is. Salnamə yazan şəxs
əcz. Bağırsaqları və sidik yollarını dezinfeksiya etmək üçün ağ rəngli kristallik maddə (dərman)
[fr.] 1. Qonaqlar üçün qəbul otağı. [Firəng səyyahı:] Bizi neçə otaqdan keçirib bir salonda əyləşdirdilər
is. [ital.] Akrobatika və idman gimnastikasında xüsusi hərəkət növü; mayallaq, mayallaq aşma
is. [lat.] Qədim Romada xüsusi şəxslərə icarəyə verilən meşə, otlaq və s. torpaq sahələri
is. Oğuzların 24 tayfasından biri
[fr. salut – salamlama] Şanlı bir hadisə, yaxud görkəmli bir şəxsin şərəfinə hörmət əlaməti olaraq tüfəngdən və ya topdan atəş açmaq, əlvan fişənglər
bax səmum. Bəlkə bu gəlişdən sonra qızın həyat çəməninə sam yeli əsməyəcək, …xüsusən Hidayətə açılması müşkül olan dərdi daha qövr etməyəcəkdi? B
is. Taxıl döyüldükdən və təmizləndikdən sonra qalan çöpşəkilli hissəciklər, xırda-xırda doğranmış küləş
is. [fars.] Var, dövlət, sərvət, malmülk. Fəqət zəhmət onun, saman sənindir! Söyüş, şallaq onun, vicdan sənindir
sif. Saman rəngində, sarıyaçalar, sarı. Samanı parça
“Samanlamaq”dan f.is
f. 1. Saman qatmaq, saman vurmaq, saman tökmək. Palçığı samanlamaq. 2. Heyvana saman vermək. Atı samanlamaq
sif. 1. Saman qarışdırılmış, saman qatılmış. Samanlı kərpic. Samanlı palçıq. 2. Samana batmış, samana bulaşmış
is. 1. Saman yığılan yer, saman saxlamaq üçün anbar, yer. Axund məhərrəmin 8-ci günü uzun bir samanlıqda təziyə büsatını qurmuş və bir sınıq sandığı m
idm. [rus. “самозащита без оружия” söz. ixtisarı] Güləş zamanı şiddətli ağrılara yol verən idman güləşmə üsulu
is. Sambonu yaxşı bilən. Gözəl samboçu
is. Boyunduruğun hər iki ucundakı qoşa deşiklərə salınan nazik ağac. [Salman əmi] arabaçının samı qayırmaq üçün ağac axtardığını bilib sakit oldu
bax semitlər
is. dilç. Səs axınının ağızda bu və ya başqa üzvün maneəsinə rast gəlməsi ilə tələffüz edilən səs
sif. [ər.] Səssiz, sakit, dinməz, sakitcə. Qanlıtəpə əhli sakit və samit dərin yuxuda idi. S.M.Qənizadə
is. [ing.] Dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantısı
cəm Bir sıra qohum şimal xalqlarının (nenlərin, selkupların və başqalarının) ümumi adı
is. [rus.] İçi kömürlə doldurulan odluğu olan çay üçün su qaynadılan metal cihaz. Ağ samovar. Armudu samovar
cəm Samodi xalqlarının köhnə adı
is. zool. Dələlər sinfindən boz rəngli qiymətli xəzi olan yırtıcı heyvan. Sibir samuru. Samur dərisi
[yap.] Feodal Yaponiyasında: imtiyazlı hərbi zadəgan silkinə mənsub adam, habelə, ümumiyyətlə, hərbi, cəsur döyüşçü
is. [fars.] 1. Şöhrət, nüfuz, hörmət, şan-şərəf (adətən ad-san şəklində işlənir). 2. bax say 1 və 2-ci mənalarda
“Sanamaq”dan f.is
dan. bax saymaq 1 və 2-ci mənalarda. Muzdur … sonra pulları sanayıb gördü ki, altmış doqquz min manat puldur
is. Böyük Qafqaz dağlarının cənub ətəklərində yaşamış tayfa
bağl. Guya, sanki, elə bil. Yadıma hər bir düşəndə ol siyah kirpiklərin; Sanasan ki, sancılar bağrıma peykan, alaram
is. [lat. sanare – müalicə etmək] Xəstələr üçün xüsusi rejimi olan və müxtəlif müalicə üsulları (hava, mədən suları, palçıq və s
is. Çəki, ağırlıq, vəzn
“Sanballamaq”dan f.is
f. 1. Bir şeyi əlinə götürərək ağırlığını, vəznini təxmini şəkildə yoxlamaq. Kisəni sanballamaq. Qutunu sanballamaq
sif. 1. Ağır, bərk, möhkəm, qurs. Daş balaca idi, amma çox ağır, çox da sanballı idi. “Koroğlu”. Dəmir qapıların sanballı qıfılları zırınqıltı ilə açı
bax sancaqvari
is. 1. Kağız vərəqlərini və s.-ni bir-birinə bəndləmək üçün dəmirdən qayrılmış ucu iti dəftərxana gərəyi
“Sancaqlamaq”dan f.is
f. Sancaqla bənd etmək, sancaqla bərkitmək. Kağızları sancaqlamaq. Yaxasını sancaqlamaq. – [Firəngiz] saçlarını bütöv geriyə daradı, yumrulayıb sancaq
sif. Sancaq formasında, sancaq kimi, sancağaoxşar
is. Bədənin hər hansı bir yerində, əsasən qarın boşluğunda, böyürdə baş verən kəskin ağrı. Sancısı keçmək
“Sancılanmaq”dan f.is
f. Qarnından sancı tutmaq, bərk ağrı tutmaq. Soyuqdəymədən sancılanmaq. – Gər dəysə soyuq, sancılanıb olsa da bimar; Hökm et, gələ cindar
sif. 1. Sancı tutmuş, sancılanmış. 2. Sancılmış halda olan, batırılmış vəziyyətdə olan. 3. Keçirilmiş, taxılmış, bənd edilmiş
“Sancılmaq”dan f.is
məch. 1. Batırılmaq, qaxılmaq. Külünglər torpağa sancıldı. Ə.Vəliyev. 2. Taxılmaq, asılmaq, bənd edilmək, keçirilmək
f.sif. 1. Batırılmış, qaxılmış. Yüz, yüz iyirmi addım uzaqda əl ilə sancılmış kimi, ağaca oxşayan yoluq bir şey seçilirdi