Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çəkən (Həştrud)
Çəkən (fars. چكن‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (17 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsində, Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 30 km qərbdədir.
Arzularını çəkən rəssam
Arzularını çəkən rəssam qısametrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. == Məzmun == Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, habelə rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisi təsvir olunur. Filmdə rəssamın əsərləri də əks etdirilir. Rəssam haqqında danışan həmkarları və sənət yoldaşları xalq rəssamı Böyükağa Mirzəzadə, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rəssamlardan Elçin Axundov və Rafiq Nəsirov Elbəy Rzaquliyev haqqında səmimi fikirlərini bölüşürlər. Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın həyat yolunun mərhələləri ilə tanış edir.
Uzun çəkən sözardı (kitab)
Uzun çəkən sözardı (roman)
"Uzun çəkən sözardı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Təxmini iyirmi beş il bundan əvvəl serjant Qorçilinin bölməsi Əfqanıstan dağlarında düşmənlərin sayca üstün olan qüvvələri ilə vuruşmuşdu. Bu qırğından hamı sağ çıxmamışdı, salamat qalanlar isə bu hadisələri yada salmamağa çalışırdılar. Ancaq keçmiş özü özünü xatırlatdı. Bu qədər zaman keçəndən sonra kimsə həmin döyüşdə iştirak edən keçmiş əsgərləri müntəzəm surətdə və amansızcasına öldürməyə başladı. Ekspert-analitik Dronqo bunun səbəbini hələ öyrənə bilmir, əvvəlcə isə o yalnız qatili qabaqlamağa və sağ qalmış əsgərləri xilas etməyə çalışır. Killer isə geri çəkilmək fikrində deyil.Sonra qatili tapmaq üçün Dronqo axtarışlara başlayır.
Qəlbi ilə çəkən rəssam
Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. == Məzmunu == Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur. == Filmin heyəti == "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur. == Uğurları == 2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək.
Arzularını çəkən rəssam (film, 2007)
Arzularını çəkən rəssam qısametrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. == Məzmun == Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, habelə rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisi təsvir olunur. Filmdə rəssamın əsərləri də əks etdirilir. Rəssam haqqında danışan həmkarları və sənət yoldaşları xalq rəssamı Böyükağa Mirzəzadə, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rəssamlardan Elçin Axundov və Rafiq Nəsirov Elbəy Rzaquliyev haqqında səmimi fikirlərini bölüşürlər. Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın həyat yolunun mərhələləri ilə tanış edir.
Qəlbi ilə çəkən rəssam (film, 2011)
Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. == Məzmunu == Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur. == Filmin heyəti == "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur. == Uğurları == 2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək.
Ətcələr
Ətcələr (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Ətcələr (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Ətcələr (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd.
Ətcələr (Cəlilabad)
Ətcələr — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ətcələr oyk, sadə. Cəlilabad r-nunun Gülməmmədli i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir; Masallı r-nunun Şərəfə i.ə.v.-də kənd. Lənkəran ovalığındadır; Sabirabad r-nunun Haşımxanlı i.ə.v.-də kənd. Muğan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Abdulyan kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların fikrincə, oykonim Azərbaycan ərazisində yaşamış atçılar adlı tayfanın adının təhrif formasıdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 283 nəfər əhali yaşayır.
Ətcələr (Masallı)
Ətcələr — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ətcələr kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Ətcələr kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Abdulyan kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların fikrincə, oykonim Azərbaycan ərazisində yaşamış atçılar adlı tayfanın adının təhrif formasıdır. Etnotoponimdir. == Əhalisi == Əhalisi 920 nəfərdir.
Ətcələr (Sabirabad)
Ətcələr — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Ətyeyən böcəklər
Ətyeyənlər böcəklər-(lat. Adephaga) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Arxa ayaqların çanaqları dala yönəlib qarıncığın birinci sternitindən geriyə çıxaraq yalnız onun yan kənarlarını sərbəst buraxır. Bütün ayaqların pəncələri əksərən 5 buğumludur. Maksillərin xarici pərləri ayrılmışdır və üçüncü, əlavə qısqac cütü kimi görünür. == Təsnifatı == Gyrinoidea fəsiləüstü Gyrinidae fəsiləsi Haliploidea fəsiləüstü Haliplidae fəsiləsi Dytiscoidea fəsiləüstü Noteridae fəsiləsi Dytiscidae fəsiləsi Caraboidea fəsiləüstü Amphizoidae fəsiləsi Karabidlər (Carabidae) fəsiləsi Hygrobiidae fəsiləsi Rhysodidae fəsiləsi == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh.
İştirak etməyən iştirakçı
İştirak etməyən iştirakçı — 1947–1949-cu illərdə Ərəb–İsrail müharibəsi zamanı evlərini tərk edən, qaçan və ya deportasiya edilən, lakin indiki İsrail Dövləti ərazisində qalmış Fələstin ərəblərini təsvir etmək üçün istifadə edilən termin. Onların əmlakı "işdən çıxmayanların əmlakı haqqında qanuna" uyğun olaraq müsadirə edilmişdir, lakin onlar məcburi köçkün kimi İsraildə qalmış və ya daha sonra İsrailə qayıtmışdılar. 1950-ci ildə İsraildəki 156,000 israilli ərəbdən 46,000-i iştirak etməyən iştirakçı sayılırdı. Fələstin QHT-si BADIL-in 2015-ci il hesablamalarına görə, İsraildə 384,200, Fələstin ərazilərində isə 334,600 məcburi köçkün var. Onlar yaşadıqları evlə eyni ərazidə olsalar, əmlak hələ də mövcud olsa, əmlakın onlara məxsus olduqlarını göstərə bilsələr belə məcburi köçkünlərə əvvəllər yaşadıqları evlərdə yaşamağa icazə verilmir. Onlar hətta bir neçə gündən çox evlərini tərk etmək niyyətində olmadıqları və qeyri-könüllü vəziyyətdə tərk etdikləri halda belə müəyyən bir gündə evlərində olmadıqları üçün İsrail hökuməti tərəfindən qeyri-iştirakçı hesab edilirlər. == İstinadlar == == Xarici keçidlər == [1]Гаарец נפקדים-נוכחים, עד מתי? טליה ששון (ivr.) Аркадий Мазин.
Tekən (Baltas)
Tekən (başq. Текән, rus. Тыканово) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Şauyazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 29 km., kənd sovetliyindən (Şauyazı): 9 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 69 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (72 %), tatarlar (28 %) üstünlük təşkil edir.
Köhnə Etekəy (Avurğazı)
Köhnə Etekəy (başq. Иҫке Этекәй, rus. Староитикеево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 8 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 22 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (77%) üstünlük təşkil edir.
Köhnə Ətekəy (Auırqazı)

Yeni Etekəy (Avurğazı)
Köyəzəbaş (başq. Яңы Этекәй, rus. Новоитикеево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 5 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 21 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (61 %), tatarlar (37 %) üstünlük təşkil edir.
Əbu Bəkrə beyət etməyən səhabələrin siyahısı
Əbu Bəkrə beyət etməyən şəxslərin siyahısı — Məhəmmədin ölümündən sonra Məhəmmədlə yaxınlığı və Məhəmmədin özünün ifadələri səbəbindən Əlinin Məhəmmədin yerinə keçəcəyi geniş şəkildə gözlənilirdi. Lakin Əli Məhəmmədin dəfn mərasimini yerinə yetirərkən bir qrup səhabə ortaya çıxaraq Əbu Bəkri xəlifə elan etdi. Buna baxmayaraq bir neçə görkəmli səhabə də Əliyə sadiq qaldı. == Zəmin == Hicri 11-ci ildə (miladi 632-ci ildə) Məhəmmədin vəfatından dərhal sonra ənsarlardan bir neçəsi (mədinəlilər) Səidə qəbiləsinin Səqifəsində (həyətində) toplandılar. Madelunqa görə ənsarlar çox güman ki, Məhəmmədə sədaqətlərinin onun ölümü ilə bitdiyinə inanırdılar və Məhəmmədin icmasının dağılacağını gözləyirdilər. Bu səbəbdən onların görüşündə məqsəd mühacirlərin əksəriyyətinin (Məkkədən köçənlər) onsuz da Məkkəyə qayıdacağına inamla öz şəhərləri, Mədinə üzərində nəzarəti bərpa etmək ola bilərdi. Buna baxmayaraq, Məhəmmədin hər iki əsas yoldaşı Əbu Bəkr və Ömər məclisi öyrəndikdən sonra Səqifəyə doğru tələsdilər. Ənsardan bir başçının Ömər tərəfindən döyülərək tabe olunduğu qızğın görüşdən sonra Səqifədə toplaşan müsəlmanların kiçik qrupu Əbu Bəkrin müsəlman icmasının yeni başçısı olması barədə razılığa gəldilər. Səqifə hadisəsi Məhəmmədin onu dəfn etməyə hazırlaşan ailəsini və mühacirlərin çoxunu kənarda qoydu. Məhəmmədin qəbiləsinin bir çox üzvü, Bəni Haşim, eləcə də bir sıra Məhəmmədin səhabələri Əbu Bəkrin namizədliyinə qarşı çıxdı; onlar Əlinin Məhəmmədin qanuni xəlifəsi olduğunu və onun Qədir-Xum hadisəsində təyin olunduğunu müdafiə etdilər.