Толковый словарь азербайджанского языка

  • TOYUQÇULUQ

    is. Quşçuluğun toyuq saxlayıb bəsləməklə məşğul olan sahəsi. Toyuqçuluğu inkişaf etdirmək. // Yumurta və ət almaq üçün toyuq, saxlayıb bəsləmə

    Полностью »
  • TOYUQKİMİLƏR

    cəm zool. Qısa və möhkəm dimdiyi, qüvvətli ayaqları olan kəklik, qırqovul, bildirçin və s.-nin daxil olduğu quş dəstəsi

    Полностью »
  • TOYUQLU

    sif. Toyuq ətindən bişirilmiş, toyuq əti olan. Toyuqlu xəmiraşı

    Полностью »
  • TOYUQPLOV

    is. Dəmə qoyularkən bütöv bişmiş toyuğu qazanın dibinə qoymaqla bişirilən plov növü. Varlılar yeddi gün yeddi gecə cibidolu başıboşlara, din dəllallar

    Полностью »
  • TOZ

    is. 1. Hava axını ilə yerdən qalxıb şeylərin üzərinə qonan xırda hissəciklər. Kömür tozu. Ayaqqabının tozunu silmək

    Полностью »
  • TOZ-DUMAN

    is. Havada həm toz, həm də duman olduğu hal; toz və duman. Kül rəngli havada toz-duman var; Dəhşətli soyuq, ayaz, boran var

    Полностью »
  • TOZ-TORPAQ

    is. Toz və torpaq, həm toz, həm də torpaq. Cana gəldim toz-torpağın əlindən. M.Müşfiq. [Bulud:] Çəmənlərdən toztorpağı silərsən; Yağ, yağışım, al çiçə

    Полностью »
  • TOZ-TORPAQLI

    sif. Toz və torpaq basmış. Belə pərakəndəlik, evlərin müxtəlif biçimi, …yolların toz-torpaqlı olması [Şahmarı] darıxdırırdı

    Полностью »
  • TOZ-TOZANAQ

    is. Bərk tozanaq, küləklitozlu hava. // Toz, tozanaq. Külək əsir, qum sovrulur, gözə girir toz-tozanaq; Qoca alim yer altından ayrılmayır hələ ancaq

    Полностью »
  • TOZAĞACI

    is. bot. Ağ qabığı olan yarpaqlı ağac

    Полностью »
  • TOZANAQ

    is. Külək nəticəsində qalxan toz. Yaman tozanaqdır. – Bakının dəhşətli, gözçıxaran tozanağı hamıya məlumdur

    Полностью »
  • TOZANAQLI

    sif. Çox tozlu, tozla qarışıq. Bir həftə idi ki, tozanaqlı külək adada bayquş kimi ulayırdı. Ə.Məmmədxanlı

    Полностью »
  • TOZCUQ

    is. bot. Toxumlu bitkilərin tozluğunda inkişaf edən və hamısı birlikdə toz əmələ gətirən toxumcuqlar şəklində çoxlu xırda mikroskopik törəmələrdən hər

    Полностью »
  • TOZGÖTÜRƏN

    bax tozyığan 1-ci mənada. Tozgötürən parça

    Полностью »
  • TOZLAMA

    1. “Tozlamaq”dan f.is. 2. f.is. bot. Mayalama məqsədilə çiçəyin tozcuğunu erkəkcikdən dişiciyə keçirmə

    Полностью »
  • TOZLAMAQ

    f. 1. Toza bulamaq, tozlu etmək. Pencəyi tozlamaq. Paltarını tozlamaq. 2. Toz qaldırmaq, tozlu etmək

    Полностью »
  • TOZLANDIRMA

    1. “Tozlandırmaq”dan f.is. 2. bax tozlama 2-ci mənada

    Полностью »
  • TOZLANDIRMAQ

    bax tozlamaq. Miçurin bu iki bitkini bir-birilə çarpaz tozlandırmağa başladı. M.Axundov

    Полностью »
  • TOZLANMA

    “Tozlanmaq”dan f.is

    Полностью »
  • TOZLANMAQ

    məch. 1. Toza bulanmaq, toz basmaq, tozla örtülmək, tozlu olmaq. 2. Tozlama aparılmaq (bax tozlama 2-ci mənada)

    Полностью »
  • TOZLANMIŞ

    f.sif. 1. Toz basmış, toza batmış, üstü tozla örtülmüş, üstünə toz qonmuş. Üstü-başı gəc ilə tozlanmış ulağı… gətirdilər

    Полностью »
  • TOZLAYICI

    is. xüs. Bitkiləri tozlamaq üçün cihaz (bax tozlamaq 4-cü mənada). // Sif. mənasında. Tozlayıcı əl aparatları

    Полностью »
  • TOZLU

    sif. Toz basmış, toza bulaşmış, tozlanmış, üstünə toz çökmüş. Tozlu palto. – [Fərhad:] Bu gələn kişilərin tozlu, çirkli ayaqları çox adamın ürəyindən

    Полностью »
  • TOZLUQ

    is. bot. Çiçək erkəkciyinin toz əmələ gələn yuxarı hissəsi; toz kisəsi, toz yuvacığı (bax toz 2-ci mənada)

    Полностью »
  • TOZSORAN

    is. Müxtəlif şeylərin tozunu təmizləmək üçün cihaz; tozyığan. Yeni markalı tozsoran. Tozsoranla xalçanın tozunu təmizləmək

    Полностью »
  • TOZTƏMİZLƏYƏN

    is. 1. Küçədə, yolda olan tozu təmizləyən maşın. Toztəmizləyənlə küçəni təmizləmək. // Sif. mənasında

    Полностью »
  • TOZTƏMİZLƏYİCİ

    is. 1. Küçədə, yolda olan tozu təmizləyən maşın. Toztəmizləyənlə küçəni təmizləmək. // Sif. mənasında

    Полностью »
  • TOZTUTAN

    is. xüs. Havanı tozdan təmizləmək üçün cihaz; toztəmizləyən

    Полностью »
  • TOZTUTUCU

    is. xüs. Havanı tozdan təmizləmək üçün cihaz; toztəmizləyən

    Полностью »
  • TOZVARİ

    sif. Toz kimi, un kimi, narın. Tozvari reagentlər

    Полностью »
  • TOZYIĞAN

    1. sif. Tez tozlanan, tozu özündə saxlayan; tozgötürən (parça haqqında). 2. bax tozsoran. Tozyığanla döşəmənin tozunu silmək

    Полностью »
  • TÖHFƏ

    is. [ər.] Hədiyyə, bəxşiş, ərməğan, pay. [Məhəmməd:] Bizim eşqimizdən bir xatirətək; Bu kiçik töhfəni alasan gərək

    Полностью »
  • TÖHMƏT

    is. [ər.] Danlama, danlayış, məzəmmət, danlaq. Lətif … Mərdanovanın ona dikilmiş düşüncəli gözlərində həm özünə qarşı töhmət, həm də böyük qayğı hiss

    Полностью »
  • TÖHMƏTEDİCİ

    sif. Töhmətli, məzəmmətli; töhmətləndirici, məzəmmətedici, töhmət, məzəmmət ifadə edən. [Yaşlı kişi:] [Şirinnaz] başını sərzənişlə bulayıb, töhmətedic

    Полностью »
  • TÖHMƏTLƏNDİRMƏ

    “Töhmətləndirmək” dən f.is

    Полностью »
  • TÖHMƏTLƏNDİRMƏK

    f. Töhmət etmək, danlamaq, məzəmmət etmək, pisləmək. [Nadir] …özünü töhmətləndirib, Məcidin hərəkətini haqlı görərək onun evləndiyini ağıllı iş hesab

    Полностью »
  • TÖHMƏTLİ

    bax töhmətedici. [Dəlilərin] töhmətli sözləri Koroğluya dağdan ağır gəlirdi. “Koroğlu”

    Полностью »
  • TÖKDÜRMƏK

    icb. Tökmə işi gördürmək; boşaltdırmaq, tökməyə məcbur etmək. Dəni kisələrə tökdürmək. Suyu vedrələrə tökdürmək

    Полностью »
  • TÖKMƏ

    1. “Tökmək”dən f.is. 2. is. tex. Əridilib qəlibə tökülmüş metal məmulat. Polad tökmələr. 3. sif. Tökmə yolu ilə hazırlanmış, qəlibə tökülməklə hazırla

    Полностью »
  • TÖKMƏBƏDƏN

    sif. dan. Sağlam, möhkəm, sərrast bədənli. Gödəkboy, tökməbədən, kürən Daşdəmirin yanaqları yaylaq havasından qıpqırmızı idi

    Полностью »
  • TÖKMƏBƏDƏNLİ

    sif. dan. Sağlam, möhkəm, sərrast bədənli. Gödəkboy, tökməbədən, kürən Daşdəmirin yanaqları yaylaq havasından qıpqırmızı idi

    Полностью »
  • TÖKMƏÇİ

    is. Tökmə işi mütəxəssisi (bax tökmə 2-ci mənada)

    Полностью »
  • TÖKMƏÇİLİK

    is. Tökməçinin işi, sənəti, ixtisası

    Полностью »
  • TÖKMƏXANA

    is. xüs. Tökmə üsulu ilə metal məmulat hazırlanan emalatxana, sex

    Полностью »
  • TÖKMƏK

    f. 1. Mayeləri, narın və ya dənəvər halında olan şeyləri olduqları qabdan başqasına və ya başqa yerə boşaltmaq

    Полностью »
  • TÖKMƏRƏK

    sif. Kök, dolğun. Cavanların arasından çesuça kostyumla lak çəkmə geymiş, saçlı, tökmərək bir oğlan çıxıb irəli gəldi

    Полностью »
  • TÖKÜB-TÖKÜŞDÜRMƏ

    “Töküb-töküşdürmək” dən f.is

    Полностью »
  • TÖKÜB-TÖKÜŞDÜRMƏK

    f. Nizamsız, qarışıq halda tökmək, şeyləri ora-bura necə gəldi atmaq. Evi töküb-töküşdürmək

    Полностью »
  • TÖKÜCÜ

    bax tökməçi

    Полностью »
  • TÖKÜLMƏ

    “Tökülmək”dən f.is. [Xəlil:] Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur. Çəmənzəminli

    Полностью »