is. [ər.] Hay-küy, qalmaqal, həyəcan. Bu sayaq həl-hələylə (z.) bir anda; Gəldi çatdı o vahəyə karvan
is. [ər.] Ölmə, məhv olma, ölüm, məhv, tələf. Şah xoşhal olub buyurdu ki: – Razıyam onun həlakına, sabah bu tədbir tamam və kamal icra olunacaqdır
“Əlbəttə” sözünün danışıqda işlənən forması. Həlbəttə, gələcəyəm. – [Xoca Əziz:] Həlbəttə ki, sən bilirsən; Dərdimi pünhan, ay həkim! “Məsum”
zərf 1. İnkar cümlələrində gözlənilən bir işin vaxtında baş vermədiyini, gecikmiş olduğunu bildirir – hələ də
zərf Səbəbsiz, niyyətsiz, ciddi məqsəd olmadan. Şəfiqə sözünü deməyib, cavab verdi ki, heç, əzizim, bir şey olmayıb, hələ-belə yanına gəlmişəm
zərf dan. Mütləq, hökmən, qəti, necə olur olsun. Hələ-həlbət onu bu gün görməliyəm. Hələ-həlbət saat beşdə bizdə ol
bax hələm-hələm. Bu işi hələ-hələ adam bacarmaz. – [Rüstəm kişi:] Yox, Yarməmməd, Qara Kərəmoğlunu sən o qədər də zəif bilmə
1. zərf Bir müddət, bir qədər, bir müddətə qədər. Hələlik burada otur. Hələlik gözləməli olacaqsan. Hələlik bunu özündə saxla
dan. sif. Hər hansı, hər bir. [Molla deyir:] O, hələm-hələm adamların gözünə görünməz. “M.N.lətif.” Çünki Mina xanımı təsvir etmək hələm-hələm adamın
sif. [ər.] 1. Xasiyyətcə, təbiətcə yumşaq (adam haqqında). Həlim adam. – Məkrli qadındı, gülçöhrə qızdı; Həlimdi, kövrəkdi, sərtdi, quduzdu… M
is. [ər.] İçərisində düyü və s. qaynadılması nəticəsində hasil olan qəliz su. Süzülmüş düyünün üstünə ilıq su gəzdirməklə onu yuyurlar ki, həlimi gets
[ər. həlim və fars. …anə] bax həlimliklə (“həlimlik”də)
is. Tamamilə həll olub həlməşik hala gələnədək suda bişirilən ət və buğdadan ibarət, adətən səhər tezdən yeyilən horra
“Həlimləşmək”dən f.is
f. Həlim olmaq, yumşalmaq (xasiyyətcə, rəftarca) (bax həlim1). Nəhayət, xan həlimləşməyə başladı, Sənəm xanımın da iztirablarını azaldıb, onu ağır bir
is. 1. Yumşaqlıq (xasiyyətcə, təbiətcə). Cahıllıqda həlimlik, qocalıqda səlimlik. (Ata. sözü). 2. Həlimliklə şəklində zərf – yumşaqlıqla, mülayimliklə
bax halqa. Yüz həlqə edib zülfipərişanını çin-çin; Hər həlqə ilə boynuma bir silsilə saldın. Qövsi. Həlqə get-gedə sıxılırdı
[ər.] klas. bax halqavari
is. [ər.] 1. Ətraflı fikirləşib düşündükdən sonra çətin və ya dolaşıq bir məsələ haqqında bu və ya digər nəticəyə, qərara gəlmə, ona cavab tapma
[ər.] 1. is. xüs. Bir cismin və ya mayenin suda və ya başqa maye içərisində öz tərkibini pozub onunla qarışması, onun içində əriməsi
is. [ər.] Pambıqatan, yunatan (usta). Sən ac, mən ac, qonşu həllac. (Ata. sozü). Yunatan həllaclar burada dolanar, həftələrlə bir güzəranlı alaçıqda m
is. Pambıqatma, yunatma sənəti
sif. Bir şeyin inkişafını, gələcəyini təmin edən, həll edən. Həlledici amil. Həlledici mərhələ. // Başlıca, ümdə, əsas, ən mühüm
sif. xüs. Başqa maddəni içərisində həll edən, əridən. Kolbanı cizgiyə qədər həlledici maye ilə dəqiq surətdə doldurduqdan sonra cizgidən yuxarıda qala
sif. dan. 1. Cüvəllağı, fırıldaq, haramzadə, cəncəl. [Xan Kazıma:] Ay gədə, sən çox həlləm-qəlləm adama oxşayırsan, … xatanı məndən sov
“Həllənmək”dən f.is
f. Nəşələnmək, xoşlanmaq, xoşallanmaq. İsti qum mənə ipək yataq kimi gəldi, uzandım, həllənməyə başladım
sif. Başqa maddələr içində həll olmayan, əriməyən
sif. Həll oluna bilməyən, yaxud həlli çox çətin olan. Həllolunmaz məsələ. – Sanki Şirzadı, yaxud Salmanı seçmək [Pərşan] üçün həllolunmaz bir müşkülə
sif. Horra halında olan, qatı, qəliz. Həlməşik kütlə. – İsti su götürdükdə nişasta yapışqanlaşaraq həlməşik təbəqə əmələ gətirir
[fars.] Mürəkkəb sözlərin əvvəlinə gətirilərək şəriklik, birgəlik, qarşılıq mənasını bildirən sifət və isimlər düzəldilir; məs
bağl. [fars.] 1. Üstəlik, dəxi, …da (də). Fələk, bari cəfalar eyləyib, sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq
zərf [fars.] Bir-birini qucaqlamış halda, qucaqlaşaraq. □ Həmağuş olmaq – bir-birini qucaqlamaq, qucaqlaşmaq
sif. və zərf [fars.] Birbirinə uyan, uyğun (səslər, rənglər və s. haqqında). Həmahəng səslər. – …Oynayanlar kütləsinin həmahəng hərəkəti ilə [Mirzağa]
is. [ər.] 1. Qılınc, tapança və s. silah asmaq üçün çiyindən aşırılan qayış; çiyin qayışı. Misri qılınc həmaildi belində; Geyər hər vaxt al-qumaşı Kor
bax haman
sif. və zərf [fars.] Səsləri birbirinə uyğun; həmahəng. □ Həmavaz olmaq – səs-səsə vermək. Gah eyləyibən sürudlər saz; Bülbüllərə oldular həmavaz
is. Səslər arasında uyğunluq, ahəng; həmahənglik
sif. [fars.] dan. Bir-birinə uyğun, münasib, bab. // məc. Sevgili, məhbubə. Könlümün sevdiyi gözəl həmbabı; Zülfləri bənd edib on dörd kitabı
is. [fars. həm və ər. cins] 1. Bir cinsdən olan, cinsi bir olan; eynicinsli. Həmcins heyvanlar. 2. Bir cinsə, bir qövmə mənsub olan, eyni cinsdən, eyn
is. Bir cinsdən olma
sif. Çəkisi bir olan, eyni ağırlıqda, çəkidə olan
bağl. [fars.] 1. Habelə, …da (…də), həm, həm də. Usta Zeynal həmçinin bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı
is. [ər.] din. Şükür, təşəkkür, minnətdarlıq. İşimiz boş danışıq, həmdü sənadır, demədim? Ay baba, işlərimiz xeyli fənadır, demədim? C
is. [ər.] din. Allaha səna və təşəkkür, minnətdarlıq, razılıq. [Dərviş Ruqiyyəyə:] Bunların hamısının əvəzində Allah səni yetirdi və mən də “bəsdi” de
is. [fars.] Yaxın yoldaş, yaxın dost, sirdaş. Hardasız, ey şad keçən dəmlərim; Hardasız, ey sevgili həmdəmlərim? A
is. Yaxın yoldaşlıq, sirdaşlıq, yaxın dostluq, çox yaxınlıq. Həmdəmliyim ilə ar qılma; Məndən nifrəti şüar qılma
is. [fars.] Dərdləri bir olan adamlardan hər biri, birilə bir dərddə olan. [Leyla xanım:] Həmdərdik, qardaş, qorxma, sözünü de… N
is. [fars. həm və ər. dərs] Bir sinifdə və ya bir yerdə oxuyan
is. [fars. həm və ər. din] Eyni dinə mənsub adamlardan hər biri; dindaş