Benqt Holmström (18 aprel 1949[4][5][…], Helsinki) — fin iqtisadçı. 2016-cı ildə Müqavilə nəzəriyyəsi ilə bağlı olan tədqiqatlarına görə Oliver Hartla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[6][7]
Benqt Holmström | |
---|---|
isv. Bengt Robert Holmström | |
Doğum adı | Bengt Robert Holmström |
Doğum tarixi | |
Doğum yeri | Helsinki, Finlandiya |
Vətəndaşlığı | Finlandiya |
Milliyyəti | fin |
Uşağı | 1[1] |
Elm sahəsi | İqtisadiyyat |
Elmi dərəcələri |
|
İş yerləri |
Helsinki Universiteti Stenford Universiteti Şimal-Qərb Universiteti Yel Universiteti Massaçusets Texnologiya İnstitutu |
Təhsili | Helsinki Universiteti |
Elmi rəhbəri | Robert R.Vilson |
Tanınmış yetirməsi | Conatan Levin[2] |
Tanınır | Müqavilə nəzəriyyəsi |
Üzvlüyü | |
Mükafatları | 2016 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Benqt Holmström Helsinki Universitetinin Riyaziyyat və Dəqiq elmlər fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. Daha sonra Stenford Universitetində Əməliyyat tədqiqatları sahəsində magistr, 1978-ci ildə isə menecment sahəsi üzrə isə Robert R.Vilsonun elmi rəhbərliyində doktor elmi dərəcəsini almışdır.[8]
1979–1982-ci illərdə Şimal-Qərb Universitetinin İdarə elmləri fakültəsində dosent olaraq işləmişdir. 1983–1994-cü illərdə Yel Universitetinin İdarə elmləri fakültəsində professor olaraq dərs keçmişdir. 1994-cü ildə Massaçusets Texnologiya İnstitutunda işləməyə başladı və 2003–2006-cı illər ərzində institutun İqtisadiyyat şöbəsinin rəhbəri oldu.[8] Bundan başqa, 1999–2012-ci illərdə Nokianın idarə heyərinin üzvü olmuşdur.[9][10]
Benqt Holmström Əsl faktor nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatları ilə tanındı. Xüsusilə təşkilati idarələr içindəki maliyyə böhranlarında likvidlik problemləri üçün müraciət olunan təşviq edici Müqavilə nəzəriyyəsi ilə bağlı tədqiqatlar apardı.[8]
Benqt Holmström Amerikan İncəsənət və Elmlər Akademiyasının, Ekonometriya Cəmiyyətinin, Amerika Maliyyə Assososasiyasının, İsveç Kral Elmlər Akademiyasının və Finlandiya Ədəbiyyat və Elmlər Akademiyasının üzvüdür.
10 oktyabr 2016-cı ildə İsveç Kral Elmlər Akademiyası tərəfindən Oliver Hartla birlikdə Benqt Holmströma Müqavilə nəzəriyyəsi ilə bağlı apardıqları tədqiqata görə İqtisadiyyat üzrə Nobel mükafatı verilmişdir.[11]
Komitə tərəfindən verilən izahatda "Çağdaş iqtisadiyyatlar, saysız-hesabsız müqavilə ilə bir yerdə tutulur. Benqt Holmström və Oliver Hartın təkmilləşdirdiyi nəzəri struktur, real həyat müqavilələri və nəzəriyyə ilə yanaşı müqavilə quruluşunun mümkün təhlükələrini də başa düşməyimiz baxımından önəmlidir. Benqt Holmström və Oliver Hart 1970-ci illərdə Müqavilə nəzəriyyəsini məhsuldar sahə olaraq meydana çıxardı. Sonrakı illərdə onlar bu nəzəriyyənin tətbiqi yollarını da tədqiq etdilər. Ən uyğun müqavilə nizamlamaları ilə bağlı olan analizləri də bir çox sahədə siyasət formalaşdırmağın intellektual əsaslarını formalaşdırdı" düşüncəsi öz əksini tapmışdır.[12]