Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zinaxanım Salamzadə
Salamzadə Zinaxanım Qafur qızı — Azərbaycanlı memar, tikinti sahəsində ilk fəxri Azərbaycan SSR Əməkdar İnşaatçısı adını alan azərbaycanlı qadın. == Həyatı == Zinaxanım Salamzadə 21 may 1934-cü ildə Bakının Ramana kəndində anadan olub. Atası Qafur kişi neft mədənində işləyirdi. Anası isə evdar qadın idi. O, orta məktəbi 1952-ci ildə bitirib sənədlərini Azərbaycan Politexnik İnstitutuna verərək inşaat fakültəsinə daxil olub. 1957-ci ildə ali məktəbi bitirib, təyinatla Bakı Baş Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb və 1957-1997-ci illərdə burada çalışaraq böyük uğurlara imza atıb. İşlədiyi illər ərzində adi tikinti ustasından rəhbər vəzifəyədək əmək yolu keçib. Əvvəlcə BBTİ-nin 8 nömrəli tikinti idarəsındə iş ustası vəzifəsinə təyin edilib və 1957-1963-cü illərdə BBTİ-nin 8 nömrəli Tikinti İdarəsində tikinti ustası, iş icraçısı, mühəndis, böyük mühəndis, 1963-1972-ci illərdə Bakı Şəhər Tikinti Trestində mühəndis, böyük mühəndis və istehsalat şöbəsinin rəis müavini vəzifələrində çalışıb. 1972-ci ildə Bakı Baş Tikinti İdarəsinin 11 nömrəli Sosial-Mədəni Tikinti Trestində partiya komitə katibı seçilib. Bu vəzifədə 16 ildən çox — 1988-ci ilə kmi işləyib.
Bibixanım Astrabadi
Bibixanım Astarabadi, Bibixanım Əstərabadi və ya Bibixanım Vəzirova(fars. بی‌بی‌خانم استرآبادی‎; 1858, Novkəndə, Gülüstan ostanı – 1921, Tehran) — İran satirik yazıçısı və qadın hərəkatının öncü şəxslərindən biri. == Həyatı == Bibixanım Astrabadinin atası Mazandaran əyalətinin Ənzan elinin başcısı Məhəmmədbağır xan Astarabadi və anası Nasirəddin şah Qacarın həyat yoldaşı Şukuhüssəltənənin nədiməsi və Axund Molla Kazım Müctəhid Mazandaraninin qızı, Molla Bacı kimi də tanınan Xədicə xanım idi. Bibixanım Astarabadi 1858 və ya 1859-cu ildə dünyaya gəlmişdi və 22 yaşında İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov(Musa xan Vəziri ki qafqazdan Tehrana mühacirət etmişdir) ilə evləndi. Onların yeddi uşağı var idi ki, ən məşhurları polkovnik Əlinağı Vəziri (musiqişünas, bəstəkar, görkəmli tarzən və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi) və Həsən Vəziri (bir bədii rəssam)dırlar. Doktor Məhliqa Məllah, İranın "Ekoloji çirklənməsinə qarşı qadınlar cəmiyyəti"nin (1992-ci ildə, uşaqları və anaları, habelə dövlət vəzifəli şəxslərini ətraf mühitin çirklənmə təhlükəsi haqqında maarifləndirmək üçün təsis oldu) təsisçisi və direktoru, Bibixanım Astarabadinin qız nəvəsidir. == Məşrutə inqilabı == Bibixanım XIX əsrin sonlarında başlayan maarifçilik hərəkatının və XX əsrdin əvvəllərində başlayan Məşrutə inqilabının təsirli şəxslərindən biridir. O, İranın müasir tarixində ilk dəfə olaraq qızlar üçün məktəb (دبستان دوشیزگان — Qızların ibtidai məktəbi) təsis etdi. Bibixanım Astarabadinin, əsas şöhrəti "Kişilərin çatışmazlıqları" (معایب الرجال) kitabına görədir ki "Qadınları tərbiyə etmə"(تادیب‌النسوان) kitabına cavab olaraq mizahı yazmışdır. == Qızların ibtidai məktəbi == Bibixanım, 1907-ci ildə "Qızların ibtidai məktəbi"ni özü yaşadığı evdə təsis etdi.
Bibixanım məscidi
Bibixanım məscidi — Özbəkistanın Səmərqənd şəhərində yerləşən memarlıq abidəsi, məscid. == Tarixi == XIV əsrin sonunda Səmərqənd şəhəri məşhur fateh Əmir Teymurun nəhəng imperiyasının paytaxtı oldu. Şəhər tez bir zamanda genişlənməyə başladı. Əmir Teymur öz paytaxtını gözəl, qeyri-adi, ecazkar, digər şəhərləri kölgədə qoyacaq şəhər kimi görmək arzusunda idi. O, hətta şəhərin ətraf kiçik kəndlərinə Bağdad, Dəməşq, Qahirə adlarını qoyaraq Səmərqəndlə müqayisədə bu böyük şəhərlərin cılızlığını vurğulamaq niyyətində idi. Paytaxtın mərkəzində isə möhtəşəm Bibi-xanım türbə-məscidi səmaya ucaldıldı. Bu məscid Teymurilər dövlətinin baş məbədi hesab olunurdu. 1404-cü ildə Səmərqənddə olmuş ispan səfir Ruis Qonsales de Klavixonun sözlərinə görə, şəhərin baş məscidi "hökümdar Teymurun bu vaxtadək tikdirdiyi ən gözəl abidədir". Orta əsr tarixçisi isə qeyd edir ki, Bibi-xanım məscidi hündür minarələrinin üzərində bütün dünyaya meydan oxuyur. Əfsanəyə görə, Teymurun sevimli həyat yoldaşı Bibi – xanım bu məscidi öz hökümdarının növbəti yürüşdən qayıtması şərəfinə hədiyyə olaraq tikdirmək qərarına gəlir.
Minaxanım Mürsəlova
Minaxanım Əli Ağa qızı Mürsəlova (10 avqust 1932, Bakı) — azərbaycanlı alim, kimya elmləri doktoru. == Həyatı == Minaxanım Əli Ağa qızı Mürsəlova 1932-ci il avqustun 10-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1950-ci ildə Bakı şəhər 46 saylı orta məktəbi gümüş medalla bitirdikdən sonra, həmin ildə Azərbaycan Sənaye İnstitutunun (ASİ) neft-texnologiyası fakültəsinə daxil olmuşdur. 1955-ci ildə ASİ-ni neft və qaz ixtisası üzrə bitirdikdən sonra, 1955–1958-ci illərdə Yeni Bakı Neftayırma zavodunda operator və baş operator vəzifələrində işləmişdir. == Elmi fəaliyyəti == 1958–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda, Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və onun Sumqayıt Filialında kiçik və böyük elmi işçi vəzifələrində elmi fəaliyyətdə olmuşdur. 1974–1995-ci illərdə Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, laboratoriya müdiri və direktorun elmi işlər üzrə müavini vəzifəsində işləmişdir. 1995-ci ildən indiyə kimi "Dənizneftqazlayihə" Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda "Səthi-aktiv maddələr" laboratoriyasına rəhbərlik edir. 1965-ci ildə "Alkilbenzolsulfatlar və onların sinergetik kompozisiyalarının xassələrinə aktiv əlavələrin təsirinin tədqiqi" mövzusunda namizədlik, 1996-cı ildə isə "Neft, qaz kondensatı yataqları üçün çoxfunksiyalı parafin və duz çökmə inhibitorları" mövzusunda "Neft-kimyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. M.Ə. Mürsəlova asfalt-qatran-parafin, qeyri-üzvi duzların çökməsi, emulsiyaların əmələ gəlməsi və neft-kondensat xammalının hasilatı, yığılması, hazırlanması, nəqli və emalı sistemlərində qarşıya çıxan mürəkkəbləşmələrin qarşısının alınması kimi mühüm və aktual elmi-texniki məsələlərin həll edilməsi istiqamətində tədqiqatlar aparmışdır. Onun tərəfindən aparılan sistemli tədqiqatlar nəticəsində neft və qaz sənayesində çoxməqsədli yüksək təsir effektivliyinə malik inhibitorların yaradılmasının yeni istiqamətinin elmi əsasları müəyyən edilmişdir.
Minaxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. == Elmi fəaliyyəti == 1989-cu ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim olaraq fəaliyyətə başlamış, 1995-ci ildə Pedaqoji Universitetdə dosent olaraq fəaliyyətini davam etdirdi. Bu tarixlərdən başlayaraq Minəxanım Təkləli ümumtürk mədəni mirasının araşdırılıb tədqiq edilməsi, ortaq tariximizin təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; Türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya sivilizasiyasındakı mövqeyini aşkarlamaq istiqamətində araşdırmalara girişir. Rus yazıçılarının əsərləri üzrə türk elementləri ilə bağlı tədqiqatların nəticəsi olaraq 2004-cü ildə uğurla “Rus dilində türk sözləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Türk dilçiliyində türk və rus dilləri arasındakı əlaqələr ilk dəfə bir sistem halında monoqrafik araşdırmaya cəlb olunmuşdu. Belə ki, Türk xalqları mədəniyyətinin dünya sivilizasiyasında yerinin təsbiti istiqamətində bu mədəni izlərinin araşdırılması: bu mənada Türk xalqları mədəni irsinin tədqiqi, Rus ədəbi –bədii və şifahi dilindəki Türk mənşəli sözlərin üzə çıxarılması və s. məsələlərin həlli Türkoloji aləmdə yeni hadisə idi. Çünki bu vaxta kimi bu problem bir çox hallarda birtərəfli öyrənilmiş, yəni Şərqi Slav dillərindəki türk dili elementlərinə etnoqrafik və mədəni-tarixi fakt kimi baxmaq yerinə, təkcə linqvistik fakt kimi götürülərək sadəcə alınmalar səviyyəsində baxılmış, çox vaxt da problem semasioloji aspektdən uzaq tutulmuş, türk sözlərinin bu dildə semantik evolyusiyasının gedişatını izləmək, canlandırmaq, nəticələrini öz geniş miqyasında təqdim etmək diqqətdən kənarda qalmışdı. Dissertasiyanın nəticələri göstərdi ki, bu problem yalnız kompleks şəkildə: etnik, dil və mədəni əlaqələr fonunda tam öyrənilə bilər. Müəllif bu üzdən mövzuya filoloq, etimoloq və tarixçi mövqeyindən yanaşmışdır.