OBA

is.
1. Bir neçə evdən ibarət kiçik yaşayış məntəqəsi, kiçik kənd.
[Şahmar:] Baharlıdan bura gələndə elə bilirsən, şəhərdən yöndəmsiz bir obaya gəlirsən. B.Bayramov.

2. Köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya çadırdan ibarət köç yeri; köçəbə, düşərgə. Çoban obası.
– Qurban … obalara gedib süd almalı və ağalar üçün çobanaşı bişirməli idi. T.Ş.Simurq.
Hər il bu zaman yolun ətəklərinə qədər çadırlar, obalar düşərmiş. Mir Cəlal.

Синонимы

  • OBA el
  • OBA qəsəbə — xutor — aul
  • OBA 1. OBA (bir neçə evdən ibarət kiçik kənd) [Divanbəyi:] Oğlan, obanız buradan nə qədər olar? (M.F.Axundzadə); ŞENLİK
O-BU
OBABAŞI
OBASTAN VİKİ
Oba
Oba — XIX əsrdə həm maldar icma üzvlərinə məxsus xüsusi qurum (birlik) və həm də oturaq əhalinin muvəqqəti yaşayış məskəni olmuş, tədriclə daimi yaşayış məskəninə – kəndə çevrilmişdir. == Ümumi məlumat == Azərbaycanın ayrı-ayrı bolgələrində movcud olmuş belə obalar kəndə cevrilərkən kənd adlarında oba komponentini də saxlayırdı. Məsələn, Kəndoba (Ağsu rayonu), Vəlioba, Mollaoba, (Masallı rayonu), Mahmudoba (Şahbuz rayonu), Aşıqoba (Qusar rayonu) və b. Oba heyvandarlıq təsərrufatının yaylağa və qışlağa köçməsi ilə əlaqədar meydana gəlmişdi. Daimi yaşayış məskənindən-kənddən nisbətən aralı salınan obada, adətən, qohum ailələr məskunlaşırdı. Bəzən bir obada bir necə qohum nəsil birgə yaşayırdı. Otlaqlardan səmərəli istifadə etmək məqsədilə istər yaylaqlarda, qışlaqlarda obalar xırda vahidlərə-dəngələrə bolunur, dəngələr isə bir-birindən "otarası" adlanan mərzlərlə ayrılırdı. == Mənbə == Azərbaycan etnoqrafiyası. Üç cilddə. II cild Bakı,2007, səh.24–25.
Kul-Oba
Kul-Oba (ukran. Куль-Оба; rus. Куль-Оба, krım tatar: Kül Oba; kırım tatarcasında "kül təpəsi" mənasını verir.) skiflərin dəfn tumulusu (kurqan), Krımın şərqində Kerç yaxınlığındadır.
Minako Oba
Minako Oba (yap. 大庭 みな子; 11 noyabr 1930, Tokio prefekturası[d] – 24 may 2007[…]) – Yaponiya yazıçısı. Ədəbi karyerasına 1960-cı illərdə başlayıb. 1968-ci ildə "Üç yengəc" adlı hekayəsinə görə 1968-ci ildə Qunzo mükafatını və Akutaqava mükafatını, 1982-ci ildə "Formasız" romanına görə isə Tanizaki mükafatını qazanıb. 1970-ci və 1980-ci illərdə roman, hekayə və esselər yazaraq başqa mükafatlar da qazanıb. Oba əsərlərində seksi ibtidai instinkt kimi təqdim edərək daim sivilizasiyanın müəyyən etdiyi sərhədləri sındırdığını vurğulaması ilə tanınır. Uzun müddət Alyaskada yaşadığı üçün burada qazandığı təcrübələri Yaponiya ədəbiyyatı üçün nadir olan vəhşilik tərzində əsərlərində əks etdirib. == Həyatı == 11 noyabr 1930-cu ildə Tokioda bir həkimin birinci qızı kimi doğulub və uşaqlığı müharibə dövründə keçib. 14 yaşında ikən Hiroşimaya atılan atom bombasından sağ qalanlara baxmaqla vəzifləndirilən qızlardan biri kimi seçilib. Müharibə dövründən sonra təhsilinə davam edən Oba Tsuda kollecindən məzun olub və 24 yaşında evlənib.
OBA Market
"OBA" — Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hazırda 1400-dən çox mağazası fəaliyyət göstərir. Market sayına görə "OBA Market" MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. == Tarix == Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf isə gündəlik tələbat məhsullarını mümkün olan ucuz qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olub. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə interyer, rəf sayının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir. == Market sayı == "OBA Market" MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hazırda 1400-ə yaxın marketi və 9000-dən çox əməkdaşı ilə ölkənin ən böyük marketlər şəbəkəsidir.
Oba (dəqiqləşdirmə)
Oba
Oba (İğdır)
Oba — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 13 sentyabr 1919-cu ildə ermənilər tərəfindən öldürülən azərbaycan türklərinin toplu halda basdırıldığı çuxurların bir qismi 1986-cı ildə kənddə aparılan qazıntılar zamanı aşkarlanmışdır. Bu quyularda ermeni daşnaq qüvvələrin tərəfindən öldürülən 90 azərbaycan türkünün skeletləri tapılmışdır. Qərb Cəphəsi Komandanı Kazım Qarabəkir Paşanın 1919-cu ili sentyabrında Heyət-i Təmsiliyəyə yolladığı teleqramda bunlar bildirilir: 1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdur. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdir. Oba kəndi 1928-ci ildən bəri eyni adla kənd statusunu sürdürməkdədir. 12 sentyabr 2001-ci ildə "Oba Kənd Şəhidlik Abidəsi" İğdır valiliyinin vəsaiti hesabına qoyulmuşdur. 13 sentyabr 2005-ci ildə isə abidə valilik tərəfindən yenilənmişdir. == Coğrafiyası == İğdırdan 13 km uzaqlıqdadır.
Tsuqumi Oba
Tsuqumi Oba (yap. 大場 つぐみ Ōba Tsugumi) — yapon manqaka. Əsasən digər müəlliflərlə birgə işlərin üzərində işləyir. O, ən çox 2003 və 2006 illərin arasında çıxan, Takeşi Obata tərəfindən çizilən, Death Note manqa serialın müəllifi kimi bilinir. == Layihələri == Death Note - Takeşi Obata ilə (2003–2006) Bakuman - Takeşi Obata ilə (2008–2012) Skip! Yamada-kun - Robiko ilə (2014) == Mükafatları və nəmizədləri == 2007 nəmizəd - Tezuka Osamu mədəniyyət mükafatı (Death Note üçün) 2008 nəmizəd - Anqule Beynəlxalq Komiks Festivalı (Death Note üçün Rəsmi seçim) 2008 Eagle mükafatı (Death Note üçün Ərkəsöyün manqa) 2010 nəmizəd - Manqa Taişo (Bakuman.
Sarıbulaq oba yeri
Sarıbulaq oba yeri — Şərur rayonunda orta əsrlərə aid arxeoloji abidə. Kəşfiyyat qazıntıları nəticəsində ev və küz xarabalıqları, nisbətən yaxşı qorunub saxlanmış 6 ədəd təndir qalığı, saxsı qab (xüsusilə nehrə) qırıqları və digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. IX–XIX əsrlərə aid edilən oba yerinin yay mövsümündə Şərurun maldar tayfalarının və Araz boyu əhalinin istirahət və yaylaq yeri olduğu ehtimal edilir.
Karlar obası
Koraoba — Astara rayonunun, Kijəbə qəsəbəsinin, Tüləküvan kəndinin mərkəzində yerləşən, yaşayış məntəqələrindən biri. Uzun müddət Azərbaycan SSR, Astara rayonu, inzibati ərazi vahidində Koroba kəndi kimi adlandırılıb. Müstəqillik dövründə bir neçə kəndlə birlikdə, Tüləgüvan kəndinə birləşdirilib. SSRİ dövründə kəndin adı təhrif edilərək rus dilinə uyğunlaşdırılıb və Koroba (rus. Kороба) adlandırılıb. Bu təhrif sonradan kəndin etimalogiyasına təsir edib. == Tarixi == Yaşayış məskəni kimi tunc dövrünə aiddir. Bunu təsdiq edən, kəndin ərazisindəki tunc dövrünə aid üç ədəd "Koraoba kurqanlar"ıdır. Eyni zamanda yaşayış məskənində dəmir dövrünə aid "Koraoba daş qutu nekropolu" da var. Çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında, Lənkəran qəzasının tərkibində olub.
Laçın obaları
Taxta Körpü qəsəbəsi və ya Laçın obaları — Ağcabədi rayonunda əsasən Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbə. == Tarixi == Bura 1990-cı illərə qədər Laçınlıların qışlaq ərazisi olmuşdur. 18 may 1992-ci ildə Laçın rayonu erməni silahlıları tərəfindən işğal edildikdən sonra rayon əhalisi əsasən burada məskunlaşmışdır. Ərazi Laçın Qaçqınlarının Taxta Körpü Düşərgəsi kimi də tanınır. Laçın Rayon İcra hakimiyyəti də bu qəsəbədə yerləşir. == Mədəniyyət == Taxtakörpü qəsəbəsində 2 hektarlıq sahədə Heydər Əliyev parkı salınmışdır. == Sosial infrastruktur == Qəsəbədə Təcili tibbi yardım məntəqəsi, Laçın Petrol yanacaqdoldurma məntəqəsi, Kapitalbankın şöbəsi fəaliyyət göstərir.
Mişel Obama
Mişel Lavon Robinson Obama (ing. Michelle LaVaughn Robinson Obama; 17 yanvar 1964[…], Çikaqo, İllinoys) — ABŞ vəkil və yazarı. ABŞ-nin birinci xanımı (2009–2017), 44-cü ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı. Dolfus Şildsin nəvəsi, rəssam Pernell Şilds (Mişel Obamanın ulu babası) 1950-ci ildə Çikaqoya köçüb. 1964-cü il yanvarın 17-də isə Çikaqoda ABŞ-nin gələcək birinci ledisi doğulub. == Həyatı == Prinston Universitetini (sosiologiya bakalavrı), Harvard Hüquq Məktəbini (hüquq doktoru) bitirib. İlk iş yeri "Sidli Ostin" hüquq firmasında olan Mişel marketinq və intellektual mülkiyyət qanunvericiliyi sahəsində ixtisaslaşıb. Çikaqo merinin köməkçisi, daha sonra meriyanın planlaşdırma və inkişaf üzrə komissar müavini vəzifələrini tutub. Çikaqo Universitetində dekan köməkçisi, həmin universitetin nəzdində Akademik Tibb Mərkəzinə icraçı direktoru, vitse-prezidenti olub. Barak Obama ilə 1992-ci ildə ailə həyatı quran Mişel iki qız anasıdır.
Obabulağı (Sayınqala)
Obabulağı (fars. اوبه بلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (27 ailə).
Obadiyah xaqan
Obadiyah xaqan (Yəhudi dilində עבדיה)(786-809) — Xəzər xaqanlığının xaqanı, Bulanın nəvəsi. == Həyatı == Xaqanlığın əyanlarının hamısı islamı qəbul etmədi, onların bir hissəsi yəhudi (iudaizm) dinini yaymağa başladılar. Xəzər xaqanı Obadiyah 790-cı ildə iudaizmi xaqanlığın rəsmi dini elan etdi, VIII əsrin sonlarında yəhudiliyi dövlət dini elan edən Xəzər xaqanı Obadiyah bununla da dövlətini Bizans imperiyasına və Ərəb xilafətinə qarşı qoymaqla yanaşı, özünün imperatorla, xəlifə ilə eyni səviyyədə olan hökmdar olduğunu nəzərə çarpdırmaq istəyirdi. Digər tərəfdən yəhudiliyi qəbul etməkdə Obadinin məqsədi Xəzər xaqanını dünyəvi hakimiyyətdən məhrum edən qədim türk ənənəsini aradan qaldırmaq idi. Obadinin yəhudiliyi qəbul etməsindən dərhal sonra Xəzər xaqanlığının iri şəhərlərinə, şimal-şərqi Qafqaza İrandan və Bizansdan minlərlə yəhudi ailəsi köçüb gəldi. Obadiyah xaqan və oğlanlarını öldürdülər. Hakimiyyətə Obadinin qardaşı keçdi. == Obadiyah xaqan və yəhudilik == Siciliyada yaşamış coğrafiyaşünas İdrisi (XII əsr) xaqanlıqda bütün dinlərin fəaliyyət göstərdiyini, dini azadlığın qorunduğunu qeyd edir. Bizans imperatoru I Roman Lekapenin (919-944) yəhudilərə etdiyi zülmdən sonra onlar demokratik ənənələrin qorunduğu Xəzər xaqanlığına köç edirlər və bu köç ərazidəki musəvilərin nüfuzunun artmasına səbəb olur. İbn Rüşdə görə, xəzər xaqanı musəvi olsa da, xalq əski inancını qoruyub saxlayırdı.
Obayda adası
Obayda adası (yap. お台場) — Yaponiyanın Tokio körfəzidə yerləşən süni ada. Adanı Göy qurşağı körpüsü Tokionun mərkəzi ilə bağlayır. == Tarixi == Adanın tarixi 19-cu əsrdə, Yapon hərbi rəhbərliyinin artilleriya batareyalarını yerləşdirdiyi Tokio körfəzində möhkəmləndirilmiş kvadrat formalı adalar zəncirinin qoyulduğu vaxtdan başlayır. Tokuqava şoqunatının hərbi hökumətinin orijinal planına əsasən 11 süni ada hazırlamalı idi. Ancaq beşinin tamamlandığı, indiyə qədər onlardan ikisinin qorunub saxlanıldığı bildirilir. Bir neçə artilleriya topunun və tikililərin qalıqları hərbi istehkamlardan xəbər verir. 1960-1970-ci illərdə Tokio meriyasının layihəsinə uyğun olaraq, batareyalardan ikisindən başqa hamısı ləğv edildi. Buna səbəb gəmilərin sərbəst şəkildə Şinaqava limanına və Tennodzu adasına sərbəst daxil olması üçün edilir. 1979-cu ildə 13 nömrəli tullantı poliqonu (indiki Dayba məhəlləsi, Minato Xüsusi Dairəsinin Hiqaşi-Yaşio məhəllələri və Koto Xüsusi dairəsinin Aomi məhəlləsi) birbaşa 3 nömrəli Batareya ilə birləşdirilir.
Qasımuşağı obası
Qasımuşağı obası — Zəngəzur mahalının Hacısamlı nahiyəsinin yaşayış məntəqələrindən biri. == Tarixi == Qasımuşağı obasının ərazisi 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olmuşdur. Laçın rayonunun tərkibində olduğu dövr ərzində Kürdhacı sovetliyi adlandırılan obanın tərkibində Ərikli, Yuxarı Qarasaqqal, Aşağı Qarasaqqal, Hacısamlı, Xaçınyalı kəndlərinin ərazisini əhatə etmişdir. 18 oktyabr 1991-ci il tarixindən Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra isə Kürdhacı kənd inzibati ərazi dairəsi adı ilə adlandırılmışdır. Coğrafi mövqeyinə görə Şəlvəçay, Piçənisçay, Muncuqluçay çaylarının axdığı dərin dərələr vasitəsilə dağ silsiləsi yaratmış Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən oba ərazidə ən yüksək dağ zirvəsi olan Qırxqız yaylaqlarının (2825 m) ətəyində yerləşmişdir.
Sent-Oban-d'Oz
Sent-Oban-d'Oz (fr. Saint-Auban-d'Oze, oks. Sant Auban d'Auza) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Veyn kantonuna daxildir. INSEE kodu — 05131. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 68 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı (heyvandarlıq və bağçılıq) təşkil edir. Turizm inkişaf etməmişdir.
Takeşi Obata
Takeşi Obata (yap. 小畑 健 Obata Takeshi) — yapon manqaka. Əsasən digər məlliflərlə birgə işlərin üzərində işləyir. == Layihələri == "500 Kōnen no Shinwa" (500光年の神話) (1985) Cyborg Jii-chan G (CYBORGじいちゃんG(サイボーグじいちゃんジー)) (1989) Arabian Lamp Lamp (魔神冒険譚(アラビアン)ランプ・ランプ); Susumu Sendo ilə (1991–1992) Chikarabito Densetsu -Oni o Tsugu Mono- (力人伝説 -鬼を継ぐもの-); Masaru Miyazaki ilə (1992–1993) Karakurizoshi Ayatsuri Sakon (人形(からくり)草紙あやつり左近); Şarakumaro (1995–1996) Hikaru no Go (ヒカルの碁); Yumi Hotta ilə və bindan əlavə, Yukari Yoshihara tərəfindən müşahidə (5-dan) (1998–2003) "Hajime" (はじめ); Otsuiçi ilə (2003) Death Note; Tsuqumi Oba ilə (2003–2006) Blue Dragon Ral Grad (BLUE DRAGON ラルΩグラド); Tsuneo Takano ilə (2006–2007) "Hello Baby"; Masanori Morita ilə (2007) "Urōboe Uroboros!" (うろおぼえウロボロス!); Nisio İsin ilə (2008) Bakuman. (バクマン。); Tsuqumi Oba ilə (2008–2012) All You Need Is Kill; Ryosuke Takeuçi ilə (2014) "RKD-EK9"; Niso İsin ilə (2014) == Mükafatları və nəmizədləri == 1985 Tezuka mükafatı (500 Kōnen no Shinwa üçün) 1999 Shogakukan manqa mükafatı (Hikaru no Go üçün) 2003 Tezuka Osamu mədəniyyət mükafatı (Hikaru no Go üçün Yaradıcılıq müfkafatı) 2007 nəmizəd - Tezuka Osamu mədəniyyət mükafatı (Death Note üçün Qran pri) 2008 nəmizəd - Anqule Beynəlxalq Komiks Festivalı (Death Note üçün Rəsmi seçim) 2008 nəmizəd - Eisner mükafatı (Death Note üçün Ən yaxşı rəssam) 2008 Eagle mükafatı (Death Note üçün Ərkəsöyün manqa) 2010 nəmizəd - Manqa Taişo (Bakuman.
Villi Obameyanq
Villi Obameyanq (16 fevral 1987, Paris) ― qabonlu keçmiş futbolçu. == Həyatı == 16 fevral 1987-ci ildə Parisdə doğulub. == Klub karyerası == Aubameyang ilk komandası Milan-da rəsmi bir oyun belə keçirməyib. İlk qolunu Milan forması ilə 6 yanvar 2007-də Yuventusa vurmuşdur. İcarə əsasında Avellinoda oynamışdır. Sonra Belçika çempionatında Eupendə oynamışdır. 2013-cü ildə Sent-Etyendən Borussiya Dortmunda transfer olmuşdur. Almaniya Bundes Liqasının ilk turunda Auqsburq-Borussiya Dortmund oyununda het-trik etmişdir. Bununla Almaniya çempionatında ilk oyununda het-trik etmiş altıncı oyunçu olmuşdur. Müsahibələrində Useyn Boltdan sürətli olduğunu söyləmişdir.
Yağləvənd obası
Yağlıvənd obası – Cavanşir-Dizaq mahalının yaşayış məntəqələrindən biri. Xanlıq dönəmində məaf sayılırdı. Cavanşir-Dizaq mahalı ərazisində yaşayan obaların əksəriyyəti Cavanşir soylu olduqlarından xanlıq dönəmində heç bir vergi ödəmirdilər. İki Qarabağ xanının vəziri olmuş, tarixçi və hüquqçu Mirzə Camal Cavanşir Qarabaği el-obaların vergi ödəməsi xüsusunda yazır: "Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi… Qarabağ ellərindən tövcü pulu və məhsuldan malcəhət alınmazdı". Mehdiqulu xan Cavanşirin yanında Yağlıvənd obasından Xələf ağa Şirin Kələntər oğlu Havsalı, Alı ağa Abbasqulu ağa oğlu Havsalı, Hüseyn və başqaları xidmət edirdilər. Divanxanada fərraş kimi Əliverdi Şirin Kələntər oğlu Havsalı, Dünyamalı Mehdixan oğlu Havsalı fəaliyyət göstərirdilər. Bayramqulu Mustafa oğlu göstərdiyi hərbi rəşadətə görə məaf ünvanı almışdı. Ailəsi ilə birlikdə Şuşa şəhərində yaşayırdı. Cəfər bəy Yağlıvənd İbrahimxəlil xanın arvadı Cəvahir xanımın keşikçisi idi. Məşədi İbrahim Əsəd bəyə xidmət edirdi.
Yuria Obara
Yuria Obara (d. 4 sentyabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Şato-Arnu-Sent-Oban
Şato-Arnu-Sent-Oban (fr. Château-Arnoux-Saint-Auban, oks. Castèu-Arnòs e Sant Auban) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Volon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04049. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 5270 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 2997 yaş yaşında (15-64 yaş arasında) 2041 nəfər iqtisadi cəhətdən, 956 hərəkətsiz (fəaliyyət göstərici 68,1%, 1999-cu ildə 64.7%) idi. Fəal 2041 nəfərdən 1759 nəfər (946 kişi və 813 qadın), 282 nəfər işsiz (100 kişi və 182 qadın) idi.
Şeyx Obaid bin Tani Evi
Şeyx Obaid bin Tani Evi — Şeyx Obaid bin Taninin tarixi binaı və keçmiş iqamətgahı olan, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən muzeydir. Muzey 1916-ci ildə dəniz daşlarından, gips və palçıqdan tikilmişdir. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Ev Əl Şindağada yerləşən Şeyx Səid Əl Maktumun Evinin yaxınlığında yerləşmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Şeyx Obaid bin Tani Evi ilə əlaqəli mediafayllar var.
Əbdürrəhmanbəyli obası
Əbdürrəhmanbəyli obası — Cəbrayıllı elinin böyük qollarından biri. Oba eldən ayrılanda ilk başçısı Hacı Ağası bəy olub. == Obanın tarixi == Hacı Ağası bəy Cəbrayıllı öləndən sonra, 1789-cu ildə İbrahimxəlil xan Sarıcalı-Cavanşir təliqə ilə obanı onun arvadına, Pəri xanıma verdi. Pəri xanımın vəfatından sonra obanı böyük oğlu Əbdürrəhman bəy idarə etməyə başladı. Onun idarəsi dönəmində bu oba Əbdürrəhmanbəyli adlandı. (bax. Yuxarı Əbdürrəhmanlı və Aşağı Əbdürrəhmanlı kənləri) Əbdürrəhmanbəyli obası XIX əsrin əvvəllərində üç obanın qarışmasından daha da böyüyüb. Bu obalar: Əbdürrəhmanbəyli, Abdullabəyli və Əlipənahsultanlı adlanırdı. Üçüncü obanın başçısı Əlipənah sultan Hüseyn bəy oğlu Cəfərqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. 1811-ci ildə bir müddət Qaradağda Hacı Məhəmməd xan Qaragözlünün yanında yaşamışdı.
Əbdürrəhmanbəyli obası (kitab)
Əhməd Obalı
Əhməd Obalı — Günaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir. O, gənc yaşlarında İrandakı mövcud rejimə qarşı olan siyasi baxışına və fəaliyyətinə görə təzyiqlərə məruz qalmış və bu səbəbdən İrandan Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-yə mühacirət etmişdir. == Həyatı == Əhməd Obalı 1 aprel 1961-ci ildə İranın Ərdəbil ostanına bağlı Meşkinşəhrdə, fermer ailəsində dünyaya gəlmişdir. Muğan şahsevənlərindən olan Əhməd Obalı orta təhsilini Meşkinşəhrdə almış, uşaqlığının böyük hissəsi də elə burada keçmişdir. Hal-hazırda ABŞ-nin Çikaqo ştatında yaşayır. Evlidir və bir oğlu var. === Mühacirət və siyasi fəaliyyəti === O, gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak etmiş, tələbə hərəkatlarına qoşulmuşdu. İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi aktivizmini davam etdirən Obalı 19 yaşında həbs edilmişdir. Ailəsi 53 gün sonra həm təzminat qarşılığında, həm də xəstə anasını görməsi üçün onu həbsdən çıxartmış, ancaq idarəçilik ölkədən qaçacağı təqdirdə, Obalının qardaşını həbs edəcəyini bildirmişdi. Buna baxmayaraq, o və qardaşı 1982-ci ildə böyük çətinliklərlə Türkiyəyə qaça bilmişdi.

Значение слова в других словарях