Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bud
Bud, insan vücudunun bud-çanaq oynağı ilə diz arasındakı hissəsidir. Bu hissədə olan yeganə sümük femur adı ilə tanınır. Bu sümük çox qalın və sağlam quruluşa malikdir.
HUD
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Mud
Mud — İranın Cənubi Xorasan ostanının Sərbişə şəhristanının Mud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,451 nəfər və 695 ailədən ibarət idi.
Pud
Pud — çəki ölçü vahidi. == Ümumi məlumat == Pud Azərbaycan xalqının məişətinə çox qədimlərdən daxil olmuş, el arasında bu gün də işlənən çəki vahididir. 40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir. 16,4 kq-lıq çəki daşlarına da pudluq daş deyilir. Bəzi ədəbiyyatlarda puddan Azərbaycan xalqının məişətində Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istifadə olunduğu göstərilir. Lakin XV-XVI əsrlərdə yaranmış "Koroğlu" dastanında pud sözünə rast gəlinməsi bu fikri şübhə altında qoyur. Pəhləvanlar ən cox pudluq daşlarla oynayırlar. Azərbaycanda cox əski cağlardan geniş yayılmış zorxana tamaşalarında pəhləvanlar oz guclərini gostərmək ucun pudluq və iki pudluq daşları (və ya mildən) gah bir-bir, gah iki-iki əllərində tutub goyə qaldırır, onları atıb sinələri, çiyinləri və kürəkləri ilə itələyirdilər. Pudluq və iki pudluq daşların dişlə qaldırılması pəhləvanlardan daha cox bacarıq və guc tələb edirdi. Onlar daşları dişləri ilə yerdən qaldırır, oynadır və fırladıb kənara atırlar ki, bu da həmişə tamaşacıların boyuk marağına səbəb olurdu.
Rud
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb.Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi. == Rud klassiklərin əsrlərində == Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur: Müğənni, çal rudu, gəl dadıma çat, Məni bu amansız yuxudan oyat. Bəlkə, rudun səsi axar çay kimi Dincəltsin susamış yanar qəlbimi.Əbdülqədir Marağayi risaləsində rud barədə yazır: "Rud xani: onun səthinin yarısına kimi dəri çəkilir, qoluna pərdələr bağlanılır.
Zod
Zod/Sotk (erm. Սոթք) — Ermənistanın Geğarkunik mərzində, Məsrik düzənliyində kənd. Tarixi Qərbi Azərbaycanın Göyçə mahalında yerləşən Sotk kəndinin rəsmi adı 1995-ci ilə qədər Zod olmuşdur. == Tarixi == Bəzi açıqlamalara əsasən "Zod" qədim türk dillərində "sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri" deməkdir. Bir digər açıqlamaya əsasən, Alban tarixçisi Musa Kalankatlı eranın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır. Yeri gəlmişkən, Kəlbəcər rayonu yaxınlığında, Dağlıq Qarabağın şimalından keçən silsilələrdən biri ermənicə Tsavdey silsiləsi adlanır. Kənd 1921-ci ildə Sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Kəndin ilk adı yarandığı ilk gündən 1988-ci ilə qədər 3 dəfə dəyişdirilmişdir. XX əsrin ortalarına kimi Zod kəndinin əhalisi əsasən Azərbaycan türklərindən ibarət olmuşdur.
Aud (Hindistan)
Aud(Avadh, Audh; hind अवध, Awadh, Oudh) — Hindistanın şimalında tarixi əyalət. == Tarixi == Bu əyalət öz adını qədim Koşala dövlətinin paytaxtı Ayodhyadan alıb. Böyük Moğol İmperiyası dönəmində Aud bir söbə idi. I Səadətəli xan Audun müstəqilliyini elan edib, Aud nəvvablığını yaratdı. Bu nəvvablıq XVIII-XIX əsrlərdə iqtidarda oldu. == Coğrafiyası == Bu tarixi əyalət Hindistanın şimalında qərar tutan müasir Uttar Pradeş ştatında yerləşirdi.
Aud nəvvablığı
Aud nəvvabı — XVIII—XIX əsrlərdə Aud hakimlərinin titulu. == Tarixi == 1722-ci ildə Böyük Moğollar imperiyasının imperatoru Sultan Məhəmməd şah Səadətəli xanı Audun valisi təyin etdi. Əvvəlcə o "nazim" ünvanı daşıyırdı. Sonra o, "nəvvab" titulunu qəbul etdi. Paytaxtını Feyzabada köçürdü.
Aud nəvvabı
Aud nəvvabı — XVIII—XIX əsrlərdə Aud hakimlərinin titulu. == Tarixi == 1722-ci ildə Böyük Moğollar imperiyasının imperatoru Sultan Məhəmməd şah Səadətəli xanı Audun valisi təyin etdi. Əvvəlcə o "nazim" ünvanı daşıyırdı. Sonra o, "nəvvab" titulunu qəbul etdi. Paytaxtını Feyzabada köçürdü.
Ben-Şud
Ben-Şud (ərəb. بن شود‎ fr. Ben Choud) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 26 metr (85 ft) yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 93 kilometr (58 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 49 kilometr (30 mil) şərqdə yerləşir.
Bud arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Bud siniri
Bud siniri (lat. nervus femoralis) bel kələfiniə aid II və IV bel sinirlərinin (L2 və L4) liflərindən təşkil olunmuşdur. ¨Bud siniri — n. femoralis , ən uzun şaxə olub, qasıq bağının altından ( əzələ sahəsindən ) budun ön səthinə çıxaraq əzələ, oynaq və ön dəri şaxələrinə bölünür. Bunlardan əzələ şaxələri budun ön qrup əzələlərini, oynaq şaxələri bud — çanaq və diz oynaqlarını, ön dəri şaxələri isə budun ön içəri səthinin dərisini innervasiya edir. Bud sinirindən çıxan gizli sinir — n. saphenus , bu sinirin ən uzun şaxəsi olub , bud üçbucağında bud arteriyasından bayır tərəfdə yerləşir, üçbucağın zirvəsindən arteriya ilə birlikdə yaxınlaşdırıcı kanala daxil olur və onun ön dəliyindən xaric olaraq dərzi əzələsinin altında yerləşir. Sonra bu sinir budun ön və içəri qrup əzələlərinin arası ilə aşağı gedərək diz oynağı nahiyəsində diz oynağına, diz qapağına və baldırın ön səthinin yuxarı hissəsinə məxsus diz qapağıaltı şaxa — r. infrapatellaris, verir. Baldırda bu sinirin böyük gizli vena ilə yanaşı yerləşdiyi yerindən baldırın ön- içəri səthinin dərisinə məxsus baldırın içəri dəri şaxəsi — r.
Bud sümüyü
Bud sümüyü (lat. femur, os femoris) insan skeletinin ən iri, luləli cismi silindrik formada olan sümüyü. Sümüyün proksimal epifizində bud sümüyünün başı (lat. Caput ossis femoris) yerləşir.
Cud Bellingem
Cud Viktor Vilyam Bellinqem (29 iyun 2003) — İspaniya La Liqasında çıxış edən "Real Madrid"in yarımmüdafiəçisi. == Karyerası == === Birminhem Siti === "Birminhem Siti" heyətində ilk matçına 25 avqust 2019-cu ildə keçirilən Suonsi Siti-Birminhem Siti matçının 76-cı dəqiqəsində çıxıb. Eyni zamanda matçın 90+4-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Suonsi Sitinin 3–0 hesablı qələbəsi ilə başa çatıb. Birminhem Sitinin heyətində ilk dəfə 31 avqust 2019-cu ildə keçirilən "Birminhem Siti" – "Stoke Siti" matçında fərqlənib. Matça 30-cu dəqiqəsində daxil olmasına baxmayaraq 76-cı dəqiqədə fərqlənməyi bacarıb. Matç "Birminhem Siti"nin 2–1 hesablı qələbəsi ilə başa çatıb. 23 iyul 2020-ci ildə "Birminhem Siti"dən ayrıldı. === Borussiya Dortmund === "Borussiya Dortmund"da ilk matçına 12 avqust 2020-ci ildə keçirilən "Rheindorf Altach" – "Borussiya Dortmund" matçında çıxıb. Matç "Borussiya Dortmund"un 0–6 hesablı qələbəsi ilə bitib.
Cud Lou
Devid Cud Lou Heyvort (ing. David Jude Heyworth Law — Cud Lou; 29.12.1972) — Britaniya film və teatr aktyoru. Ən məşhur uğurları "İstedadlı cənab Ripley" filmində (Ən Yaxşı ikinci dərəcəli kişi rolu üçün 1999-cu ildə, BAFTA mükafatı), "Soyuq Dağ" filmindəki baş roluna görə ("Oskar" və "Qızıl Qlobus"a namizəd, 2003-cü il) , "Yaxınlıq" filminə görə (2004), və "Şerlok Holms" filmində ikinci dərəcəli kişi aktyoru roluna görə (2009) "Saturn" mükafatına namizəd olmuşdur. == Həyatı == Cud Lou 1972-ci il dekabrın 29-u Lewisham, cənubi Londonda anadan olmuşdur. O, ailənin ikinci uşağıdır. Anası Margaret Anne və atası Peter Robert Law məktəbdə müəllim işləmişlər. Nataşa adlı bir bacısı var. Jude adı ona "The Beatles" qrupunun "Hey, Jude" mahnısındakı qəhrəmanın şərəfinə verilib. Cud 14 yaşına qədər Londondakı adi məktəblərin birində oxuyub. Ancaq yeniyetmə dövründə yaşıdları onu ələ saldığına görə valideynləri onu Dalviçdəki özəl məktəbə keçiriblər.
Elayca Vud
Elayca Cordan Vud (ing. Elijah Jordan Wood; 28 yanvar 1981) — ABŞ aktyoru. "Üzüklərin hökmdarı kinotrilogiyasında Frodo Beggins rolunu canlandırmağında dünya şöhrəti qazanmışdır. == Həyatı == Elayca Vud 1981-ci il yanvarın 28-i ABŞ-nin Ayova ştatında anadan olmuşdur. Ailənin üç uşağından ikincisidir. Bacısı Hannah Blessinq Vud da aktrisa kimi tanınır. Uşaq yaşlarında piano dərsləri almışdır.
Eliya Vud
Elayca Cordan Vud (ing. Elijah Jordan Wood; 28 yanvar 1981) — ABŞ aktyoru. "Üzüklərin hökmdarı kinotrilogiyasında Frodo Beggins rolunu canlandırmağında dünya şöhrəti qazanmışdır. == Həyatı == Elayca Vud 1981-ci il yanvarın 28-i ABŞ-nin Ayova ştatında anadan olmuşdur. Ailənin üç uşağından ikincisidir. Bacısı Hannah Blessinq Vud da aktrisa kimi tanınır. Uşaq yaşlarında piano dərsləri almışdır.
Fort Hud
Fort Hud - dünyada ən iri ABŞ hərbi bazası 1942-ci ildə tikilmiş Fort Hud dünyada ən iri ABŞ hərbi bazasıdır. ABŞ-nin Texasda ştatının Fort Hood şəhərində yerləşir. Burada 40 min hərbçi var, ailə üzvləri və digər mülki şəxslərlə birlikdə bazanın sakinlərinin sayı 80 minə çatır. Bazada iki muzey, məktəblər, xəstəxana və göl var. 2009-cu ilin noyabr ayının 5-də burada mayor Malik Nadal Hasan silahsız əsgərləri atəşə tutması nəticəsində 13 nəfər ölüb, 31 nəfər yaralanıb.
Fud Leklerk
Fud Leklerk (1924 — 20 sentyabr 2010) — Belçika müğənnisi. == Avroviziyada == Belçikanı 4 dəfə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Hud Surəsi
11-ci surə
Hud peyğəmbər
Hud — ilahi peyğəmbərlərdən biri. Yüksək mənəvi dərəcə və insani keyfiyyətlərə sahib olması və zahiri gözəlliyi onu zəmanəsinin insanlarından fərqləndirirdi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Yunus, Məhəmməd və Hud) biridir. Hud peyğəmbəri bir çox peyğəmbərdən fərqləndirən xüsusiyyət odur ki, onun haqqında nə yəhudilikdə, nə də xristianlıqda məlumat var. Onun haqqında məlumatlar ancaq islam mənbələrində var. Quran rəvayətlərindən məlum olur ki, Hud peyğəmbər azğın, nadan və cahil qövmünü düz yola hidayət etmək üçün nə qədər çətinliklərlə üzləşmiş və bunlara səbir etmişdir. Hud peyğəmbərin qəbri İraqda Nəcəf şəhərində yerləşir == Hudun peyğəmbər seçilməsi == Hud 40 yaşına yetişdikdə Allah tərəfindən bir peyğəmbər kimi öz qövmünü tovhidə, pis adətləri tərk etməyə və axirətin dəhşətli əzabından qorxmağa dəvət etmək üçün təyin olundu. Rəvayətlərdə qeyd olunur ki, Hudun qövmü 13 qəbilə idi və bu qəbilələrin nəsilləri Nuh peyğəmbərin kötücəsi olan Ad ibni Ovsa çatırdı. Buna görə də həmin qövm Ad qövmü adını almışdı. Onların yaşadığı yerin adı Əhqaf idi.
Klaud Zid
Klaud Zid (fr. Claude Zidi; 25 iyul 1934, Paris) — fransız rejissor. Parisdə anadan olub. O, operator və daha sonra [quruluşçu operator kimi işə başlayıb və 1971-ci ildə onun rejissorluq və ssenarist debüt edilib. O, "Ən Yaxşı Rejissor" həmçinin "Ən Yaxşı Ssenari" üçün irəli sürülüb, Oskar və Sezar mükafatını qazanıb. == Filmləri == Asteriks və Obeliks Sezara qarşı (film, 1999) Əti sənin, sümüyü mənim (film, 1976) Mənim yeni qonşum (film, 1984) Dəniz qadını (film, 1971) Atların sevgisi (film, 1967) Əsl həyat (film, 1970) Qrand dayı (film, 1970) Cənablar (film, 1990) İki (film, 1989) Mənim yeni qonşum 2 (film, 1990) Hesab (film, 1991) Səhifəni izlə (film, 1997) Heyvan (film, 1977 Bənzər (film, 1983) Mən uduzmuram!
Kris Vud
Kristofer Çarles "Kris" Vud (ing. Christopher Charles Wood; 14 aprel 1988, Dublin[d], Ohayo) — Amerikalı aktyordur. 2014-cü ildə The CW kanalının serialı olan Vampirin Gündəlikləri serialının altıncı mövsümündə oynadığı Malakay "Kay" Parker rolu ilə tanınır. Bundan əvvəl o 2013-cü ildə kanalın Kerrinin Gündəlikləri serialında yazıçı Adam Uaver rolunu ifa etmişdi. O həmçinin 2016-cı ildə Əhatə serialında Atlanta polis zapiti Ceyk Ray rolu ilə baş rolu oynayıb. Eləcədə həmin ildə The CW-nin super qəhrəman serialı olan Super qız serialında Mon-El roluna çəkildi. == Həyatı == Kris Ohayo ştatının Dublin şəhərində doğulub. O Şimali Karolinada yerləşən Elon Universitetinə daxil oldu və 2010-cu ildə Musiqi Sənəti Üzrə İncəsənət fakutəsini bakalavr dərəcəsi ilə bitirdi. Kollec vaxtlarında aktyor Qrant Qastin ilə dostdur.Atasını müalicə oluna bilməyən xəstəlikdən itirdikdən sonra kris Amerika Ruhi Sağlıq mərkəzində səfir kimi fəaliyyət göstərməyə başladı. == Kariyerası == Məzun olduqdan sonra milli Yazın Oyanışı turunda Melkior rolunu ifa etdi.
Lian Vud
Lian Vud (ing. Leanne Wood; 13 dekabr 1971) — Uelsin Pleyd Kamri partiyasının lideri.
Moraq Hud
Moraq Hud (ing. Morag Hood) — Böyük Britaniya aktrisasıdır. == Həyatı == Moraq Hud 1942-ci ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur. Qlazqo Universitetində təhsil aldıqdan sonra aktrisalıq karyerasına başlamışdır. Bir çox filmlərdə və televiziya seriallarında çəkilmişdir. Moraq Hud 2002-ci ildə Xərçəng xəstəliyindən vəfat etmişdir. Onun həyatı boyu nə həyat yoldaşı, nə də uşağı olmuşdur.
Züd-Ost Qoltuq
Züd-Ost Qoltuq — (Cənub-Şərqi Qoltuq) Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Kürün deltasında, çayla Xəzərin əmələ gətirdiyi bucaqda Qoltuq adlı iki yaşayış məskəni var. Züd-Ost (Cənub-Şərq) və Nord-Ost (Şimal-Şərq) adlanan Qoltuq kəndləri XIX əsrin son rübündə təşəkkül tapmış, əsrimizin əvvəllərində isə xeyli genişlənmişdir. Bucaq mənası bildirən Qoltuq əsl türk sözüdür və körfəz kimi coğrafi anlayış bildirir. Bu söz dilimizin izahlı lüğətində çay və dəniz sahilində su girintisi, körfəz kimi mənalandırılır. Z.O.Qoltuq hazırda Neftçala şəhərinin cənub tərəfində geniş bir ərazini əhatə edir. Kənddə bir neçə məhəllə adı mövcuddur. Vaxtı ilə rusların KOÇEVKA (düşərgə, köç yeri) adlandırdığı məhəllədə ruslarla yanaşı Cənubi Azərbaycandan gələnlər də yaşayırdı (həmşərilər). Burada Sayıllılar məhəlləsi var. Əsl Qoltuğun özü isə Kürün indiki Axmaz qobu qolunun cənubunda salınmışdı.
Süd
Süd — qida məhsulu. == İnsan orqanizmi üçün südün əhəmiyyəti == Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
Züy
Züy — Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə.