BİRGƏ – AYRICA Gənclik kitabının yarpaqlarını; İki il onunla birgə çevirdin (M.Müşfiq); Ayrıca otağınız var, hər şeyi də içində (C
BİRİNCİ – AXIRINCI Bu sözü birinci kim dedi, axırıncı kim dedi (G.Hüseynoğlu)
BİRLİK – AYRILIQ Bizi ruhlandıran bu şanlı birlik; Bu qüdrət, bu qüvvət, məhəbbət olmuş (M.Rahim); Ayrılıq həyəcanlı vücudunu tutmuşdu (Çəmənzəminli)
BİRLİKDƏ – AYRILIQDA Mənim yeganə arzum sizin onunla birlikdə qurmaq istədiyiniz xoşbəxtliyi görməkdir (M
BİŞMİŞ – ÇİY Bişmiş süd, yağ, ilıq yumurta, ağ çörək süfrəni bəzədi (Ə.Vəliyev); Hanı burada qədrini bilən; Bəli, çiy süd əmib əzəldən insan (H
BİTİŞİK – AYRI Pəri Soltanın evi zindana bitişik idi (Nağıl); Vətəndən ayrı düşüb, indi naməkan ölürəm (Natəvan)
BİTİŞMƏK – AYRILMAQ Borular bir-birinə bitişdi (M.Hüseyn); Mən səndən ayrılmaq istəmirəm, ayrıla bilmirəm, ancaq ayrılıram (C
BİTKİN – YARIMÇIQ Şeir, mədh, qəzəl, həcv, mərsiyə və s. yazdıqda o barədə nə mümkünsə, hamısın de, bitkin bir əsər yarat, heç vaxt yarımçıq yazma (“Q
BİTMƏK – QURUMAQ Ot kökü üstə bitər (Ata. sözü); Bir damcıya möhtac idim; Qurumuşdu bağça-bağım... (Şəhriyar)
BİVƏFA – ETİBARLI Nə gərək sevdiyim o bivəfanı; Nə də belə hicran dağı görəydim (Q.Zakir); Sabah bizim ailənin ən etibarlı üzvü sayılırdı
BOĞUCU – TƏMİZ Göytəpənin üstünə boğucu, ağır qaranlıq çökmüşdü (İ.Şıxlı); Gecə yağış yağdığına görə səhərin havası çox saf və təmiz idi (S
BOĞUQ – AYDIN Allahyar kənd itlərinin boğuq səsini eşidib ürəkləndi (İ.Şıxlı); Kükrəyib daşan Kürün qıjıltısı daha aydın eşidilirdi (İ
BOL – AZ Həkim də buyurmuşdu ki, çoxlu süd və bol yumurta yesin (S.S.Axundov); Sizin sözünüzün kəsəri azdır! (S
BOLLUCA – AZCA Ona yemək vermə, içmək vermə, bolluca nağıl söylə (S.S.Axundov); Qoy bu gün azca danışsın
BOLLUQ – KASADLIQ O, çörək dostudur, bolluq carçısı (Abbasağa); Heç, elə-belə bazarın kasadlığı ovqatımı təlx eləyib (Ə
BOLŞEVİK – MENŞEVİK Bolşevik nə aldanır, nə də təslim olur (M.S.Ordubadi); Əşi, menşeviklər tülkü kimidir; bir az təpinəndə sıpıxır bir-bir
BOMBOŞ – DOPDOLU Anasının hər zaman bəzəkli saxladığı bu otaq bomboş idi (S.Rəhman); Tamaşa salonu ağzına kimi dopdoludur (C
BORANLI – İSTİ Payız çatanda axıra boranlı, qarlı qış yetər (A.Səhhət); Nə gözəldir dolaşmaq isti yay fəsilləri; Bu sərin sahilləri (M
BORANLIQ – İSTİLİK Atasız tifilləri basdı boranlıq, bizə nə; Tapmayır acyalavaclar güzəranlıq, bizə nə? (M
BOŞ – BƏRK Yetişib köməyə, çatıb haraya; Ona bərk də tanış, boş da tanışdır (H.Hüseynzadə). BOŞ – DOLU Otaq dolu idi, boş kürsü yox idi (M
BOŞALMAQ – BƏRKİMƏK Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı (M.F.Axundzadə); Dostluq bərk ayaqda bərkiyər (B
BOŞALTMAQ – DOLDURMAQ Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı (S.S.Axundov); Salatın dizi üstə çöküb onları yığdı, səliqə ilə qutuya doldu
BOŞBOĞAZ – BAŞIAŞAĞI Vera da atası kimi ciddidir, sadədir, çoxdanışan və boşboğaz deyil (S.Rəhimov); Aslanı hamı başıaşağı, heç kəslə işi olmayan adam
BOYNUBURUQ – ZALIM Gözü yolda boynuburuq qalınca; Ölüm aşiqlərə xoş səadətdi (Q.Zakir); Ey zalım xan! Zalım xan! Sən qorxub öz canından; Yurdu versən
BOYNUYOĞUN – ZƏHMƏTKEŞ Məşədi Əbdülbağı razı olmamışdı ki, dörd yüz on manat verilsin boynuyoğun molla Qivama (C
BOZ – AYDIN Sabah, Allah qoysa, qurtarrıq, hava bozdur: bu dəxi yaxşıdır (N.Vəzirov); Yağış nə qədər gurultulu yağsa, o qədər sonra hava xoş və aydın
BOZARMAQ – AÇILMAQ Payız fəsli olduğu üçün hava yaman bozarmışdı (A.Makulu); Bir-iki dəqiqə davam edən yağışdan sonra göy açılmağa başladı (Çəmənzəmin
BOZLUQ – AÇIQLIQ Dağlara yaxınlaşdıqca aran təbiətinin bozluğu, kasıblığı hiss edilmədən geridə qalırdı (M
BÖYÜK – KİÇİK – Bu mənim qızım və bu da kiçik oğlumdur, böyük qardaşları Tiflisdə oxuyur (S.S.Axundov)
BÖYÜTMƏK – KİÇİLTMƏK Böyütmək istəyir öz meydanını; Al-yaşıl geyinib gələn bahar da (Ə.Haqverdiyev); Otağın arasını kəsib kiçiltmək istəyir
BUĞDAYI – AĞYANIZ Biri sərasər ağ, həm siyah teli; Biri buğdayıdır, amma şəkilli (M.P.Vaqif); Qapını ağyanız bir oğlan uşağı açdı
BUXOVLAMAQ – AÇMAQ Daha deyirlər, daşmır; Bəndlər onu buxovlayıb (Mir Cəlal); Paltonu çiyninə atıb qapını açdı (S
BULANMAQ – AÇILMAQ Lakin ruzigar hələ tez-tez bulanırdı (M.İbrahimov); Göyün üzü açıldı. BULANMAQ – YAXŞILAŞMAQ Axşam yaxınlaşdıqca Həsən kişinin əhva
BULAŞIQ – TƏMİZ Bilmirsən axşamdan qalan bulaşıq qabları yumaq lazımdır? (A.Şaiq); Təmiz qaşıqları götürüb yerinə qoydular
BULAŞIQLIQ – TƏMİZLİK Qabqacağın bulaşıqlığı ev yiyəsinin pintiliyinə dəlalət edir. Təmizlik yaxşıdır, indi kim istəyir, gəlsin, utanmarıq (A
BULAŞMAQ – AÇILMAQ ...Dağların başı dumanlıdır, üfüqlər bulaşmağa başlayır (Çəmənzəminli); Gəlsin bahar fəsli, açılsın yazlar (Aşıq Qurbani)
BULUDLU – AÇIQ Buludlu qaşqabağı birdən ayazıyıb açıldı (S.Rəhimov); Sonra yadına düşdü ki, Zeynəb çəməndə açıq yerdə qalmışdı (S
BUMBUZ – İSTİ Bu doğma dərdimi bumbuz ürəklər nə duyar? (S.Rüstəm); Tez ol, isti su və bulud hazır et (S
BURMAQ – AÇMAQ Gədələr Qədim dayının qollarını burdular (S.Rəhimov); Çərkəz yorğanı üstündən atıb ayağa durdu
BÜDRƏMƏK – DURMAQ Vaxt olub ki, büdrəmişəm, yenə durmuşam (T.Şahdağlı)
BÜKMƏK – AÇMAQ Qadın sualımın bir müsahibə şəkli aldığını görüncə əlindəki kitabı bükdü (S.Hüseyn); Yenə Səmayənin açılmış başı; Qara hörükləri titrəd
BÜKÜLMƏK – AÇILMAQ Xına bir kağız parçasına bükülmüşdü (C.Məmmədquluzadə); Vəlinin gətirdiyi bağlama açılmadı ki, açılmadı
BÜRKÜ – SOYUQ Onsuz da boğuluram, bürküdür, otağa girəsi halım yoxdur (M.İbrahimov); Soyuq, dəhşətli bir soyuq Mayanı titrətdi (M
BÜRKÜLÜ – SOYUQ İsti bürkülü bir gün idi (S.Sərxanlı); İstiyə də tab etdim; Soyuğa da alışdım (H.Hüseynzadə)
BÜRÜMƏK – AÇMAQ Laçın qəfildən yapıncısını açıb Gülyazı bürüdü (M.Hüseyn)
BÜRÜNCƏKLİ – ÇILPAQ Tüstü bürüncəkli qara saçında; Üzünü xəmirlə oxlov ağardır (Abbasağa); Buradan çılpaq bir balaca qız çıxdı (S
BÜRÜŞMƏK – AÇILMAQ Quraqlıqdan pambığın qozaları bürüşdü. Sakit açılır qapı; Gəlir müəllimimiz (H.Hüseynzadə)
BÜRÜŞÜK – AÇIQ Bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək: – Baxın – dedi (A
BÜTÖV – YARIMÇIQ Yarımçıq bir mahnı gör nələr deyir; Bütöv bir aləmdir, bir kainatdır (H.Hüseynzadə)
BÜTÜN – YARI Bütün var-yoxum sənə qurbandır (“Azərbaycan”); Varımı səninlə yarı bölərəm (S.Rüstəm)