ZINDIQ

özlərini müsəlman kimi göstərib, ancaq qəlblərində İslamı qəbul etməyən insanlar belə adlanırlar. Ehtimala görə bu söz zərdüştlülərin müqəddəs kitabı olan “Zənd”dən əmələ gəlmişdir. Fiqhdə daha çox münafiq sözünə yaxın mənada istifadə edilir. Buna görə bir çox nüfuzlu müsəlman ilahiyyatçılarına görə zındıqlığı sübuta yetirilən insan ölümə məhkum olunmalıdır. Ancaq, belə insanlar səmimi tövbə edərlərsə, Allah onun tövbəsini qəbul edir. Tövbə etmiş zındığı ölümə məhkum etmək olmaz. İlahiyyatçıların əksəriyyəti hesab edir ki, tövbə etməmiş zındıqlar cəhənnəm odunda sonsuzluğa qədər yanacaqlar. Buna dair Quranın 3: 116 ayəsini dəlil kimi gətirirlər.
ZƏMZƏM
ZİHAR
OBASTAN VİKİ
Zındıq
Zındıq (ərəbcə: الزنديق, farsca زنديک‎) — İslamda və orta əsr islam mədəniyyəti və ədəbiyyatında, monoteist olmayan dinlərin üzvlərini, əsasən manixeiləri (maniləri) və zərdüştları, tanrıya və axirətə inanmayan, islam inancına zidd çıxan kafir insanları adlandırmaq üçün istifadə olunan termin.

Значение слова в других словарях