AZADPƏRVƏR
AZARXANƏ
OBASTAN VİKİ
Adnan Azar
Adnan Azar, (1956 – 10 yanvar 2014, Ankara), Türk şair. TED Qeysəriyyə Kollecini və Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi Arxeologiya ixtisasını bitirmişdir. Bir müddət Orta Doğu Texniki Universiteti`ndə Sosial Elmlər üzrə oxumuşdur. Şeirləri "E", "Göstəri", "Şeir-lik", "Yarın", "Yazko Ədəbiyyat", "Varlıq" kimi dərgilərdə dərc olunmuşdur. 1981-ci ildə "Akademiya Kittabevi Şeir Başarı Mükafatı"na layiq görülmüşdür. 10 yanvar 2014-cü ildə uzun müddət müalicə aldığı ağciyər xərçəng xəstəliyindən həyatını itirdi.
Eden Azar
Eden Hazard (7 yanvar 1991[…]) — belçikalı futbolçu, Belçika millisinin yarımmüdafiəçisi.
Albert Azaryan
Albert Vağarşakoviç Azaryan (erm. Ալբերտ Վաղարշակի Ազարյան; rus. А́льберт Вагарша́кович Азаря́н; 11 fevral 1929[…], Böyük Qarakilsə – 5 sentyabr 2023, İrəvan) — SSRİ bədii gimnastı, məşqçisi, beynəlxalq dərəcəli hakim (1970). Əməkdar idman ustası (1954). Ermənistan SSR əməkdar məşqçisi (1966). Ermənistan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi (1967). Üçqat olimpiya çempionu, dördqat dünya çempionu, ikiqat Avropa çempionu, on birqat SSRİ çempionu. Albert Vağarşakoviç Azaryan 11 fevral 1929-cu ildə Böyük Qarakilsədə anadan olmuşdur. O, 1956-cı ildə Ermənistan Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. halqalarla hərəkətdə ikiqat Olimpiya çempionu (1956, Melburn; 1960, Roma), komanda çempionatında (1956), komanda çempionatında Olimpiya gümüş mükafatçısı (1960, Roma).
Azard (esmines)
"Azard" (Азард), 31 dekabr 1922-ci ildən "Zinovyev" (Зиновьев), 27 noyabr 1928-ci ildən "Artyom" (Артём) — 1916–1941-ci illərdə Rusiya imperiyasına bağlı Baltik donanmasının esminesi. Gəmi 1916-cı ildə Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə girmişdir. Esminesin yerdəyişməsi 1260 ton, sürəti 35 düyün (təxminən 65 km/saat) idi. Gəminin silahlarına dörd ədəd 100 mm-lik silah, iki pulemyot və üç borulu torpedo borusu aiddir. Gəminin ekipajı 150 nəfərdən ibarət idi. Rusiyada vətəndaş müharibəsi illərində "Azard" Baltikyanı döyüşlərdə iştirak etmişdir. 4 iyul 1919-cu ildə "Qavriil" esminesi ilə birlikdə Koper körfəzi ərazisində Birləşmiş Krallığa bağlı "L-55" sualtı qayığını batırmışdır. "Artyom" esminesi İkinci Dünya müharibəsinin əvvəlində, Baltik donanmasının gəmilərinin Tallindən Kronştadta keçidi zamanı 28 avqust 1941-ci ildə esmines batırılmışdır. Дицкий Г. Ф. Брат наш "Артем" // "Военно-исторический журнал". — 1986.
Azari dili
Azərbaycan dili (Cənubi Azərbaycanda: Türk dili — تورک دیلی) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırmaq olar. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir. Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.
Azarkeş (film, 2008)
Azarkeş tammetrajlı bədii televiziya filmi rejissor Cavid Təvəkkül tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İctimai televiziyada istehsal edilmişdir. Film Argentina futbol komandasının fanatik azarkeşinin başına gələn hadisələrdən bəhs edir. Əsas rolları Əjdər Həmidov, Səidə Quliyeva və Kəmalə Hüseynova ifa edirlər. Film Argentina futbol komandasının fanatik azarkeşinin başına gələn hadisələrdən bəhs edir.
Azarol yemişan
Azarol yemişan (lat. Crataegus azarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir. Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır.
Azarolus oliveriana
Beşdişicikli yemişan (lat. Crataegus pentagyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Azarolus oliveriana (Dum.Cours.) M.Roem. Azarolus platyphylla (Lindl.) M.Roem. Crataegus colchica Grossh. Crataegus elbursensis Rech.f. Crataegus melanocarpa M.Bieb. Crataegus melanocarpa var. atrofusca (Steven ex K.Koch) Boiss. Crataegus melanocarpa subsp.
Azarolus platyphylla
Beşdişicikli yemişan (lat. Crataegus pentagyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Azarolus oliveriana (Dum.Cours.) M.Roem. Azarolus platyphylla (Lindl.) M.Roem. Crataegus colchica Grossh. Crataegus elbursensis Rech.f. Crataegus melanocarpa M.Bieb. Crataegus melanocarpa var. atrofusca (Steven ex K.Koch) Boiss. Crataegus melanocarpa subsp.
Azart
[[Fayl:Dice.jpg|thumb|[[Zər]] ən qədim şans oyunlarından biridir.]] Azart — bir şeydə uğur gözləməsi ilə əlaqəli emosiya (reallığa adekvat deyil). Çox vaxt şans, oyun, risk, təhlükə ilə əlaqələndirilir. Azart anlayışının özü onunla əlaqəli riski və müəyyən maddi sərvət qazanmaq istəyini izah edir. Azart yaşamaq üçün daimi ehtiyacla əlaqəli bir xəstəlik var – ludomaniya. V. P. Serbski adına Dövlət Sosial və Məhkəmə Psixiatriya Elmi Mərkəzinin alimlərinə görə, ludomaniyaya qapılmaq riski sağlamlıqdan, sosial və ya bəzi bioloji parametrlərdən deyil, xarakter və temperamentdən asılıdır.
Azaru
Azaru — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Azaru Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Talış dilində azu (asu) "sürətli" və rud "çay" sözlərindən olub "iti axan çay" (İtiçay) və ya çay kənarındakı kənd mənasındadır. Pəncəli Teymurov (1981–2016).
Crataegus azarolus
Azarol yemişan (lat. Crataegus azarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir. Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır.
Dmitri Azarev
Eduard Azaryan
Eduard Albertoviç Azaryan (erm. Էդուարդ Ազարյան; rus. Эдуард Альбертович Азарян; 11 aprel 1958 və ya 4 noyabr 1958, İrəvan) — SSRİ gimnastı, Olimpiya çempionu (1980), dünya çempionatının mükafatçısı (1978), dördqat SSRİ çempionu. SSRİ əməkdar idman ustası (1980). MOİK-də çıxış etmişdir. Eduard Azaryan kiçik yaşlarından atası, üçqat olimpiya çempionu Albert Azaryanın rəhbərliyi altında gimnastika ilə məşğul olmağa başlamışdır. 1978-ci ildə Eduard Azaryan çoxnövçülükdə SSRİ çempionu olmuş və SSRİ yığmasının üzvü olmuşdur. Elə həmin il fərdi çoxnövçülük üzrə Dünya Kubokunun bürünc mükafatçısı və komanda çempionatında dünya çempionatının gümüş mükafatçısı olmuşdur. 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarında Eduard Azaryan SSRİ yığma komandasının tərkibində komanda birinciliyində Olimpiya çempionu adını qazanmışdır. 1992-ci ildən ABŞ-də yaşayır.
HESA Azarakhsh
HESA Azarakhsh (fars. آذرخش‎ Âzarakhš, "Şimşək") İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən istehsal edildiyi bildirilən reaktiv təyyarə. Əsasən ABŞ istehsalı olan Northrop F-5 Freedom Fighter ("Azadlıq döyüşçüsü")/Tiger II ("Pələng II") qırıcılarının modernləşdirilmiş və yenidən adlandırılmış olan versiyası kimi qəbul edilir. İranın rəsmi nümayəndələri isə bu təyyarənin ölkədə istehsal edilmiş olan ilk yerli təyyarə olduğunu iddia edirlər. Azarakhsh İsfahanda İran Silahlı Qüvvələri, İran Müdafiə Nazirliyi və İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən yaradılmışdır. 1997-ci ildə İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin müavini postunu tutan iranlı briqadir Arasteh, İranın ilk təyyarəsini uğurla konstruksiya etdiyini, inşa etdiyini və test etdiyini bildirmişdir. 1997-ci ilin sonlarında isə İranın təyyarənin kütləvi şəkildə istehsalına başlaması haqqında xəbərlər yayılmışdır və 2000-ci ilin ortalarına kimi dörd təyyarənin operativ testlərdə iştirak etdiyi, istehsalın isə ildə təxmini olaraq on təyyarə olacağı bildirilmişdir. 17 may 2000-ci ildə İran HHQ komandiri Azarakhsh reaktiv qırıcılarının artıq kütləvi istehsal mərhələsinə çatdığını bildirmişdir. 5 avqust 2007-ci ildə Azarakhsh uğurlu bir test uçuşunu reallaşdırmağı bacarmışdır. 6 avqust 2007-ci ildə Müdafiə Nazirliyindən Mostafa Mohammad-Najjar, "Azarakhsh indi sənaye istehsalı mərhələsindədir və tezliklə kütləvi istehsalına başlanılacaqdır" dedi.
Lyudmila Azarova
Lyudmila Pavlovna Azarova (rus. Людмила Павловна Аза́рова; 24 oktyabr 1919 – 8 mart 2010) — SSRİ və Rusiya keramika rəssamı, SSRİ xalq rəssamı (1991). Qjel keramika ənənəsinə əsaslanaraq, lakonik formada, kiçik plastikdən, ağ fonda zəngin mavi rəng çalarları olan dekorativ qablar hazırlamışdır. RSFSR əməkdar artisti (1970) RSFSR xalq artisti (1981) SSRİ xalq artisti (1991) İ. E. Repin adına RSFSR Dövlət Mükafatı (1978) "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə" medalı (1945) Zaqrebdə (Yuqoslaviya) Beynəlxalq Sərgidə qızıl medal (1978) Якимчук Н. Искусство Гжели. — М. : Советская Россия, 1985. — С. 35–38. Григорьева Н. Художественная керамика Гжели и Скопина. — Л.: Искусство, 1987. — С. 46–48. Дулькина Т., Григорьева Н., Астраханцева Т. Гжель.
Mahmud Məlmasi-Azarm
Mahmud Məlmasi-Azarm — azərbaycanlı şair və alim. Hümam Təbrizinin nəslindəndir. Mahmud Məlmasi-Azarm, 1917-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Seyid İbrahim Darvazeyenin qızı ilə ailə həyatı qurmuşdur. 5 oğlan (Ələddin, Rüknəddin, Ziyaləddin, Firudin və Fərrux) və 1 qız olmaqla 6 övladı olmuşdur. Hələ 5 yaşı olarkən oxuma və yazmanı öyrənmişdir. İlkin dövrlərdə müəllimi atası olmuşdur, lakin sonrakı dövrlərdə müəllimi Mirzə Möhsün Ədib Üləma olmuşdur. 9 yaşı olarkən Sədinin Gülüstan əsərini, 13 yaşı olarkən isə Kəlilə və Dimnə əsərini oxuyub bitirmişdir. Həyatının bu dövrlərində fars dilli və azərbaycan dilli ədəbiyyatı öyrənmişdir. 1991-ci ilin 23 iyununda vəfat etmişdir.
Sector 11 azad azarkeş qrupu
"Sektor11" və ya "Sector11" azad azarkeş qrupu — Azərbaycanda mütəşəkkil futbol azarkeş qrupu. Yaranma tarixi 1 iyul 2010-cu ildən başlayan qrup "Facebook" sosial şəbəkəsində açılan səhifəsi ilə qısa müddətdə tanınmış və fəal azarkeşləri öz ətrafında toplamağı bacarmışdır. Futbol matçları zamanı oyunu Tofiq Bəhramov adına Respublika Stadionunun 11-ci sektorunundan izlədiklərinə görə "Sector 11" adını qəbul etmişlər. Bütün idman növlərində çıxış edən Azərbaycan komandalarını və idmançılarını dəstəkləyirlər. Azərbaycanda ilk dəfə olaraq stadionda xoreoqrafik pankartlar açmışlar. Qrupun 400-ü fəal olmaqla min üzvü var ki, onlar Türkiyədən sifariş edilən xüsusi şərf, üzvlük biletləri və barabanlarla təmin ediliblər. Azarkeş qrupunun rəhbər qurucuları Elnur Şərifli və Araz Əliyevin qərarı ilə "Sector 11" öz rəsmi fəaliyyətini 2013-cü ildə dayandırmışdır. "Qarabağ" – "Streymur" maçının mütəşəkkil fan-klubu.
Sektor 11 azad azarkeş qrupu
"Sektor11" və ya "Sector11" azad azarkeş qrupu — Azərbaycanda mütəşəkkil futbol azarkeş qrupu. Yaranma tarixi 1 iyul 2010-cu ildən başlayan qrup "Facebook" sosial şəbəkəsində açılan səhifəsi ilə qısa müddətdə tanınmış və fəal azarkeşləri öz ətrafında toplamağı bacarmışdır. Futbol matçları zamanı oyunu Tofiq Bəhramov adına Respublika Stadionunun 11-ci sektorunundan izlədiklərinə görə "Sector 11" adını qəbul etmişlər. Bütün idman növlərində çıxış edən Azərbaycan komandalarını və idmançılarını dəstəkləyirlər. Azərbaycanda ilk dəfə olaraq stadionda xoreoqrafik pankartlar açmışlar. Qrupun 400-ü fəal olmaqla min üzvü var ki, onlar Türkiyədən sifariş edilən xüsusi şərf, üzvlük biletləri və barabanlarla təmin ediliblər. Azarkeş qrupunun rəhbər qurucuları Elnur Şərifli və Araz Əliyevin qərarı ilə "Sector 11" öz rəsmi fəaliyyətini 2013-cü ildə dayandırmışdır. "Qarabağ" – "Streymur" maçının mütəşəkkil fan-klubu.
Viktoriya Azarenko
Viktoriya Azarenko (31 iyul 1989, Minsk) — tennisçi. Viktoriya Azarenko Dünya reytinqinin lideri illik (2012-ci il) qazancda da rəqibləri geridə qoydu. London olimpiadasında qarışıq cütlərin mübarizəsində çempion olan tennisçi fərdi yarışları bürünc medalla bitirdi. "Uimbldon" turnirinin, həmçinin "Böyük dəbilqə"nin Avstraliya mərhələsində qalib gəlmiş Viktoriya ABŞ mərhələsinin finalçısıdır. İdman ilinin yekununda 7.923.920 dollar qazandı ki, indiyədək heç bir tennisçi mövsümdə bu qədər pul əldə etməyib. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, № 49(49), 08.12.2012. səh.14.
Azarkeş
Azarkeş — İdman, futbol həvəskarı.
Azarkeş (dəqiqləşdirmə)
Azarkeş aşağıdakı mənalara gələ bilər: Azarkeş — İdman, futbol həvəskarı. Azarkeş (film, 2008) — Azərbaycan filmi.
Azarkeşlər
Azarkeş — İdman, futbol həvəskarı.
Azarbayjan, Joz'e la-yanfakk-e Iran
"Azərbaycan – cozv-e layenfək İran" (fars. آذربایجان، جزء لاینفک ایران‎; tərcüməsi: azərb. Azərbaycan, İranın ayrılmaz hissəsi‎) — Qacar dövlətindəki İran Demokrat Partiyasının yerli komitəsi tərəfindən Bakıda nəşr olunan ikidilli qəzet. 1918-ci il fevralın 10-da "Müsavat" partiyasının "Açıq söz" qəzetində səsləndirdiyi və pantürkistlərin İranın ərazi bütövlüyünə və suverenliyinə zərbə vurmaq cəhdi kimi gördükləri fikrə cavab olaraq nəşr olunmağa başlayıb. Bakı və ona yaxın ərazilərdə yaşayan İran azərbaycanlılarından toplanmış Demokrat Partiyasının Bakı Komitəsi 1914-cü ildə Məhəmməd Xan Tərbiyət tərəfindən yaradılmışdır. Qəzetin redaktoru Mirzə Əliqulu idi. Nəşrlərin adında böyük hərflərlə "Azərbaycan" yazılır, "cozv-e layenfək İran" isə kiçildilərək "Azərbaycan" sözündəki "nun" hərfinin içərisinə yerləşdirilirdi. Yerli siyasi fəal Salamulla Cavid daha sonra qəzetin nəşri barədə qərarın yerli səviyyədə demokratlar tərəfindən qəbul edildiyini və "Açıq söz"ün başlatdığı irredentist təbliğata birbaşa cavab olduğunu etiraf edib. Qəzet öz məqsədlərinin İranda siyasi islahatlar və dəyişikliklərin tərəfdarı olmaqla yanaşı "ölkənin şanlı keçmişini və tarixi davamlılığını nümayiş etdirmək" və "İranlıların milli şüurunu azaltmaq cəhdlərinə mane olmaq" olduğunu bildirib. Jurnallar Azərbaycanın fəzilətlərini təbliğ edərkən və onun "İran tarixində əsas mövqeyini" vurğulayarkən tez-tez "Azərbaycanın bütün İranı idarə etdiyi dövrə" işarə edirdilər.
Dmitri Azaryev
Dmitri İvanoviç Azarev (rus. Дмитрий Иванович Аза́рьев; 5 (18) aprel 1906, Moskva – 1988) — SSRİ elektrik mühəndisi, texnika elmləri doktoru (1965). Elektrik enerji sistemlərinin dayanıqlığına dair əsərlər yazmışdır. SSRİ-nin vahid elektrik enerjisi sistemi üçün dəyişən cərəyanın avtomatlaşdırılmış hesablama modelləri işlənib hazırlanmışdır. Onun rəhbərliyi altında gərginliyin tənzimlənməsi üçün SSRİ-də ilk tiristor-kompensator yaradılmış və istifadəyə verilmişdir. "Lenin" mükafatı (1962), SSRİ Dövlət mükafatına (1947, 1951) layiq görülmüşdür. Математическое моделирование электрических систем [Текст]. - Москва ; Ленинград : Госэнергоиздат, 1962. - 207 с. : ил.; 26 см.

Значение слова в других словарях