"Zuğulba" iqamətgahı
"Zuğulba" iqamətgahı — Azərbaycan Respublikası Prezidentinin rəsmi şəhərətrafı iqamətgahı. Bakıdan 40 km aralıda, Xəzər dənizinin yaxınlığında, Zuğulbada yerləşir.
== Tarixi ==
Sovet dövründə bu ərazidə Azərbaycan Kommunist Partiyası və Azərbaycan SSR rəhbərlərinin hökumət daçaları yerləşirdi.
"Zuğulba" iqamətgahı Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatlar siyahısına daxil edilmişdir.
== Təsviri ==
İqamətgah Xəzər dənizinin sahilində yerləşir və rəsmi görüşlər və tədbirlər zamanı istifadə üçün nəzərdə tutulub. Memarlığı Qərb memarlığının elementlərini Azərbaycan milli üslubu ilə birləşdirir. Sarayda İsrailin Baş naziri Benyamin Netanyahu, Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidentləri Dmitri Medvedyev və Vladimir Putin, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili kimi bir sıra dövlət rəsmiləri qəbul edilib.