is. 1. Toyuğun erkəyi. Kənd tamamilə yuxudan oyanmışdısa da xoruzlar səs-səsə verib banlaşırdılar. Ə
is. Köhnə məişətdə: bir əyləncə kimi döyüşdürmək üçün xoruz saxlayan və bu işlə məşğul olan adam. Məktubunda yazırsan ki, qəsəbənizin əhalisi xoruzbaz
is. Köhnə məişətdə: döyüşdürmək üçün xoruz saxlama və bir əyləncə kimi xoruz döyüşdürməklə məşğul olma
is. 1. Cavan xoruz, çolpa. [Aftil Hacı Əhmədə:] Budur, sən hər gün xoruzbeçə yeyirsən, mənim uşaqlarım bir çuxur bulama da tapa bilmir
sif. Yetkin, cavan, yeniyetmə; zirək. Çay aşağı getmərəm; Çadramı yellətmərəm; Xoruzgöz oğlan gərək; Dul kişiyə getmərəm
is. bot. Tünd-qonur rəngdə yoğun və qısa kökümsov gövdəsi olan irisalxımlı, sarıçiçəkli çoxillik bitki
bax xoruzpipiyi. Bir neçə dəqiqədən sonra iki stəkan xoruzquyruğu çay gəldi. M.Hüseyn
“Xoruzlanmaq”dan f.is
f. Kişilənmək, kəkələnmək, şəşələnmək; qızışmaq, özündən çıxmaq. [Güldəstə:] Hünərindi get, bu sözləri Rzaquluya de
sif. Qırmızı, pürrəng. Qarının buğlana-buğlana gətirdiyi qayğanaqdan doyunca yedilər, onun da üstündən iki-üç stəkan xoruzpipiyi çay içdilər
is. Yuqoslaviyanın tərkibinə daxil olan Xorvatiyanın əsas əhalisini təşkil edən cənubi slavyan xalqı və bu xalqa mənsub adam
sif. və zərf Xorvat dilində. Xorvatca kitab. Xorvatca danışmaq
is. dan. 1. “Xosunlaşmaq” dan f.is. 2. Gizli danışıq, pıçapıç, dedi-qodu. [Qəhrəman:] Ancaq orada xosunlaşma, ümumi işi axsatmaq olmasın
f. dan. Heç kəsə eşitdirmədən bir-birilə gizli-gizli, pıç-pıç danışmaq, pıçıldaşmaq. Gün çırtadı, göz qamaşdı; Araz mənlə xosunlaşdı… Şəhriyar
sif. [fars.] 1. Ürəyəyatan, xoşlandıran, xoşagələn, bəyənilən, yaxşı, gözəl. Xoş xasiyyət. Xoş təbiət
is. Salamlaşma zamanı birbirindən kef-əhval soruşma. Xoş-beşdən sonra qonaq Ataşın əmisinin adını çəkib ondan gətirdiyi kağızı verdi
is. [fars.] Su və şəkərlə bişirilmiş meyvəli şərbət; kompot. Fikirləşirlər ki, həmin pula bir küpə xoşab alsınlar ki, aparıb kənddə satsınlar
bax xoşagələn
sif. və zərf Xoşa gəlməyən, ürəyə yatmayan, arzuedilməz; pis, çirkin. Xoşagetməz hadisə. Xoşagetməz hərəkət
is. Xoşa getməmə; xoşagetməz şeyin halı
sif. Ürəyəyatan, insanda xoş əhval-ruhiyyə yaradan, xoş, bəyənilən. Xoşagələn şeir. Xoşagələn parça seçmək
sif. Gözə xoş gələn, xoşsifət, qanışirin, gözəşirin, yapışıqlı. [Qızın] ağ, xoşagəlim sifəti, qaynar ala gözləri vardır, kiçik burnunun ucu azca yuxar
is. Xoşagəlimli şeyin, ya şəxsin halı; gözəllik, qəşənglik, cazibədarlıq; cazibə, məlahət
bax xoşagəlməz. [Fərrux və Qurban] tez-tez xoşagəlməyən, ürəkbulandıran xəbər eşidirdilər. Ə.Vəliyev
sif. Xoşa gəlməyən, istənilməyən, bəyənilməyən, arzu edilməyən, adamda pis təsir oyadan; xoşagetməz, iyrənc, çirkin
is. Xoşa gəlməyən şeyin halı; pislik, çirkinlik
sif. [fars.] Aralarında xoş, uyğun ahəng, uyğunluq olan. Xoşahəng səslər
is. Aralarında xoş ahəng, uyğunluq, müvafiqlik. Boyaların xoşahəngliyi. Avazın xoşahəngliyi. – Bir neçə müxtəlif və əlvan rəngin xoşahəngliyi … də rən
zərf Öz xoşu ilə, istəyərək, həvəslə, ürəklə. Xoşaxoş deyilənə əməl etmək
zərf Öz xoşu ilə, istəyilə, könüllü olaraq, istəyərək. [Sultan bəy:] Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki, gəlib qızı götürüb qaçsınl
“Xoşallanmaq”dan f.is
f. Bir şeydən xoş təsir duymaq, ləzzət aparmaq, nəşə duymaq, xoş hisslər duymaq. Oğlan yeyə-yeyə qulaq asır, qəlbində xoşallanır, sevinirdi
“Xoşalmaq”dan f.is
f. Xoş olmaq, yaxşılaşmaq, mülayimləşmək. Bəziləri bu il havaların birdən-birə xoşalıb qızışmasını yazın tez gəlməsi kimi izah edir
bax xoşaxoşluq
sif. [fars.] Məlahətli səsi olan, xoşsəsli, gözəl səsli. [Çaqqal:] Dedi kim, ey xurusi-xoşavaz; Düş aşağə, qılaq xudaya namaz
is. Xoşsəslilik, səsdə məlahət
sif. [fars.] Bəxti gətirmiş, taleli, bəxtli, sevinc və rifah içində yaşayan. [Ağca xanım Qaraca qıza:] Ah, sən xoşbəxt uşaqsan
is. 1. Həyatından son dərəcə məmnunluq, dərin razılıq və sevinc hissi, səadət. Ailə xoşbəxtliyi. Xalqın xoşbəxtliyi
bax xoşsifət(li)
sif. [fars.] klas. Xoşiyli, ətirli, rayihəli, ətirsaçan. İstəmən firdos bağinin güli-xoşbusini; Dünya bağında güli-ruxsarin ondan yaxşıdır
zərf Xoş, xoşa gələn tərzdə. Xoşca gülümsəmək. Xoşca danışmaq. Xoşca bir söz demək
sif. Çəkiləndə xoş təsir bağışlayan, ləzzət verən, nəşə verən. Mən də [papirosun] birini eşdim. Doğrudan da, tütün çox ətirli və xoşçəkim idi
sif. Dili xoş, şirindilli, ürəyiaçıq. …Hamı müsəlmanlar sənin kimi … xoşdil ola idilər. Ü.Hacıbəyov