Словарь лексики азербайджанских дастанов

  • QƏNİ ƏRƏB

    Varlı, dövlətli, zəngin. (“Koroğlu” dastanının lüğəti) Bu tərəfdən də xotkar bütün paşalara, qoşun böyüklərinə fərman göndərmişdi ki, kim Koroğlunun y

    Полностью »
  • QƏNİM ƏRƏB

    Düşmən. (“Koroğlu” dastanının lüğəti) Üstümüzə gəlir qənim, Gəldiyini sizə deyim, Yarı sizin, yarı mənim, Söhbətdimi, sazdımı ola?                  

    Полностью »
  • QƏNŞƏR

    Qabaq, ön. (“Koroğlu” dastanının lüğəti) Özü də qənşər tərəfdən gedəcəyəm. (“Həmzənin Qıratı aparmağı”)

    Полностью »
  • QƏPİK-QURUŞ

    Azaçıq pul, əhəmiyyətsiz məbləğ. (“Koroğlu” dastanının lüğəti)

    Полностью »
  • QƏRAYİB

    Əcaib, qəribəlik. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QƏRƏZ ƏRƏB

    Xülasə, qısası. (“Koroğlu” dastanının lüğəti) Qərəz, bu məclisdə bir səs-küy qalxdı ki, ağız deyəni qulaq eşitmədi

    Полностью »
  • QƏRİBİ BURDA AĞLAMAQ TUTDU

    Vəziyyətin çox ağır, çıxılmaz olduğunu bildirmək üçün işlədilən ifadə. Bu ifadə “Aşıq Qərib” dastanı ilə əlaqədar yayılmışdır

    Полностью »
  • QƏRZ ALMAQ

    Borc almaq.

    Полностью »
  • QƏRZ ƏRƏB

    Borc. Bil adımdı Aşıq Alı, Qərzi sünnət qılıram. Əlif Allahın adıdı, Bey peyğəmbər bilirəm.           (“Aşıq Alı və Əsmər xanım”)

    Полностью »
  • QƏRZƏN

    Borc olaraq.

    Полностью »
  • QƏSƏM ƏRƏB

    And. (“Koroğlu” dastanının lüğəti) Çay kimi coşmuşam, daha sönmərəm, Əsgər nədi, qoşun nədi qanmaram, Qəsəm olsun bu meydandan dönmərəm, Axır suda sın

    Полностью »
  • QƏVİ ƏRƏB

    Qüvvətli, güclü, möhkəm. Cəhənnəm mərgini sənə qıllam nuş, Fayda verməz sənə qəvi xan, haramı.                                               (“Sam şah

    Полностью »
  • QƏVVAS ƏRƏB

    Su altında qiymətli şeylər axtarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc. Qəvvas çəkər dəryaların dürrünü, Bilmək olmaz Yaradanın sirrini

    Полностью »
  • QƏVVAS ƏRƏB

    Su altında inci və s. qiymətli şeylər axtarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc. (“Koroğlu” dastanının lüğəti) Qəvvas kimi dəryalara dal

    Полностью »
  • QƏVVAZ

    Bax: qəvvas. (“Koroğlu” dastanının lüğəti) Atı minmişəm gəzməyə, Düşman bağrını əzməyə, Tona çayını üzməyə Qırat bir qəvvaz olaydı

    Полностью »
  • QƏZAB

    Qəzəb. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QƏZAL ƏRƏB

    Ahu, buynuzu hələ çıxmamış ceyran balası (klassik seirdə gözəl, dilbər mənasında işlənir). Bir gülbədən, qonça dəhən Baxır solu sağa, gəlir

    Полностью »
  • QƏZALƏ

    Dişi ceyran, dişi ceyran balası.

    Полностью »
  • QƏZİYƏ

    Bax: qəziyyə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QICIRDI

    Qıcırtı, qıcır-qıcır etmə, qıcıqlayan səs. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QIĞ

    Qoyun, keçi, dəvə və s. nəcisi. (“Koroğlu” dastanının lüğəti) Koroğlu yenə də almaçıya Qıratdan yaxşı-yaxşı muğayat olmağı, bir kimsə soruşsa, dəvə gö

    Полностью »
  • QILAF ƏRƏB

    Qın. (“Koroğlu” dastanının lüğəti) Nuş edin badəni, alın sağıdan, Çəkinməyin həramidən, yağıdan, Səflər pozan, orduları dağıdan, Əyri qılınc qılafınd

    Полностью »
  • QILAĞUZ

    Bələdçi, yol göstərən, irəlidə gedən. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QILIQ

    1. Geyim, zahiri görkəm. 2. Xasiyyət, yaxşı rəftar. (“Koroğlu” dastanının lüğəti) Aman atam, mənim zehnim itirmə, Bu qılıqda çodar olmaz, hay olmaz! B

    Полностью »
  • QILMAN ƏRƏB

    Cənnət xidmətçiləri, cənnətdə olan gözəl oğlanlar. Heç bilmirsən fikrim, zikrim handadı, O da mənim kimi yanhayandadı

    Полностью »
  • QILMAN ƏRƏB

    Cənnət xidmətçiləri, cənnətdə olan gözəl oğlanlar. (“Koroğlu” dastanının lüğəti) ...bəs budurana bir mələkdi, hürüdü, pəridi, qılmandı, nədi bilmirəm

    Полностью »
  • QILOV

    Kəsər alətləri itilədikdə onların ağzında əmələ gələn tük kimi qırıntılar. (“Koroğlu” dastanının lüğəti) Kürdoğlu kamandar ötürməz avı, Kimdi bu dünya

    Полностью »
  • QILOVLAMAQ

    Bax: qılovunu almaq. (“Koroğlu” dastanının lüğəti)

    Полностью »
  • QILOVUNU ALMAQ

    Kəsər alətlərin ağzını daşa və ya qayışa çəkməklə itiləmək. (“Koroğlu” dastanının lüğəti)

    Полностью »
  • QIMCANMAQ

    Tərpənmək, hərəkər etmək, qurcuxmaq. (“Koroğlu” dastanının lüğəti) Qarı bir qımcandı. Dedi: – Bəs niyə indiyə kimi evlənməmisən? (“Həmzənin Qıratı apa

    Полностью »
  • QIMIR

    Bax: qırım.

    Полностью »
  • QIN

    Xəncər, qılınc, və s. silahları qoymaq üçün qab. (“Koroğlu” dastanının lüğəti) Əlimdən gələrsən cana, Misri qılınc sığmır qına

    Полностью »
  • QINA

    Həna. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QINALI

    Hənalı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QINLU

    Qınlı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QINSUZ

    Qını olmayan. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QIR-SAQQIZ

    Qarasaqqız, saqqızabənzər qara rəngli ağac şirəsi, qatran, kitrə. (“Koroğlu” dastanının lüğəti) Müasir dildə məcazi mənası daha çox işlənsə də, dastan

    Полностью »
  • QIRAN

    Böyük epidemiya. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QIRDIRMA

    1. Yeyin, sürətlə. 2. Kəsə, kəsəsinə. (“Koroğlu” dastanının lüğəti) Qara Pələng dağ deməyib, dərə deməyib başladı hər yerdə yolu qırdırmasına dəstələm

    Полностью »
  • QIRĞI

    Yırtıcı quş. (“Koroğlu” dastanının lüğəti) Ərəb Reyhanın adamları qırğı görmüş cücə kimi qaçıb dağıldılar

    Полностью »
  • QIRĞUN

    Qırğın, ölüm, çox sayda ölüm. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QIRXLAR

    Qırx nəfərdən ibarət abdallar. Prof. Bəşir Əhmədov “Etimologiya lüğəti”ndə R.Gülpınarın “İslamda təriqətlər və məzhəblər” kitabına istinadən yazır: Pe

    Полностью »
  • QIRIM

    Görkəm, təhər-töhür, görünüş, hal, əhval, tövr. Zöhrə xanım dayənin qırımını başa düşüb, başladı Tahir Mirzəni oyatmağa

    Полностью »
  • QIRIM

    Müqabil. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QIRIŞ

    Müharibə, müharibədə bir-birini öldürmə, vuruşma. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QIRQ

    Qırx sayı, qırx. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QIRMAC

    Bax: qırmanc. (“Koroğlu” dastanının lüğəti)

    Полностью »
  • QIRMANC

    Heyvanları sürərkən vurmaq üçün kiriş, dəri, ip və s.dən qayrılan uzun dəstəkli qamçı, şallaq. (“Koroğlu” dastanının lüğəti) Bunu deyib Telli xanım at

    Полностью »
  • QIRNAQ

    Xidmətçi, nökər. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QIRNIQ

    Azacıq. Nigar xanım o saat Pəri xanımın çarqatına bircə qırnıq sürmə çəkdi. (“Qurbani”)

    Полностью »