DÜZƏLTMƏK – DAĞITMAQ Faşistlər onları buraya göndərmişdilər ki, dağılmış körpüləri düzəltsinlər. Ancaq bu igidlər, əksinə, uçulmamış körpüləri də dağı
DÜZGÜN – YALAN İti gözləri çox şeylər görür, həssas ağıl isə tam və düzgün nəticə çıxarır. Yalan ayaq tutar, amma yeriməz (Ata
DÜZLÜK – ƏLİƏYRİLİK Gənclik həmişə yüksək və təmiz xəyalların, düzlük və sədaqətin mücəssəməsidir (M
DÜZMƏK – DAĞITMAQ Böyük daşlardan düzüb özümə bir meysərə, səndələ oxşar bir yer qayırmışdım (A.Divanbəyoğlu); Uşaqlar daşları dağıtmağa başladılar (“
DÜZÜNƏ – ÇƏPƏKİ Mənim qarşımda düzünə oturdu (T.Hüseynov); Əhməd onu çəpəki süzərək cavab verdi (A.Şaiq)
EHMALCA – CƏLD Ana ehmalca uşağı qucağına aldı (M.Hüseyn); Mən də cəld ayağa durdum (Y.Əzimzadə)
EHMALLI – CƏLD O, daşıqçılara yüklərin ehmallı düşürülməsini tapşırdı (S.Rəhimov); Sabir cəld irəli yeridi (Mir Cəlal)
EHMALLICA – CƏLD Rüstəm bəy diksindi, qolunu ehmallıca xanımın qolundan xilas etdi (Çəmənzəminli); Anası cəld ayağa qalxıb, həyətə gəldi (Mir Cəlal)
EHMALLIQ – CƏLDLİK Üslubunda kənd sakitliyi və ehmallığı hakimdir (Mir Cəlal); İndi hər bir iş cəldlik tələb edir
EHTİRAM – NİFRƏT Ailədəki bu qarşılıqlı ehtiram indi artıq ənənə və etiqad halına gəlmişdir (M.Hüseyn); Adamla çörək kəsib üzünə gülən, dalda isə ayağ
EHTİRAMLA – NİFRƏTLƏ İçəri daxil olcaq Dəmirov Simona dönüb ehtiramla başını əydi və salam verdi (S.Rəhimov); Ətrafındakıları nifrətlə süzdü (“Azərbay
EHTİRASLI – SÖNÜK Ehtiraslı gözləri ilə ona odlu bir nəzər saldı (C.Əmirov); Səndə var coşqun ehtiras alovu; Yaxar atəşlərin sönük bir evi (H
EHTİŞAM – MATƏM İndi bayram kimi ucaldır zaman; Vətən torpağının ehtişamını (S.Vurğun); Bu matəm xəbəri kənddə heç nəyi dəyişmədi
EHTİYATLA – CƏSARƏTLƏ Hacı Qulu... ehtiyatla quyunun yanında uzanıb diqqətlə baxdı (A.Şaiq); O cəsarətlə işə girişdi
EHTİYATLANMAQ – CÜRƏTLƏNMƏK Mən, doğrusu, ehtiyatlanmağa başladım (Q.Qantəmir); Onları əyləndirməyə, cürətləndirməyə çalışırdım (Mir Cəlal)
EHTİYATLI – DİQQƏTSİZ Çıxdım küçəyə və ehtiyatlı keçib getdim (C.Məmmədquluzadə); Diqqətsiz olması narahatlıq doğurur
EHTİYATSIZ – TƏDBİRLİ Bəzən ehtiyatsız, kiçik bir xəta; Böyük faciələr yaradır, demək (S.Vurğun); Görünür sən məndən tədbirlisən (İ
EKSPORT – İMPORT Xaricə mal göndərilməsi eksport, xaricdən mal gətirilməsi import adlanır
ELİZİYA – PROTEZA Sözdə səs düşümü hadisəsinə eliziya, sözdə səs artımı hadisəsinə proteza deyilir
ELMLİ – SAVADSIZ Əlibəy elmli və qoca bir kişi idi (S.S.Axundov); Qızım, mən savadsızam, dərsdən başım çıxmaz (Mir Cəlal)
ELMSİZ – SAVADLI Mən elmsiz bir adamam (M.S.Ordubadi); Biri də savadlı lazımdır ki, stolun böyründə otursun, yazsın (Mir Cəlal)
EN – UZUN Tövlənin iyirmi səkkiz arşın uzunu, yeddi arşın yarım enidir (Q.Qantəmir)
ENİNƏ – UZUNUNA Parçanın eninə, uzununa baxıb yerinə qoydu
ENLƏNMƏK – UZANMAQ Bunu qırıb atdıqda pambıq gücü uzanmağa yox, enlənməyə verir (Ə.Vəliyev)
ENLƏTMƏK – DARALTMAQ Ömründə gülüşlə işıqlanmış kimi görünən tutqun sifəti bir az enlənmişdi (Mir Cəlal); Yolu daraltdılar
ENLİ – DAR İkinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi (N.Nərimanov); Atlılar dar küçələri, əyri döngələri keçib, s
ENMƏK – QALXMAQ Uzanıb divanda İlqar bayaqdan; Gah enir, gah qalxır geniş sinəsi (H.Hüseynzadə). ENMƏK – YÜKSƏLMƏK Peşəm yüksəlməkdir, enmək bilmirəm
ENSİZ – GEN Yeja özünü kirpi kimi yığdı, ensiz çiyinlərini qısıb boğazını uzatdı (S.Vəliyev); Axund öskürən kimi Şirin gen və uzun tumanı ilə ayaqları
ERTƏ – AXŞAM Sübh çox ertə oyanardı qarı; Durquzar idi hamı xidmətkarı (A.Səhhət); Axşam kənddə əl-ayaq yığılan vaxt Qədir oyandı (Ə
EŞİK – İÇƏRİ Hacı Həsən bir söz deməyib gəlir, yapışır İskəndərin qolundan və çəkə-çəkə aparır eşiyə (C
ETİBARLI – VƏFASIZ Görünür, etibarlı kişisən (A.Şaiq); Bu vəfasız dünya mənim son ümidimi söndürdü (M
ETİBARLILIQ – VƏFASIZLIQ ...Aparatların işdə etibarlılığı onların konstruksiya və vəziyyətlərindən xeyli dərəcədə asılıdır (P
ETİNASIZ – DİQQƏTLİ Yeja onu etinasız dinlədi (S.Vəliyev); Buna görə də başqalarına nisbətən daha çox diqqətli olmalıdır (C
ETİNASIZLIQ – DİQQƏTLİLİK Rüstəm kişi Mayaya etinasızlıq göstərdi (M.İbrahimov); Diqqətliliyinə görə təşəkkür edirik
ETİRAZ – ETİRAF Səriyyə xalanın bütün etirazları puça çıxdı (S.Rəhimov); Qadının etirafı və yaxud təsdiqi mənim marağımı təskin etmirdi (S
EVLƏNMƏK – BOŞANMAQ Qəribə bu idi ki, Şamxal evlənmişdi (İ.Şıxlı); Mən də səni boşaram, qalarsan canın çıxa-çıxa (Çəmənzəminli)
EVLİ – SUBAY İndi qadan alım, evlisən? (Ə.Haqverdiyev); Məgər şəhərdə ağıllı, ailə sevən subay kişilər azdır? (C
EVLİLİK – SUBAYLIQ Otuz ildir, sənə ev düzəldirəm, uşaq saxlayıram; Bu da mənim evliliyimin əvəzi!.. (“Aşıq Ələsgər” dastanı); Saqqalını subaylıqda ağ
EYBƏCƏR – QƏŞƏNG Fərhad xan bığıburma, yekəqarın, eybəcər bir pəhləvan idi (Nağıl); Göy üzündə bir qəşəng; Tağ görünür yeddi rəng (A
EYBƏCƏRLƏŞMƏK – QƏŞƏNGLƏŞMƏK Qaraşa elə gəlirdi ki, Kələntər çox kök olduğundan, orta boyu bir az qısalır və eybəcərləşirdi (M
EYBƏCƏRLİK – QƏŞƏNGLİK ...Eybəcərliyinə görə heç kəs adını çəkmir (Ə.Əbülhəsən); Qara saçları onun ümumi görünüşünə bir qəşənglik gətirirdi (A
EYİBSİZ – ÇİRKİN Eyibsiz dost axtaran dostsuz qalar (Ata. sözü); Başqalarının könül qapısına açar salmaq, oğurluqdan da çirkin işdir (M
EYİBSİZLİK – NAMUSSUZLUQ Övladın eyibsizliyi valideynin başını ucaldır. Yox, yox, mən belə namussuzluğa razı olmaram (M
EYNİ – MÜXTƏLİF Sən varlığın eynisən, buna sözmü var? Ürəyisən, beynisən, buna sözmü var? (M.Müşfiq); Müxtəlif bitkilər özünə diqqət tələb edirdi (M
EYNİLİK – MÜXTƏLİFLİK Lakin yelləncək sürətlə qalxıb endikcə Veysin fikirlərində də elə bil eynilik artırdı (Ə
ƏBƏDİ – MÜVƏQQƏTİ Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur (M.Rzaquluzadə); Xalq müvəqqəti sükutu pozaraq dedi (M
ƏBƏDİLİK – MÜVƏQQƏTİLİK Əbədilik müvəqqətilikdən üstündür (“Qabusnamə”)
ƏBƏDİYYƏT – MÜVƏQQƏTİ Dünyaya bir dəfə gəlsə də insan; Yenə əbədiyyət onundur, fəqət (S.Rüstəm); Əziz bacı, müvəqqəti həyatımın əbədi yadigarı bu əksi
ƏBƏS – MƏNALI Ancaq əbəs yerə həyəcan keçirirdi (İ.Şıxlı); Uzun və mənalı bir sükut Kamranı tutmuşdu (Mir Cəlal)
ƏBLƏH – AĞILLI Bu zarafatın o əbləhə neçəyə oturacağını göstərirəm (S.Vəliyev); Sözdə hünərdən dəm vurmaq asandır, ancaq ağıllı adamlar quru sözə inan