sif. [ər.] Tarixə görə, tarix etibarilə, tarix baxımından. Tarixən düzgün qiymətləndirmək. Tarixən doğru deyil
sif. [ər.] 1. Həqiqətən olmuş, həqiqətə uyğun olan, uydurma olmayan. Tarixi fakt. Tarixi şəxsiyyət. Tarixi şərait
is. [ər.] Hicri tarix (Məhəmmədin Məkkədən Mədinəyə köçdüyü vaxtdan hesablanan müsəlman təqvimi)
is. [ər.] Miladi tarix (İsanın anadan olduğu gündən hesablanan təqvim)
is. 1. Hər hansı bir şey və ya hadisənin törəməsinin və inkişafının, onu doğuran konkret tarixi şəraitlə bağlı olaraq öyrənilməsi, hadisələrə tarixi y
sif. Tarixi yazılmış, yazıldığı vaxt qeyd olunmuş, göstərilmiş. 1977-ci il 15 may tarixli məktub. 2 avqust tarixli “Molla Nəsrəddin” jurnalı
[ər. tarix və fars. …nəvis] köhn. bax tarixyazan. [Şah Abbas:] Fərraş göndər, Sərdar Zaman xanı, Mirzə Yəhyanı, Möhsün xanı, tarixnəvis İskəndər bəyi,
sif. Tarixi qoyulmamış, yazıldığı vaxt (il, ay, gün) göstərilməmiş. Tarixsiz məktub. Tarixsiz sənəd
[ər. tarix və fars. …şünas] bax tarixçi
is. Şahidi olduğu hadisələri qələmə alan, ümumiyyətlə, hadisələri yazan şəxs; tarixçi, tarixnəvis
sif. [ər.] 1. Qaranlıq. 2. Qara
is. [ər.] köhn. Tərk edən, gedən, dünyadan əl üzən
is. Taxıl, pambıq, qarğıdalı və s. əkilmiş böyük sahə, əkin (yeri); zəmi. Bu qız üç gün əvvəl atası ilə çəltik tarlasında çalışırdı
is. Tarlada işləyən kolxozçu və ya sovxoz fəhləsi. Tarlaçıların yarışı
1. is. Tarlaçının işi, tarlada işləmə. 2. Sif. mənasında. Tarlaçılardan təşkil olunmuş, tarlaçılardan ibarət olan
sif. Tarlanı küləyin təsirindən qorumaq üçün əkilən. Tarlaqoruyucu meşə zolaqları
“Tarlanmaq”dan f.is
f. 1. Qaralmaq, tutulmaq. Hava tarlandı. 2. Qırt yatmaq (toyuq)
“Tarlaşmaq”dan f.is
f. Tar olmaq, alaqaranlıq olmaq, qaranlıq düşmək. Hava tarlaşmışdı
is. Tar olma; alaqaranlıq, toranlıq, tar şeyin halı
təql. Bərk, ağır bir şeyin birdən-birə yerə düşməsindən və ya ağır, bərk şeylərin bir-birinə toxunmasından çıxan səs
is. Boş, mənasız sözlər, danışıq; hədyan. Tartan-partan (z.) danışmaq
[fars.] bax tarçı. Tarzən ilə kamançaçı məharətlə çalır, qavalvuran oğlan isə boğazını arıtlayıb oxumağa hazırlaşırdı
is. Enli, dairəvi, dayaz metal qab; teşt, ləyən. Hamam tası. – Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə … tövşüyətövşüyə içəri gird
is. [ər.] Nərd oyununda üç, bəzən də dörd xal qazanıb oyunu udma və ya üç, bəzən də dörd xal itirib oyunu uduzma
is. məh. Qəzəb, hirs
is. [fars.] 1. Qəm, qüssə, kədər. 2. Çırpınmaq, narahatlıq, qərarsızlıq
is. köhn. Tasla fala baxan adam; falçı (bax tas1 2-ci mənada)
is. Taskababıda bişirilən xırda küftə və ya doğranmış ət və kartofdan ibarət xörək
is. Ağzı kip örtülən ikiqulplu qazança
is. [fars.] köhn. Dəbilqə
sif. köhn. Başında taskülah olan; dəbilqəli. Ümumi sakit ikən etdi mətləbə ağaz; Dəmir geyimli, polad taskülahlı bir knyaz
is. Bir şeyin hələ qəti bir şəkil almamış halı; eskiz, sxem
is. Azərbaycan, Dağıstan və İranda yaşayan irandilli xalq və bu xalqa mənsub adam
is. 1. Tatarıstanın əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam. 2. Volqaboyunda, Sibirdə və s
sif. və zərf Tatar dilində. Tatarca öyrənmək. Tatarcadan tərcümə
is. Qırmanc, qamçı. Çiynində tüfəngi, döşdə qatarı; Belində xəncəri, əldə tatarı. H.K.Sanılı
“Tatarılamaq”dan f.is
f. Tatarı ilə vurmaq; qırmanclamaq, qamçılamaq
is. bot. Dağlarda bitən çoxillik kauçuklu ot-bitki. Tau-saqqız … çoxillik, yoğun, kobud kökləri olan və kök bicləri verən bitkidir
is. [ər.] 1. Qusma və ishal şəklində təzahür edən çox yoluxucu ağır epidemik xəstəlik. 2. Qarğış məqamında işlənir
is. İçində ət və s. qızartmaq üçün kənarları yastı, dairəvi metal qab. Mis tava. Tavada ət qızartmaq
bax tavadaşı
is. İri, əsasən yastı daş; tava. Hamamın yeri təmiz yonulmuş ağ tavadaşılarla döşənmiş olardı. H.Sarabski
is. Ayrıca tavada bişirilən kiçik küftə və yumurtadan ibarət xörək. Uşaqlar Fatma xalanın onlar üçün hazırladığı ağ, təmiz bağlamanı açıb, çörək arası
is. Qayalıq, daşlıq. Tavalıqda xırman sürmək
is. Binanın daxilinin üst örtüsü; səqf. Bir qoca da zilləyərək gözlərini tavana; Ovuşdurub ovucunda tütün tökür qəlyana
is. [fars.] Güc, qüvvət, qüvvə (çox vaxt “tab” sözü ilə bərabər işlənir). Dedim, ayrılığa yoxdur tavanım; Ayrılıb getməsin sərvi-rəvanım
is. [fars.] 1. Maddi imkan, pul, var, dövlət. Ev boş, ev soyuq; Bircə şam almağa tavanası yox. B.Vahabzadə