təql. Pişiyi çağırmaq üçün çıxarılan səs. Nə qədər piş-piş elədim, pişik gəlmədi
is. [fars.] mus. Muğamatda çalınan müqəddimə. Segah pişdəramədi
is. [fars. piş və ər. xidmət] köhn. Ev xidmətçisi, qulluqçu, nökər. Yeni qonaqlar oturan kimi pişxidmət hazır oldu
is. köhn. Padşahların, hökmdarların sarayında baş xidmətçi. Bu vaxt pişxidmətbaşı salona girib, aram addımlarla şaha yaxınlaşdı
is. Pələng, şir və s.-nin də daxil olduğu fəsiləyə mənsub (vəhşi növləri də olan) məməli ev heyvanı. Pişik öz balasını istədiyindən yeyər
is. Pişikləri çox sevən, çoxlu pişik saxlayan adam
is. bot. Kökündən dərman hazırlanan ot bitkisi; valeryan. Pişikotu preparatları
zərf Mehribanlıqla, oxşaya-oxşaya, acıqlandırmadan, dilə tutaraq. Mahmud pişim-pişimlə ürgəni yedəkləyib, yenə bulağın qırağına gətirəndə Minarə nə üç
is. [fars.] din. Məsciddə namaz qılanların qabağında duraraq namaz mərasimini idarə edən ruhani. Sonra [molla] qabağında duran pişnamaza bir kəllə vur
is. bot. 1. Tərkibində “C” vitamini olan, toxumlarının hər iki tərəfi seyrək tüklərlə örtülü birillik ot-bitki
məh. [fars. pişrəst] sif. Tezyetişən, tezdəyən. Pişraz üzüm. Pişraz tut
sif. [fars.] köhn. İrəlidə gedən, öndə olan, qabaqcıl
is. [fars.] Mağazada, dükanda satıcı ilə alıcını bir-birindən ayıran, üstündə mal göstərilən və buraxılan, qabaq tərəfi bağlı uzun stol
is. dan. köhn. Tapança. [Əsgər:] Çıxardın piştovları, hazır olun! Ü.Hacıbəyov. Mən ömrümdə bir dəfə də pişto atmamışam
is. [fars.] Gələn adamı qarşılama, qabağına çıxma. Hədiyyə də pişvaza gələnlər içərisində idi. Mir Cəlal
is. Hər adam üçün ayrı-ayrı güvəclərdə bişirilən bozbaş. Piti bişirmək. – [Ümid:] [Hətəmovun] yağlı pitisi olmasa, canı dinclik tapmaz
is. köhn. 1. Yazı, kitab, sənəd. 2. Yazılmış dua, yazılı dua, ümumiyyətlə dua. [Kəndli:] Sən Allah, buna bir duadan, pitikdən yaz
is. [rus. пиво] Arpa səmənisindən hazırlanan azspirtli köpüklü içki. Pivə mayası. Mayaotu pivəyə xarakterik və acıtəhər dad verir
is. [rus. пиво və fars. …xanə] Pivə satılan yer, dükan
is. Heyvan bədənində toplanıb yığılan yağ maddəsi və onun əridilmiş halda olan məhsulu. Mal piyi. Keçi piyi
[fars.] zərf 1. Miniklə deyil, ayaqları ilə. Piyada yola düşmək. Piyada yollanmaq. – Faytonu xanım bir az kənarda saxlatdı, qapıya qədər piyada getmək
bax piyada 3 və 4-cü mənalarda. Piyadaçı əsgər. – Piyadaçılar iyirmi kişi olardılar. S.Hüseyn
“Piyadalanmaq”dan f.is
məch. Atdan və s.-dən düşüb piyada getmək. [Adil və Aqil] bir ehtiram və üzr əlaməti olaraq, atdan düşüb piyadalandılar
is. 1. Piyada olma; piyadanın vəziyyəti. Piyadalıq dəliləri əldən-dildən saldı. “Koroğlu”. 2. məc. Biliksizlik, məlumatsızlıq, bilik cəhətdən kasıblıq
is. [fars.] Ağzı gen, dibi dar balaca içki qabı; qədəh. Su piyaləsi. – [Pəri Cadu:] Doldur piyaləni, anadan olandan indiyə kimi mən belə kefi görməmiş
sif. Gözləri iri və girdə. Piyaləgöz qız. – Biri qara dedi, biri alagöz; Bu, ceyrangöz dedi, o, piyaləgöz
[rus. пьяный] dan. Sərxoş, kefli. Adam var anlamır, danışır sözün; İçməmiş piyandı, itirib özün. Aşıq Ələsgər
“Piyləmək”dən f.is
f. Müalicə və b. məqsədlərlə bədənə və ya onun bir yerinə piy sürtmək, piy çəkmək. Uşağı piyləmək. – Ballı xala keçi piyi axtarırdı ki, Qulunu piyləsi
“Piyləndirmək”dən f.is
f. Kökəltmək. □ Qarnını (göbəyini) piyləndirmək – çoxlu yağlı, qidalı şeylər yeyərək kökəlmək. [Paşa bəy Fərruxa:] Mən sənə ümidəm, sən də göbəyini pi
1. “Piylənmək”dən f.is. 2. Kökəlmə. Ev heyvanlarının piylənmə; yetişmə meyli bol yemlənmənin nəticəsidir
1. məch. Piy sürtülmək. 2. qayıd. Çox kökəlmək. Erkəklər piyləndi
“Piyləşmək”dən f.is. Alkoqolun təsirindən ürək əzələlərində piyləşmə əmələ gəlir ki, bu da fiziki işlə məşğul olmaq üçün çətinlik törədir
bax piylənmək 2-ci mənada
sif. 1. Kök, piyi olan. Piyli qoyun. 2. Yağlı, çox piyi olan. Piyli ət. 3. Tərkibində piy olan, piy vurulmuş
is. 1. Köklük, köklük dərəcəsi. Keçinin piyliliyi. 2. Yağlılıq, yağlılıq dərəcəsi. Ətin piyliliyi
sif. 1. Arıq, piyi olmayan. Piysiz quzu. 2. Yağsız, yavan. Piysiz ət
sif. Yağsızlıq, arıqlıq, yavanlıq. Ətin piysizliyi
is. [fr.] Tavana və ya divara bərkidilmiş elektrik lampaları örtüsü
[lat. plagium – oğurlanmış] Başqasının əsərini öz əsəri kimi vermə və ya müəllifi göstərilmədən başqasının əsərindən istifadə etmə; ədəbi oğurluq
[lat.] Plagiatla məşğul olan adam
is. Plagiatla məşğul olma (bax plagiat)
[lat. placatum – şəhadətnamə] Küçə və ya ictimai yerlərdə təbliğat, məlumat və ya reklam məqsədi ilə asılan qısa mətnli iri şəkil, böyük elan
is. Plakat çəkən rəssam. Plakatçıların sərgisi. // Sif. mənasında. Plakatçı rəssamlar
[lat. planus – səth] 1. Bir şeyin (yer, tikinti, qurğu və s.-nin), tənasübləri saxlanılmaqla müəyyən masştabda kağız və s
[fr.] Yuxarıya qalxan hava axınının köməyi ilə havada süzən motorsuz uçucu aparat