GERİ – İRƏLİ Divarlar çəkilmişdi geri; yenə irəli gəldilər (R.Rza)
GERİLƏMƏK – AYAQLAŞMAQ – Bəri gəl, cənab, – deyə qadın təkrar edərkən soldat bir neçə addım da gerilədi, cəld tüfəngini atəşə hazırladı (M
GERİLİK – İNKİŞAF Gərsin sinəsini acıya, dərdə; Ensin geriliyin pərdəsi, ensin (S.Rüstəm); Bu saat böyük quruluş və inkişaf işi gedir (Mir Cəlal)
GETMƏK – QAYITMAQ İndi ikisi də sübh açılandan gedib, bir də qaş qaralanda qayıdır (S.Qədirzadə)
GEYİMLİ – ÇILPAQ Şıq geyimli bu azərbaycanlı əsgərin ayağında haradansa ələ keçirdiyi təzə uzunboğaz çəkmə vardı (S
GEYİNMƏK – SOYUNMAQ Mən paltomu geyinmişdim (İ.Məlikzadə); Əli yatağının üstündə paltarını soyundu (Çəmənzəminli)
GƏDA – BƏY Çingiz, məhəbbət aləmində bəy, gəda yoxdur, mən səni sevirəm, sən də məni (S.S.Axundov)
GƏLƏCƏK – KEÇMİŞ Mən isə adətim üzrə keçmişi yox, ancaq gələcəyi düşünürəm (M.İbrahimov)
GƏLİR – ZƏRƏR Buna görə də Lyudmila bir drujinaçı kimi Ağəlinin gəlir mənbəyini aşkara çıxarmağı qərara almışdı (C
GƏLİRLİ – ZƏRƏRLİ Camaat üçün nə mənfəətlidir, nə gəlirlidir onu əksin (B.Bayramov); Zərərli otları məhv etmək lazımdır
GƏLMƏ – YERLİ Gəlmələr yerliləri; Çapar da, talayar da... (B.Vahabzadə)
GƏLMƏK – GETMƏK Mən anadan dünyaya bədbəxt gəlmişəm, bədbəxt də gedəcəyəm (Ə.Haqverdiyev)
GƏNC – QOCA Bunların biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi (S.S.Axundov)
GƏNCLƏŞMƏK – QOCALMAQ Yenidən gəncləşirsən (H.Cavid); Bayaq da sənə ərz elədim, əvvəla, görürsən mən qocalmışam (Ə
GƏNCLİK – QOCALIQ Gənclik özü gedir; Qocalıq özü gəlir (R.Rza)
GƏRƏKLİ – LAZIMSIZ Gərəksiz şey gərəkli gündə (Ata. sözü); Artıq oturarsa, səriştəni itirib lazımsız sözlər danışacağından ehtiyat etdi
GƏRƏKSİZ – VACİB Tacidar, gərəksiz keçmişi burax! (A.Şaiq); Gülçöhrə, get, atan damın dalısında çobanlarla danışır, de ki, bir buraya gəlsin, vacib iş
GƏRGİN – SAKİT Şəhərdə vəziyyət gərgin idi (S.Vəliyev); Sakit və azca qüssəli nəzərlərimi ona dikib durdum (M
GƏRGİNLƏŞMƏK – SAKİTLƏŞMƏK Soldatın üzü ani bir titrəyişlə tərpəndi, əzələləri daha da gərginləşdi, iti çənəsi əsdi (M
GƏRGİNLİK – SAKİTLİK Adamlarda ciddilik və gərginlik duyuldu (Mir Cəlal); Heç olmasa onsuz evdə sakitlik idi (M
GƏRMƏK – YIĞMAQ Qaya sinəsini gərdi, uşağı küləkdən qorumaq üçün (“Azərbaycan”); Turac gərilmiş qanadını yığmağa çalışdı
GƏVƏZƏ – SADƏLÖVH Yüklər gəvəzələr ürək yükünü; Nə deyim bu ağlı dumanlara mən (M.Araz); Yox, aldanma, aldanma! Məni sadəlövh sanma! (R
GƏVƏZƏLİK – SADƏLÖVHLÜK Gəvəzəliyindən əl çəkmir. Sonra bir uşaq sadəlövhlüyü ilə gözlərimin içinə baxdı (S
GƏZƏYƏN – NAMUSLU Gəzəyən qadındır, ondan uzaq ol, özünü biabır eləmə (“Ulduz”); Çox namuslu kişidir, amma heyif gönü qalındır (M
GİCBƏSƏR – AĞILLI Gicbəsərin biridir (“Azərbaycan”); Vəzifə elə bir qüvvədir ki, ağılsızı ağıllı, çirkini gözəl, qocanı cavan göstərir (İ
GİCLƏŞMƏK – AĞILLANMAQ Ona toxunmayın, gicləşib (“Azərbaycan”); Demək, indi ağıllanmısan, məni istəmirsən? (Mir Cəlal)
GİLEY – RAZILIQ Əlindən eşqimə gileyim yoxdur (R.Rza); Atam da razılıq vermişdi (H.Nadir)
GİLEYLƏNMƏK – RAZILAŞMAQ Qızlar kəkotu dərib buradaca qurudar, gəlinlər baş-başa verib xısınlaşar, arabir qayınanalarından gileylənib, dad çəkərdilər
GİLEYLİ – RAZI Eyni zamanda ürəkdə bir-birindən gileyli idilər (M.İbrahimov); Leyla razı idi öz əməlindən; O, zəhər içmişdi eşqin əlindən (B
GİRDƏ – YASTI Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər (Ə
GİRİNTİ – ÇIXINTI Bu taxta, mebel üçün yaramaz, çox girintisi, çıxıntısı var
GİRİŞ – SON Əziz müxtəsər bir giriş sözü söylədi (Ə.Vəliyev); Sədr son sözündə qeyd etdi ki, Vəli öz günahlarını boynuna alır
GİZLİ – AŞKAR Gah gizli, gah aşkar; Ayaq basar hər yerə (A.Şaiq)
GİZLİN – AÇIQ Yəqin bir-birinə gizlin sözləri varmış (M.Hüseyn); Buna görə də qızını yola salarkən açıq ürəklə Həsəni evə gətirməyi ona tapşırardı (M
GÖDƏK – UZUN Gödək atıldı vurdu uzunun başına, uzun dedi: – Əcəb yadıma saldın (Ata. sözü)
GÖDƏKLİK – UZUNLUQ ...Ömrümün belə gödəkliyindən şikayətlənməzdim (S.Qədirzadə); Katibin son sözləri onu o qədər tutmuşdu ki, gəldiyi yolun uzunluğunu
GÖDƏLMƏK – UZANMAQ Uzanacaq kölgələr; Gödələcək kölgələr; İdman et hər səhər (İ.Tapdıq)
GÖNDƏRMƏK – GƏTİRMƏK Ancaq hər ehtimala qarşı Səttarın barmaq izlərini ekspertizaya göndərmək lazımdır (H
GÖRÜŞ – VİDALAŞMA Görüş üçün günortadan əlverişli vaxt tapmaq olmazdı (M.İbrahimov); Vidalaşma vaxtı gəlib çatdı (H
GÖRÜŞMƏK – VİDALAŞMAQ Bakı varlıları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi (M.S.Ordubadi)
GÖTÜRMƏK – QOYMAQ Ağzına bax, tikə götür (Ata. sözü); Kərim kitabı büküb pəncərəyə qoydu
GÖYÇƏK – ÇİRKİN Eybi yoxdur, göyçək xanımların haqqında hamı danışır (Ə.Haqverdiyev); Molla qoca, çopur, çirkin, yoxsul adam idi (Mir Cəlal)
GÖYÇƏKLƏŞMƏK – ÇİRKİNLƏŞMƏK Zərifə ilin müəyyən vaxtlarında kökəlir və ya arıqlayır. Buna münasib də gah göyçəkləşir, gah da çirkinləşirdi (“Azərbayca
GÖYƏRMƏK – QIZIŞMAQ Görürəm, soyuqdan gömgöy göyərmisən. Keç otur qayıqda, əl-ayağın qızışsın (H.Nadir)
GÖYNƏMƏK – QIZIŞMAQ Nə ürəyim göynəyir; nə sözlər yandırır dodaqlarımı (R.Rza); Otağın havası onu qızışdırırdı
GÖZƏL – ÇİRKİN Elə gecə-gündüz gözəl arvad arzulayır (Ə.Haqverdiyev); Özünün arvadı bir çirkin şeydir (Ə
GÖZƏLLƏŞMƏK – EYBƏCƏRLƏŞMƏK Düzlər ətirlənir baharla, yazla; Güllər, çiçəklər də gözəlləşibdir (H.Hüseynzadə); Onun dodaqları əsdi, eybəcərləşdi (M
GÖZƏLLİK – ÇİRKİNLİK Gecələr hər şəhərə bir cür gözəllik gətirir (S.Sərxanlı); O inanırdı ki, ata haqqında pis düşünmək ən böyük xəyanət və çirkinlikd
GÖZLÜ – KOR Kor gəldi, gözlü getdi (Ə.Haqverdiyev)
GÖZÜAC – GÖZÜTOX Gözütox adamlar həmişə rəhmli olur. Gözüac adamlar isə insafsız, rəhmsiz olur