Диалектологический словарь азербайджанского языка.

  • BEKDANƏ

    (Ordubad) heyva toxumu. – Boğazım ağrıyır, bekdanə suyi içəcəm

    Полностью »
  • BEKÜNT

    (Cəbrayıl) yöndəmsiz

    Полностью »
  • BEKÜT

    (Cəbrayıl) bax bekünt

    Полностью »
  • BEQAM

    (Gədəbəy) üzsüz süd. – Beqamın özü nədi ki, qatığı da nə ola; – Beqamnan yaxşı kəsmix’ olur

    Полностью »
  • BEQURB

    (Lerik) hörmətsiz. – Xasyətinən özün bequrb eliyib

    Полностью »
  • BELBİ

    (Şəki) çəltik küləşi. – Belbi sirkəliyif beş put, altı put çəltix’ gətirənnər var

    Полностью »
  • BELÇƏ

    (Zəngibasar) xəkəndaz. – Belçəni gəti zibili yığ

    Полностью »
  • BELİBAĞLI

    (Bərdə, Qazax, Şəmkir) belində qurşağa bənzər zolaq olan yırtıcı quş. – Belibağlı meşədə çox olur (Bərdə); – Qartal deyif kin, belibağlı olmaseydi, ye

    Полностью »
  • BELİDONQAR

    (Zəngilan) qozbel. – Qara belidonqardı anadan gəlmə

    Полностью »
  • BELİQURU

    (Oğuz, Şəki) məc. tənbəl

    Полностью »
  • BELİQUZDU

    (Ağcabəd, Ağdam, Bərdə, Şuşa, Tərtər, Zəngilan) qozbel. – Yazıx beliquzdudu dayna, şikəsdi (Ağdam); – Beliquzdu adam həməşə büküx’ gedir (Tərtər)

    Полностью »
  • BELİTƏX’NƏLİ

    (Zəngilan) qozbel. – O, uşaxlıxdan həylədi – belitəx’nəlidi

    Полностью »
  • BELKAN

    (Şamaxı) bel. – Eldar belkannan ağacın dibini boşaldardı

    Полностью »
  • BELKƏLLƏSİ

    (Oğuz) oyun adı

    Полностью »
  • BELLƏTMƏK

    (Ucar) göstərmək. – Mən sənin şəkilu: Həsənə də bellətdim

    Полностью »
  • BELLİK

    (Cənubi Azərbaycan) bir qədər, məlum ölçudə su. – Arxda on bellik su var

    Полностью »
  • BELTƏ

    (İmişli) bel. – Beltəni mana görüm

    Полностью »
  • BELVİ

    (Şəki) bax belbi

    Полностью »
  • BERƏ

    (İmişli) qoyunların sağıldığı yer. – Sürünü berəyə gətirdilər Berə gezdirmeg (Bakı) – suvarmaq, əkin yerinə su vermək

    Полностью »
  • BERÖYİŞ

    (Lerik) çirkin, eybəcər. – Bu uşağ beröyişin biridü

    Полностью »
  • BERUNNU

    (Qazax) dəli, gicbəsər. – Öyü yıxılmışın oğlu pütün berunnudu

    Полностью »
  • BERVƏT

    (Xanlar) yaramaz. – Mən nə bilim bervət məni şərriyir

    Полностью »
  • BEŞ

    I (İsmayıllı, Dərbənd, Şamaxı) çırpı, ağacın nazik budaqları. – Get, iki şələ beş gətir (İsmayıllı); – Beş gitidüm meşədən mən də (Dərbənd) II (Tovuz)

    Полностью »
  • BEŞDAŞ

    (Ağdam, Bakı, Bərdə, Kürdəmir, Şamaxı, Şuşa, Zəngilan) beş xırda daşla oynanılan uşaq oyunu adı. – Beşdaş oynemegdən bormağımuzun başı yara olıb (Bakı

    Полностью »
  • BEŞDƏMƏX’

    (Qazax) kef çəkmək, gəzmək. – Gözəl beşde:r indi kətdə

    Полностью »
  • BEŞƏHLƏT

    (Şərur) yaraşıqsız

    Полностью »
  • BEŞƏNCƏRƏ

    (Ağsu) zarafatcıl, lağlağıçı. – Nə beşəncərə adamsan elə hamıya gülürsən

    Полностью »
  • BEŞİKKƏRTMƏ

    (Bolnisi, Qax, Qazax, Lənkəran, Mingəçevir) valideynlər tərəfindən körpə uşaqları adaxlama, ad eləmə

    Полностью »
  • BEŞYEK ELƏMƏX’

    (Şərur) yerbəyer etmək, səliqə ilə bir yerə yığmaq. – Hə:tdən yığılan meyvələri beşyek elədix’

    Полностью »
  • BET

    (Balakən) heç olmazsa. – Sən bet bizə gəl; – Bu günlərdə qardaşım bet gəlseydi, nə yaxşı olardı

    Полностью »
  • BETARAF

    (Qazax) xarab ◊ Betaraf olmax (Qazax) – tələf olmaq, xarab olmaq, yararsız hala düşmək. – Taxıl betaraf oluf, hamısını yeyiv, əyaxleyif comuşdar

    Полностью »
  • BETSƏ

    (Zəngibasar) kimi. – Gələn betsə pulu verdi, heyvanı aldı

    Полностью »
  • BEVA

    (Füzuli) tənbəl, bacarıqsız. – Belə beva uşaq olmaz, ay canım

    Полностью »
  • BEVAY

    (Əli Bayramlı) bax beva

    Полностью »
  • BEYBƏL

    (Salyan) 1. ağılsız, dəli 2. avara

    Полностью »
  • BEYBUT

    (Bakı, Şəki) qatlanmayan iri bıçaq. – Beybutu yerə qoy, elini keser (Şəki); – Ləzgi Ramazan mənə şirmeyi dəsdə bir beybut bağışdamışdı (Bakı)

    Полностью »
  • BEYFARA

    (Qazax) xeyirsiz, boş yerə. – Taxılları niyə sulame:llar, su beyfara axer

    Полностью »
  • BEYXUD

    (Borçalı) bıçaq

    Полностью »
  • BEYİL

    (Quba) bel. – Beylim bərk ağrıtadu, bilmiyədəm nə ulub

    Полностью »
  • BEYİTDƏŞMƏX’

    (Cəbrayıl, Kürdəmir, Şuşa) deyişmək, mübahisə etmək. – Mənnən burda oturuf beyitdəşməx’dənsə, gedif yeri qazsana (Kürdəmir); – Ə:, az beyitdəş mənnən,

    Полностью »
  • BEYQAFIL

    (Ağdam) birdən, qəfildən. – Beyqafıl içəri girdi

    Полностью »
  • BEYOSAN

    beyosan olmax: (Qazax) xarab olmaq, yararsız hala düşmək. – Yağınnıx başdadı, taxıl xırmanda beyosan oldu

    Полностью »
  • BEYPUT

    (Bolnisi) bax beybut

    Полностью »
  • BEYŞƏR

    (Qax, Zaqatala) avara

    Полностью »
  • BEYŞÖLƏT

    (Ordubad) çirkin, yaraşıqsız

    Полностью »
  • BEYTAŞ

    (Naxçıvan) yiyəsiz, sahibsiz. – Bizim kəntdə beytaş ev yoxdu ◊ Beytaşa qalmax (Qazax, Tovuz) – sahibsiz qalmaq, mirasa qalmaq

    Полностью »
  • BEYTİN

    (Ağdam, Bərdə, Çənbərək, İmişli, Qazax, Quba, Salyan, Şəki, Şuşa, Yevlax) 1. işsiz, avara. – Kişi, beytin dayanma, işə əl ver (İmişli); – Ə, niyə beyt

    Полностью »
  • BEYTİN-BEYTİN

    (Şamaxı, Şuşa) boşboş, avara-avara. – Bu arada nə beytin-beytin gəzirsən (Şamaxı); – Axşamatan beytinbeytin dolanır, heş bir işdən yapışmır (Şuşa)

    Полностью »
  • BEYTİNƏ

    (Şərur) hər, adi. – Beytinə işə başı: soxma

    Полностью »
  • BEYTÜN

    (Bakı) bax beytin (1-ci məna). – Qabağ beytün yərdü, burax çıxsun gəzsün heyvannari, u yərdə otdasun

    Полностью »