Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəngotu
Rəngotu (lat. Isatis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Boyaq rəngotu
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Bengüsu
Mengüsu - türk mifologiyasında abi-həyat, ölümsüzlük və həyat bəxş edən iksir. "Dirlik Suyu" şəklində də ifadə tapar. Digər adı Bengisudur. Bəzi türk dillərində Mengüsuv və ya Mengüsub da adlandırılar. İçənlərə ölümsüzlük və gənclik təmin edər. Uluqayının dibindəki bir çuxurdan qaynaqlanar. Başında bir gözətçi ruh olar. Bir çay və ya dərə şəklində axar. Bəzən köpük şəklində gəlir. Məsələn, Koroğlu dastanında bir çaydan üç köpük şəklində gəlir.
Bengü
Bengü (2 aprel 1979, İzmir) — türk pop müğənnisi. == Həyatı == Bengü 2 aprel 1979-cu ildə İzmirdə anadan olub. Musiqi ilə tanış olması məktəb illərindən başlayıb.
Benqo
Benqo əyaləti (port. Bengo) — Anqolanın 18 rəhbərlik bölgəsindən biridir. Ölkənin şimalında yerləşir. İdarə mərkəzi Caxito şəhəri olan əyalətin sahəsi 41,000 km², 2006-ci ilin təxmini əhalisi 460,508 nəfərdir. == Əyalətin bələdiyyələri == Benqo Əyaləti, öz içində 5 bələdiyyəyə ( municípios ) ayrılırlar. Bunlar aşağıdakı cədvəldə göstərilmişdir : == Komunləri == Benqo Əyalətinin 5 bələdiyyəsi olan bölmələr (comunas) aşağıda göstərilmişdir: Ambre Barra do Dandi Bela Vista Bom Jesus Bula-Atumba Calomboloca Catete Caxito Dembo Chio Gombe qəbir Kage Kanacassala Kazua Kiaje Kibaxe Kicunzo Kikabo Kixico Kixinje Mabubas Mumbondo Muxiluando Muxima Pango-Aluquem Paredes Piri São José das MATAS Təbii Ucua Zala == İstinadlar == == Xarici keçidlər == www.info - angola.ao Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine Angola Statistics: Bengo Arxivləşdirilib 2009-10-15 at the Wayback Machine.
Amerika yenotu
Amerika yenotu (lat. Procyon lotor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin yenotlar fəsiləsinin yenot cinsinə aid heyvan növü. == Xarici görünüşü == Xarici görkəminə görə yenotaoxşar itə bənzəyir. Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf etdiyindən, onların izi insan əlinin izini xatırladır. Yenotun ön pəncələri çevikliyinə görə, insan əlləri ilə rəqabət apara bilər.
Aşide Bengü
Aşide Bengü və ya Aşide Benqü ( d.? – ö. 5 dekabr, 681) – Göytürk dövlətinin dağılmasından sonra göytürklərin 50 illik müstəqillik üsyanının təhrik edicisi olan göytürk əsilzadəsi. Çin qaynaqlarında adı Venfu olaraq keçir. == Həyatı == Türk əsilzadəsi olduğu bilinən Bengü haqqında dəqiq məlumatlar yoxdur. Çin qaynaqlarına görə, Bengü 679-cu ildə Sanyu canişinliyi himayəsində çalışan üst səviyyəli türk idarəçi olmuşdur. Onunla birlikdı, Aşide Fenzi adında başqa türk general da olmuşdur. Bengü və Fenzi Tanq sülaləsinin gücsüz anını gözləmiş və gözlədikləri an gəldiyində Aşina Nişufunu xaqan edərək Tanqa qarşı üsyan qaldırmışdırlar. Lakin, 680-ci ildə Pei Xinqcian komandanlığındakı Çin ordusu Nişufuyu məğlub etdi. Bengü Çin ordusundan qaçmağı bacardı, lakin Nişufu Çin təərfindən cəzalandırımaqdan qorxan ordusu tərəfindən qətlə yetirildi.
Benqt Holmström
Benqt Holmström (18 aprel 1949[…], Helsinki) — fin iqtisadçı. 2016-cı ildə Müqavilə nəzəriyyəsi ilə bağlı olan tədqiqatlarına görə Oliver Hartla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Təhsil və karyerası == Benqt Holmström Helsinki Universitetinin Riyaziyyat və Dəqiq elmlər fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. Daha sonra Stenford Universitetində Əməliyyat tədqiqatları sahəsində magistr, 1978-ci ildə isə menecment sahəsi üzrə isə Robert R.Vilsonun elmi rəhbərliyində doktor elmi dərəcəsini almışdır.1979–1982-ci illərdə Şimal-Qərb Universitetinin İdarə elmləri fakültəsində dosent olaraq işləmişdir. 1983–1994-cü illərdə Yel Universitetinin İdarə elmləri fakültəsində professor olaraq dərs keçmişdir. 1994-cü ildə Massaçusets Texnologiya İnstitutunda işləməyə başladı və 2003–2006-cı illər ərzində institutun İqtisadiyyat şöbəsinin rəhbəri oldu. Bundan başqa, 1999–2012-ci illərdə Nokianın idarə heyərinin üzvü olmuşdur.Benqt Holmström Əsl faktor nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatları ilə tanındı. Xüsusilə təşkilati idarələr içindəki maliyyə böhranlarında likvidlik problemləri üçün müraciət olunan təşviq edici Müqavilə nəzəriyyəsi ilə bağlı tədqiqatlar apardı.Benqt Holmström Amerikan İncəsənət və Elmlər Akademiyasının, Ekonometriya Cəmiyyətinin, Amerika Maliyyə Assososasiyasının, İsveç Kral Elmlər Akademiyasının və Finlandiya Ədəbiyyat və Elmlər Akademiyasının üzvüdür. == Mükafatları == === İqtisadiyyat üzrə Nobel mükafatı === 10 oktyabr 2016-cı ildə İsveç Kral Elmlər Akademiyası tərəfindən Oliver Hartla birlikdə Benqt Holmströma Müqavilə nəzəriyyəsi ilə bağlı apardıqları tədqiqata görə İqtisadiyyat üzrə Nobel mükafatı verilmişdir.Komitə tərəfindən verilən izahatda "Çağdaş iqtisadiyyatlar, saysız-hesabsız müqavilə ilə bir yerdə tutulur. Benqt Holmström və Oliver Hartın təkmilləşdirdiyi nəzəri struktur, real həyat müqavilələri və nəzəriyyə ilə yanaşı müqavilə quruluşunun mümkün təhlükələrini də başa düşməyimiz baxımından önəmlidir.
Bilgen Bengü
Bilgen Bengü (1957, İstanbul) — Türk musiqiçi.
Bəngü-Badə
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. == Yazılma tarixi == Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir.Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə səfəvilərə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat deməyə əsas verir ki, "Bəngü Badə" 1510 və 1524 illəri arasında yazılmışdır. == Məzmunu == Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həmdə Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.Xudbinlik Bəngü hesab edir ki, bütün insanlar yalnız tək ona tabe olmalıdır. O, deyir: Badənin ziyafətində məlum olur ki, Bəngü Badə qədər təkəbbürlüdü. Badə xidmətçisinin Bəngünün ünvanına təriflər yağdıranda qəzəblənir və xidmətçisinin Bəngüya gizli itaətkarlığından şübhələnir. İki özünə vurğun eqoistlərin mübahisəsi müharibə ilə bitir və nəticədə Badə qələbə çalır Bu iki padşahların mənasız müharibələrinin nəticəsi isə çoxlu sayda insanların ölümü olur.
Bəngü Badə

Benqt-Olov Almstedt
Benqt-Olov Almstedt (4 aprel 1942, Erebru) — İsveçli keçmiş üzgüçü. Benqt-Olov Almstedt İsveçi 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Benqt-Olov Almstedt birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:05.9 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Qonsalvis da Silva, Bentu
Bentu Qonsalvis da Silva (port. Bento Gonçalves da Silva; 23 sentyabr 1788, Triunfu , Riu-Qrandi-du-Sul — 18 iyul 1847, Quaiba, Riu-Qrandi-du-Sul — Braziliyalı general, Farrapus müharibəsinin əsas fiqurlarından biri. Riu-Qrandi Respublikasının birinci prezidenti (1836–1843). == Bioqrafiyası == Bentu Qonsalvis iri maldar olaraq, liberal fikirli siyasətçi idi. İmperiyanın siyasətində narazılığı ilə seçilirdi və bu səbəbdən Riu-Qrandi-du-Sul vilayətinə muxtariyət tələb edirdi. Qonsalvis usyanı hazırlayanlardan biri olmuş və üsyançıların ordusuna rəhbərlik etmişdir. 4 oktyabr 1836-cı ildə üsyançıların fanfa döyüşündəki məğlubiyyət zamanı Qonsalvis hökumət qüvvələrinə əsir düşür. Noyabrda Riu-Qrandi Respublikasının müstəqilliyi elan edildikdən sonra üsyançılar Qonsalvisi prezident elan edirlər. O, 1837-ci ilin sentyabrında əsirlikdən qacmağa müvvəfəq olur və üsyançılara qoşularaq mübarizəni davam etdirir. 1843-cı ilin avqust ayında üsyançılar arasında yaranan fikir ayrılığından öz vəzifəsindən istehfa verir.