AĞAKƏRİ
AĞAQARDAŞ
OBASTAN VİKİ
Ağakişi Haşımov
Ağakişi Məmmədqasım oğlu Haşımov - (d.1 may 1890, Bakı - ö. aprel 1920) - Praporşik, 1920-ci il Aprel işğalının qurbanı. == Həyatı == 1890- cı il mayın 1-də Bakının Suraxanski küçəsindəki qırx iki saylı evdə anadan olub. Gəncədəki praporşiklər məktəbini 1919-cu ildə bitirib. 1920-ci il Aprel işğalının qurbanı olmuşdur.
Ağakişi Kazımov
Ağakişi Şəmməd oğlu Kazımov — Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti (2000), professor. == Həyatı == Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə anadan olub.1952–1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil almışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak etmişdir. 1960-cı ildə A.Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilmişdir. == Fəaliyyəti == 1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C.Cabbarlının "Aydın" əsərini tatarca hazırlamışdır. 1969–1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. A.Kazımovun quruluşları monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyəvidir. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ.Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ.Coşqun), "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri), "Büllur sarayda" (İ.Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar.
Ağakişi bəy
Ağakişi bəy — II Şəki xanı. I Şəki xanı Hacı Çələbi xanın oğlu, III Şəki xanı Məhəmmədhüseyn xanın əmisi.
Anar Ağakişiyev
Anar Ağakişiyev (21 iyul 1984, Tbilisi) — Azərbaycan stilisti, qrimçi. == Həyatı == Stilist Anar 21 iyul 1984-cü ildə Gürcüstannın Tiflis şəhərində anadan olub. Uşaqlıqdan rəsm dərnəyində rəssamlığın sirrlərini öyrənməyə başlayıb. 1999-cu ildən saç ustası kimi fəaliyyətə başlayib. Bu illər ərzində make-up sənətinə də yiyələnib. Hər iki sahədə Moskvada xüsusi dərslər alıb. Almaniya, İspaniya və İtaliyada təkminləşdirmə kursları və seminarlarda iştirak edib. Azərbaycanın Ruhi, Aygün Kazımova, Röya Ayxan, Nigar Camal və bir çox mügənnilərin imici üzərində çalışıb. Stilist Gürcüstanı 2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən Safo Nijaradze ilə də işləyib. 2012-ci ildə isə Anar Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin core time grupunda müsabiqə iştirakçiları ilə çalışıb.
Ağakişibəyli
Ağakişibəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ağakişibəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Ağakişibəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 14,62 ha torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Tarixi == Ağakişibəyli kəndi Lənkəran ovalığındadır. Etnotoponimdir. Kənd XIX əsrdə təklə tayfasından olan Ağakişi bəyə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Əhalisi 1418 nəfərdir.
Ağakişilər
Ağakişilər – Azərbaycan Respublikasının Zəngilan rayonunun İsgəndərbəyli kənd inzibati ərazi dairəsində kənd.Kənd Zəngilan rayonunun şimalında yerləşir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == Ağakişilər kəndi dağlıq ərazidədir. Etnotoponimdir. Kəndi vaxtilə Ermənistanın Qafan rayonunun Kirs kəndindən ağakişilər nəsli salmışdır. Kəndin ərazisi keçmişdə həmin nəslin qışlaq yeri olmuşdur. 1933-cü ildə Bərdə rayonu ərazisində də eyniadlı kənd qeydə alınmışdır.
Fərrux bəy Ağakişibəyov
Fərrux bəy Əlikişi oğlu Ağakişibəyov (1879, Şuşa – 1956, Bakı) — Azərbaycanın əməkdar həkimi (1942), Ağdam MRX-nin həkim-terapevti. == Həyatı == Fərrux bəy Əlikişi oğlu Ağakişibəyov 1879-cu ildə Şuşa qəzasının Pərioğlular (indiki Ağdam rayonunun Pərioğlular kəndi) kəndində anadan olmuşdur. 1899-cu ildə İrəvan Müəllimlər Seminariyasını bitirmişdir.Fərruxbəy Ağakişibəyov Zəngəzur qəzasının Lənbəran, Qarıqışlaq, Minkənd kənd məktəblərində, Gəncə şəhər məktəbində dərs demişdir. Fərruxbəy Ağakişibəyov 1909–1914 illərdə Odessa Universitetinin tibb fakültəsində ali təhsil almışdır. Odessa qəzasında həkim, Odessa-Poltava cəbhəsində həkim işləmişdir. 1915-ci ildə Odessa cərrahi qospitalına ordinator qəbul edilmişdir. === Fəaliyyəti === Fərrux bəy Ağakişibəyov 1918-ci ildə Azərbaycana qayıtmış, Vətənində adlı-sanlı cərrah olaraq tanınmışdır. Ağdamda həkim işləmək istəsə də, orada xəstəxana olmadığından Şuşa xəstəxanasında cərrah işləmişdir. Azərbaycan müstəqilliyini itirdikdən sonra 1920-ci ildə Şuşa səhiyyə şöbəsinin müdiri işləmişdir. Fərrux bəy Ağakişibəyovun təşkilatçılığı ilə 1922-ci ildə Ağdamda xəstəxana, ambulatoriya yaradılmış, əhaliyə cərrahi yardımın təməli qoyulmuşdur.
Günay Ağakişiyeva
Günay Ağakişiyeva — 12 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıda Avropa Çempionatının bürünc mükafatçısıdır. == Karyerası == Günay Ağakişiyeva ilk uğurunu 2005-ci ildə qazanmışdır. O Bakıda Gənclərin Avropa Çempionatında yalnızca finalda məğlub olaraq gümüş medal qazanmışdır. Günay Ağakişiyeva daha sonra isə böyüklərin yarışında uğurlar qazanmışdır. O 2013-cü ildə İndoneziyanın Palembang şəhərində İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olmuşdur. Bu uğurdan 1 il sonra isə yenə də Bakıda Avropa Çempionatında medal qazanmışdır. Bu dəfə o böyüklərin Avropa Çempionatında bürünc medal qazanmışdır. 2015-ci ilin iyun ayında Günay Ağakişiyeva özünün ən ciddi yarışında iştirak etdi. O Bakıda 2015 Avropa Oyunlarında qüvvəsini sınadı.
Murad Ağakişiyev
Murad Ağakişiyev (13 iyun 1985-ci ildə anadan olub) — Azərbaycanı təmsil edən yarımmüdafiəçi. == Karyerası == === Klub === Ağakişiyev öz peşəkar karyerasına Şəfa FK klubunda başlamışdır. Bu komandadan sonra MOİK Bakı FK, Mil-Muğan FK, Qarabağ FK, Karvan İK, Standard Sumqayıt FK, Abşeron FK və Turan Tovuz İK-də oynamışdır. == Milli komanda == Ağakişiyev 2007-ci ildə milli komandada debüt etmişdir.
Nurlan Ağakişiyev
Nurlan Ağakişiyev (tam adı: Nurlan Etibar oğlu Ağakişiyev; 22 iyul 2002; Sumqayıt, Azərbaycan – 28 sentyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub. 2008-2017-ci illərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə Bakı İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. == Hərbi xidməti == Nurlan Ağakişiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Simuzər Ağakişiyeva
Simuzər Ağakişiyeva - (d. 1972, Bakı) - Azərbaycanlı aktrisa. == Həyatı == Simuzər Nadir qızı Ağakişiyeva 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə İncəsənət Universitetinə qəbul olmuşdur. Orada Mikayıl Mirzə, Şəfiqə Məmmədova, Bəhram Osmanov kimi sənətkarlardan dərs almışdır. Hələ 1-ci kursda oxuyanda Ənvər Əblucun rejissoru olduğu "Pəncərə" filmində çəkilmişdir. Sonralar Cənnət Səlimovanın Kamera teatrında çalışmışdır. 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Zərnigar Ağakişiyeva
Zərnigar Fəti qızı Ağakişiyeva (6 noyabr 1945 – 8 fevral 2018) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000), Şöhrət ordeni mükafatçısı, Azərbaycan SSR dövlət mükafatı laureatı. == Həyatı == Zərnigar Fəti qızı Ağakişiyeva (Ağakişi atasının babasının adıdır, Güləli isə babasının. 12 yaşında ikən atasının babasının adını özünə soyad seçib) 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub. Həyat yoldaşının peşəsi mədəniyyət sahəsinə aid deyildi. Övladları olmayıb. Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat etmişdir. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılmışdır. == Fəaliyyəti == Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb.
İlkin Ağakişiyev
İlkin Elxan oğlu Ağakişiyev (17 sentyabr 1995; Mingəçevir, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Ağakişiyev 1995-ci il sentyabrın 17-də Mingəçevir şəhərində anadan olub. İlkin Mingəçevir şəhəri Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində musiqi təhsili alıb.Evin tək və yeganə oğlu olan İlkin 2013-cü ildə Mingəçevir şəhər 10 Nömrəli orta məktəbi bitirib.Elə həmin ili 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Ağakişiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan İlkin Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağakişiyev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Noyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Ağakişiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İsmayıl Ağakişiyev
İsmayıl Ağakişiyev — Rusiya alimi; tarix elmləri namizədi; M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti. Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri. == Həyatı == Ağakişiyev İsmayıl Əlövsət oğlu 1961-ci il oktyabrın 29-da Bakıda anadan olub. 1988-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1988-1991-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin humanitar fakültələri nəzdində Vətən tarixi kafedrasında əyani aspiranturada oxuyub. 1991-ci ildə “Hümmət” sosial-demokrat partiyasının yaradılması və fəaliyyəti (1904-1911-ci illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.2005-ci ildən İ.Ağakişiyev postsovet məkanının öyrənilməsi üzrə informasiyaanalitik mərkəzin əməkdaşıdır. “Rusiya–Azərbaycan” adlı xüsusi layihənin rəhbəridir. 2006-cı ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin yaxın xarici ölkələrin tarixi kafedrasında dərs deyir. İ.Ağakişiyev “Bakı neft sənayesinin tarixi və İkinci neft bumu (XIX əsrin ikinci yarısı – XXI əsrin başlanğıcı)” monoqrafiyasının (2011) müəllifidir. Onun qələminin məhsulları arasında, həmçinin, 50-dən çox elmi iş, o cümlədən “1904-1911-ci illərdə Zaqafqaziyada “Hümmət” (“Birlik”) sosial-demokrat partiyasının yaradılması və fəaliyyəti” (1993), “Azərbaycan demokratları və İranda 1905-1911-ci illər inqilabı” (1996), “İkinci Dövlət Duması və azərbaycanlı deputatların fəaliyyəti” (1998), “Birinci Rus İnqilabı illərində azərbaycanlılarla ermənilər arasında çar gizli polisi tərəfindən təşkil edilmiş birinci milli münaqişə və bu münaqişədən çıxış yolları” (1999), “Dünya dinlərinin tarixi” (2005) əsərləri (hamısı rus dilində) var.
Şakir Ağakişiyev
Şakir Ağakişiyev (tam adı: Şakir Xandadaş oğlu Ağakişiyev; 31 yanvar 1961, Sitalçay, Abşeron rayonu, Azərbaycan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1961-ci il yanvarın 31-də Abşeron rayonunun Sitalçay kəndində anadan olub. Sumqayıt qaz idarəsində çilingər işləmişdir. İki oğlu, bir qızı yadigar qalmışdır: Elçin, Vəfa, Əvəz. 3-cü uşaq atasının ölümündən sonra dünyaya gəlib — 1990-cı il iyunun 21-də. Övladı Elçin 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. == Qanlı Yanvar faciəsi == Xırdalan pivə zavodunun yanında dostu Mövlamverdinin maşınında odlu silahla vurulmuşdur. Sinəsində beş güllə yarası olmuşdur. Mövlamverdi isə yaralınmışdır.Ağakişiyev Şakirin həyat yoldaşı Qızbacı xanım hadisənin baş verdiyi günü belə xatırlayır: Mövlamverdinin qohumunun sözlərindən: Yanvarın 21-də gündüz saat 3-də Şakirin meyidi Semaşko adına xəstəxanadan tapılmışdır. Yanvarın 22-də Şəhidlər xiyabanında dəfn edilmişdir.
Calal Ağakişiyev
Calal Ağakişiyev - Ağakişiyev Calal Cavanşir oğlu (3 mart 1949,Füzuli rayonu) – Azərbaycanın tibb alimi,dermatoveneroloq, tibb elmləri doktoru (1992), professor(1994),Azərbaycan Respublikasının Əməkdar həkimi(1991). == Həyatı və təhsili == Qarabağın məşhur Əmirbəylilər nəslinin Ağakişibəylilər soyundan olan Calal Cavanşir oğlu Ağakişiyev 3 mart 1949-cu ildə həkim ailəsində anadan olmuşdur. İlk təhsilini 1956-1966-cı illərdə Füzuli şəhərində orta məktəbdə almışdır. Ailə ənənəsini davam etdirərək, 1967-ci ildə N.Nərimanov adına ADTİ-nin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə həmin institutu bitirmişdir. İnstitutda təhsil almaqla yanaşı, Respublika Dəri-Zöhrəvi Dispanserində orta tibb işçisi kimi çalışmış, 1975-1980-ci illərdə isə həmin dispanserdə həkim-ordinator vəzifəsində işləmişdir.. == Əmək fəaliyyəti == Dermatologiya elminin sirrlərinə dərindən yiyələnmək həvəsilə 1975-ci ildə Moskva şəhərinə gəlmiş, təhsilini davam etdirmək üçün 1976-cı ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya daxil olmuşdur. O, 1981-ci ildə «İmmunoloji göstəricilərin dinamikası nəzərə alınmaqla, ekzemalı və neyrodermitli xəstələrin spesifik və qeyri-spesifik desensibilizasiya metodları ilə müalicəsi» adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1981-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun dermatovenerologiya kafedrasına dəvət edilmiş və assistent vəzifəsinə seçilmişdir. Kafedrada işə başladığı müddətdən C.Ağakişiyev özünü potensial elmi işçi, yüksək ixtisaslı həkim, savadlı pedaqoq, intizamlı və bacarıqlı kadr kimi tanıtmışdır. 1987 – 1988-ci illərdə kafedrada dosent vəzifəsində fəaliyyət göstərmiş, 1989-cu ildə ildən isə kafedraya rəhbərlik ona həvalə olunmuşdur.
малоду́шничать наполоска́ть натряса́ться отпира́ние прокле́ивание цветово́дческий эмпири́чески воротить мо́рду где только заночёвывать объ... полепи́ть такела́жный колыбель eneugh frame of reference halogenous linguo- recoinage rheumatism tragical оборонить переселиться сыроварение увариваться