Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ARY Zindagi
ARY Zindagi — "ARY Digital Network" şirkətinin sahibləndiyi Pakistan özəl əyləncə telekanalı. Telekanal Hindistan, Pakistan və Türkiyə proqramlarını yayımlayır. ARY Zindagi ilk dəfə AsiaSat 3S 105.5 Degree East peyki ilə sınaq testi olaraq 5 aprel 2014-cü ildə yayımlanmışdır. Telekanal əsas yayımına 11 aprel 2014-cü ildə başlamışdır. Telekanal "ARY Zauq" telekanalının əvəzinə yaradılmışdır.
Zindəşt (Salmas)
Zindəşt (fars. زيندشت‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 910 nəfər yaşayır (157 ailə).
Çindəki məscidlərin siyahısı
Bu, Çindəki görkəmli məscidlərin siyahısıdır. Məscid İslam dininin tərəfdarları üçün ibadət yeridir. Çində ilk məscid 627-ci ildə Tan sülaləsi dövründə inşa edilən Quançjoudakı Xuayşen məscidi idi. 2014-cü ildə Çində 39.135 məscid var idi, bunlardan 25.000-i şimal-qərb muxtar bölgəsi olan Sintszyan-Uyğur Muxtar Rayonundadır, 500 müsəlmana bir məscidin düşməsi kimi yüksək sıxlıq var ölkədə. Çində məscidlərə Tsin Çjen Si (清真寺"Saf həqiqət məbədi") deyilir, bu ad da Çin yəhudiləri tərəfindən sinaqoqlar üçün istifadə olunurdu. Digər adlara Xui Xui Tan(回回堂), Xui Xui Si (回回 寺, "Xui xalqının məbədi"), Li Bai Si (回回寺, "İbadət məbədi"), Cjen Tzyao Si (清净寺, "Həqiqi tədris məbədi") və ya Qinq Jinq Si (清净寺, "Saf və təmiz məbəd") daxildir. Tzin sülaləsi dövründə Hueylər məscidlərinin girişində üzərində "Huáng Dì Wàn Suì, Wàn Suì, Wàn Wàn Suì" (皇帝 萬歲 , 萬歲 , 萬 萬歲),"İmperator, sonsuza qədər yaşasın." yazılmış bir lövhə qoyulmuşdu. Vansui, çin dilində əbədi mənasını verən "on min il" deməkdir. Çinə səyahət edən qərblilər bu lövhələrin Yunnan və Ninbo məscidlərində olduğunu qeyd etdilər. Əksər məscidlərin bir-biri ilə müəyyən oxşar cəhətləri vardır, lakin digər bölgələrdə olduğu kimi Çin İslam memarlığı ilə, yerli memarlığı öz üslubunda əks etdirir.
Xıdır Zində məscidi
Xıdır Zində məscidi Siyəzən rayonu, Zarat (Siyəzən) kəndində yerləşən məsciddir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizinin arasında yerləşir. Xıdır Zində məscidi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 2000-ci ildə inşa etdirilmişdir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizi arasından keçən Bakı-Rostov şose yolunun üstündə inşa olunub. Ümumi sahəsi 250 kv.m-dir. İçərisinə mərmər döşənmiş, divarları və dam örtüyü milli ornamentlərlə bəzədilmişdir. Məscidin qapı və pəncərələri taxtadan olmaqla xüsusi ustalar tərəfindən gözəl naxışlarla bəzədilmişdir. Məscidin günbəzinə xüsusi daşlardan örtük çəkilmişdir. Ziyarətə gələnlər üçün məscidin arxasında qurbangah, dəstəmazxana və başqa köməkçi tikililər var. Yanında 12 m hündürlüyündə iki minarə ucaldılmışdır.
Xıdır Zində piri
Xıdır Zində və ya Xızır Zində— Siyəzən rayonu ərazisində, Beşbarmaq dağı ətəyində pir. Bu gün Xıdır Zində pirinə gələnlərin, ondan kömək istəyənlərin sayı həddən artıq çoxdur. Buraya insanların bir qismi ziyarət, digər qismi isə gəzinti, maraq məqsədilə gəlir. Ziyarətə gələnlərin çoxu özləri ilə heyvan (qoyun-quzu) gətirir və pirin ətəyindəki çökəklikdə onları qurbanlıq kimi kəsirlər. Pirə gələnlər mütləq qayanın başına çıxır, burada nəzir verirlər. Ətrafda bir necə yerdə nəzir qutuları var. Zirvəyə çıxış xüsusən də yaşlı insanlar və qadınlar üçün çox çətin və təhlükəlidir. Doğrudur, qaya üzərində müxtəlif intervallarda dəmir pilləkənlər qoyulub. Lakin onlar çox ensizdir və iti bucaq altındadır. Burada ölçüləri 3×3 m olan, yaşayış yerini və ya istehkamda dayaq nöqtəsini xatırladan üstü açıq bir otaq, bundan başqa qayanın ətrafında eni 1 m-ə qədər olan müdafiə xarakterli qədim divar qalıqları var.
Zındıq
Zındıq (ərəbcə: الزنديق, farsca زنديک‎) — İslamda və orta əsr islam mədəniyyəti və ədəbiyyatında, monoteist olmayan dinlərin üzvlərini, əsasən manixeiləri (maniləri) və zərdüştları, tanrıya və axirətə inanmayan, islam inancına zidd çıxan kafir insanları adlandırmaq üçün istifadə olunan termin.
Ayı fındığı
Bulbophyllum linderi
Bulbophyllum imbricatum (lat. Bulbophyllum imbricatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum imbricatum növü Tropik Afrika üçün endemik növdür. == Sinonim == Bulbophyllum congolense (De Wild.) De Wild. Bulbophyllum gilletii (De Wild.) De Wild. Bulbophyllum kamerunense Schltr. Bulbophyllum laurentianum Kraenzl. ex De Wild. & T.Durand Bulbophyllum ledermannii (Kraenzl.) De Wild. Bulbophyllum linderi Summerh.
Gürcü fındığı
Kolxida fındığı (lat. Corylus colchica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dən çox olmayan çoxillik koldur. Cavan zoğları boz, sıx, ipəkvari tükcüklərlə örtülmüşdür, ancaq axırıncı ilin zoğları çılpaqdır. Yarpaq tumurcuqları uzunsov-yumurtavari formalı, iri, qırmızı-qonur, tükcüklüdür. Yaraqları təxminən 1 sm uzunluğunda olub, sıx tükcüklü saplaqlarda yerləşir, oval, bünövrəsində yumru, bəzən ürəkşəkilli, ucu qısa, biz, kənarları ikili dişli, 11-12 damarcıqlı, üstü batıqdır. Yarpaq ayasının uzunluğu 5-7 sm, eni 3,5-4,5 sm, üstü yayılmış tükcüklərlə örtülmüşdür, alt tərəfi damarcıqlardan ibarətdir. Yalançı zoğları lansetvari formalı, ucu bizdir.Tozluq sırğaları qırmızı-qonur, yarpaqların qoltuqlarında yumurtavari, ucu biz xırda yarpaqlıdır. Meyvənin qını biryarpaqlı, fındığa yapışıq, tükcüklü, qısa yumurtavari formalı, diametri 11 mm-dir.
Kolxida fındığı

Maral fındığı
Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. == Təbii yayılması == Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir.
Meşə fındığı
Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır. Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır.
Zindəqul (Soyuqbulaq)
Zindəqul (fars. زنده قول‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (27 ailə).
Namiq Kamal zindanı
Namiq Kamal zindanı (türk. Namık Kemal Zindanı) — Kiprin Famaqusta şəhərində 1873–1876-cı illərdə Türkiyə yazıçısı Namiq Kamalın iqamətgahı olması ilə tanınan tarixi bina. Binanın yeri əvvəlcə Venesiya sarayının bir hissəsi idi, lakin bina indiki formada Osmanlı dövründə tikilmişdir. Bina iki mərtəbəlidir, aşağı mərtəbəsi Osmanlıdan əvvəlki memarlıq nümunəsi, yuxarı mərtəbəsi isə Osmanlı üslubundadır. Arxeoloq Tuncər Bağışqan Osmanlıdan əvvəlki üslubu Luzinyanlar dövrünə aid olduğunu müəyyən etmişdir. Bina "L" formasında olub, aşağı mərtəbəsi yonma daşdan, yuxarı mərtəbəsi isə Bağdadi texnikası ilə tikilmişdir.
Süleyman Zindanı dağı
Süleyman Zindanı dağı, Taxti Süleymandan 3 km qərbdə yerləşən bir içi boş konus formalı dağın adıdır. Bu dağ minlərlə il əvvəl göldə su minerallarının çökməsi səbəbindən yaranmışdır. Çevrəyə görə bu dağın hündürlüyü 97 yada 107 metr, üstündən təxminən 80 metr dərin bir çuxur, dağın üstdə açılış diametri təqribən 65 metrdir. Bu dağ Mannalar dövründə e.ə. 830–660-cı illərdə İbadət yeri olmuşdur. Süleyman Zindanı dağı yerdən 100 metr yüksəklikdəki bir təpədir. Sasanilər dövründə Zərdüştilik keşişlərin qurban və ibadət yeri olmuşdur və ətrafındakı tikililərin qalıqları bu müqəddəs məkanın əhəmiyyətini göstərir. Yəqin ki, iki min il əvvəl bu gün boş olan və təpənin ağzında yerləşən konus su ilə doluydu və konusun ətrafındakı əsərlərin qalıqları bu ağızın və içərisindəki gölün suyunun yararsız olduğunu göstərir; Ancaq zaman keçdikcə çöküntülərin nəticəsində nəticəsində 100 metr dərinlikdə yerləşən göldəki çatlar bağlandı və konus qurudu. Yerli əhali bu dağı Süleyman Zindanı və ya Dev Zindanı olaraq tanıyır və inanırlar ki, Süleyman bu dağda onun əmrinə tabe olmayan devləri həbs edir. Bu dağın adı yerli inamdan alınmışdır.
Yer fındığı yağı şahin
Yer fındığı yağı şahin (ing. The Peanut Butter Falcon) — 2019-cu il istehsalı komediya-dram janrındakı ABŞ filmi. Amerikan güləşçisi olmaq arzusu ilə saxlanıldığı qocalar evindən qaçan daun sindromlu gənc oğlandan bəhs edir. Yolda o, evindən uzaqda olan balıqçı bir adamla dostlaşır. Filmdə rol alıblar: Zack Gottsagen, Şaya LaBaf, Dakota Conson və Con Houks Şaya LaBaf — Tyler Dakota Johnson — Eleanor John Hawkes — Duncan Bruce Dern — Carl Zack Gottsagen — Zak Jon Bernthal — Mark Thomas Haden Church — Clint / The Salt Water Redneck Yelawolf — Ratboy Jake Roberts — Sam Mick Foley — Jacob Wayne Dehart — Jasper John Dylan Odom — Wrestler (uncredited) thepeanutbutterfalconmovie.com — Yer fındığı yağı şahin rəsmi saytı Yer fındığı yağı şahin — Internet Movie Database saytında.
Ağacvari fındıq və ya ayı fındığı