TARİXİ

sif. [ ər. ]
1. Həqiqətən olmuş, həqiqətə uyğun olan, uydurma olmayan. Tarixi fakt. Tarixi şəxsiyyət. Tarixi şərait.
2. Tarix üçün əhəmiyyəti olan, tarixə daxil olmuş; əhəmiyyətli, əlamətdar. Tarixi qurultay.
– Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. M.S.Ordubadi.

3. Tarixdə olmuş hadisəyə əsaslanan, tarix əsasında qurulmuş, tarixdən götürülmüş. Tarixi roman. Tarixi dram.
4. Hadisələrə, onların törəmə və inkişafı baxımından yanaşan, baxan, tədqiq edən. Müasir dil faktlarının tarixi izahı. Hadisələrə tarixi baxış.
// Hadisələri, ardıcıl inkişafı baxımından tədqiq edən, öyrənən. Tarixi coğrafiya. Tarixi qrammatika.
5. Cəmiyyətin inkişafının müəyyən mərhələsi ilə bağlı olan; daimi olmayan, keçici. Tarixi kateqoriya.
6. Tarixdən əvvəlki dövrlərə deyil, maddi abidələrin qaldığı dövrə aid olan. Xalqın həyatının tarixi dövrü.
◊ Tarixi materializm – bax materializm.
TARİXƏN
TARİXİ-HİCRİ
OBASTAN VİKİ
ABŞ tarixi
Amerika Birləşmiş Ştatlarının ərazilərinin tarixi ibtidai insanların e.ə. 15.000-ci illərdə Amerikaya gəlməsi ilə başlamışdır. Çoxlu sayda yerli mədəniyyət formalaşdı, bunlardan bir çoxu XVI əsrdə daha sıx məskunlaşmış həyat tərzindən uzaqlaşaraq başqa yerlərdə yenidən təşkil edilmiş siyasətlərə doğru tranformasiyalardan keçdi. Avropalılar Amerika kolonizasiyasına XV əsrin sonlarından başladı, lakin müasir ABŞ ərazisindəki koloniyaların çoxuna 1600-cü ildən sonra yerləşdilər. 1760-cı ildə on üç ingilis koloniyasında 2,5 milyon insan yaşayırdı. Cənub koloniyaları qul əməyinə əsaslanan təsərrüfat sistemi qurdu və bu səbəbdən Afrikanın milyonlarla əhalisini kölələşdirdi. Fransanı məğlub etdikdən sonra Britaniya hökuməti kolonistlərin yeni vergilərin onların təsdiqinə ehtiyacı olduğuna dair konstitusiya arqumentini rədd edərək, 1765-ci il Möhür aktı da daxil olmaqla bir sıra vergilər tətbiq etdi. Bu vergilərə qarşı müqavimət, xüsusən də 1773-cü ildə Boston çay qonaqlığı parlamentin özünüidarəni dayandırmaq üçün cəza qanunları çıxarmasına səbəb oldu. 1775-ci ildə Massaçusetsdə silahlı münaqişə başladı. 1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres "Amerika Birləşmiş Ştatları" olaraq koloniyaların müstəqilliyini elan etdi.
Abxaziya tarixi
Abxaziya tarixi — Abxaziya ərazisi və bu ərazidə yaşayan abaxaz-adige xalqlarının tarixi. == Qədim dövrlər == Abxaziya ərazisindəki ilk insan izləri Erkən Paleolit dövrünə təsadüf edir. İbtidai icma cəmiyyətinin dağılması prosesi e.ə. VII–VI əsrlərdə baş vermişdir. E.ə. VI–IV əsrlərdə Abxaziya Kolxida çarlığının tərkibinə daxil idi. E.ə. 2-ci əsrin sonunda Abxaziya Pont hökmdarı VI Mitridat Evpatorun əlinə keçmiş, e.ə. 63-cü ildən isə sahilyanı ərazilər romalıların nəzarəti altında olmuşdur. Eramızın I əsrinin sonlarında Abxaziya ərazisində abazq, apsil və saniqlərin tayfa ittifaqları yaranmışdır.
Adıge tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Adıgey tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Albaniya tarixi
== Alban xalqının formalaşması == Albaniya ərazisində yaşayan qədim xalqlardan biri də İlliryalılardır. == Orta əsrlər == === Osmanlı dövrü === 1385-ci ildə Timurtaş paşa, İstip, Manastır və Ohri vilayətlərini ələ keçirdi. Bolqarıstanda Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serbiya və Bosniya kralları, Xorvatiya və Albaniya şahzadələri osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir orduyla Timurtaş paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Osmanlı dövləti 1417-ci ildə bu ölkəyə daxil olub, 1913-cü ildə son Osmanlı Həsən Rza Paşanın şəhid edilməsi ilə də buranı tərk edib. === İskəndər bəyin üsyanı === İskəndər bəy deyilən Yorgi Kostriota 1443 ilə 1468 illəri arasında Osmanlı hakimiyyətinə qarşı girişilən üsyanı idarə etmişdir. == İkinci Dünya Müharibəsi illərində == == Müharibədən sonrakı Albaniya == Avropada müsəlmanların çoxluq təşkil etdiyi yeganə ölkə olan Albaniya 1944-cü il noyabrın 29-da azad edildi. 1946-cı ilin yanvarında Albaniya Xalq Respublikası elan olundu. Albaniya Kommunist partiyası isə Albaniya Əmək Partiyası adlandı. Albaniya Əmək Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və stalinizmin qatı tərəfdarı olan Ənvər Xoca 1946-cı ildən 1985-ci ilin aprelinədək, yəni ölənə qədər ölkəyə rəhbərlik etdi.
Almaniya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. == Alman xalqının formalaşması == Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Almanya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. == Alman xalqının formalaşması == Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Anadolu tarixi
Anadolu tarixi – Qərbi Asiya yarımadası, Anadolu ətrafında yerləşən dövlətlər və sivilizasiyaları əhatə edir. Latınca Asia Minor adlanan bu coğrafi ərazi müasir Türkiyə ərazisində yerləşir. Qərbdə Egey Dənizindən, şərqdə Ermənistan sərhədindəki dağlara şimalda Qara Dənizdən və cənubda Aralıq dənizinə qədər uzanır. Anadoludakı ilk sivilizasiya izlərinə orta və şərqi Anadoludakı arxeoloji tapıntılarda rast gəlinir. Burada qədim qədim xalqların – Xətti, Akad, Asar və Hitit sivilizasiyalarının qalıqları, xalqlarının gündəlik həyatları və ticarət həyatları ilə əlaqədar bir çox nümunələri qalıb. Hititlerin süqutunda sonra Anadolunun qərb yaxasında Lidiyalılar və Frigiyalılar səhnəyə çıxıb. O dövrdə onlar üçün tək təhlükə olaraq Fars İmperiyası görünürdü. Lidyalıları yıxan farsların dövründə də Anadoluda liman şəhərləri inkişaf etdi və zənginləşdi. Zaman zaman üsyanlar olsa da bu üsyanlar çox böyük təhlükə yaratmadı. Makedoniyalı İskəndər səhnəyə çıxandan və III Daraya qarşı qazandığı zəfərlərlə bütün bölgənin idarəsini ələ keçirəndən sonra onun ölümündən dərhal sonra, qazandığı torpaqlar güvəndiyi generallarından bir çoxları və ayaqda qalmağı bacaran Galya, Pergamon, Pontus və Misirdəki digər güclü hökmdarlar arasında bölüşüldü.
Andorra tarixi
Andorra tarixi — Andorranın yaranması tarixi haqda ilk məlumatlar 805-ci ilə istinad edir. Orta əsrlərdə əvvəl mavrlardan, sonra isə ispan və fransız feodallarından öz müstəqilliyini qoruyan çoban qəbilələri burada yaşamışlar. Bu ərazidə ağalıq üstündə ispan və fransız feodalların rəqabəti yüz illərlə davam etmişdir. 1278-ci ildən başlayaraq Andorra bəzi fasilələrlə İspaniya və Fransanın ikili protektoratı altında olur. 1278–1288-ci illərdə Urxel yepiskopu ilə (İspaniya) qraf de Fua (Fransa) bu ölkəni bölüşdürmək aktını imzalayırlar. Bu ikili asılılıq indi simvolik xarakter daşıyır. 1866-cı ildə Andorra konstitusiya qəbul edir.
Antarktida tarixi
Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. == Tarixi == Antarktidanın mövcud olması barədə ilk fikirləri e.ə. 350-ci ildə qədim yunanlar söyləmişlər. Qədim yunanlara Arktikanın (Arktos — şimal) olması məlum idi və onlar belə bir mülahizə irəli sürüdülər ki, müvazinətin pozulmaması üçün onun cənubunda da soyuq iqlimə malik başqa bir məkan olmalıdır. Ehtimal olunur ki, Antarktidanın buz sahilləri ilə ilk dəfə olaraq müasir polineziyalıların — maorilərin əcdadları — Yeni Zelandiya adalarının qədim sakinləri tanış olmuşlar. Antarktida materikinin olması barədə ingilis A. Dalpimlya hələ 1770-ci ildə çap etdirdiyi məqalədə bəhs etmişdir. O öz fikrini elmi cəhətdən belə əsaslandırmağa çalışırdı ki, şimal və cənub yarımkürələrində su və quru ərazilərin bərabərşəkilli paylanması cənub qütbündə hansısa bir ərazinin olmasını zərurətə çevirir.
Antarktidanın tarixi
Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. == Tarixi == Antarktidanın mövcud olması barədə ilk fikirləri e.ə. 350-ci ildə qədim yunanlar söyləmişlər. Qədim yunanlara Arktikanın (Arktos — şimal) olması məlum idi və onlar belə bir mülahizə irəli sürüdülər ki, müvazinətin pozulmaması üçün onun cənubunda da soyuq iqlimə malik başqa bir məkan olmalıdır. Ehtimal olunur ki, Antarktidanın buz sahilləri ilə ilk dəfə olaraq müasir polineziyalıların — maorilərin əcdadları — Yeni Zelandiya adalarının qədim sakinləri tanış olmuşlar. Antarktida materikinin olması barədə ingilis A. Dalpimlya hələ 1770-ci ildə çap etdirdiyi məqalədə bəhs etmişdir. O öz fikrini elmi cəhətdən belə əsaslandırmağa çalışırdı ki, şimal və cənub yarımkürələrində su və quru ərazilərin bərabərşəkilli paylanması cənub qütbündə hansısa bir ərazinin olmasını zərurətə çevirir.
Astronomiya tarixi
Astronomiya tarixi (ing. History of astronomy) == N. Tusiyə qədərki dövr == Tarixi araşdırmalardan aydın olur ki, Qədim Yunanıstan, Çin, Hindistan, Misir və başqa ölkələrin alimlərinin Kainatın quruluşu haqqında elmi əsasları olan fikirləri formalaşmış və astronomiyaya aid olan bir sıra kitablar tərtib olunmuşdur. Həmin dövrün məşhur alimlərindən Hipparx, Ptolomey, Aristotel və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Göy sferi-nin ilk qlobusunu b.e.ə. II-ci əsrdə yaşamış Hipparx hazırlamışdır. Deyilənlərə əsasən aydın olur ki, ilk dəfə Hipparx ulduzları öz parlaqlığına görə ayırmış və Armilar dairəsi adlanan müşahidə cihazını kəşf etmişdir. Aristotel Kainatın quruluşu haqqında öz dövrünə görə yeni bir sistem yaratmışdır. Ptolomey isə Planetlərin Geosentrik sisteminin (mərkəzdə Yer olmaqla) yaradıcısı olmuşdur. Onun əsas elmi işi "Almagest" və ya "Məcəsti" adlanan astronomik əsərdir. Bu kitabın adının belə bir şəklə düşməsi əsrlər boyu ondan istfadə olunması ilə əlaqədardır.
Avropa tarixi
Avropa tarixi — Avropa qitəsində yaşayan xalqların qədim zamanlardan etibarən günümüzə qədər davam etmiş tarixini əhatə edir. Arxeloji qazıntıları nəticəsində Avropada ilk insan məskənlərinin Eradan əvvəl 35.000 il əvvəl yarandığını göstərir. Avropada aşkarlanmış ən qədim yazı nümunəsi e.ə. 700-cü ildə, Qədim Yunanıstanda Homer tərəfindən yazılmış İliada dastanıdır. Qədim Yunanıstanla yanaşı eramızdan əvvəl VIII əsrdə yaradılmış Roma krallığı dövrünün ən müasir sivilizasiyalarından hesab olunurdu. Qədim Yunanıstan və Qədim Roma dövlətləri eramızın IV əsrindən başlayaraq dağılmağa başlamış, həmin əsrdən etibarən Xristianlıq dini Avropada öz təsirini gücləndirmişdir. Orta əsrlərin əvvələrində Avropada durğunluq dönəminə daxil olmuşdur. Yaxın Şərq və Asiyada yaşayan bir çox xalqlar texniki və mədəni nəaliyyətlərinə görə Avropa xalqlarını arxada qoymağı baçarmışlar. Yeni dövrüdən etibarən başlayan intibah və reformasiya kimi hərəkatlar, Avropanın hərbi, iqtisadi, demokratik və texniki yöndə inkişaf etməsinə səbəb olmuş və qısa müddətdən sonra inkişaf tempi və mədəni səviyyəsinə görə Avropa digər qitələrdən üstün bir mövqedə qərarlaşmışdır. Bu üstünlüklərindən istifadə edən Avropa xalqları, digər qitələrdə koloniyalar yaratmış və həmin qitələrdə olan təbii sərvətləri talamışlar.
Avstriya tarixi
Avstriya tarixi- Avstriyanın tarixi. == Orta əsrlər == === Avstriya və Osmanlı imperiyası === Avstriyanın Macarıstanda təkbaşına ağalığa nail olmaq cəhdi, 1664-cü ildə Osmanlı imperiyası ilə müharibəyə səbəb oldu. Avstriyalıların möhkəmləndirmiş olduqları və alınmaz saydıqları Uyyar qalası alındı. Avstriya imperatoru təkbaşına türklərlə vuruşa bilməyəcəyini anlayaraq, Vatikandan və Avropa dövlətlərindən yardım istədi, lakin türklər bəzi qalaları aldıqdan sonra Avstriya ordusunu darmadağın etdi. Nəticədə Avstriya imperatoru sülh təklif etdi. Osmanlı dövləti ilə Avstriya arasında bağlanmış sülh müqaviləsinə görə Avstriyanın ələ keçirilmiş Uyyar və başqa qalaları geri qaytarıldı. Avstriya ilə sülh bağlandıqdan bir neçə il sonra Osmanlı dövləti Ukraynada nüfuz dairəsi üstendə Polşa ilə müharibəyə başladı. Beş il davam edən bu müharibədə türklər qələbə qazandılar. Polyaklar osmanlıların Ukrayna üzərində hakimiyyətini qəbul etdilər. 1681-ci ildə Avstriya ilə münasibətlər yenidən pisləşdi.
Avtomobilin tarixi
Avtomobilin tarixi 19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Hal-hazırda alternativ enerji mənbələri ilə işləyən avtomobillər istehsal edilməyə başlayıb. İlk avtomobillər buxar maşınları olmuşdur. Bu zamanlar sürücü "Şofer", yəni fransız dilində "ocaqçı" adlanırdı. Çünki, sürücü onun ocağını qızdırmalı və bunun sayəsində maşını işə salmalı idi. Avtomobil yaranmasından etibarən inkişaf etmiş ölkələrdə insan və yük daşınması sahəsində əsas nəqliyyat vasitəsi olaraq qəbul edilmişdir. Avtomobil sənayesi İkinci Dünya Müharibəsindən sonra ən böyük sənaye qollarından biri olmuşdur. 1907-ci ildə 250.000 avtomobil var idi, 1914-cü ildə Ford Model T-nin istehsal olunması ilə 500.000-ə çatmış, İkinci Dünya Müharibəsindən biraz əvvəl bu say 50 milyonun üzərinə çıxmışdır. Müharibədən sonra keçən otuz il ərzində avtomobil sayı altı qatına çıxmış və 1975-ci ildə 300 milyona çatmışdır. İllik avtomobil istehsalı 2007-ci ildə 70 milyonu keçmişdir.
Azərbaycan tarixi
Azərbaycan tarixi — Qədim dövrdən bu günə kimi Azərbaycanın tarixi. Azərbaycan ərazisində hələ Paleolit dövründən etibarən məskunlaşma var idi (Azıx mağarasından tapılmış Azıxantrop və Qobustan petroqlifləri). E.ə. IV əsrdən 706-cı ilə qədər Azərbaycan ərazisində Qafqaz Albaniyası çarlığı mövcud idi, regionun cənub-şərqi hissəsi isə Atropatenanın tərkibində idi. VIII əsrdə Albaniya və Atropatena Ərəb Xilafətinin tərkibinə daxil olur və islam mədəniyyəti ilə tanış olur. Ərəb Xilafətinin zəifləməsindən sonra Azərbaycanda bir sıra feodal dövlətlər meydana gəlir (Şirvanşahlar, Salarilər, Sacilər, Şəddadilər və Rəvvadilər). XI əsrdə Azərbaycanın Böyük Səlcuq İmperiyasının tərkibinə daxil olması Azərbaycan xalqının formalaşması prosesində əhəmiyyətli rol oynayır. Azərbaycan xalqının formalaşması XV əsrdə başa çatır. Arran XII əsrdə Azərbaycan Atabəyləri dövlətinin tərkibinə daxil olur, XIII əsrdə isə monqolların hücumuna məruz qalır. Azərbaycan Elxanilər Teymurilər dövlətinin tərkibinə daxil olur.
Azərbaycanın tarixi
Azərbaycan tarixi — Qədim dövrdən bu günə kimi Azərbaycanın tarixi. Azərbaycan ərazisində hələ Paleolit dövründən etibarən məskunlaşma var idi (Azıx mağarasından tapılmış Azıxantrop və Qobustan petroqlifləri). E.ə. IV əsrdən 706-cı ilə qədər Azərbaycan ərazisində Qafqaz Albaniyası çarlığı mövcud idi, regionun cənub-şərqi hissəsi isə Atropatenanın tərkibində idi. VIII əsrdə Albaniya və Atropatena Ərəb Xilafətinin tərkibinə daxil olur və islam mədəniyyəti ilə tanış olur. Ərəb Xilafətinin zəifləməsindən sonra Azərbaycanda bir sıra feodal dövlətlər meydana gəlir (Şirvanşahlar, Salarilər, Sacilər, Şəddadilər və Rəvvadilər). XI əsrdə Azərbaycanın Böyük Səlcuq İmperiyasının tərkibinə daxil olması Azərbaycan xalqının formalaşması prosesində əhəmiyyətli rol oynayır. Azərbaycan xalqının formalaşması XV əsrdə başa çatır. Arran XII əsrdə Azərbaycan Atabəyləri dövlətinin tərkibinə daxil olur, XIII əsrdə isə monqolların hücumuna məruz qalır. Azərbaycan Elxanilər Teymurilər dövlətinin tərkibinə daxil olur.
Bakı tarixi
Bakı şəhəri — Azərbaycan Respublikasının paytaxtıdır. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövləti, Bakı xanlığı, Bakı quberniyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Hal-hazırkı dövrdə isə Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. == Adın etimologiyası == Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilmişdir. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur. Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi Bādkube (بادکوبه) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur. === Müxtəlif dövrlərdə şəhərin adlanırılması === == Tarixi == Abşeron yarımadası ərazisində yazılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s.
Banqladeş tarixi
== Banqladeş qədim və orta əsrlər dövründə == Banqladeş ərazisində e.ə. VII-VI əsrlərdə yaranmış ilk dövlət Vanqa (indiki Banqladeş adı da buradandır: "Banqla" — benqallara məxsus, "deş" — ölkə deməkdir. E.ə. IV əsrdə - eramızın V əsrində Banqladeş ərazisi müxtəlif qədim Hindistan imperiyalarının tərkibinə daxil idi.. VIII əsrdən bu dövlətlərin ərazisi qərbdəki torpaqlarla birlikdə vahid Benqaliya dövlətində birləşdirildi. 750-1174-cü illərdə bu dövləti Budda dininin himayədarı hesab olunan Pala sülaləsinin nümayəndələri idarə etmişlər. XIII əsrdə Benqaliyanı Dehli sultanlığı ələ keçirdi. Həmin dövrdə burada islam dini geniş yayılmağa başladı.. XIV əsrin ortalarında Benqaliyanın Dehli çanişinləri müstəqil hakimlərə çevrildilər. Onların bir neçə sülaləsi 1576-cı ilədək burada hakimiyyətdə olmuşdur.
Basketbol tarixi
Basketbol 1891-ci ildə ABŞ-nin Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimı Ceyms Neysmit tərəfindən yaradılmışdır. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hazırda, dünyada milyonlarla insan bu oyunu oynayır. Ceyms Neysmit 1861-ci ildə Kanadada anadan olmuş, 1939-cu ildə vəfat etmişdir. 21 dekabr 1891-ci ildə Ceyms Neysmit beş əsas ideyadan və 13 qaydadan istifadə edərək yeni oyunun qaydalarını nəşr etdirdi. Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfilds kolleci onu fəxri bədən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir. 1939-cu ildə Mak Qill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfilds kollecində “Basketbol şərəfi zalı” adlı Ceyms Neysmit muzeyi açılmışdır. == Basketbolun inkişafı == Basketbolun inkişafı qaydalara, ləvazimata, qurğulara və basketbolçunun geyiminə öz təsirini göstərdi. 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olundu. 1984-cü ildə topun ölçüsü 30-32 düym (76,2-81,3 sm.) qədər artdı.
Bağdad tarixi
Bağdad tarixi — == X-XI əsrlər == 991-ci ildə əsrlərdə xəlifə Əl-Qadirin taxta çıxmasından 1092-ci ildə Məlikşahın vəfatına qədər islam tarixi, həm dini, eyni zamanda siyasi mənada "keçid tarixi" kimi səciyələnə bilər. Xilafətin paytaxtında, davamını gur kütləvi toqquşmalarda və alimlərin mübahisələrində tapan çoxsaylı təlatümlər, adi həyat hadisələrindən daha artıq idi. İnkişafını izləməyə və anlamağa çalışanlar üçün, onlar nəinki sünnüliklə şiəliyin münasibətlərini, eləcə də hakimiyətin mənası aydınlaşdırar. Buveyhilərin 945-ci ildə Bağdada varmasından sünnülərlə şiələr arasında toqquşmalar çoxaldı, və buveyhi əmirlərinin xəlifələr üzərindəki himayəsi bütövlükdə məhdud idi. Əl-Qadirin hakimiyətindən(991-1031) yeni an müəyyən olundu: sünnəni müdafiə etmək və xəlifənin hakimiyətini bərpa etmək. Bunun üçün əlbəttə ki Əl-Qadir, xəlifələrə həmişə kifayət etməyən maddi vəsaitlərdən deyil, çevik diplomatiyadan və missioner fəaliyətindən( da'va) istifadə etməli idi. 994-cü ildə ilk mədrəsə sayılan və şiəliyin müdafiəsi üçün nəzərdə tutulan Sabur bin Ərdəşirin (Dar al-elm)inə qarşı, xəlifə əl-Hərbiyyə məhəlləsində xütbələrin də nəzərdə tutulduğu cümə məsçidi açdırdı. O biri yandan, ciddi xalq təlatümləri, bağdadlı şiələrin xüsusi canfəşanlıqla qeyd etdikləri Aşura və Qədir Xum təntənələri ilə əlaqədar, 998-ci ildə alovlandı. Sünnülər buna qarşı iki tədbirə əl atdılar: Mus'eib bin Zubeyrin qəbrinin ziyarətinə, və Mağara günü bayramına(Yaum əl-qar). Birinci Mus'eibin qiyamçı əl-Muxtarın üzərindəki qələbəsinə, ikincisi, peyqəmbərin Əbu Bəkrlə rəqiblərindən gizlənməsi ilə bağlı, sirdən olan epizoda həsr olunmuşdur.
Başqırdıstan tarixi
Başqırdıstan tarixi — Başqırdıstanın keçmişi. == Ən qədim dövr == == Orta əsr tarixi == Başqırdların orta əsrlər tarixi əslən bir Başqırd olan X. E. Taqoyev və R. Kuzeyev tərəfindən də araşdırılmışdır. Başqırdlar haqqında ilk tarixi məlumatlar IX–X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar "başkort" və ya "başqırd" kimi qeyd olunmuşdular. Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı. 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamış xanla Əmir Teymur arasında döyüş (1391-ci ilə Gündüzcə döyüşü) meydanına çevrilmişdi.
BƏƏ tarixi
== Qədim dövr == Müasir BƏƏ-nin ərazisi çox qədimdən məskunlaşmışdır. Qazıntılar zamanı tapılan insan və heyvan heykəlləri, həm də başqa tikililərin qalıqları, vahələrin əkinçiliklə məşğul olan əhalisinin yüksək mədəniyyətə malik olduqlarını sübut edir. Şarja şəhərinin yaxınlığındakı Cəbəl Fəya düşərgəsi bu məmləkətin ulu tarixini bir daha sübut edir. Maraqlıdır ki, Cəbəl Fəyadan insan sümükləri tapılmayıb. == Orta əsrlər tarixi == XVI əsrin başlanğıcında İran körfəzi sahilində yerləşən ölkələrin tarixində əsaslı dönüş baş vermişdir. Bu dövrdən körfəzin sahillərində ilk Avropa müstəmləkəçiləri görünməyə başlamışdır. 1507-ci ildə Hörmüz boğazına daxil olan Portuqaliya hərbi donanması bu yerləri zəbt edərək İran körfəzinin Ərəbistan sahillərində Portuqaliya ağalığını bərqərar etdi. Lakin Osmanlı imperiyası bu regionda öz mövqeyini əldən verməmək üçün, XVI əsrin axırlarına qədər Portuqaliya ilə mübarizə aparmışdır. Sonradan İran körfəzi regionuna sahib olmaq üçün yeni iddiaçılar: İngiltərə və Niderland meydana çıxır. İran ilə Portuqaliya arasındakı ziddiyyətlərdən bacarıqla istifadə edən İngiltərə portuqaliyalıları bu regiondan sıxışdırmış və 1623-cü ildə sonradan özlərinin İran körfəzində başlıca dayaq məntəqəsi olan Hörmüzü tuta bilmişdir.
Bəhreyn tarixi
Bəhreyn qədim tarixə malik ölkələrindən biridir. Bu ərazi müxtəlif dövrlərdə Dilmun, Sasanilər, Ərəb xilafəti və Qərmətilər dövlətləri tərəfindən işğal olunaraq onların tərkibinə daxil edilmişdir. == Qədim dövr == Bəhreyn qədim tarixə malik olan ölkədir. Adalar haqqında ilk məlumat eramızdan əvvəl III minilliyə aiddir. İlk ekspedisiyalarda arxioloqların diqqətini Bəhreyn ərazisində sərdabələr cəlb etmişdir. Bu sərdabələrin tədqiqinə 1879-cu ildə başlanılmışdır. Arxeoloqların muzeylərə verdikləri tapıntılar Bəhreynin qədim tarixini açmağa, bir vaxtlar çiçəklənən şəhərlərin mənzərəsini təsvir etməyə imkan verir. Bəlkə buna görə də qədim şumerlər onu "əbədi cənnətə" bənzədərək Dilmun adlandırmışlar. Şumerlərin bizim günlərə qədər qalmış yazılarında, Dilmun, iri ticarət və mədəniyyət mərkəzi kimi xatırlanır. Arxipelaqın əlverişli coğrafi mövqeyi, İran körfəzinin hər yerində ticarətə ağalıq etmək istəyənləri həmişə özünə cəlb etmişdir.
Bəhreynin tarixi
Bəhreynlilər (özünüadlandırma: baharna) — Bəhreyn ərəbləri, Bəhreynin əsas əhalisi. Sayları 433,7 min nəfərdir (2005). Bəhreynlilər ərəb dilinin Ərəbistan qrupunun dialektlərində danışırlar. Yerli əhali (təqribən 75 faizi) anaza qrupunun keçmiş Bəhreyn, yaxud baharna dialektində immiqrantlar isə Şərqi Ərəbistan qrupunun yeni Bəhreyn dialektində danışırlar.. Dindarları müsəlmandır. Ərəblər Bəhreyn arxipelaqında eramızın I minilliyində məskunlaşmışlar; Bəhreynlilər özlərini e.ə. VI əsrdə Navuxodonosor tərəfindən Babilistana köçürülmüş, sonradan Bəhreynə qayıtmış Ərəbistan tayfalarının nəsilləri hesab edirlər. XVII əsrdə Bəhreynin İraq tərəfindən işğalından sonra arxipelaqda iranlılar məskunlaşmışlar. 1783-cü ildə farslar Bəhreynin hakim sülaləsinin baniləri - anaza qrupunun şeyxləri (bəni atban tayfası) tərəfindən qovulmuşdur. Tayfa bölgüsü qalmaqdadır: bəni atbanlar, auvaylalar, əl-buku-ət-muavədələr.
"Xülasət ət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi (kitab)
"Xülasət ət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi — Şükufə Məmmədovanın Qazi Əhməd Quminin "Xülasət ət-təvarix" əsəri haqqında yazdığı kitab. == Məzmunu == Oxuculara təqdim olunan Qazi Əhməd Quminin bu əlyazmasında Azərbaycanın XVI əsr tarixinə aid sosial və iqtisadi əsasən siyasi məlumatlar öz əksini tapmışdır.Sovet tarixşünaslıq elmi bele bir amili əsas tuturdu ki, mənbələrdə verilən tarixi məlumatlar dövrün xüsusiyyətlərini,tarixçinin, səlnaməçinin, səyyahın sinfi mənsubiyyətini,siyasi mövqeyini,dini-siyasi dünyagörüşünü özündə əks etdirir.Bu baxımdan Xülasət ət-təvarix əlyazması da Azərbaycan tarixinin öyrənilməsində əsas yer tutur. Monoqrafiyada əlyazmanın Tehran və Berlin nüsxələrindən istifade edilmişdir.Əsər giriş,beş fəsil,nəticə,istifadə edilmiş ədəbiyyat və mənbələr bölümündən ibarətdir.Giriş hissəsində, əsərin Azərbaycan tarixşünaslığı üçün önəmi qeyd olunmuş, əsərdə yer alan problemin marksizm-leninizm nəzəriyyəsinə uyğun şəkildə hazirlandığı bildirilmişdir.Əlyazma şəklində olan bu əsərdə XVI əsr Yaxın və Orta Şərq ölkələrinin,Orta Asiyanın, İran və Azərbaycanın tarixinə dair zəngin məlumatların olduğu bildirilir.Məhz giriş hissəsində yuxarıda qeyd etdiyimiz əlyazmanın nüsxələrinin, müəllifin digər əsəri "Gülüstani-hünər”, Həsən bəy Rumlunun "Əhsən ət-təvarix”, Budaq Qəzvininin "Cəvahir əl-əxbar”,Qazi Əhməd Qaffarinin "Nusəx-i cahanara”,Miryəhya əl-Qəzvininin "Lobb ət-təvarix”,Şərəfxan Bidlisinin "Şərəfnamə”,İskəndər bəy Münşinin "Tarixi aləmarayi Abbasi”,Mirxondun "Rövzət əs-səfa”(VII cild),anonim "Tarixe aləmaraye Şah İsmayıl”,anonim "Tarixe aləmaraye Səfəvi”,Molla Kamalın "Tarixi Səfəviyan” ilə müqayisə olunmuşdur.Bundan əlavə XVI əsrdə Azərbaycanda səfərdə olmuş səyyahların gündəliklərindən,çap olunmuş rəsmi dövlət sənədlərindən,epiqrafik və numizmatik materiallardan istifadə edilmidir. Azərbaycanın XVI əsr tarixinin bir sıra problemləri Sovet və xarici ölkə tarixçiləri tərəfindən tədqiq edilmişdir.Bunların içərisində İ.P.Petruşevskinin "XVI əsr-XIX əsrin əvvəllərində Azərbaycanda və Ermənistanda feodal munasibətləri tarixi oçerkləri”, O.Ə.Əfəndiyevin "Azərbaycan Səfəvi dövləti” Ə.Ə.Rəhmaninin "XVI əsrin sonu XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi dövləti” monoqrafiyalari əhəmiyyətli yer tutur ki, bu da əsərdə öz əksini tapmışdır.Qeyd edək ki, əsərin giriş hissəsində Ş.F.Fərzəliyevin dövrun mənbəyi olan Həsən bəy Rumlunun "Əhsən ət-təvarix” əsərinə dair elmi cəhətdən maraqli mülahizələr irəli sürdüyü qeyd edilmişdir.Azərbaycan tarixinin bu dövr tarixşünaslığının İran və Türkiyə tarixşünaslığında da öz əksini tapdığı bildirilmişdir.Giriş hissədə İran tarixçilərinin əsərlərindən Əhməd Kəsrəvinin "Şeyx Səfi və təbarəş” əsərinin,Nəsrullah Fəlsəfinin "Zendeqaniyi Şah Abbas-i əvvəl” əsərinin və Əhməd Kaviyan purun "Tarix-i ümum-i Azərbaycan” əsərləri,türk tarixçilərinin əsərlərindən isə Faruk Sümərin "Səfəvi dövlətinin quruluşu və gəlişməsində Anadolu türklərinin rolu” İsmayıl Həqqi Danışməndin "Osmanlıların xronoloji tarixi” əsərlərinin adı çəkilmişdir. === I fəsil === Şükufə xanımın əsərinin I fəslində Qazi Əhməd Quminin həyatı və onun "Xülasət ət təvarix” əsəri barəsində məlumatlar verilmişdir.Qeyd olunur ki,Qazi Əhməd Qumi 1546-cı il mayın 17-də İranın Qum şəhərində anadan olmuşdur.Şəhərin XVI əsrdə Şiə məzhəbinin əsas mərkəzlərindən birinə çevrildiyi bildirilir.1556-cı ildə Qazi Əhmədin 10 yaşı olarkən ailəsi ilə birlikdə Qum şəhərindən Məşhədə köçdüyü barəsində məlumat verilir.Onun burada Mazandaran valisi Əmir xanın oğlu Sultan Murad xandan təlim alması və xanın istedadlı şagirdlərindən biri olması barəsində məlumatlar vardır.Qazi Əhmədin yazdığına görə "Həmin gənclik illəri” onun həyatında ən gözəl və unudulmaz günlər olmuşdur.İyirmi yaşında olarkən onun I Şah Təhmasibin sarayında olması bildirilir.Şah Təhmasibin fərmanı ilə dövlət sənədlərinin üzünü köçürüb 70 nüsxədə cildləyərək ölkənin bütün bəylərbəyilərinə və valilərinə göndərilməsində Qazi Əhmədin və atası Mir Münşi Şərafəddinin böyük rolu olmuşdur. Şah Təhmasibin oğlu II İsmayılın hakimiyyəti donəmində (1576-1578) mustofi əl-məmalik vəzifəsində olan Mirşah Qazi İsfahaninin yanında bir müddət xidmət etmişdir.1589-cu ilin sonlarında Qazi Əhməd I Şah Abbasın sarayında çalışmışdır.Həmin il Qazi Əhməd özbək feodallarının Məşhədə hücumu və şəhərin dağıdılması barəsində qəsidə yazaraq məlumat verir ki, bu məlumatlar Şükufə xanımın qeyd olunan əsərində öz əksini tapmışdir.Qazi Əhməd bu qəsidədən bir parçanı "Xülasət ət-təvarix” əsərində qeyd etmişdir. O,əsərdə özü haqqinda axırıncı dəfə 1590-cı ilin sonlarında baş vermiş hadisələrdən bəhs edərkən məlumat verir.O, Şiraz şəhərini alim və mütəfəkkirlərin məskəni kimi vəsf edərək həmin yerə yollandığını yazır.Qazi Əhməd həyatının son illərində Böyük Moğol imperatoru Cahangirin sarayında yaşamışdır. "Gülüstan-i hünər”-in Tehran nüsxəsində bir sıra faktlar Qazi Əhmədin vətəni tərk edərək Hindistana getməsinin səbəbini aydınlaşdırır.Qazi Əhməd yazır ki, 1605-ci ildə dövrün xəttat və alimlərindən Mir Sədrəddin paxıllıq hissi ilə ona iftira atmış,onu Məşhəddə vəzir olarkən şahın kitabxanasından kitab oğurlamaqla təqsirləndirmiş və beləliklə bu gorkəmli şəxsiyyəti şahın gözündən salmışdır.Bu ağır böhtandan sonra Quma qayıtmış buradan da Hindistana yollanmışdır.Qazi Əhməd Quminin vəfat ili təəssüf ki,müəyyən olunmamışdır.Bu haqda ondan sonra yaşamış tarixçilər də məlumat verməmişdir. Qazi Əhməd Quminin yaradıcılığında böyük yer tutan "Xülasət ət-təvarix” əsərinin beş cilddən ibarət olması barəsində məlumat olsa da əsərin bizə gəlib çatmış hissəsi V cilddir.Şükufə xanım bu barədə qeyd edir ki, Qazi əhməd Qumi beş cildi on iki ilə tamamlamışdır.Əsər I Şah İsmayılın dönəmindən başlamalı və II Şah İsmayılın hakimiyyət illərini də əhatə etməli idi.Əsərdə xronoloji ardicilliğa fikir verilmişdir.O,Səfəvi hökümdarı Məhəmməd Xüdabəndənin səfərlərində iştirak etdiyi üçün Azərbaycanın bir çox yerlərini gəzib öyrənə bilmişdir.O,V cildi Səfəvilər xanədanının geneologiyası ilə başlayır.Əsərdə I Şah İsmayılın hakimiyyət döveündən yalnız əsas hadisələr xronoloji ardıcıllıqla qeyd olunur.O,gostərir ki, II Şah İsmayılın tarixinin təsvirinə qədər olan hissə V cildin I yarısını təşkil edir.Cildin II hissəsi isə II Şah İsmayılın taxta çıxması ilə başlanıb I Şah Abbasın hakimiyyəti dövründə 1591-ci ildə qurtarır. Şükufə xanım qeyd edir ki, "Xülasət ət-təvarix” əsərinin hələlik dord əlyazma nüsxəsi məlumdur.Berlin nüsxəsi,Tehranda Mehdi Bəyaninin şəxsi xitabxanasindakı nüsxə,Tehranda Kitabxanaye Milliyyə Məlikdə saxlanılan əlyazma,Tehranda professor Səid Nəfisinin şəxsi kitabxanasında saxlanılan əlyazma.
1 mətbuat konfransının tarixi (film, 2015)
1 mətbuat konfransının tarixi — qısametrajlı sənədli film. Film Qulp studioda istehsal edilmişdir. Film tariximizdə önəm daşıyan bir mətbuat konfransından bəhs edir. 1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi. Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir. == Məzmun == 1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi. Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir. 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıya qoşun yeridiləndə həmin anların dəhşətini Moskvada yaşayan və təhsil alan azərbaycanlılar da yaşadı. Onlar dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək nümayəndəliyin qapısını sındırıb içəri girdilər. Azərbaycanlı həmvətənlər tanıdıqları bütün qurumlara bu hadisə barədə məlumat verməyə başladılar.
ABŞ-ın Tarixi Yerlərin Milli Reyestri
ABŞ-nin Tarixi Yerlərin Milli Reyestri (ing. National Register of Historic Places) — ABŞ federal hökuməti tərəfindən aparılan tarixi abidələrin rəsmi siyahısı. Siyahiya fərdi tarixi binalar, bütöv tarixi rayonlar və digər obyektlər (məsələn, muzey gəmiləri) daxil edilir. "Milli Tarixi Abidə" (ing. National Historic Landmark) statusu olan bütün obyektlər avtomatik olaraq Tarixi Yerlərin Milli Reyestrinə əlavə edilir. Bununla birlikdə, reyestr obyektlərinin çoxunun bu statusu yoxdur: siyahıda olan səksən min obyektdən yalnız 2430-u "Milli Tarixi Abidə" statusuna malikdir. Reyestr 1966-cı ildən bəri aparılır.
ABŞ-ın iqtisadi tarixi
ABŞ iqtisadiyyatının tarixi 16, 17, 18-ci əsrlərdə Şimali Amerikanın kolonizasiyası ilə başlayır. İkinci dərəcəli rol oynayan kolonial iqtisadiyyatlar bir müddət sonra 13 müstəqil fermer iqtisadiyyatlarına çevrilirlər. 1776-cı ildə isə birləşərək Amerika Birləşmiş Ştatlarını yaradırlar. Hal-hazırda ABŞ iqtisadiyyatı nəhəng, sənayələşmiş, inteqrasiya olunmuş iqtisadiyyata çevrilmişdir. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının təxminən 25 faizini təşkil edir. Bu inkişafın əsas səbəbləri böyük vahid bazar, inkişafa təkan verən siyasi-hüquqi sistem, yüksəl məhsuldarlı böyük əkinçilik sahələri, zəngin təbii sərvətlər (xüsusən ağac, kömür, dəmir, və neft), sahibkarlıq ruhu və material və insan resurslarına investisiya yatırımıdır. ABŞ iqtisadiyyatında olan yüksək əmək haqqı milyonlarla miqrantı cəlb edir. ABŞ iqtisadiyyatının inkişafında texnoloji və sənayə amilləri böyük rol oynamışdır. == Kolonizasiyadan əvvəl == 1492-ci ildə Xristofor Kolumb İspan bayrağı altında üzərək Asiyaya yol tapmaq əvəzinə "Yeni dünya"nı kəşf edir. Növbəti 100 ildə qızıl, var-dövlət, şan-şöhrət tapmaq və imperiyaçılıq məqsədi ilə ingilis, ispan, portuqal, holland və fransız tədqiqatçıları "Yeni dünya"ya yollanırlar.
ABŞ dolları tarixi
ABŞ dollarının tarixi — iki yüz ildən artıq bir tarixi əhatə edir. == Tarixi == Yeni kağız pulların vaxtı 1600-cü illərin sonlarında İngiltərə koloniyalarında hərbi xərcləri ödəmək üçün buraxılmış əsginaslar ilə başlamışdır. İlk əsginas 1690-cı ildə Massaçusets Körfəzi Koloniyasında buraxılaraq dövriyyəyə cəlb edilmişdir. Kağız pullardan istifadə üsulu qısa bir müddət ərzində digər koloniyalara da yayılmış və bu koloniyalarda da kağız pullardan istifadə edilməyə başlanılmışdır. 1739-cu ildə, Bencamin Franklinin Filadelfiyada yerləşən mətbəəsində təbiət mənzərələrini özündə əks etdirən əsginaslar buraxılmağa başlanılır. Qabartmalı yarpaq naxışlarından istifadə edilərək saxtalığa qarşı mübarizə aparılmışdır. Bu pullardan İngiltərənin öz koloniyalarında kağız pulların istehsalına qadağa qoyduğu 1764-cü ilə kimi istifadə edilmişdir. 1775-ci ildə Qitə Konqresi, ABŞ İstiqlal müharibəsininin xərclərini ödəmək məqsədi ilə yenidən kağız pulların istehsalına başlayır. Qitə pulu dişli (tırtıklı) İspaniya dollarının əsasında buraxılmışdır. Kifayət qədər dəyəri olmayan və asanlıqla saxtaları yaradıla bilən bu əsginaslar çox böyük bir sürətlə dəyərdən düşməyə başladılar.
ABŞ iqtisadiyyatının tarixi
ABŞ iqtisadiyyatının tarixi 16, 17, 18-ci əsrlərdə Şimali Amerikanın kolonizasiyası ilə başlayır. İkinci dərəcəli rol oynayan kolonial iqtisadiyyatlar bir müddət sonra 13 müstəqil fermer iqtisadiyyatlarına çevrilirlər. 1776-cı ildə isə birləşərək Amerika Birləşmiş Ştatlarını yaradırlar. Hal-hazırda ABŞ iqtisadiyyatı nəhəng, sənayələşmiş, inteqrasiya olunmuş iqtisadiyyata çevrilmişdir. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının təxminən 25 faizini təşkil edir. Bu inkişafın əsas səbəbləri böyük vahid bazar, inkişafa təkan verən siyasi-hüquqi sistem, yüksəl məhsuldarlı böyük əkinçilik sahələri, zəngin təbii sərvətlər (xüsusən ağac, kömür, dəmir, və neft), sahibkarlıq ruhu və material və insan resurslarına investisiya yatırımıdır. ABŞ iqtisadiyyatında olan yüksək əmək haqqı milyonlarla miqrantı cəlb edir. ABŞ iqtisadiyyatının inkişafında texnoloji və sənayə amilləri böyük rol oynamışdır. == Kolonizasiyadan əvvəl == 1492-ci ildə Xristofor Kolumb İspan bayrağı altında üzərək Asiyaya yol tapmaq əvəzinə "Yeni dünya"nı kəşf edir. Növbəti 100 ildə qızıl, var-dövlət, şan-şöhrət tapmaq və imperiyaçılıq məqsədi ilə ingilis, ispan, portuqal, holland və fransız tədqiqatçıları "Yeni dünya"ya yollanırlar.
ABŞ tarixi (1776–1789)
Amerika Birləşmiş Ştatlarının 1776–1789-cu illər tarixi — xalqın ABŞ İstiqlal müharibəsindən yeni konstitusiya quruluşunun qurulmasına keçidi ilə yadda qalmışdır. Amerika inqilabının nəticəsində on üç ingilis koloniyası 1776–1789-cu illər aralığında yeni müstəqil dövlət olan Amerika Birləşmiş Ştatları kimi meydana çıxdı. ABŞ İstiqlal müharibəsi 1775-ci ildə koloniya milisləri ilə ingilis ordusu arasında başladı. İkinci Kontinental Konqres 4 iyul 1776-cı ildə İstiqlal bəyannaməsini nəşr etdi. Konfederasiya məqalələri 1781-ci ildə təsdiqləndi və Konfederasiya Konqresi yaradıldı. General Corc Vaşinqtonun rəhbərliyi ilə Kontinental Ordu və donanma ingilis ordusunu məğlub edərək on üç koloniyanın müstəqilliyinə təminat verdi. Konfederasiya dövrü 1789-cu ilə – ştatların Konfederasiya məqalələrini ABŞ Konstitusiyası ilə dəyişdirməsinə qədər davam etdi. 1780-ci illər İnqilab müharibəsi dövründə yaranan borclar, Konqresin vergi yığa bilməməsi və Kontinental dollarının böyük ölçüdə inflyasiyaya məruz qalması səbəbindən ABŞ üçün iqtisadi geriləmə dövrü idi. "Common Sense" və "The Federalist Papers" kimi siyasi məqalələrin Amerika mədəniyyəti və ictimaiyyəti üzərində böyük təsiri oldu. Şimal-qərb bölgəsi 1787-ci ildə ilk federal bölgə kimi yaradıldı və bu bölgədəki sərhəd münaqişəsi Şimal-qərb hindu müharibəsinə səbəb olan bir sıra konfliktlərə səbəb oldu.
ABŞ tarixi (1776–89)
Amerika Birləşmiş Ştatlarının 1776–1789-cu illər tarixi — xalqın ABŞ İstiqlal müharibəsindən yeni konstitusiya quruluşunun qurulmasına keçidi ilə yadda qalmışdır. Amerika inqilabının nəticəsində on üç ingilis koloniyası 1776–1789-cu illər aralığında yeni müstəqil dövlət olan Amerika Birləşmiş Ştatları kimi meydana çıxdı. ABŞ İstiqlal müharibəsi 1775-ci ildə koloniya milisləri ilə ingilis ordusu arasında başladı. İkinci Kontinental Konqres 4 iyul 1776-cı ildə İstiqlal bəyannaməsini nəşr etdi. Konfederasiya məqalələri 1781-ci ildə təsdiqləndi və Konfederasiya Konqresi yaradıldı. General Corc Vaşinqtonun rəhbərliyi ilə Kontinental Ordu və donanma ingilis ordusunu məğlub edərək on üç koloniyanın müstəqilliyinə təminat verdi. Konfederasiya dövrü 1789-cu ilə – ştatların Konfederasiya məqalələrini ABŞ Konstitusiyası ilə dəyişdirməsinə qədər davam etdi. 1780-ci illər İnqilab müharibəsi dövründə yaranan borclar, Konqresin vergi yığa bilməməsi və Kontinental dollarının böyük ölçüdə inflyasiyaya məruz qalması səbəbindən ABŞ üçün iqtisadi geriləmə dövrü idi. "Common Sense" və "The Federalist Papers" kimi siyasi məqalələrin Amerika mədəniyyəti və ictimaiyyəti üzərində böyük təsiri oldu. Şimal-qərb bölgəsi 1787-ci ildə ilk federal bölgə kimi yaradıldı və bu bölgədəki sərhəd münaqişəsi Şimal-qərb hindu müharibəsinə səbəb olan bir sıra konfliktlərə səbəb oldu.
AMEA Elm Tarixi İnstitutu
Elm Tarixi İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutudur. == Tarixi == AMEA Elm Tarixi İnstitutu AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli, 8/19 saylı Qərarına əsasən yaradılmışdır. İnstitutun direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəylidir. == Stukturu == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli, 363 saylı "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Qərarına müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli, 8/3 saylı Qərarına əsasən İnstitutun strukturu təsdiq edilmişdir. === Şöbələr === "Təbiət və dəqiq elmlər tarixi" şöbəsi Əsas fəaliyyət istiqamətləri: təbiət, dəqiq və texniki elmlərin inkişaf mərhələləri; qədim sivilizasiyalarda elmi və texniki inkişaf; Antik dövrdə elm və texnika; orta əsr müsəlman Şərqində elmi–texniki biliklər və nailiyyətlər; XIX–XXI əsrlərdə elmi fənlərin və texnikanın inkişaf istiqamətləri; elm və texnikanın prioritet istiqamətləri. "Elm tarixinin nəzəri və metodoloji problemləri" şöbəsi Əsas fəaliyyət istiqamətləri: elm tarixinin nəzəri və metodoloji problemlərinin işlənib hazırlanması; elmşünaslıq üzrə tədqiqatların metodologiyası; elmi-tarixi faktların fəlsəfi idrakı və ictimailəşdirilməsi; elm və texnika tarixinin araşdırılmasının digər innovativ metodları. "Elmşünaslıq və elmin sosial problemləri" şöbəsi Əsas fəaliyyət istiqamətləri: elmşünaslıq tarixi elmi tədqiqatların istiqaməti kimi; müxtəlif mədəniyyət və tarixi dövrlərdə elmi-texniki biliklər; elm və cəmiyyət imicinin sosial-psixoloji analizi; elmi yaradıcılıq motivasiyası; elmi kollektivlər və onlara rəhbərlik; elm və texnika tarixinin öyrənilməsində sosial, fəlsəfi və statistik tədqiqat üsulları; Azərbaycanda elmi kadrların dinamikası, elmi miqrasiya; elmi potensialın və elmi fəaliyyətin qiymətləndirilməsi; elmi tədqiqatların nəticələrinin səviyyə və keyfiyyət indikatorları (elmmetriya); elmin iqtisadiyyatı; alimin peşəkar cavabdehliyi və etikası; elm siyasəti, elmi və texniki inkişafın planlaşdırılması və proqnozlaşdırılması. "Tarixşünaslıq və mənbəşünaslıq" şöbəsi Əsas fəaliyyət istiqamətləri: Azərbaycan tarixşünas və mənbəşünas alimlərinin bioqrafiya və mətnlər külliyyatının yaradılması və öyrənilməsi; Azərbaycanın elm və texnika tarixi mənbəşünaslığının biblioqrafik və arxiv kataloqunun yaradılması; Azərbaycanın elm və texnika mənbəşünaslığı və tarixşünaslığı qədim dövrlərdən müasir günümüzədək. == Fəaliyyət istiqamətləri == Elm Tarixi İnstitutunda aparılmış tədqiqatlar öz əksini onun əsas fəaliyyət istiqamətlərində tapmışdır. Elm, texnikanın, onların əsas sahələri və problemlərinin tarixi; Azərbaycan Milli Elmlər Akademiyasının və elmi müəssisələrin tarixi; Cəmiyyətdə elmin təkamülü; Elmşünaslıq; Elm və texnika tarixinin mənbəşünaslığı və tarixşünaslığı; Elm və texnika tarixinin öyrənilməsinin yeni metodlarının inkişafı; Elm və texnika sahəsində maarifçilik fəaliyyəti; Elmi-maarifçilik fəaliyyəti (elmin populyarlaşdırılması); Elm və texnika abidələri.
AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi. Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. == Məzmun == Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar)., == Muzey ekspozisiyası == 1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
AMEA Milli Azərbaycan Tarixi Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin Tarixi == 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi.
Acarıstan (tarixi ərazi)
Acarıstan və ya Acara (gürc. აჭარა; tərc.: "Aç'ara") — Gürcüstanın tarixi-coğrafi bölgələrindən biridir. Bölgə Acara çayının (Acaristskali) vadisini əhatə edir. Hazırda Acarıstan Muxtar Respublikasının əraziləri daxilindədir. Acarıstan adının "aci" (gürc. აჭი) sözü ilə əlaqəli olması güman edilir. İndiki dövrdə də Gürcüstanda "Aci" (აჭი) adını daşıyan yer adları mövcuddur. == Coğrafi mövqeyi == Acarıstan qədim zamanlarda Gürcüstanın cənub-qərb hissəsində yerləşən tarixi Mesxetiya bölgəsinin bir hissəsi olub. Bölgə keçmişdən bəri Yuxarı Acarıstan (Zemo Acarıstan) və Aşağı Acarıstan (Kvemo Acarıstan) olaraq iki hissəyə bölünüb. Yuxarı Acarıstanın mərkəzi müxtəlif dövrlərdə Did-Acara, Xihahi və Xulo adlı yaşayış məntəqələri olmuşdur.
Alamo Plaza tarixi bölgəsi
Alamo Plaza tarixi bölgəsi — Texas ştatı, ABŞ-nin mərkəzində yerləşən San-Antonio şəhərinin tarixi bir bölgəsidir. 1977-ci ildə tarixi yerlərin milli reyestrinə daxil edildi. Buraya ayrıca qeydiyyata alınmış tarixi yer və ABŞ-nin milli tarixi məkanı olan Alamo daxildir. Alamo Plazanın düzeni və abadlaşdırılması 19-cu əsrin sonlarında şəhər bələdiyyə üzvü Anton Vulff tərəfindən hazırlanmış və nəzarət edilmişdir. Sahə adından gördüyü işlərə görə yerli iş adamları ona təşəkkür sözləri ilə həkk olunmuş qızıldan hazırlanmış gəzinti çubuğunu təqdim etmişdilər.
Alban ölkəsinin tarixi
"Alban ölkəsinin tarixi", həmçinin "Alban tarixi" – mənşəcə qafqaz albanlarından olan tarixçi-salnaməçi Moisey Kalankatlının Cavanşirin sifarişiylə yazdığı əsər. Alban ölkəsinin tarixi əsəri albanların tarixini, I-X əsrlər Qafqaz Albaniyasının və digər xalqlarınm tarixini öyrənmək baxımından son dərəcə qiymətli bir əsərdir. Alban ölkəsinin tarixi bir çox cəhətdən-sosial, iqtisadi, siyasi,dini-ideoloji, mədəniyyət, tarixi coğrafiya, Azərbaycanın etnogenezi problemi baxımından maraq doğurur. == Albaniyanın böyük tarixi == "Alban ölkəsinin tarixi" əsərinin adına ilk dəfə Ermənistan katolikosu Ananiya Mokatsinin (943-967) Xaçına gəlməsi ilə əlaqədar olaraq təsadüf edilir. Katolikos Xaçına 958-ci ildən az sonra Qagiq Albaniya katolikosu olarkən (948-962) gəlmişdi.. Qagiq xəbər verir ki, "elə əvvəldən olduğu "Ağvan tarixi"ndə yazıldığı kimi, ("orpes ev er i skzbane leal ev karqeal i patmutean Aquaniç") Müqəddəs Qriqori adından onu Albaniya katolikosu etmişdir. Qagiq bu tarix kitabını yazmağa başlayanda eşitmişdi ki, Albaniya Ermənistandan qabaq xristianlığı qəbul etmişdir; ancaq Ermənistan katolikosu bunu yazmağa icazə verməmişdi. Ananiya demişdi ki, bu kitab səhih deyil, çünki "Albaniya – arxiyepiskopluq, Ermənistan isə – katolikosluqdur". "Tarix" təsadüfən erməni katolikosunun əlinə düşür və o tələb edir ki, "albanların xristianlığa qəbul olunması haqqında orada yazılıb bizə lazım olan (yəni bizə əlverişli olan), bizim görmək arzusunda olduğumuz məlumatı (zor sireak orum ev çanqordn eak tesutean) həmin "Tarix"dən tapsınlar". Sonra Ananiya bu tarixdən aşağıdakı parçanı oxudu: "Apostol Varfolomey və apostol Faddeydən 266 il sonra, Ermənistan padşahı Trdatın 17-ci ilində və Albaniya padşahı Urnayrın (hakimiyyəti günlərində) Surean Paxlav Arşakuni nəslindən olan erməni maarifçisi Müqəddəs Qriqori həmin apostollar tərəfındən taxta çıxarıldı; Ermənistan və Albaniya padşahları olan Trdat və Urnayr isə bu zaman hələ də bütpərəstlikdə qalmaqda davam edirdilər".
Almaniya-İtaliya futbol yığmalarının rəqabət tarixi
Almaniya və İtaliya yığmaları arasındakı futbol rəqabəti Avropanın iki ən maraqlı futbol yığması olan Almaniya və İtaliya arasında keçirilir və beynəlxalq səviyyədə davamlılığına görə yalnız Braziliyadan geri qalır. Ümumilikdə hər iki komanda bütün Avropa ölkələrinin birlikdə ümumi nəticəsindən çox - 8 dəfə FİFA Dünya Kubokunun qalibi və 14 dəfə bu turnirin finalçısı olublar. Onlar bir-birinə qarşı 5 dəfə Dünya Kubokunun finalında oynayıblar və bu oyunlar dünya futbolu tarixinə keçib. 1970-ci ildə bu iki ölkə arasında keçirilən "Əsrin oyunu" yarımfinal oyunu İtalyanın əlavə vaxtda qazandığı 4:3 hesablı qalibiyyəti ilə yadda qalmışdır, bu dramatik oyuna Mexiko şəhərində Azteca stadionunun (Estadio Azteca) girişində xatirə lövhəsi qoyulmuşdur. Almaniya milli futbol komandası həmçinin 3 dəfə UEFA Avropa Çempionatı kubokunu qazanmışdır, İtaliya milli futbol komandası isə bu titulu yalnız bir dəfə qazanmışdır. Bu iki ölkə Avropa Çempionatında 4 dəfə üz-üzə gəlmişdir, bunlardan üçü əsas hissədə heç-heçə (birində almanlar penaltilərdə qalib olmuşdur), biri isə italyanların qələbəsi ilə baş çatmışdır. Almaniyanın beynəlxalq çempionatlarda daha çox qalib olmasına baxmayaraq, İtaliya başa-baş keçirdikləri 34 oyuna 15 qələbə, 11 heç-heçə və 8 məğlubiyyətlə dominantlığını qoruyub saxlayır. Bundan başqa, Almaniya Avro-2016 dörddə bir mərhələsindəki oyuna qədər heç vaxt əsas oyunlarda İtalyanı məğlub edə bilməyib (almanlar italyanlar üzərindəki digər bütün qələbələri yoldaşlıq oyunlarında qazanıb). Bundan başqa, bu iki yığma arasında Avro-1996 qrup mərhələsində İtaliya turnirdən uzaqlaşdırıldı, həmin vaxt Almaniya artıq nokaut mərhələsinə vəsiqə qazanmışdı. Həmçinin İtaliya və Almaniya Demokratik Respublikası (Şərqi Almaniya) arasında hərəsinə 1 qələbə və 2 heç-heçə olmaqla 4 matç keçirilmişdir.
Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi
Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi 1980-ci ildə amerikalı tarixçi Hovard Zinn tərəfindən yazılmışdır. Zinn inanırdı ki, ümumilikdə ənənəvi tarix kitablarında ifadə azadlığı məhduddur. O, Amerikan tarixinə yeni nöqteyi-nəzər gətirmək və gələcəkdəki bu tip kitabları dəstəkləmək üçün “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi”ni yazdı. Bu kitab yerli amerikalıların, hinduların, gəlmə avropalılarla arasındakı münaqişəni, ABŞ-nin işğallarını və təcavüzlərini, qulların quldarlığa, fəhlələrin və həmkarlar ittifaqları üzvlərinin kapitalizmə, qadınların patriarxallığa və afroamerikalıların vətəndaş hüquqlarını əldə etmək üçün hökumətə və irqçilərə qarşı olan hərəkətlərini təsvir edir. Kitab 1981-ci ildə Milli Kitab Mükafatı (National Book Award) finalçısı olmuşdur. 2007-ci ildə kitabın sadələşdirilmiş və qısaldılmış forması olan "Gənclər üçün Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"(A Young People's History of the United States)kitabı nəşr edilmişdir. == Kitabın məzmunu == Zinn ABŞ tarixinə elitanın və siyasətçilərin gözündən yox, sadə xalqın gözündən yanaşır. Bu kitabda o, qitənin yerli əhalisi olan hinduların avropalılar tərəfindən öldürülməsini, soyqırıma məruz qalmalarını, öz torpaqlarından qovulmaqlarını ön plana çəkərən oxucunun diqqətinə çatdırır. Ənənəvi tarixdə Amerikanın kəşfi Xristofor Kolumbun dahiliyi olaraq qələmə verilir və ümumilikdə Avropanın qələbəsi kimi qiymətləndirilir, lakin Zinn bu məsələyə avropalıların yox, amerika hindularının gözündən baxır və oların çəkdiyi əziyyəti, gördüyü zülmü qələmə alır. Həmçinin öz kitabında Zinn quldarlığı tənqid edir və quldarlığa iqtisadçıların, siyasətçilərin, prezidentlərin, ideoloqların, plantatorların nötqeyi-nəzərindən yox qaradərili kölələrin gözündən baxır.
Amerika Birləşmiş Ştatları tarixi
Amerika Birləşmiş Ştatlarının ərazilərinin tarixi ibtidai insanların e.ə. 15.000-ci illərdə Amerikaya gəlməsi ilə başlamışdır. Çoxlu sayda yerli mədəniyyət formalaşdı, bunlardan bir çoxu XVI əsrdə daha sıx məskunlaşmış həyat tərzindən uzaqlaşaraq başqa yerlərdə yenidən təşkil edilmiş siyasətlərə doğru tranformasiyalardan keçdi. Avropalılar Amerika kolonizasiyasına XV əsrin sonlarından başladı, lakin müasir ABŞ ərazisindəki koloniyaların çoxuna 1600-cü ildən sonra yerləşdilər. 1760-cı ildə on üç ingilis koloniyasında 2,5 milyon insan yaşayırdı. Cənub koloniyaları qul əməyinə əsaslanan təsərrüfat sistemi qurdu və bu səbəbdən Afrikanın milyonlarla əhalisini kölələşdirdi. Fransanı məğlub etdikdən sonra Britaniya hökuməti kolonistlərin yeni vergilərin onların təsdiqinə ehtiyacı olduğuna dair konstitusiya arqumentini rədd edərək, 1765-ci il Möhür aktı da daxil olmaqla bir sıra vergilər tətbiq etdi. Bu vergilərə qarşı müqavimət, xüsusən də 1773-cü ildə Boston çay qonaqlığı parlamentin özünüidarəni dayandırmaq üçün cəza qanunları çıxarmasına səbəb oldu. 1775-ci ildə Massaçusetsdə silahlı münaqişə başladı. 1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres "Amerika Birləşmiş Ştatları" olaraq koloniyaların müstəqilliyini elan etdi.
Amerika Təbiət Tarixi Muzeyi
Amerika Təbiət Tarixi Muzeyi (ing. American Museum of Natural History) (qısaca AMNH) ABŞ-nin Nyu-York şəhərində, Mərkəzi Parkın yanında yerləşən, dünyanın ən böyük və ən məşhur muzeylərindən biridir. Muzey planetarium və kitabxananın yerləşdiyi bir-biri ilə əlaqəli 26 binadan, həmçinin 45 daimi sərgi salonundan ibarətdir. Onun kolleksiyalarına 34 milyondan çox bitki, heyvan, fosil, mineral, qaya, meteorit, insan qalıqları və insan mədəni artefakt nümunələri, həmçinin dondurulmuş toxuma, genomik və astrofiziki məlumatlar üçün xüsusi kolleksiyalar daxildir. Muzey 2 milyon kvadrat futdan (190.000 m²) çox ərazini tutur. Onun 225 nəfərlik tam ştatlı elmi işçi heyəti mövcuddur. O, hər il 120-dən çox xüsusi sahə səfərinə sponsorluq edir və hər il orta hesabla beş milyon ziyarətçini qəbul edir.

Значение слова в других словарях