Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təbii zonalar
Təbii zonalıq — coğrafi enliklər üzrə istilik və rütubətin nisbətinin dəyişməsindən asılı olaraq,ekvatordan qütblərə tərəf təbii komplekslərin tədricən dəyişməsi qanunauyğunluluğudur. Təbii zona- hər hansı ərazi üçün səciyyəvi olan və təbii komponentlərin eynilik təşkil etdiyi təbii komplekslərdir. == Rütubətli ekvatorial meşələr zonası == Ekvator boyu rütubətli həmişəyaşıl Rütubətli ekvatorial meşələr zonası yerləşir. Bu zonada orta illik və orta aylıq temperatur 24–26°-dir. Sutqalıq temperatur tərəddüdü temperaturun illik tərəddüdündən artıqdır.Orta illik yağıntılar 1500–2000 mm,bəzi yerlərdə isə 4000–5000 mm-ə çatır. Yağıntılar il ərzində bərabər paylanır. Lakin günəşin ildə iki dəfə ekvator zonası üzərində zenitdə olduğu vaxt (yaz və payız gecə-gündüz bərabərliyi dövrü) daha çox yağış düşür.Ekvator meşələri zonasında nəmlənmə (nəmlənmə əmsalı 1,5–2 ilə 3–4 arası dəyişir)ifrat dərəcədədir. Bu zonanın bitki örtüyü olduqca zəngin(4 mindən artıq ağac növü var), torpaq örtüyü isə kasıbdır. Flora və faunası olduqca zıngindir. Burada hələ də kəşf olunmayan canlılar var.
Zonbalan (Urmiya)
Zonbalan (fars. زنبلان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (37 ailə).
Geokimyəvi zonalar
Bu termin akademik A. Fersman tərəfindən elmə gətirilmişdir. Ərazicə geokimyəvi zonalar (qurşaqlar) geokimyəvi yarımzonalara (əyalətlərə), horizontlara bölünməklə, həm nisbətən iri regional-geokimyəvi diferensiasiyasına, həm də coğrafi və geoloji inkişaf tarixinə görə fərqlənir. Burada elementlərin geokimyəvi davranışı, onların süxurlarda, təbii sularda, torpaqlarda və orqanizmlərdə paylanması məsələləri öyrənilir. Bütöv planeti əhatə edən geokimyəvi zonallıqla yanaşı həm də faydalı qazıntı yatağı, torpaq, mineral və s.-in özünəmxsus zonallığı mövcuddur. Məsələn, dənizlərin sahillərindən hövzənin mərkəzi hissəsinə doğru çöküntülərin fasiyal zonallığı dəyişir. Torpaqlarda, aşınma qabıqlarında, okean sularında və atmosferdə də şaquli geokimyəvi zonallıq müşahidə edilir. Geokimyəvi zonalar coğrafi mühitdən – dəniz səviyyəsi, coğrafi enlik və uzunluq, landşaft zonallığından, habelə endogen və ekzogen proseslərdən asılı olaraq geoloji inkişaf yolu keçmişdir. Bioloji mühit flora və faunanın inkişafı və təkamülü üçün mühiti, coğrafi mühitin müəyyən şərtləri üçün biogeosenozların xüsusiyyətlərini əks etdirir. Litosfer, atmosfer, hidrosfer və biosfer arasında qarşılıqlı əlaqənin xarakteri baxımından yer qabığının ən dinamik hissəsidir. Kosmosun şüa enerjisinin geokimyəvi proseslərində iştirakının və qarşılıqlı təsirinin ən aktiv geosferidir.
Zoğala nekropolları
Zoğala nekropolu I — Culfa rayonunda, Milax kəndindən şimal-şərqdə, I Zoğala yaşayış yerinin yaxınlığında son orta əsrlərə aid arxeoloji abidə. Ərazisi şimal qərb və cənub şərqdə dərin dərə ilə məhdudlaşır. Nekropoldakı qəbirlər q.-ş. istiqamətindədir. Heç birinin başdaşı saxlanılmamışdır. Abidənin IV–VII əsrlərə aid olması ehtimal edilir. Zoğala nekrapolu II — Culfa rayonunda, Zoğalaçayın sağ sahilində, yaşayış yerinin yaxınlığında arxeoloji abidə. Qəbirlər yanlarda iri sal daşlardan qurulmuşdur. Bəzi qəbirlərin üzərində üst daşlarına rast gəlinir. Onların yan daşları torpağın aşınması nəticəsində üzə çıxmış, bəziləri qazılıb dağıdılmışdır.