Bibixanım Astarabadi, Bibixanım Əstərabadi və ya Bibixanım Vəzirova(fars. بیبیخانم استرآبادی; 1858[1], Novkəndə, Gülüstan ostanı – 1921[2], Tehran) — İran satirik yazıçısı və qadın hərəkatının öncü şəxslərindən biri.
Bibixanım Astrabadi | |
---|---|
Doğum tarixi | 1858[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1921[2] |
Vəfat yeri | |
Həyat yoldaşı | Musa xan Vəzirov |
Uşaqları |
Həsənəli Vəziri Molud Vəziri Əlinağı Vəziri Xədicə Əfzəl Vəziri Əliəsğər Vəziri Əlirza Vəziri Fətəli Vəziri |
Atası | Məhəmməd Baqir xan Astarabadi |
Anası | Xədicə xanım (Molla Bacı) |
Fəaliyyəti | jurnalist, esseist, yazıçı, head teacher[d], xeyriyyəçi |
Əsərlərinin dili | fars dili |
Vikianbarda əlaqəli mediafayllar |
Bibixanım Astrabadinin atası Mazandaran əyalətinin Ənzan elinin başcısı Məhəmmədbağır xan Astarabadi və anası Nasirəddin şah Qacarın həyat yoldaşı Şukuhüssəltənənin nədiməsi və Axund Molla Kazım Müctəhid Mazandaraninin qızı, Molla Bacı kimi də tanınan Xədicə xanım idi.
Bibixanım Astarabadi 1858 və ya 1859-cu ildə dünyaya gəlmişdi və 22 yaşında İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov(Musa xan Vəziri ki qafqazdan Tehrana mühacirət etmişdir) ilə evləndi. Onların yeddi uşağı var idi ki, ən məşhurları polkovnik Əlinağı Vəziri (musiqişünas, bəstəkar, görkəmli tarzən və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi) və Həsən Vəziri (bir bədii rəssam)dırlar. Doktor Məhliqa Məllah, İranın "Ekoloji çirklənməsinə qarşı qadınlar cəmiyyəti"nin (1992-ci ildə, uşaqları və anaları, habelə dövlət vəzifəli şəxslərini ətraf mühitin çirklənmə təhlükəsi haqqında maarifləndirmək üçün təsis oldu)[3] təsisçisi və direktoru, Bibixanım Astarabadinin qız nəvəsidir.[4]
Bibixanım XIX əsrin sonlarında başlayan maarifçilik hərəkatının və XX əsrdin əvvəllərində başlayan Məşrutə inqilabının təsirli şəxslərindən biridir. O, İranın müasir tarixində ilk dəfə olaraq qızlar üçün məktəb (دبستان دوشیزگان — Qızların ibtidai məktəbi) təsis etdi. Bibixanım Astarabadinin, əsas şöhrəti "Kişilərin çatışmazlıqları" (معایب الرجال) kitabına görədir ki "Qadınları tərbiyə etmə"[5](تادیبالنسوان) kitabına cavab olaraq mizahı yazmışdır.
Bibixanım, 1907-ci ildə "Qızların ibtidai məktəbi"ni özü yaşadığı evdə təsis etdi.[6]
Elan
Qızların ibtidai məktəbi"Qızları ibtidai məktəbi" adlı yeni məktəb , Hacı Məhəmmədhüseyn bazarının köhnə darvazası Məhəmmədiyyənin yaxınlığında açılıb. Bu məktəb böyük bir həyət və bütün zəruri məktəb ləvazimatlarına təchiz olmuş çoxsaylı otaqlardan ibarətdir.
Bu məktəbin açılmaqı üçün beş qadın müəllim təyin edilmiş, ki hər biri bir mövzu ilə məsuliyyətlidir,Noxost-namə[7], Yazmaq/Xəttatlıq , İran tarixi, Oxumaq , Aşpazlıq kitabı, Hüquq, Din, Coğrafiya, Hesab Elmi kimi. Tədris hər bir qız və ya qadının öyrənmə qabiliyyətinə uyğunlaşdırılacaq.
Bundan əlavə, bir yer, əl sənətinin tədrisi üçün ayrılmış, toxuculuq kimi, qızıl tikmə, ipək tikmə , tikiş, və s., və bütün bu müəllimlər qadınlardandırlar bir yaşlı qapıçı istisna olmaqla, başqa heç bir kişi məktəbdə olmayacaq.
Yeddi və on iki yaş arasında tələbələr qəbul olunacaqlar. İbtidai sinif, hər ayı 15 qıran, əməli sinif hər ayı 25 qıran olacaqdır. Endirim aşağı vəziyyətdə olanlara verilir. İki tələbələ,[Eyni ailədən] olsa, birisi ödənişsiz qəbul olunacaq. Ümid edilir ki minlərcə bunun kimi məktəb əziz doğma vətənimizdə açıla.
İmza: Bibixanım Astarabadi.[8] (28 mart 1907-ci ildə Məclis gündəlik qəzetində nəşr olmuş.[9])