Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zehni zəiflik
“Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri düşüncənin aydın olmasıdır. Düşüncənin pozulması ilə müşayyət olunan bütün hallarda tam amnezyya qeyd olunur. Bir çox təsadüflərdə amneziyalar beyinin travmaları və ruhi sarsıntıları ilə əlaqədar olaraq baş verdiyi üçün travmanın vaxtından asılı olaraq o bir neçə formaya bölünür. == Retroqrad amneziya == Düşüncənin pozulması ilə müşayiət olunan hadisə zamanı ( travma ) və ondan əvvəlki hadisələrin müəyyən müddət unudulmasına deyilir. Məsələn, avtomobil qəzası nəticəsində düşüncənin qısa müddətli pozulması ilə müşayiət olunan kəllə travması alan adam, maşına mindiyi ana qədər hadisələri ya dəxşı yadına saldığı halda ondan sonrakı travmayadək olan hadisələri tamamilə unutmuşdur. Nəqliyyat hadisəsi maşın yola düşəndən 15 dəqiqə sonra baş vermişdir. Başqa bir xəstə travmaya qədərki beş gün müddətində baş vermiş hadisələri unutmuşdur. == Anteroqrad amneziya == Travmadan sonrakı hadisələrin bu və ya başqa müddət ərzində unudulmasına deyilir. Müddəti bir neçə dəqiqədən bir neçə günə qədər ola bilər. == Retroanteroqrad amneziya == Həm travmadan əvvəlki, həm də travmadan sonrakı dövrləri əhatə edə bilər.
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü — 1991-ci ildə "Gənc Britaniyalı Rəssamlar" dərnəyinin aparıcı üzvü, ingilis rəssam Demien Hörst tərəfindən yaradılmış sənət əsəri. O, vitrinin içində, formaldehiddə qorunmuş bir pələng köpəkbalığından ibarətdir. Əvvəlcə 1991-ci ildə Çarlz Saatçıya tapşırıldı, o da sənət əsərini 2004-cü ildə Stiven A.Kohenə satdı. Məbləğ gizli qalsa da, ən azı 8 milyon dollar olduğu deyilir. Amma Don Tompsonun "12 milyon dollarlıq ölü köpəkbalığı: müasir incəsənətin qəribə iqtisadiyyatı" adlı kitabının başlığı daha yüksək qiymət təklif edir. 14 futluq (4.3 m) orijinal pələng köpəkbalığının pozulması səbəbiylə, 2006-cı ildə yeni bir örnəklə dəyişdirildi. 2007-ci ildən 2010-cu ilə qədər Nyu Yorkdakı "Mitropolit İncəsənət Muzeyi"nə borc verildi.Əsər 1990-cı illər Britaniya incəsənətinin ikonik nümunəsi hesab olunur və bütün dünyada Britartın simvoluna çevrilib.
Zehniyyət (serial, 2020)
Zehniyyət serialı — Rejissor Ekta Kapur və Karişma Kohli tərəfindən 11 mart 2020-ci ildə ALT Balaci internet televiziyasında yayımlanacaq Hindistan komediya serialıdır.Serial təkcə,ALT Balacidə yox,ZEE TV-də də yayımlanacaq.Serialın çəkilişləri 2019-cu ildən başlayıb.Baş rolda Dino Morea və Karişma Kapur oynayacaq.Karişma Kapurun oynayacağı ilk serial olan Zehniyyət Kapurun təcrübəsi ilə daha da tanınacaq. == Məzmun == Serial anaların fərqli təbiətləri ətrafında fırlanır və əsassız gözləntilərlə uşaqlarını necə idarə etdiklərini göstərir.Analar öz övladlarının yaxşılığı üçün əllərindən gələni edirlər.Posterdən də göründüyü kimi,ananın ayaqları da əldir.Bir əl bir işi,o biri əl də növbəti işi görür.Serial, müxtəlif növ anaların çoxuşaqlı təbiətini və uşaqlarının tərbiyəsində rollarını araşdırır və ana olacaq qadınlara bir dərs verir.
Zehniyyət tarixi
Zehniyyət tarixi fransızca histoire des mentalités qavramına əsaslanır və bu termin davranışlar tarixi, zeyniyyət və ya dünyagörüşü olaraq tərcümə oluna bilər. Termin tarixin sonrakı nəsil Annallar məktəbinin (xüsusilə kitab və oxuyub-yazmaq tarixçisi Roger Kartierin) "kritik dönüş" (tournant critique) ilə əlaqəli müəyyən bir icra yöntəmini əhatə edir. Annalın longue durée'yə (uzun dövr) olan marağı qısa dövrlük hadisələrdənsə uzun müddət davam edən hadisələri daha əhraflı tədqiq etməkdır.. Qavram bundan əlavə kültür tarixi və ya tarixi antropologiyaya bərabər ya da onun bir növü olaraq qəbul edilə bilər. == Tarixi == === Annales === Zehniyyət tarixi ya da histoire des mentalités, müəyyən bir zamandakı insanların haqqında düşündükləri, iç-içə keçdikləri və sinifləndirildikləri özlərini əhatə edən dünyalarını tədqiq etmə yollarını öyrənməyi məqsəd kimi qəbul edən tarixi tədqiqatları təsvir etmək üçün istifadə olunan bir ifadədir. Zehniyyət tarixi müxtəlif tarix məktəblərindən bir çox tarixçi və elm adamı tərəfindən tarixi bir vasitə olaraq istifadə olunmuşdur. Xüsusilə, Annallar məktəbi tarixçiləri zehniyyət tarixini inkişaf etdirmədə və işləyəcək bir metodologiya yaratmaqda kömək etdilər. Bu metodologiyanı qurarkən özlərini müəyyən bir zaman və məkanla sərhədlədilər.Zehniyyət tarixi termininin qaynağı Annal tarixçiləri Cors Duby və Roger Kartierin əsərlərindəndir. Total tarixin tədqiqatları içində Annal tarixçiləri keçmiş nəsillərin sadə hadisə və siyasət mərkəzli tarixlərini əsas götürdülər. Maykl Harsgor Annal tarixçilərinin mübarizəsinin o dövrlərdə yazılan Marksist tarix kimi teleolojik nəticələrə əsaslanan müəyyənedici bir tarix yazmaq olmadığını bildirir.
Zen
Zen buddizmi — buddizm cərəyanlarından biri. VI əsrdə Çində meydana gəlmiş və Yaponiyada geniş yayılmışdır. Dzen-Buddizmin əsasını Budda ilə bütün varlıqların vəhdəti haqqında təsəvvür, bütün nəzəri metodlardan yüksəkdə duran dao-təbii yolla haqqında təşkil edir. Digər məktəblərdən fərqli olaraq Dzen-Buddizm "ani şüalanma" ideyasını, həqiqətin-satorinin əldə edilməsini təbliğ edir. Dzen-Buddizmin irrasionalizmi və intuitivizmi,onun ekzotik mərasimləri Qərbi Avropa və Amerika filosoflarını xüsusilə son onilliklərdə özünə cəlb edir.
Billi Zeyn
Uilyam Corc Zeyn Jr. (ing. William George Zane Jr.); (24 fevral 1966, Çikaqo) – yunan əsilli, ABŞ-lı aktyor və rejissor. == Həyatı == Zeynin həqiqi ailə soyadı Tzanetakosdur. İlk böyük rolunu Gələcəyə Dönüş filmi ilə qazandı. Billi Zane, beynəlxalq şöhrətini Dead Calm filmindəki Hughie Warriner rolu ilə qazandı. Zeynin 1989-cu ildə rol aldığı bir digər istehsal isə NBC televiziyası üçün çəkilən The Case of the Hillside Stranglers oldu. 1999-cu ildən etibarən bir çox film və televiziya istehsalında rollar almağa başlayan Zeyn, 1997-ci ildə çəkilən Titanik filmi ilə dillər əzbəri oldu. Bu rolu ilə çoxlu sayda mükafatın sahibi oldu. 1998-ci ildə çəkilən I Woke Up Early The Day I Died filmi ilə də çoxlu sayda mükafat qazanmağı bacardı.
Mahir Zeyn
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. == Karyerası == === Əsas === Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir.2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır. İsveçə etdiyi səfərlərdən birində İslamiyyətə bir daha bağlanmış və musiqi prodüserliyindən imtina edərək ilahi tərzində R&B söyləməyə qərar vermiştir.
Zeyn Malik
Zayn Malik (əsl adı Zain Jawaad ​​Malik; 12 yanvar 1993, Bredford, İngiltərə) — İngiltərə müğənnisi və söz yazarı, One Direction qrupunun üzvü. 2015-ci ildə qrupdan ayrılmışdır. == Həyatı == Zayn Malik 12 yanvar 1993-cü ildə pakistanlı Yaser Malik və ingilis Trisha Malikin ailəsində İngiltərə Bradfordda dünyaya gəlmişdir. Onun Doniya (22 yaş), Valiyha (15 yaş) və Safaa (12 yaş) adlı üç bacısı var. O, Bradfordun İst Boulinq məhəlləsində böyümüşdür. Çox dəcəl uşaq olub. Zayn Malik saçlarına görə məktəbdən qovulduğunu, amma bacıları ilə başqa məktəbə keçdikdən sonra ora uyğunlaşdığını deyir. Malik ilk mərhələni keçdikdən sonra Boot Campa'a qədər irəliləyir. Boot Campdan sonra kişi kateqoriyasında bacarıqsız olur, amma onun və digər dörd insan üçün ikinci şans olan One Direction qrupuna qoyulur. Zayn bu haqqda "heç bir qrupa daxil olacağımı düşünməmişdim, əvvəlcə qəbul etməyəcəkdim" deyir.Zayn bir R&B pərəstişkarı və X-Factor seçkilərində R&B mahnısı "Let Me Love You" söylədi.
Zeyn Vaddell
Zeyn Vaddell (d. 18 mart 1998) — CAR-lı üzgüçü. Zeyn Vaddell CAR-ı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Zeyn Vaddell birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.99 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 46-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Zen-buddizm
Zen, zen ( yap. 禅; sanskr. ध्यान, dhyana - " dərketmə", çin. 禪chan, kor. 선 yuxu, vyet. thiền thien ) Çin və bütün Şərqi Asiya Buddizminin ən mühüm məktəblərindən biridir. Son olaraq 5-6-cı əsrlərdə Çində daosizmin böyük təsiri altında formalaşmışdır. Çin, Vyetnam və Koreyada Mahayana Buddizminin dominant rahiblik formasıdır. Geniş mənada Zen mistik dərketmə məktəbi və ya Buddist mistisizmindən yaranan maarifçilik təlimidir. Dar mənada Zen bəzən Yaponiyada özünəməxsus milli xüsusiyyətə malik və XII əsrin sonlarında Çindən gəlmiş Buddizmin təsirli məktəblərindən biri kimi qəbul edilir.
Seks və Zen
Seks və Zen (Çincə: 玉蒲團之偷情寶鑑, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn , ing. Sex and Zen) — 1991-ci ildə istehsal olunmuş Erotik Honkonq filmidir. == Məzmun == Filmin baş qəhrəmanı sevgi hisslərini daha dərindən başa düşmək üçün macəralar axtarır. Lakin həyatın mənasının nə olduğunu başa düşmür... == Rollarda == == Xarici keçidlər == Sex and Zen — Internet Movie Database saytında.
Zeyn-ül Hacılı (Üskü)
Zeyn-ül Hacılı (fars. زين الحاجيلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,443 nəfər yaşayır (357 ailə).
Seks və Zen 2
Seks və Zen 2 (Çincə: 玉蒲團之偷情寶鑑 II, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn II, ing. Sex and Zen 2) — 1996-cı ildə istehsal olunmuş Erotik Honkonq filmidir. == Məzmun == Atası tərəfindən bağlı otaqda saxlatdırılan cavan qız Yiau buradan çıxıb oxumaq niyyətindədir. Atası bir müddət sonra ona getməyə icazə verir. Amma Yiau iki şərti qəbul etməlidir: Kişi paltarı geyinməli və kəmərin altında bıçaq saxlamalıdır. Bu müddətdə rayonda Miraj Xanım peyda olur və kişilərdən enerjini alaraq bədheybətə çevriləcəkdir. Bu bədheybət kişi və qadın başlanğıcını cəmləşdirəcəkdir... == Rollarda == == Xarici keçidlər == Sex and Zen 2 — Internet Movie Database saytında.
Seks və Zen 3
Seks və Zen 3 (Çincə: 玉蒲團之偷情寶鑑 III, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn III, ing. Sex and Zen 3) — 1998-ci ildə istehsal olunmuş Erotik Honkonq filmidir. Filmin büdcəsi təxminən 7 milyon Honq Konq dollarıdır. == Məzmun == Üç bakirə qadın ailələri Syuzan, Fenni cə Çinyun tərəfindən qəddar xanıma satmışlar. Həmin xanım fahişəxananın rəhbəridir və buradakı qadınları fahişə kimi istifadə edir. Bir gün saqqalı olan alim Çu Çinq Anq milli imtahana getməyə hazırlaşır. Yolda fahişəxanaya hazırlaşan ticarətçi ilə rastlaşır və onunla dostluq etməyə başlayır. Onlar bura gələrək qadın seçməyə başlayırlar. Bir müddətdən sonra isə Çu Çinq Anqın pulu qurtarır və onun xoşuna gəldiyi qızı Syuzanı ticarətçi götürərək həyat yoldaşı etməyinə qərar verir. Çu Çinq Anq isə onu geri qaytarmaq üçün müxtəlif seksual hissləri öyrənir...
Seks və Zen: 3D Ekstaz
Seks və Zen: 3D Ekstaz (çin. 玉蒲團之偷情寶鑑 3D, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn 3D, ing. 3D Sex and Zen: Extreme Ecstasy) — 2011-ci ildə istehsal olunmuş erotik Honkonq filmidir. == Məzmun == Vey Yanşenq bütün seksual hissləri öyrənmək və onları hiss etmək istəyir. Bu səbəbdən "Əxlaqsızlıq qəsri"nə yola düşür... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Seks və Zen: 3D Ekstaz — Internet Movie Database saytında.
Seks və Zen (film, 1991)
Seks və Zen (Çincə: 玉蒲團之偷情寶鑑, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn , ing. Sex and Zen) — 1991-ci ildə istehsal olunmuş Erotik Honkonq filmidir. == Məzmun == Filmin baş qəhrəmanı sevgi hisslərini daha dərindən başa düşmək üçün macəralar axtarır. Lakin həyatın mənasının nə olduğunu başa düşmür... == Rollarda == == Xarici keçidlər == Sex and Zen — Internet Movie Database saytında.
Seks və Zen 2 (film, 1996)
Seks və Zen 2 (Çincə: 玉蒲團之偷情寶鑑 II, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn II, ing. Sex and Zen 2) — 1996-cı ildə istehsal olunmuş Erotik Honkonq filmidir. == Məzmun == Atası tərəfindən bağlı otaqda saxlatdırılan cavan qız Yiau buradan çıxıb oxumaq niyyətindədir. Atası bir müddət sonra ona getməyə icazə verir. Amma Yiau iki şərti qəbul etməlidir: Kişi paltarı geyinməli və kəmərin altında bıçaq saxlamalıdır. Bu müddətdə rayonda Miraj Xanım peyda olur və kişilərdən enerjini alaraq bədheybətə çevriləcəkdir. Bu bədheybət kişi və qadın başlanğıcını cəmləşdirəcəkdir... == Rollarda == == Xarici keçidlər == Sex and Zen 2 — Internet Movie Database saytında.
Seks və Zen 3 (film, 1998)
Seks və Zen 3 (Çincə: 玉蒲團之偷情寶鑑 III, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn III, ing. Sex and Zen 3) — 1998-ci ildə istehsal olunmuş Erotik Honkonq filmidir. Filmin büdcəsi təxminən 7 milyon Honq Konq dollarıdır. == Məzmun == Üç bakirə qadın ailələri Syuzan, Fenni cə Çinyun tərəfindən qəddar xanıma satmışlar. Həmin xanım fahişəxananın rəhbəridir və buradakı qadınları fahişə kimi istifadə edir. Bir gün saqqalı olan alim Çu Çinq Anq milli imtahana getməyə hazırlaşır. Yolda fahişəxanaya hazırlaşan ticarətçi ilə rastlaşır və onunla dostluq etməyə başlayır. Onlar bura gələrək qadın seçməyə başlayırlar. Bir müddətdən sonra isə Çu Çinq Anqın pulu qurtarır və onun xoşuna gəldiyi qızı Syuzanı ticarətçi götürərək həyat yoldaşı etməyinə qərar verir. Çu Çinq Anq isə onu geri qaytarmaq üçün müxtəlif seksual hissləri öyrənir...
Seks və Zen: 3D Ekstaz (film, 2011)
Seks və Zen: 3D Ekstaz (çin. 玉蒲團之偷情寶鑑 3D, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn 3D, ing. 3D Sex and Zen: Extreme Ecstasy) — 2011-ci ildə istehsal olunmuş erotik Honkonq filmidir. == Məzmun == Vey Yanşenq bütün seksual hissləri öyrənmək və onları hiss etmək istəyir. Bu səbəbdən "Əxlaqsızlıq qəsri"nə yola düşür... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Seks və Zen: 3D Ekstaz — Internet Movie Database saytında.
Behen
Vernonia (lat. Vernonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Bern
Bern — İsveçrənin paytaxtı və dördüncü böyük şəhəri.Bu şəhər Albert Eynşteynin fəaliyyət göstərdiyi , Tobleron şokoladlarının hazırlandığı , Emmental pendirinin istehsal olunduğu yerdir. == Tarixi == Qədim əfsanəyə görə Bern şəhəri 1191-ci ildə "Berchthold V. von Zähringen" tərəfindən qurulmuşdur. Ovladığı (bu şəhərdə rastına çıxdığı) ilk heyvan ayı olmuş və o ayının şərəfinə şəhəri Bern adlandırmışdır. Bar (bear) almancada ayı deməkdir. == Coğrafiyası və iqlimi == İsveçrənin mərkəzindən 20 km şimalda yerləşir. Bern yayda sərin, qışda soyuq olur.
CERN
CERN — Avropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası. Bəzən Avropa nüvə tətqiqatları mərkəzi kimi də tərcümə olunur. CERN abbreviaturası fransız dilindən Conseil Europėen pour la Recherce Nucėaire (Avropa nüvə tətqiqatları Şurası) adından götürülüb. == Ümumi məlumat == CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. Ərazisi iki əsas və bir neçə kiçik meydançadan təşkil olunub. Böyük binalar kompleksinə işçi otaqlar, laboratoriyalar, anbarlar, konfrans zalları, yaşayış evləri, yeməkxanalar daxildir. Sürətləndirici kompleks həm yerin səthində (Linac, PS kimi köhnə sürətləndiricilər), həm də yerin 100 metrə qədər dərinliyində (dahah yeni SPS, LHC sürətləndiriciləri) yerləşir. Əsas meydança İsveçrənin Meyran şəhəri yaxınlığında, digər əsas meydança isə Fransanın Prevesan-Moen şəhəri yaxınlığında yerləşir. Nisbətən kiçik meydançalar yaxın ətraflarda LEP sürətləndiricisi üçün tikilmiş yeraltı həlqə boyunca salınmışdır. CERN-nin yaradılması haqqında razılıq 12 Avropa ölkəsi nümayəndəlirinin iştirakı ilə Parisdə 29 iyun-1 iyul 1953-cü il tarixində imzalanmışdır.
Chen
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Dzen
Zen buddizmi — buddizm cərəyanlarından biri. VI əsrdə Çində meydana gəlmiş və Yaponiyada geniş yayılmışdır. Dzen-Buddizmin əsasını Budda ilə bütün varlıqların vəhdəti haqqında təsəvvür, bütün nəzəri metodlardan yüksəkdə duran dao-təbii yolla haqqında təşkil edir. Digər məktəblərdən fərqli olaraq Dzen-Buddizm "ani şüalanma" ideyasını, həqiqətin-satorinin əldə edilməsini təbliğ edir. Dzen-Buddizmin irrasionalizmi və intuitivizmi,onun ekzotik mərasimləri Qərbi Avropa və Amerika filosoflarını xüsusilə son onilliklərdə özünə cəlb edir.
Lehm.
İohann Georq Xristian Lehmann (alm. Johann Georg Christian Lehmann‎, 25 fevral 1792 – 12 fevral 1860, Hamburq) — Alman botaniki, tibb elmləri doktoru, fizika və təbiətşenaslıq üzrə professor, Hamburq Botanika Bağının direktoru. == Adı == Lehmannın adının aşağıdakı yazılışlarına da rast gəlinir: alm. Johann Georg Christoph Lehmann‎, alm. Johannes Georg Christian Lehmann‎, alm. Joannes Georgius Christianus Lehmann‎, alm. Christianus Lehmann‎, alm. Christian Lehmann‎>, alm. Johann Georg Cristian Lehmann‎. == Elmi işləri == Generis Nicotiniarum Historia ...
Behen güləvəri
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Beon (En)
Beon (fr. Béon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01039. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 373 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 251 nəfər (15-64 yaş arasında) arasında 186 nəfər İqtisadi fəal, 65 hərəkətsiz (fəaliyyət göstərici - 74.1%, 1999-cu ildə bu 69.5% idi). Aktiv 186 sakindən 174 nəfər (102 kişi və 72 qadın) işləyir, 12 nəfər işsizdir (5 kişi və 7 qadın). Aktiv olmayan 65 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Leon
Leon — ad. Leon Rassell — Məşhur ABŞ musiqiçi. Leon Festinger — ABŞ sosial psixoloqu. Leon Musayev — futbolçu. Xuan Ponse de Leon — ispan səyyah və konkistadoru.Yaşayış məntəqələri Leon (İspaniya) — İspaniyada şəhər, Omonimik vilayətinin inzibati mərkəzi. Kastiliya və Leon - İspaniyanın şimal-qərbində yerləşən muxtar region.Digər Leon dili - İspaniyanın tarixi Leon regionunun şimal və qərbində (müasir Leon, Zamora, və Salamanka bölgələrində) və Portuqaliyada bir neçə qonşu ərazilərdə danışılan dildir. Leon (film, 1994) — 1994-cü ildə Lük Besson tərəfindən çəkilmiş fransız filmi.
Mehr
Mehr (fars. مهر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Mehr ayında 30 gün var. Bu ay sentyabr ayında başlayıb oktyabr ayında sona çatır. Mehr payızın ilk ayıdır.
Neon
Neon (Ne) — D.İ. Mendeleyevin elementlərin dövri sistemində 10-cu element. Ağla gələn ilk istifadə sahəsi rəngli reklam işıqlandırmaları olsa da; yüksək gərginlikli göstəricilərində, Paratoner, dalğa metr balonlarında və televizorların elektron şüa borularında da neon qazından istifadə edilir. Qaz lazerlərinin istehsalında, helyumla birlikdə istifadə edilir. Maye neon, dövrümüzdə ticari olaraq əldə edilir və soyuducuda olaraq istifadə edilməkdədir. 1898-ci ilin iyununda ingilis kimyaçılar, Uilyam Ramzay və Moris Travers tərəfindən kəşf edilmişdir Neon atom nömrəsi 10 olan kimyəvi elementdir. Nəcib qazdır. Neon, havanın sıxlığının üçdə ikisi ilə normal şəraitdə rəngsiz, qoxusuz, inert monatomik (təkatomlu) qazdır. 1898-ci ildə quru havada azot, oksigen, argon və karbon dioksid çıxarıldıqdan sonra qalan üç nadir inert elementdən biri olaraq (kripton və ksenon ilə birlikdə) kəşf edilmişdir. Neon, kəşf edilən bu üç nadir qazlardan ikincisi idi və parlaq qırmızı emissiya spektrinə sahib yeni bir element kimi tanındı. Neon, yunan sözü olan νέος (neos) sözündən yaranmışdır və “yeni” mənasını daşıyır.
Peon
Peon — Qədim Yunan mifologiyasına görə həkim tanrı. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
A.Benn.
Artur Bennett (ing. Arthur Bennett; 1843[…] – 1929[…], London) — İngiltərə botaniki.
A.Fern.
Abilio Fernandes (port. Abílio Fernandes; 19 oktyabr 1906 – 16 oktyabr 1994, Koimbra) — Portuqaliya botaniki. == Əsərləri == == Şəfərinə adlandırılmış taksonlar == Anthericum fernandesii Poelln., 1943 Kalanchoe fernandesii Raym.-Hamet, 1950 Narcissus fernandesii Pedro, 1947 [= Narcissus flavus Lag., 1816] Convolvulus fernandesii P.Silva & Teles, 1980 Udora fernandesii M.R.Almeida & S.M.Almeida, 2009 == İstinadlar == == Ədəbiyyat == Maria Salomé Soares Pais, J. A. Esperança Pina. Elogio Histórico de Abílio Fernandes. — Lisboa, 2014. — ISBN 978-972-623-169-1.
Bern fəvvarələri
Bern şəhəri öz gözəl fəvvarələri ilə tanınır. Onların içərisində müxtəlif heykəllər ilə bəzədilmiş və XVI əsrdə heykəltaraş Hans Frayburq Ginqin emalaxanasında hazırlanmış fəvvarələrin adlarını qeyd etmək olar. == Tarix == Artıq XIII əsrdə, Bern şəhəri müxtəlif quyu, fəvvarə, bulaqlar və özəl hovuzların çoxluğu ilə fərqlənirdi. O dövrün səlnamələri bildirirdi ki, insanlar XIV əsrin sonlarında şəhərin 5 fəvvarəsindən su istifadə edirdilər. Bu beş fəvvarədən günümüzə kimi yalnız Ştettbrunnen (Əbədi fəvvarə) qorunub saxlanmışdı (1885-ci ildə fəvvarənin taxta elementləri daşla əvəz olunmuşdur). Ümumiyyətlə şəhərin köhnə fəvvarələri dedikdə, məhz taxta fəvvarələr nəzərdə tutulur. Yalnız 1520-ci ildə Berndə ilk daş fəvvarə yaradılmışdır. 1542 və 1546-cı illər arasında mövcud taxta fəvvarələr heykəltaraş Hans Frayburq Ginq tərəfindən tipik Bern üslubunda, yəni müxtəlif heykəllərlə və daş materiallarla əvəz edilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş fəvvarələrin təmiri və onların yaxınlığındakı asayişin saxlanılması məqsədilə, şəhərdə xüsusi kontora yaradılmışdı. XVI əsrin fəvvarə və çeşmələri daim yenilənirdi, yaxşı məlumdur ki, məsələn 1712–13-cü illər arasında şəhərin bütün fəvvarələri ümumi yenidənqurma işlərinə məruz qalmışdır.
Bəhr
Bəhr — əruz vəzninin tərkib hissələrindən biri. Əruz altı ünsürdən (rükndən) ibarətdir və bu ünsürlər də on doqquz bəhrə bölünür. Klassik Azərbaycan poeziyasında əruzun on iki bəhrindən istifadə edilmişdir. Həmin bəhrlər aşağıdakılardır: həcəz, rəməl, rəcəz, müctəs, müzare, mütəqarib, münsərih, xəfif, səri, mütədarik, kamil, müqtəzəb. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Dəfn
Dəfn (ing. Funeral) — Vəfat etmiş şəxsin torpağa basdırılma prosesi. Dəfn adətləri, xalqlara, mədəniyyətlərə və dövrlərə əsasən müxtəlif olmuşdur. Hər bir dövrün, xalqın özünə məxsus müxtəlif dəfn adətləri vardır.
Dəhnə
Dəhnə (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Dəhnə (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Dəhnə (coğrafiya) — çayın dənizə tərəf geniş açılmış qıfabənzər mənsəbi.
Fəhm
Fəhm–qavrama, anlama, anlaq, dərrakə. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fənn
Fənn – elm, texnika, bilik sahəsi, tədris obyekti, predmet. Məsələn, riyaziyyat fənni. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ləhnə
Ləhnə (az.-əbcəd لهنه‎, fars. لهنه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 30 nəfər yaşayır (11 ailə).
Əhən
Əhən — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhən kənd İƏD üzrə nümayəndəlik 4 kənddən Əhən, Qoydan, Ximran və Duvaryan kəndlərindən ibarətdir. Ümumi ərazisi 3661.86 ha təşkil edir. 134.70 ha dövlət mülkiyyətində saxlanılan torpaqlar, 273.77 ha xüsusi mülkiyyətə verilmiş torpaqlar, 3253.39 ha isə bələdiyyə mükiyyətinə verilmiş torpaqlardır. Nümayəndəlikdə olan əhalinin ümumi sayı 690 nəfərdir ki, cins tərkibi etibari ilə 328 nəfər kişilər, 362 nəfər qadınlardan ibarətdir. Nümayəndəliyin mərkəzi Əhən kəndi, rayon mərkəzindən 39 km şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) şimal ətəyində, Lahıc çökəkliyində, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının Qovdağ silsiləsinin qərb yamaclarında yerləşir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 519 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, əkinçilik, taxılçılıq və meyvəçiliklə məşğul olur.