Словарь антонимов азербайджанского языка

  • YER

    YER – GÖY Göydən bir damcı da düşmədi yerə; Yerdən sular coşdu, sellər oyandı (H.Hüseynzadə)

    Полностью »
  • YERİMƏK

    YERİMƏK – DAYANMAQ Bir qoşa köhnə paltar əynində; Yeriyir yolda torba çiynində (A.Səhhət); Külək yatır, qar dayanır, açılır səhər (S

    Полностью »
  • YERİŞ

    YERİŞ – DURUŞ Yeriş də, duruş da başqalaşıbdır; Yanaşıb əl verir görsə hər kimi (H.Hüseynzadə)

    Полностью »
  • YERİŞLİ

    YERİŞLİ – DURUŞLU Ceyran yerişli yarın; Ağ buxaqda xalı var (Bayatı); Başıaçıq, sakit duruşlu, bahar geyimli rus, sanki onun özünə gülürdü (Mir Cəlal)

    Полностью »
  • YERSİZ

    YERSİZ – MÜNASİB Ramizin yersiz sözü müəllimi lap haldan çıxardı (M.İbrahimov); Neyləyim, münasib bildiyim budur; Yazmasam da özün hiss edəcəksən

    Полностью »
  • YETİM

    YETİM – ATA-ANALI Xeyir, mən bədbəxt təkcə, yetim böyümüşəm (C.Əmirov); Uşaq ata-analı böyüyür

    Полностью »
  • YETKİN

    YETKİN – XAM Çıxma ərik ağacına, bihudə, dilbərim; Yen gəl aşağı, nə yetkini var, nə xamı var (M.Möcüz)

    Полностью »
  • YEYİN

    YEYİN – YAVAŞ Durun bir nəfəsimi dərim. Yeyin gəlmişəm (C.Cabbarlı); Yavaş get, yıxılıb əlindəkini sındırarsan

    Полностью »
  • YEYİNLƏMƏK

    YEYİNLƏMƏK – YAVAŞIMAQ Səlim gələn tərəfdən dalbadal üç güllə atıldı. Kəşfiyyatçılar yeyinlədilər (Mir Cəlal); Budur zurna yavaşıdı (Çəmənzəminli)

    Полностью »
  • YEYİNLİK

    YEYİNLİK – YAVAŞLIQ Təkər yuxarıya ağır-ağır çıxır, enişə fırlananda yeyinliyində qabağında durmaq olmur (S

    Полностью »
  • YEZİD

    YEZİD – RƏHMLİ Bunun yanında yezid adam nə qələt eləyir (S.Vəliyev); Rəhmli adamsan, yolunda can qurban

    Полностью »
  • YƏQİN

    YƏQİN – ŞÜBHƏ Bəllidir yerimiz yəqin divana (H.K.Sanılı); Sənin davranışın məndə şübhə yaradır (“Azərbaycan”)

    Полностью »
  • YƏQİNLİK

    YƏQİNLİK – ŞÜBHƏLİLİK Bəs elə isə, bir balaca üzünü göstər ki, yəqinlik hasil olsun (Ü.Hacıbəyov); Şübhəliliyim daha da artdı

    Полностью »
  • YIĞINTI

    YIĞINTI – DAĞINTI Əjdər bir az da uzaqlaşmalı, kənardan, daş və qum yığıntılarının arası ilə getməli oldu (S

    Полностью »
  • YIĞMAQ

    YIĞMAQ – BİÇMƏK Biçin də, yığın da əldən çıxdı (Mir Cəlal). YIĞMAQ – DAĞITMAQ Allah onu yığmağa yox, dağıtmağa yaratmışdı (M

    Полностью »
  • YIĞNAQ

    YIĞNAQ – DAĞINIQ Gündə bir qapıya salırlar yığnaq (Q.Zakir); Qədir atın üstündə dağınıq saçlı Qumrunu qucaqladı (Mir Cəlal)

    Полностью »
  • YIXMAQ

    YIXMAQ – QALDIRMAQ Uşağı vurub yerə yıxdılar (“Ulduz”); Gərək siz qolundan tutub qaldırasınız (Mir Cəlal)

    Полностью »
  • YIRTICI

    YIRTICI – MƏDƏNİ Rəzil düşmən yaralanmış; Yırtıcı bir canavardır (S.Vurğun); Onlar istəyir ki, biz də qabağa gedək, mədəni xalqlar cərgəsinə çıxaq (M

    Полностью »
  • YIRTIQ

    YIRTIQ – TƏZƏ Aslanın köhnə, yırtıq çəkməsi təzə paltarına yaraşmırdı (S.Vəliyev); Təzə ayaqqabısını geyinib getdi (“Ulduz”)

    Полностью »
  • YOĞUN

    YOĞUN – ARIQ Arabaçı yoğun bir kişi idi (Ə.Əbülhəsən); Onun o mehriban kənd qızının arıq, düz, millər kimi cəlb edən barmaqlarını aşkar görürdü (Mir C

    Полностью »
  • YOĞUNLAŞMAQ

    YOĞUNLAŞMAQ – NAZİKLƏŞMƏK Səsi bir az yoğunlaşmışdı (S.Vəliyev); Səsi nəsə nazikləşib

    Полностью »
  • YOX

    YOX – BƏLİ Almaz mənim deyilsə, səninmi olmalıdır? Yox (C.Cabbarlı); Qüdrət İsmayılzadəni tanıyırsanmı? – Bəli (M

    Полностью »
  • YOXSUL

    YOXSUL – KALAN Çox yoxsulu qoparmış; Zalımın pəncəsindən (A.Şaiq); – Həri, özü də kalandır (C.Əmirov)

    Полностью »
  • YOXSULLAŞMAQ

    YOXSULLAŞMAQ – VARLANMAQ Şamaxı bazarı zəngin bazardır; Əfsus, yoxsullaşır get-gedə bir az (M.Rahim); Baloğlan müvəqqəti olaraq varlanmaq fikrindən əl

    Полностью »
  • YOXSULLUQ

    YOXSULLUQ – VARLILIQ Varlılığa tələsən, yoxsulluğa tez düşər (Ata. sözü)

    Полностью »
  • YOXUŞ

    YOXUŞ – ENİŞ Enişi, yoxuşu, düzü bir olub; Məramı, məqsədi, üzü bir olub (H.Hüseynzadə)

    Полностью »
  • YOXUŞLU

    YOXUŞLU – ENİŞLİ Enişli, yoxuşlu bu yollarda bax! Varmı topuq salıb büdrəməyən kəs (H.Hüseynzadə)

    Полностью »
  • YOXUŞLUQ

    YOXUŞLUQ – ENİŞLİK Yolun enişliyi və ya yoxuşluğu yox, sənin hərəkətin məni cana gətirdi (“Ulduz”)

    Полностью »
  • YOXUŞSUZ

    YOXUŞSUZ – ENİŞSİZ Yeri uşaqlarla gəz, dolan bir az; Bu dünya enişsiz, yoxuşsuz olmaz (Z.Xəlil)

    Полностью »
  • YORULMAQ

    YORULMAQ – DİNCƏLMƏK Zəhmət çəkibsən, yorulubsan, get rahat ol (Ə.Haqverdiyev); Bir az yatıb dincəlmək istəyirəm (C

    Полностью »
  • YÖN

    YÖN – ARXA Gah yönümü çevirirəm Şirvana; Gah üz tutub Gürcüstana ağlaram (Molla Cümə); Arxa cərgədən başıaçıq bir adam qışqırırdı (Mir Cəlal)

    Полностью »
  • YÖNDƏMSİZ

    YÖNDƏMSİZ – BİÇİMLİ Kobud sifəti, yöndəmsiz bədəni vardı (S.Rəhman); Gözəl biçimli paltarlar vardı. YÖNDƏMSİZ – MÜTƏNASİB Nə yöndəmsiz adamdır (A

    Полностью »
  • YUBANMAQ

    YUBANMAQ – TƏLƏSMƏK – Oğlum niyə belə yubanmısan? (S.Vəliyev); ...Məclisimizin bitməsinə tələsirdim (Mir Cəlal)

    Полностью »
  • YUXA

    YUXA – QALIN Hava da bərk dolub, yağacaq. Əynin də yuxadır (S.Rəhimov); Əynim qalındır, üşümürəm (“Ulduz”)

    Полностью »
  • YUXULAMAQ

    YUXULAMAQ – AYILMAQ Uşaqları araba beşik kimi silkələyib yorduğundan tez yuxuladılar (İ.Şıxlı); Ayılın, dostunuzu, düşməninizi tanıyın! (M

    Полностью »
  • YUXULU

    YUXULU – AYIQ Bir gün hər ikisi yuxulu gözlərini açdı (A.Şaiq); Lakin hər ayıq və zirək adamı ağıllı hesab etmək olmaz (M

    Полностью »
  • YUXULULUQ

    YUXULULUQ – AYIQLIQ Axırda özünü yuxuluğa vurdu (T.Kazımov); Yarı huş və yarı ayıqlıq aləmində ona [Azadiyə] elə gəlirdi ki, qurtarmaq bilməyən bir ça

    Полностью »
  • YUMRU

    YUMRU – YASTI Balaca, yumru və sürüşkən daşlar ayağı qıdıqlayırdı (İ.Şıxlı); Çayın yastı daşlarını seçib bir tərəfə yığdı (“Ulduz”)

    Полностью »
  • YUMŞAQ

    YUMŞAQ – BƏRK Arabanın içi geniş və yumşaq idi (İ.Şıxlı); İnsan daşdan bərk, güldən nazikdir (Ata. sözü)

    Полностью »
  • YUMŞAQLIQ

    YUMŞAQLIQ – BƏRKLİK Mən Toğanbəyin bu kişiliyindən və qəlbi yumşaqlığından nəhayət dərəcədə şadlandım (M

    Полностью »
  • YUMUQ

    YUMUQ – AÇIQ Yumuq gözlərini aç da, bir oyan; İndi zaman başqa zamandır, ana! (S.Vurğun); Yoxsa üzü açıq görmüsən? (Mir Cəlal)

    Полностью »
  • YÜKLÜ

    YÜKLÜ – BOŞ Kişi əlində çomaq; Sürür yüklü öküzü (A.Səhhət); Starşina boş patron yeşiyinin üstündə oturub (Y

    Полностью »
  • YÜKSƏK

    YÜKSƏK – ALÇAQ Yolun üst tərəfində, yüksək qayaların döşündə... şam ağacları görünürdü (S.Şamilov); Qədirin vay xəbəri çoxdan alçaq daxmanı titrətmişd

    Полностью »
  • YÜKSƏLİŞ

    YÜKSƏLİŞ – ENİŞ İndi bizimlə söhbət zamanı o, yüksəlişlər və gözlənilməz enişlərdən ibarət olan az qala bir əsrlik həyat tarixçəsinin bu səhifəsinə də

    Полностью »
  • YÜKSƏLMƏK

    YÜKSƏLMƏK – ENMƏK Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərin yeddi qatına (S.Vurğun); Təpənin dibindən bulağın üstünə endim, əl və üzümü yuyub

    Полностью »
  • YÜNGÜL

    YÜNGÜL – AĞIR Yükün yüngülü mənzilə tez yetişər (Ata. sözü); Yük ağır – qüvvət az (Ata. sözü). YÜNGÜL – CİDDİ Onu söyləməyə gəlmişəm sizə; Yüngül görü

    Полностью »
  • YÜYÜRMƏK

    YÜYÜRMƏK – DAYANMAQ Küçədən bir çocuq yüyürdü evə (M.Ə.Sabir); Qapının ağzında dayandı, marş verib yerlərinə qayıtdı (Mir Cəlal)

    Полностью »
  • ZABİTƏLİ

    ZABİTƏLİ – YUMŞAQ Qız da nə isə başqa milis işçilərindən bir az seçilən bu zabitəli oğlana baxıb gülümsündü (H

    Полностью »
  • ZAHİD

    ZAHİD – RİND İstəyir cənnəti zahid bu qədər hiylə ilə; Əbləhin fikrini gör, dildə təmənnasına bax (S

    Полностью »
  • ZAHİDLİK

    ZAHİDLİK – RİNDLİK Heç birimiz müqəddəslik və zahidlik iddiası etmirik (M.F.Axundzadə); Gəl sən rindlikdən əl çək

    Полностью »