KÜSKÜNLÜK – BARIŞIQLIQ Əkbəri bir uşaq küskünlüyü bürüdü (Mir Cəlal); Ailələr arasında barışıqlıq oldu (“Azərbaycan”)
KÜSMƏK – BARIŞMAQ Küsmək barışmağa yoldur (Ata. sözü)
KÜSÜLÜ – BARIŞIQLI Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü (Ata. sözü); Barışıqlı məsələsinin üstündən keçdilər (“Azərbaycan”)
KÜT – BACARIQLI Elə çıxırdı ki, Ramiz çox küt uşaqdır (M.İbrahimov); Əslində isə çox bacarıqlı və istiqanlı oğlandır (C
KÜTBAŞ – DÜŞÜNCƏLİ Müstəbiddir, cəlladdır, qaniçəndir, kütbaşdır (M.İbrahimov); Çox düşüncəli idi Lacivərd (S
KÜTBEYİN – ZEHİNLİ Sona kütbeyin yox, zehinli bir qız idi
KÜTLƏŞMƏK – KƏSƏRLƏŞMƏK Ayın arxasınca fikirləşərək; Nəhayət yorulur, kütlənir başı (S.Vurğun); Böyüdükcə onda dərsə həvəs artır, başı kəsərləşir
KÜTLƏVİ – FƏRDİ Tamaşalara fərdi və ya kütləvi şəkildə getmək olar
KÜYLÜ – SƏSSİZ Məclisimiz küylü keçdi. Gülarə çarpayının üstünə sərilib səssiz ağlamağa başladı (C.Məmmədov)
KÜYLÜLÜK – SƏSSİZLİK Bizim həyət o biri həyətlərdən küylülüyü ilə fərqlənir. Səssizlik içində, yol ayrıcında; Atın qulaqları şəkləndi birdən (H
QABA – ZƏRİF Çox uzun lağlağı, həm də qaba bir adam idi (M.Hüseyn); Məktubu oxuyarkən əlindən çıxardığı zərif yun əlcəkləri paltosunun cibinə soxdu (Ə
QABAQ – SONRA Məsələn, hər kəs su içməmişdən qabaq su içmək ehtiyacı duyur (M.İbrahimov); Pələngin dərisini soyub evə qayıdandan sonra qonşular başına
QABAQCA – ARXACA Mən qabaqca gedirəm, o da arxamca gəlirdi (S.Hüseyn). QABAQCA – DALINCA Özü qabaqca, mən isə dalınca getdim (M
QABAQCIL – MÜHAFİZƏKAR Qabaqcıl ziyalılarda bir ruh yüksəkliyi, coşqunluq, ümid hiss edilirdi (A.Şaiq); Öz əqidəsinə görə çox mühafizəkar adamdır (Ə
QABAQKI – SONRAKI İki gün qabaqkı əzab və əziyyət yenə də yadına düşdü (Ə.Vəliyev); Mən sonrakı günümüzü fikir eləyirəm, sən də kef axtarırsan
QABALAŞMAQ – ZƏRİFLƏŞMƏK Şaiqin rəftarı yoldaşlarına qarşı qabalaşmışdı. Zərifə böyüdükcə həm xasiyyətcə, həm də zahiri cəhətdən zərifləmişdir
QABALIQ – ZƏRİFLİK Qabalığı üstündə onu Anateli bir dəfə vəzifəsindən qovmaq istəyirdi (S.Vəliyev); Taqqıltının zərifliyindən duyuram ki, qadın barmaq
QABARIQ – YATIQ Sinəsi qabarıqdır, canlıdır biləkləri (S.Rüstəm); Onun sifəti bir qədər yatıqdır (“Jurnalist”)
QABARMA – ÇƏKİLMƏ Qərbi Avropanın şimal və qərb hissələrində böyük qabarma və çəkilmələr olur
QABARMAQ – ENMƏK Birdən sanki üfüq enir, torpaq qabarır; Qarşımızı kəsən, dağı bir əl qopardı (R.Rza)
QABARTMAQ – YATIRTMAQ At yalını qabarmış, quyruğunu dikəltmiş, gözlərini və ayaqlarını oynadırdı (S.Rəhimov); Şiraslan
QAÇARAQ – YAVAŞ-YAVAŞ Bərabərimə yetişincə çəpərin arxasından iki əlləri ilə boynu qucaqlayıb qaçaraq gözdən qeyb oldu (S
QAÇMAQ – DAYANMAQ O tələsik yerindən durub qapıya qaçdı (M.İbrahimov); Məni hərarət çulğaladı. Küçənin ortasında dayandım (S
QADA – SEVİNC Bənd oldu könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü (C
QADALI – FƏRƏHLİ A üzü qaralı, başı qadalı, xatınları, oğul-uşağı nə deyə dustaq etdin (M.Rzaquluzadə); Körpə uşaqların gələcəyi nurlu, fərəhli olacaq
QADIN – KİŞİ Ayrım qızı şişman bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi (A.Şaiq); İmanın olsun, ay kişi! Niyə bica söz danışı
QADINLIQ – KİŞİLİK Gəlinlər kişilik duyduqca səndə; Bir istilik keçdi gül dodaqlara (S.Vurğun); Gəlin tez uçuraq o daş qəfəsi; Gülsün qadınlığın ağlay
QADİR – BACARIQSIZ Min nemət yetirir vətən torpağı; Alqış, mərd, qabarlı, qadir əllərə! (Ə.Cəmil); Elə bacarıqsızdır ki, on saata işə sala bilməyəcək
QAXAC – YUMŞAQ Çörək gün altında quruyub qaxaca dönmüşdü (Ə.Əbülhəsən); Kəhər hələ kifayət qədər qurumamış yumşaq otu böyründən söküb yeyirdi (M
QAİB – ZÜHUR Ceyran söz anlar kimi sıçrayıb meşədə qaib olur (Çəmənzəminli); Gecmi, tezmi bilməm, amma həqq edər bir gün zühur (M
QAQQILDAŞMAQ – AĞLAŞMAQ Qaqqıldaşın, qoy yatanlar ayılsın (S.Rüstəm); Uşaqların ağlaşmağı kəndin kimsəsiz sükutunu pozdu (Ə
QALAQLAMAQ – DAĞITMAQ Bəziləri isə dizi üstə oturub yenicə gətirdikləri quru odunu qalaqlayırdılar (M
QALAMAQ – KEÇİRMƏK Fəcrin soyuq tonqalı yananda; Mən də tonqal qaladım gah dağda, gah aranda (Ə.Cəmil); İşığı keçirib yerinə girdi
QALDIRMAQ – DÜŞÜRMƏK Yeməyini yalqız yeyən, yükünü özü qaldırar (Ata. sözü); Dərbari-şahinin qapısında fərmanlar Yusif Sərracı atdan düşürdülər (M
QALXIQ – YATIQ Şinelinin qalxıq yaxasından üzü və çuxura düşmüş gözləri də güclə görünürdü (Ə.Əbülhəsən); Ay işığında onun yatıq üzü nurlandı (“Ulduz”
QALXMAQ – DÜŞMƏK Kərim dayı cəld yuxarı qalxdı (M.İbrahimov); – Yoxdur, xanım, yoxdur! – deyib cəld geri döndü və həyətə düşdü (M
QALIN – İNCƏ Qalın dodaqları gömgöy kəsilir; Canından istilik uçub əskilir (S.Vurğun); Gözəllərin gərək incə belləri; Qənddən, nabatdan şirin dilləri
QALINLAŞMAQ – SEYRƏLMƏK Yavaş-yavaş payız qışa çevrilir, bacaların tüstüsü qalınlaşırdı (M.İbrahimov); Sarıya çalan bığları seyrəlmişdi (S
QALINLIQ – İNCƏLİK Dərin dərənin içi ilə qumluq aşağı axan suyun yanlarını kağız qalınlığında buz tuturdu (S
QALMAQ – GETMƏK Şəhərdən gələn bütün təbliğatçılar, məsul işçilər onlarda qalarmışlar (S.Hüseyn); Vaqon çox sürətlə gedirdi (S
QALMAQAL – SAKİTLİK Toy evində düşmüş böyük qalmaqal (M.S.Ordubadi); Dərəqılınc bağlarına həzin bir sakitlik çökmüşdü (S
QALMAQALLI – SAKİT Qalmaqallı işlərlə işim yoxdur (“Ulduz”); Kənd qaranlıq və sakit idi (M.İbrahimov)
QAMƏTLİ – YÖNDƏMSİZ Rəşid... qamətli bir qızın ardınca düşüb heç yana baxmadan tələsik gedir, özünü ona yetirməyə çalışırdı (M
QANACAQLI – HƏYASIZ Mirzə Qulam qanacaqlı adama oxşayırdı (Mir Cəlal); Bu həyasız oğlunu gətir qulluğuna! (A
QANACAQSIZ – TƏRBİYƏLİ Dünyada tapılmaz mənə bənzər qanacaqsız; Bildir qoşunum batdı, qırıldı yanacaqsız (Ə
QANIQARA – ŞAD Dəniz buruğundan daha da qanıqara qayıtmış Qüdrət Laləni yuxudan oyatmadı (M.Hüseyn); Şad və mehriban yaşayırdı (M
QANIQARALIQ – NİKBİNLİK Yox, Qəmər, bir də Camala rast gəlsəm, qanıqaralıq olacaq (S.Rəhman); Bu nikbinlik, bu cəsarət, bu inam sonsuz ilham mənbəyi o
QANİÇƏN – RƏHMLİ Daşqəlbli qaniçən qazaqlar... zavallı işçiləri bacardıqca qılıncdan keçirirdilər (S
QANMAZ – NƏZAKƏTLİ Qanmaza yumruğunu düyünlə, sonra söz qandır (Ata. sözü); Deyir, Jeroma çox ağıllı, tərbiyəli, həm də nəzakətli qızdır (S
QANSIZ – RƏHMLİ Nə qansız adamsan, a kişi! (Mir Cəlal); Pəhləvan cüssəli bu adam çox rəhmli və xoşrəftardır (“Azərbaycan”)