Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kont
Kont(qraf), Avropada bir əsilzadə ünvanı. Kontun xanımına və ya kont mövqeyindəki qadına kontes deyilir. Böyük Britaniyadak; qarşılığı earldür. Hal hazırda, əsilzadəlik sıralamasında markizdən sonra, markizin olmadığı ölkələrdə hersoqdan sonra gəlir. Sözün etimologiyası Latin dilində comes (müşayətçi, nəzarətçi) sözündən gəlməkdədir. Roma İmperiyasında comeslər imperatorun müşayətçilərindən biri idi. Franklarda isə kontlar yerli komandir və hakimlər idilər. Kontlar zamanla feodal quruluşa daha cox integrasiya oldular və hersoqun müavini vəzifəsinə yüksəldilər. Flandriya, Tuluza ve Barselona kimi bəzı ölkə ve qraflıqlarda isə hersoq mövqeyinə bərabər hala gəldilər. Kralların feodal bəylər üzərindəki hakimiyyətlərini artırmağa çalışdıqları sonraki dövrlərdə hakimiyyətlər get-gedə mərkəzləşdi və kontlar siyasî güclərini itirdilər.
Mont
== Xarici keçidlər ==
Pont
Pontus (Yunanca: Πόντος, Pontos) antik Yunanca "dəniz" anlamına gəlməsinin bəzən Amasiyalı Strabon tərəfindən etibarən Qaradənizin cənub sahilində yerləşən Şimali Anadolu sahillərinin qədim adı. Qədim çağdan bu yana Qaradəniz bölgəsinde insan məskənləri izlərinə rast gəlinir. Ən əski Yunan dastanı olan Arqonavatlar səyahətlərinə Qaradəniz sahilləri üzərindən Kolxiya ölkəsinə (Lazika) başlamışlar. Bölgəyə Yunan kololonistlərinin M. Ə. VII yüzildə başladığı və Sinop, Samsun, Girəsun, Rizə kimi əhalisi çox saylı şəhərlərin Yunan kolonistlər tərəfindən qurulduğu bilinir. Yunan kolonistlər özlərini Kolx olaraq adlandırılan Qafqaz mənşəli topluluqlar ilə birləşərək bölgənin yerli xalqını meydana gətirmişlər. M. S. VI yüzildə xristianlıq yörəyə Trabzon üzərindən yayılmış, Mitra tapınaqları yıxılmış, incil təsiriylə yerli dillər unudularaq Yunan dili ön yerə çıxmışdır. Səlcuqilər və Osmanlı dönəmlərində yerli xalqın İslama keçməsi və Türkmənlərin oturmaqları ilə XIX yüzil sonlarında bəziləri xaricində bölgədəki topluluqlar böyük ölçüdə müsəlman əhalidən olmuşdur. 1923-cü il Türkiyə-Yunanistan əhali dəyişməsinə qədər bu bölgədə bir yunan əhalisi yaşayırdı. == Pont çarlığı == Orta və şərqi Qaradəniz bölgələrində qurulan bir çarlıq (Miladdan əvvəl 302-Miladdan əvvəl 64). Qurucusu I Mitridat Ctist Böyük İskəndər sonrakı dönəmdə Mysiyadaki (Mysiya Mərmərənin cənubundan başlayaraq Bergamanın olduğu sahə, təxmini olaraq Karesi bölgəsi) Qrek Cius qəsəbəsinin İran satrapı xanədanın soyundan gelir.
Aktiv zona
Aktiv zona — nüvə reaktorunda nəzarət olunan zəncirvari reaksiyanın getdiyi boşluq; ağır elementlərin (uran, plutonium) nüvələrinin bölünmə reaksiyası nüvədaxili enerjinin ayrılması (əsasən, istilik şəklində) ilə müşayiət olunur. Aktiv zonada parçalanan maddə (blok və mil şəklində), yavaşıdıcı (əgər reaksiya sürətsiz neytronlarla baş verirsə), istilik daşıyıcısı (reaksiyadan ayrılan istiliyi aparmaq üçün), həmçinin reaktorun idarə olunması, qorunması və nəzarət üçün cihaz və qurğular yerləşir. Heterogen reaktorların (bu növ reaktorlar daha geniş yayılmışdır) aktiv zonasında yanacaq istilikdaşıyıcısı elementlər şəklində yerləşdirilir. Homogen reaktorlarda istilik borularla dövr edən istilikdaşıyıcı vasitəsilə, yaxud bilavasitə yavaşıdıcı yanacaq qarışığı ilə ayrılır. Fiziki baxımdan aktiv zonanın ən yaxşı forması kürə şəklindədir, konstruktiv baxımdan isə çox vaxt silindir şəklində hazırlanır. Neytronların kənara sızmasını azaltmaq məqsədi ilə aktiv zona neytronları əks etdirə bilən maddələrlə əhatə olunur. == Su ilə idarə olunan reaktorlar == Tipik bir təzyiqli su reaktorunun və ya qaynar su reaktorunun nüvəsinin içərisində hər birinin uzunluğu təxminən 4 m olan iri gel tipli mürəkkəb qələminin diametri olan yanacaq çubuqları var və onlar "yanacaq qurğuları" adlanan dəstələrdə yüzlərlə qruplaşdırılır. Hər bir yanacaq çubuğunun içərisində uran qranulları və ya daha çox uran oksidi uçdan uca yığılır. Həmçinin nüvənin içərisində neytronları asanlıqla tutan bor və ya hafnium və ya kadmium kimi maddələrin qranulları ilə doldurulmuş nəzarət çubuqları var. Nəzarət çubuqları nüvəyə endirildikdə, onlar neytronları udur və beləliklə, zəncirvari reaksiyada iştirak edə bilməzlər.
Arktik zona
ARKTİK ZONA (yun. arktos - şimal) — böyük landşaft bölgələrindən biri, Şimal buzlu okean ilə Tayqa meşələri arasındakı zolaq. 1) Yayda buzları tam əriməmiş, hərəkətdə olan şimal qütbünün ətrafı akvatoriya (83 - 80° ş.e.d.); 2) Dünya okeanının 500 – 1000 m dərinliyə qədər yerləşən temperatur zonası (boreal zonadan yuxarıda yerləşir). Burada bütün ilboyu temperatur 0° S - yə yaxındır. Onun mövsüm ərzində tərəddüdü 2 - 3° S – dən artıq olmur. Fotosintez edən bitkilərə rast gəlinmir, ancaq heterotrof bitkilər yaşayır. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Batail zona
== Batail zona == Batail zona- dəniz və okeanların batial zonasında ( sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülərə deyilir. Batial çöküntülərin tərkibində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%- ni örtür, əsasən materik yamaclarında yayılmışdır.
Batial zona
Batial zona və ya matеrik yamacı — mеylliyi daha yüksək, kifayət qədər parçalanmış, pilləvari, sualtı dağlar, tirələr, yüksəkliklər və çökəkliklərdən ibarət оlub, dünya okeanının 12%-i təşkil еdir. Zоna suyun zəif hərəkəti, tеmpеraturun aşağı оlması, qaranlıq оlması, özünəməхsus hеyvanat aləminin оlması ilə хaraktеrizə оlunur. == Batial fauna == Batial fauna - 500-3000 m də­rin­likdə dibdə və ya dəniz və okeanların su qatında məskunlaşan fauna. Batial fauna ümümi biokütləsi və növ müxtəlifliyi sublitoral şelf faunasına nisbətən az, abissal faunadan isə çoxdur. Batialın az meyilli qitə yamaclarında makrobentosunda detrityeyənlərin, dik yamaclarında isə sestonyeyənlərin biosenozları üstün­­lük təşkil edir. Fossil halda əsasən ikitayqabıqlı molyusklardan Tellinidae və Nuculani­dae qabıqları və süngərlərdən Tetra­xonida dəstəsinin silisium oksidli spikulları, habelə aqlylü­tiniv və sekresion foraminiferlər tapılır. == Həmçinin bax == Dəniz Okean Fauna == Mənbə == БСЭ. Статья "Батиаль". Автор О. К. Леонтьев. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Coğrafi zona
== Coğrafi zona == Coğrafi zona- Coğrafi qurşaq daxilində ayrılan və fiziki-coğrafi rayonlaşdırmanın əsas bölgülərindən biridir. Coğrafi zona istilik və rütubət şəraitinin eyniliyi ilə səciyyələnir ki, bu da landşaftın və torpagın bioloji komponentlərinin, həmçinin ekzogen geomorfoloji proseslərin eyniliyini təyin edir. Coğrafi zona materik sektoru düzənliklərdə adətən enlik istiqamətində yerləşir və xeyli böyük sahə tutur. Bir-birini qanunauyğun əvəz edən coğrafi – zonalar arasında kəskin seçilən sərhəd yoxdur. Dağlıq ərazilərdə coğrafi zonalar azonal, xüsusilə oroqrafik amillərin təsiri nəticəsində, çox vaxt enlik istiqamətini dəyişərək, submeridional itiqamət alırlar ( məsələn, Şimali Amerikada). Coğrafi zonalar Dünya okeanında da (qurudan fərqli əlamətlərə görə ) ayrılır. Quruda coğrafi zona zahiri cəhətdən, adətən özünə xas olan bitki örtüyü ilə müəyyən edilir; ona görə də coxu bitki örtüyünün adı ilə adlanır; tundra zonası, meşə zonası, çöl zonası və s.
Erogen zona
Erogen zona — insan bədəninin bir hissəsi hesab edilir. Erogen zonalar insan orqanizmində cinsi həssaslığı artıran hissələr sayılır. Cinsi fantaziyalar, cinsi oyanma və orqazm kimi cinsi reaksiyalar yarada bilər. Başqasının erogen zonasına toxunmaq fiziki yaxınlıq aktı hesab olunur.
Lambda-zond
Lambda-zond — sensorların rolu avtomobildə yanaçağı və çıxış qazlarının düzgün formada təmin etməsidir. Yəniki yanma kamerasında yanmanın düzgün baş verməsini təmin edir. Sensorların tərkibi Dioksid Zirkonniyalı keramikadır. (ZrO2) Bu bütün oksiqen sensorlarına keçərlidir. Oksigen sensorunun əsas iş prinsipi yanma kamerasından çıxan qazların miqdarını ölçməkdir. Bu sensorlar mühərriyin çıxışında və daha sonra katalizator çıxışında yerləşdirilir. İş prinsipnə görə ilk sensorlar mühərriyin yanmasını təmin edir. Katalizatordan sonrakılar isə zərərli qazların nə dərəcədə katalizator filterindən keçdiyini təmin etməkdir. Keyfiyyətsiz yanacaq daha çox zərərli qazlar verərək həmin sensorları tez bir zamanda sıradan çıxardır. BMW mühərikləri keyfiyyətli yanacağa həssas olduğundan dolayı keyfiyyətsiz yanacaq istifadə olunduqda tez sıradan çıxır.
Litoral zona
Litoral zona - dəniz və okeanların çəkilmələr zamanı vaxtaşırı (hər 12 saat 26,4 dəqiqə-dən bir) quruyan sahilyanı hissəsi. Ən yüksək qabarma (sizigi) və ən aşağı çəkilmə səviyyələri arasında yerləşir. Eni, adətən, 1 km yaxın, bəzən 10–15 km, dərinliyi bir neçə on m-dək olur. Litoral zona səciyyəvi əlamətləri: quru və dəniz rejimlərini göstərən əlamətlərinin qarışığı, dibin vaxtaşırı quruması, işıq bolluğu, suların yüksək mütəhərrikliyi, temperatur və duzluluğunun kəskin dəyişkənliyi, çöküntülərin (valun və çaqılllardan gil materialına kimi) və faunanın müxtəlifliyi. Sinonim: Qabarma-çəkilmə zonası. == Həmçinin bax == Çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Mont-Ross
|Şəkil = Kerguelen MontRoss.JPG |Şəklin izahı = |lat_dir = S|lat_deg = 49|lat_min = 36|lat_sec = |lon_dir = E|lon_deg = 69|lon_min =30 |lon_sec = |CoordScale = |Ölkə = Fransa |Vilayət = |Ada = |Dağ sistemi = |Dağ silsiləsi = |Vulkan forması = |Növü = Startovulkan |Püskürmə tipi = |Kraterin diametri = |Kraterin dərinliyi = |Əmələgəlmə dövrü = |Yaşı = |İlk püskürmə = |Son püskürmə = |Tərkibi = |Mütləq hündürlüyü = 1840 |Yer xəritəsi = Fransa Kergelen |Yer xəritəsi 1 = }} Ross vulkanı (fr. Mont Ross) — Kergelen adasında yerləşən vulkan. Vulkanın hündürlüyü 1840 metrdir. Vulkan adanın cənubunda, Qaleni yarımadasında yerləşir. Mont-Ross iki zirvəyə sahibdir - Qran-Ross və Peti-Ross (1721 m). Vulkan Kuk buzlağı ilə örtülmüşdür. O, 1840-cı ildə Kergelen adasını ziyarət etmiş Ceyms Klark Rossun şərəfinə adlandırılmışdır. Zirvə ilkdəfə 1975-ci ildə fəth edilmişdir. Vulkanın hər iki zirvəsinə isə eyni anda 2006-cı ilin dekabrında çıxılır.
Nerit zona
Nerit zona- (yun.nerites-dəniz molyusku)- Dənizin qabarma zamanı ən hündür səviyyəsindən 200 metr dərinliyə qədər olan zonasıdır,ümumiyyətlə materik dayazlığı ilə uyğun gəlir.Nerit zona yaxşı işıqlanması,oksigen ilə zəngin olması,suyun güclü hərəkəti,bitki və heyvanlar aləminin müxtəlif olması ilə fərqlənir.
Neytral zona
Neytral zona (ing. No man's land (azərb. Heç kimin torpağı deyil‎)) — narahatlıq və ya qeyri-müəyyənlik üzündən boş qalan və tərəflər arasında fikir ayrılığı olan bir torpaqdır. Bu termin əvvəlcə feodalizm dövründə feodallar arasında iddia edilən torpaqları təsvir etmək üçün istifadə edilmişdir. Müasir dövrdə iki düşmən xəndəyi arasındakı ərazini təsvir etmək üçün istifadə olunur və çox vaxt Birinci Dünya Müharibəsi ilə əlaqələndirilir.
Ogüst Kont
Ogüst Kont (fr. Auguste Comte; 19 yanvar 1798[…], Monpelye, Birinci Fransa Respublikası – 5 sentyabr 1857[…], Paris, İkinci Fransa İmperiyası) — fransız filosofu və sosioloqu, pozitivizmin banisi. Sosiologiyanın bir elm kimi formalaşmasında, onun Tarix və Fəlsəfədən ayrıca fəaliyyət göstərməsi üçün böyük işlər görmüşdür. Sen-Simonun katibi və əməkdaşı olmuşdur. Təbiətin dərk edilməsi tarixi Kont tərəfindən üç mərhləyə bölünmüşdür: Teoloji, Metafizik, Pozitiv. == Həyatı == Vergi məmuru olan atası və anası, royalist və qatı Katolik idi. O dövrdə Fransada yayılan Respublikaçılığa və şübhəçi görüşlərə əleyhdar idilər. Balaca Komt bu qarşıdurmalı mühitində öz mövqeyini təyin etdi: Katolik Kilsəsinə və kralçılığa qarşı çıxdı. Fiziki baxımdan sağlam deyildi. Çəlimsiz bədəni, miyopluğu, mədə xəstəliyi həyatı boyunca ona problem oldu.1821-ci ildə haqqında şayələr gəzən bir xanımla ailə həyatı qurdu.
Pont-Aven
Pont-Aven (fr. Pont-Aven) — Fransanın şəhər kommunası. == Tarixi və coğrafiyası == Pont-Aven şəhəri Fransanın şimal-qərbində, Bretan regionun Finister departamentində yerləşir. Aven çayının Atlantik okeanına birləşməsi ilə, Kornual tarixi ərazisində yerləşir. Kommuna sahəsi — 28,63 km². Əhalisi təxminən 3000 nəfərdir (2007-ci ilin məlumatları).
Pont-Evek
Pont-Evek (fr. Pont-Évêque) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38318. Kommunanın 2012-ci il üçün əhalisi 5106 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 165 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 26 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Pont (mifologiya)
Pont (yun. Πόντος - "dəniz") - qədim yunan mifologiyasında olimplərə qədərki (qapalı) dəniz tanrısı, Geya və Efirin oğlu. Hesiod teoqoniyasına görə Geya Pontu atasız, təkbaşına dünyaya gətirmişdir.Pont Geyadan olan Tevmant, Elektra, Forkiy, Kito, Evreviya, Nerey və Doridanın atasıdır. Bəzən yunanlar arasında onu daha hörmətlə andıqları dəniz titanı Okeanı ilə eyniləşdirirlər.
Pont acıçiçəyi
Pont dağları
Pont dağları və ya Pont Alpları (türk. Kuzey Anadolu Dağları) ― Türkiyədə, Anadolunun şimalında formalaşmış dağ silsiləsi. Dağlar yerli türk və pontik yunan dillərində Parhar dağları olaraq da tanınır. Parhar termini xet dilində "yüksək" və ya "zirvə" mənasını verir. Qədim yunan dilində dağlar Paryadres və ya Parihedri adlandırılırdı. == Formalaşması == Pont dağları Alp qırışıqlığı nəticəsində formalaşan Alp-Himalay qurşağının şimali Anadolu hissəsidir. Mezozoy dövründə Tetis okeanının dibi olan Anadolunun şimal və cəbunda akkumlyativ süxurlar toplanmışdır. Mezozoyun sonunda bu süxurlar yüksələrək su üzünə çıxmışdır. Oliqosenin sonunda Alp qırışıqlığı ən şiddətli halına gəlmiş, Anadolunun şimal və cənubundakı ərazilər şiddətlə qalxmağa başlamışdır. Qalxma əvvəlcə Qaradəniz dağlarında başlamış, sonra isə Tavr dağlarında davam etmişdir.
Pont yunanları
Pont yunanları və yaxud sadəcə pontlular (yunanca: Πόντιοι) — yunanların subetnik qrupu. Tarixi vətənləri bu günkü Türkiyənin şimal-şərq (Qaradəniz və ya Pont) bölgəsidir. Özlərini həmçinin "romei" ("romalılar"; Bizansın özünü Roma imperiyasının varisi saydığına görə) adlandırırlar. Orta əsrlərdə Pont yunanları Osmanlı imperiyasıyla həmsərhəd məsihi ölkələrə köçürdülər. Yunanıstandan savayı Rusiya imperiyasında Qara dənizin sahillərində, əsasən indiki Ukraynada və Qafqazda pənah tapırdılar. 1940-cı illərdə Qafqazda yaşayan bəzi Pont yunan ailələri (çeçenlər, inquşlar, Axısqa türkləri və s. ilə yanaşı), o cümlədən Bakının demək olar ki bütün pontlu əhalisi Orta Asiyaya sürgün edilmişdir. 1990-cı illərdən başlayaraq keçmiş Sovet respublikalarında yaşayan pontlular Yunanıstana repatriasiya proqramı əsasında mühacirət etməkdədirlər. Ənənəvi olaraq pontlular Pont yunan dilində danışırlar. Bu dil qədim yunan dilinin müstəqil surətdə inkişaf etmiş bir qolu olaraq müasir yunan dilindən olduqca fərqlənir.
Pont çarlığı
Pont çarlığı və ya Pont padşahlığı (q.yun. Βασιλεία τοῦ Πόντου, translit. Basileya tou Pontou) — e.ə. 281–62-ci illərdə Kiçik Asiyada mövcud olmuş ellinist dövləti. == Tarixi == Əsasını Əhəmənilər nəslindən olan I Mirtidat qoymuşdur. Paytaxtı Amasiya şəhəri idi. Pont çarlığı tədricən tərkibinə Evksin Pontu (indiki Qara dəniz) sahilinin Trapezunda qədərki şəhərləri və şərq sərhədində yaşayan bir sıra tayfaların məskunlaşdığı ərazilər daxil olmuşdur. E.ə. II əsrin əvvəlində Pont çarlığı fəal xarici siyasət yeridirdi. I Farnak (hak.
Pont üsyanı
Pont üsyanı Türkiyə İstiqlaliyyət müharibəsi sırasında Şimali Anadoluda müstəqil Pontus Yunan Dövləti qurmaq məqsədilə başladılan qiyamdır (1920-1923). 1904-cü ildə qurulan Pontus Yunan Cəmiyyəti ilə Müqəddəs Anadolu Yunan Cəmiyyəti, Birinci Dünya Mühaibəsinin sonunda Batumidən İneboluya qədər uzanan Kastamonu, Çanqırı, Yozğad, Sivas, Tokat, Amasya, Çorum, Gümüşxanə, Ərzincanın bir qisim torpaqları üzərində Yunan dövləti qurmaq üçün fəaliyyətə başladılar. Pontusçular Birinci Dünya Mühaibəsi dövründə Şərqi Anadoluya girən və daha sonra geri çəkilən Rus ordularının buraxdığı silahlarla təchizatlanıb ingilislərdən və yunanlardan silah yardımı gördülər. Yunanıstandan gələn könüllülərində qatılmasından sonra Pontus dəstələrinin sayı 25.000-ə çatdı. Topal Osman və silah yoldaşlarının üsyançılarla toqquşmalarında 2500 tüfəng və 1.200.000 mərmi ələ keçirildi. Dəstənin 11.188 üzvü öldürüldü. 1923-cü ildə bölgədəki yunanlar Anadoludan çıxarılaraq, Pontus Dövləti qurmaq hazırlıqlarına davam etmələrinin qarşısı alındı. Beləliklə 1920-ci ilin dekabr ayında başlanan qiyamlar ,qəti qələbənin qazanılmasndan sonra 1923-cü ildə yatırıldı.
Puerto-Mont
Puerto-Mont — Çilidə şəhər. Əhalisi 175938 nəfərdir (2002). Ərazi — 1673 km², əhali sıxlığı — 105,2 nəfər/km²-dir.
Seysmik zona
Zəlzələyə məruz qalan sahədir. Əsasən 2 seysmik zona var. Bunlardan biri Aralıq dənizi və ya Alp-Qafqaz-Himalay zonasıdır ki, Atlantik okeanından Himalay dağlarına , sonra da Malay arxipelaqına qədər geniş zolaq şəklində uzanır, o biri Sakit okean zonasıdır ki, Sakit okeanı əhatə edir. Sesmik zona Yer qabığının ən gərgin tektonik hərəkətlər olan sahələrilə uyğun gəlir.