AĞIRLAŞMAQ

f.
1. Daha ağır olmaq; yükü, çəkisi çoxalmaq.
[Sadıq kişi] soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır. Mir Cəlal.

2. Daha çətin olmaq; çətinləşmək, gərginləşmək, mürəkkəbləşmək. İşi ağırlaşmaq. Vəzifəsi ağırlaşmaq. Vəziyyəti ağırlaşmışdır.
– Obalar arana köçəndən sonra Gülyazın həyatı daha da ağırlaşdı. M.Hüseyn.

// məc. Daha əziyyətli, daha məşəqqətli, daha əzablı olmaq, daha da pisləşmək, daha da dözülməz olmaq. Yaşayış gündən-günə ağırlaşırdı.
3. Pisləşmək, şiddətlənmək, bərkimək, artmaq, qorxulu bir vəziyyət almaq.
Xasayın qızdırması artır, halı get-gedə ağırlaşırdı. Ə.Vəliyev.

4. Kəsifləşmək, dözülməz bir hala gəlmək, pisləşmək. Otağın havası ağırlaşmışdır.
5. məc. Qoxumağa, pis iy verməyə, xarab olmağa başlamaq, pozulmaq. Ət istidən ağırlaşdı.
6. məc. Tənbəlləşmək, atilləşmək; özündə bir ağırlıq hiss etmək, hərəkət edə bilməmək. Yeyəndən sonra adam ağırlaşır.
7. dan. Kökəlmək, ətlənmək, yoğunlaşmaq, tosqunlaşmaq. Vücudu gündən-günə ağırlaşır.
8. məc. dan. Hamilə olmaq, ikicanlı olmaq.
9. məc. Daha ciddi olmaq, təmkinli olmaq. Yaşa dolduqca ağırlaşmaq.
10. məc. Zəifləşmək, eşitmə qabiliyyəti azalmaq. Qulağı ağırlaşmaq.

Синонимы

  • AĞIRLAŞMAQ 1. AĞIRLAŞMAQ, ÇƏKİSİ ARTMAQ 2. AĞIRLAŞMAQ, ÇƏTİNLƏŞMƏK, GƏRGİNLƏŞMƏK (məc.), MÜRƏKKƏBLƏŞMƏK (bax)
  • AĞIRLAŞMAQ zəifləşmək
  • AĞIRLAŞMAQ çətinləşmək — mürəkkəbləşmək — gərginləşmək
  • AĞIRLAŞMAQ pisləşmək — şiddətlənmək
  • AĞIRLAŞMAQ kökəlmək — ətlənmək — yoğunumaq
  • AĞIRLAŞMAQ tənbəlləşmək — ətalətləşmək — süstləşmək

Антонимы

  • AĞIRLAŞMAQ AĞIRLAŞMAQ – YÜNGÜLLƏŞMƏK Soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır (Mir Cəlal); Amma elə ki, anam danışdı, elə bil mənim ü
AĞIRLAŞMA
AĞIRLIQ

Значение слова в других словарях