır. Dağıdılmış sahədə М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşkar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır. Мağaranın cənub qurtaracağında aparılan kəşfiyyat qazıntısı zamanı, kəsikdə çınqıl və çaydaşı qarışıq gilli torpaqdan yaranmış altı təbəqənin olduğu müəyyən edilmişdir. Bir-birini əvəz edən bu təbəqələrin yalnız dördündə maddi mədəniyyət qalıqlarının olduğu müəyyən edilmiş, mədəni təbəqələrdən ona yaxın əmək aləti aşkar olunmuşdur.
Müqəddəs Məryəm Ana monastırı (Zar)
Müqəddəs Məryəm Ana monastırı — Kəlbəcər rayonunun Zar kəndi ərazisində, Xudavəng monastırından 3 km qərbdə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidəsi. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsinin timpanında onun inşa edilmə tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: "çariça, çar Kürikenin qızı…1174-cü il" Ümumilikdə monastır ərazisində səkkiz kitabə oxunmuş və çap edilmişdir ki, onlardan da bəziləri 1174, 1178, 1261-ci illərə aiddir. Kompleksə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsi onun şimal hissəsində yerləşir. Kilsə planda düzbucaqlı formasına malik olmaqla, tağtavanla örtülmüşdür. Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, böyül cənub-qərb qapısı isə həyətə açılır. Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovməədir. Sovməənin şimal divarı həm də Müqəddəs Məryəm Ana kilsəsinin qərb divarıdır. Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir.
Müqəddəs Tanrı anası monastırı (Zar)
Müqəddəs Məryəm Ana monastırı — Kəlbəcər rayonunun Zar kəndi ərazisində, Xudavəng monastırından 3 km qərbdə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidəsi. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsinin timpanında onun inşa edilmə tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: "çariça, çar Kürikenin qızı…1174-cü il" Ümumilikdə monastır ərazisində səkkiz kitabə oxunmuş və çap edilmişdir ki, onlardan da bəziləri 1174, 1178, 1261-ci illərə aiddir. Kompleksə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsi onun şimal hissəsində yerləşir. Kilsə planda düzbucaqlı formasına malik olmaqla, tağtavanla örtülmüşdür. Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, böyül cənub-qərb qapısı isə həyətə açılır. Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovməədir. Sovməənin şimal divarı həm də Müqəddəs Məryəm Ana kilsəsinin qərb divarıdır. Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir.
Zar yolunda osetin qaçqınların güllələnməsi
Zar yolunda osetin qaçqınların güllələnməsi (gürc. ოსი ლტოლვილების ჩაცხრილვა ძარის გზაზე; rus. Расстрел осетинских беженцев на Зарской дороге) — Gürcüstanın Cənubi Osetiya bölgəsində, mərkəz Tsxinvali şəhərinin yaxınlığında yerləşən Zar kəndinin inzibati ərazisində gürcü hərbiçilər tərəfindən döyüş bölgəsindən çıxarılan etnik osetin qaçqınlara qarşı həyata keçirilmiş kütləvi silahlı hücum. Silahlı hücum qaçqınların daşındığı yük maşını və avtomobillərdən ibarət avtomobil karvanını hərəkət vəziyyətində olduğu zaman gülləbaran ediləməsi ilə gerçəkləşdirilmişdir. Tarix ədəbiyyatlarına Zar qətliamı və ya Zar yolunda faciə kimi keçmiş hadisə nəticəsində çoxu uşaq, qadın və yaşlılar olmaqla 36 nəfər öldürülmüşdür. Hadisə 1992-ci ilin 20 may tarixində Cənubi Osetiya müharibəsindən qaçan etnik osetinlilərə məxsus avtomobil və yük maşını karvanlarının Zar kəndinin ərazisində keçən yolda atəşə tutulması ilə baş vermişdir. Zar kəndi tanınmamış Cənubi Osetiya Respublikasının paytaxtı Tsxinvali şəhərinin yaxınlığında yerləşməkdədir. Hadisənin baş verdiyi gün Zar kəndi gürcü qüvvəllərinin təmas xəttinə yaxın bölgədə yerləşirdi və qonşuluqda yerləşən Kekhvi və Kurt kəndləri gürcü döyüşlərin nəzarəti altında idi. Hadisə şahidlərinin ifadələrinə görə ilk atəş, heç bir dayan xəbərdarlığı olmadan avtomobil karvanının hərəkətdə olduğu zaman açılmışdı. Ölümcül yarası olan 11 yaşlı oğlannın cəsədi, hadisə yerindən 50 metr kənarda aşakarlanması osetin qaçqınlarınını gülləbarandan qaçmağa çalışdığını, ancaq gürcü silahlılar tərəfindən təqib edildiyini göstərmişdir.
Cucumis melo var. zard
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Zarı-zarı
Zarı–zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan "Zarı-zarı" rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
JAR
JAR file (java ARchive) — Java sinifli fayllar toplusundan ibarət fayl. Adi ZİP arxiv formatında olur, ancaq faylın uzantısı jar olur. Java jar faylın adı komandası ilə başladılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Lar
Lar — İranın Fars ostanının şəhərlərindən və Laristan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,961 nəfər və 12,891 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və müsəlmandırlar.
MAR
Mərkəzi Afrika Respublikası (fr. République Centrafricaine) yerli dillərin birində (Ködörösêse tî Bêafrîka) — Mərkəzi Afrikada dövlət. 6 ölkə — Kamerun, Çad, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Konqo Respublikası ilə həmsərhəddir. Dənizə çıxışı yoxdur. Paytaxtı Bangi şəhəridir. == Coğrafiyası == Ölkə dənizə yüksəkliyi 600 metr olan bir platonun üzərindədir. Xüsusilə ölkənin şimal bölgələrinin yerləşdiyi 216.000 km²-lik bir sahədə Çad hövzəsi içərisində yerləşir. Ölkənin şimal-şərq bölgəsində yerləşən Bongo sıradağlarında ən yüksək nöqtə 1.330 m olduğu halda, Kamerun sərhədinə yaxınlığında olan Yade sıradağlarıda ölkənin 1.420 m-lik ən yüksək nöqtəsi olaraqan Ngaoui Dağı var. Ən alçaq yeri isə 335 metr ilə Ubangi çayıdır. Ölkənin ümumilikdə sahib olduğu 5.203 km sərhədin 797 km-i Kamerun, 1.197 km-i Çad, 1.577 km-i Demokratik Konqo Respublikası, 467 km-i Konqo Respublikası, 483 km-i Sudan və 682 km-i isə Cənubi Sudan ilədir.
NAR
Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Tar
Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
ZAZ
İzabel Jeffrua (fr. Isabelle Geffroy, 1 may 1980) — Fransa müğənnisi. İzabel Jeffrua 1 may 1980-ci ildə Fransanın Tur şəhərində doğulub. 2001-ci ildə tanınmağa başlayıb. Məşhur fransız müğənni Zaz Türkiyənin 52-ci Beynəlxalq Bursa Festivalında qonaq olub. «Je veux» (2010) «Le long de la route» (2010) «La fée» (2011) «Éblouie par la nuit» (2011) «On ira» (2013) Официальный сайт Arxivləşdirilib 2012-12-24 at the Wayback Machine Немецкий официальный сайт (alm.) Страница ZAZ на Myspace Страница ZAZ на Facebook Интервью с певицей Arxivləşdirilib 2011-01-29 at the Wayback Machine Дмитрий Гусев. "Певица ZAZ – музыкальное откровение". russian.rfi.fr. 18.03.2011. 2012-05-10 tarixində arxivləşdirilib.
Zair
Zair (fr. Zaire; [zaiʁ]), rəsmi olaraq Zair Respublikası (fr. République du Zaïre, [ʁepyblik dy zaiʁ]) — 1971-ci ildən 1997-ci ilə qədər Mərkəzi Afrikada, əvvəl və indi yenidən Konqo Demokratik Respublikası kimi tanınan Konqo dövləti. Zair ərazisinə görə Afrikanın üçüncü böyük ölkəsi (Sudan və Əlcəzairdən sonra) və dünyanın 11-ci böyük ölkəsi idi. 23 milyondan çox əhalisi olan Zair Afrikanın ən sıx məskunlaşılan rəsmi səviyyədən frankofon ölkəsi olmaqla yanaşı, Afrikanın ən sıx məskunlaşılan ölkə idi. Ölkə Mobutu Sese Seko və onun hakim İnqilabi Xalq Hərəkatı Partiyası tərəfindən idarə olunan təkpartiyalı totalitar hərbi diktatura idi. Zair Belçikadan müstəqillik əldə etmək uğrunda mübarizədən – Konqo böhranından beş il sonra, yəni 1965-ci ildə Mobutunun hərbi çevrilişlə hakimiyyəti ələ keçirməsi nəticəsində qurulmuşdur. Zair güclü mərkəzçi konstitusiyaya malik idi və xarici aktivlər milliləşdirilmişdi. Bu dövr bəzən İkinci Konqo Respublikası adlandırılır. Ölkənin adı – "Zaïre" bəzən portuqal dilində "Zaïre" adlanan Konqo çayının adından götürülmüşdür.
Zap
Zap - silmək, yox etmək (ru. уничтожать, затирать) – faylın uzaqlaşdırılması, məsələn, onun bütün informasiyasının fiziki yox edilməsi; informasiya daşıyıcısının, adətən, statik elektrik yükü ilə zədələnməsi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Zara
Zara — ad. Zara Yılmaz — Türkiyəli müğənni. Zara Larsson — İsveçli müğənni. ZARA — İspaniya brendi.
Zarl
𐔵 (səslənməsi: /z/; transkripsiyası: Z, z) — Alban əlifbasının altıncı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Զառլ (Zar̄l) kimi verilmişdir. Erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf gürcü əlifbasındakı Ⴆ hərfinin prototipi əsasında yaradılıb. Alban əlifbasında [z] səsinin qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 6 olmuşdur.
Zor
Zor — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. Zor kəndi dağətəyi ərazidədir. Keçmişdə kəndin salındığı sahə Zəngəzur qəzasında yaşamış sarallı tayfasının qışlaqlarından olmuşdur. Sonralar daimi yaşayış məntəqəsinə çevrilmiş və salındığı yerin adı ilə Zor adlanmışdır. Zor qəd. fars, "qala", "yarğanlı yer" deməkdir.
Par
Par — soyad. Par Çun-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Yon-Lim — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Zər
Zər — işarəli tərəfləri olan, atmaq üçün nəzərdə tutulan, oyunlarda təsadüfün mənbəsi kimi işlənilən alət. Ənənəvi zər kub formasında olur və beləliklə, altı tərəflidir. Zərlər yazılı tarixdən əvvəl dövründən bəri mövcuddur və onların mənşəyi naməlumdur. Ehtimal olunur ki, falçılıq üçün işlənilən falus sümükləri zərlərin əcdadlarıdır. Qədim Misirə aid olan senet oyunu (e.ə. 3000 - b.e. II əsri) üçün ikitərəfli taxta zər kimi işlənilirdi. Ən qədim (e.ə. 2800 - 2500) zər tapıntısı İranın Şəhr-i Suxtedə aşkar olunan nərdə oxşar oyunun hissəsi idi. Riqveda, Atarvaveda, Mahatbarata və Buddanın oynamadığı oyunların siyahısı kimi qədim hind mənbələrində zərli oyunlar qeyd olunur.
Zaur
Zaur — Qafqazın ən məşhur kişi adlarından biri. Ərəb dilində "zəvvar" mənasında işlənir və ziyarət edən, ziyarətçi anlamına gəlir. Bundan başqa bu ad ərəb dilində Aslan nəriltisinə də uyğun gəlir. Gürcüstan, Azərbaycan və İtaliya müxtəlif yazılma və tələffüz olunma şəklində geniş yayılıb. Zaur Rzayev — müğənni Zaur Məhərrəmov — Rejissor. Operator. Ssenari müəllifi. Zaur Tağızadə — Azərbaycan futbolçusu. Zaur Ustac — Azərbaycanlı yazıçı. Zaur Kamal — Azərbaycanlı aparıcı.